Dərs vəSAİTİ Sumqayıt Dövlət Universitetinin



Yüklə 2,86 Kb.
Pdf görüntüsü
səhifə38/49
tarix01.02.2018
ölçüsü2,86 Kb.
#23066
növüDərs
1   ...   34   35   36   37   38   39   40   41   ...   49

             
     Ekoloji təhlükəsizlik 
 
120 
Məsələn,  Rusiyanın  normativ  sənədlərində  mikroiqlimin 
parametrlərinin  optimal  və  yol  verilən  qiymət  anlayışları  daxil 
edilmişdir.  Optimal  mikroiqlim  şəraiti,  mikroiqlimin  kəmiyyət 
parametrlərinin  elə  birləşməsidir  ki,  onların  insana  uzunmüddətli 
və  sistematik  təsirində  termotənzimləmə  mexanizminin  gərgin 
olmayan  halda  orqanizmin  vəziyyətinin  normal  funksional  və 
istilik  vəziyyətinin  saxlanılmasıdır.  Bu  istilik  komfort  hissiyatını 
yaradır və yüksək iş qabiliyyətinin saxlanma şəraitini yaradır. 
Yol verilən şərait mikroiqlimin kəmiyyət parametrlərinin elə 
birliyidir  ki,  onların  insana  uzun  və  sistematik  təsirində 
orqanizmin  funksional  və  istilik vəziyyətinin tez ötüb        keçən 
və 
normallaşan 
dəyişkənliyinə 
səbəb 
olur, 
fizioloji       
uyğunlaşma  imkanlarından  kənara  çıxmayan  termotənzimləmə 
mexanizminin gərginləşməsi müşayiət olunur. Bu halda sağlamlıq 
vəziyyətinin  zədələnmələri  və  pozulmaları  baş  vermir,  lakin  hal-
əhvalın  pozulması  və  iş  qabiliyyətinin  aşağı  düşməsi  müşahidə 
olunur. 
İzafi  istilik  miqdarına  görə  bütün  istehsalat  binaları  cüzi 
aşkar  istiliyə
2
  malik  (Q

  <  23,2  C/m
3
∙san)  və  yüksək  dərəcədə 
aşkar  izafi  istiliyə  malik  (Q

  >  23,2  C/m
3
∙san)  işçi  binalarına 
bölünür.  Cüzi  izafi  aşkar  istiliyə  malik  istehsalat  binaları  “soyuq 
sexlər”-ə, yüksək dərəcədə olanlar isə “isti sexlər”-ə aiddir. 
Nümunə kimi  aşağıdakı göstəriciləri  əsas götürməklə daimi 
iş  yerlərində  mikroiqlim  optimal  və  yol  verilən  parametrlərini 
təyin edək: iş kateqoriyası – ağır, ilin dövrü – soyuq, iş binaları – 
cüzi izafi aşkar istiliyə malik. 
Standartlara  görə  mikroiqlimin  aşağıdakı  parametrlərini 
tapırıq: 
 
Parametrin qiyməti 
Parametr 
Optimal 
Yol verilən 
Havanın temperaturu, C 
16-18 
13-19 
Havanın nisbi rütubəti, % 
40-60 
75-dən çox deyil 
                                                
2
 Aşkar istilik – bu iş yerindəki avadanlıqdan, istilik qızdırıcı cihazlardan, 
Günəş qızmasından, insanların və digər mənbələrdən havanın temperaturuna 
təsir edən istilikdir. 


                                                   
T.D.Ağayev,Ş.Ə.Əhmədov,T.A. Xəlilov 
 
121 
Havanın hərəkət sürəti, m/san 
0,3-dən çox deyil 
0,5-dən çox deyil 
 
İnsan  orqanizminin  daim  istilik  şüalanmasında  onun  əsas 
sistemlərinin  fəaliyyətində  və  ilk  növbədə  ürək-damar  və  əsəb 
sistemində  pozuntular  baş  verir.  Bədən  səthinin  şüalanmasında 
istilik  şüalanmasının  intensivliyinin  yol  verilən  səviyyəsi 
(normallaşdırılan qiymət): 
50% və daha çox –          35Vt/m
2
 
25%-dən 50%-ə qədər – 70 Vt/m
2
 
25%-dən çox deyil –      100 Vt/m

İş  zonasında  mikroiqlimin  normal  parametrlərini  saxlamaq 
üçün  əsas  tədbirlər  görülür:  texnoloji                        proseslərin 
mexanikləşdirilməsi  və  avtomatlaşdırılması,  istilik          şüalanma 
mənbələrindən 
mühafizə, 
ventilyasiya, 
havanın 
kondisionerləşdirilməsi  və  mərkəzi  istilik  təchizatından  istifadə 
edilməsi. 
Bundan  başqa,  ağır  işləri  aparan  və  isti  sexlərdə  çalışan 
içşilərin əməyinin və istirahətinin düzgün təşkili xüsusi əhəmiyyət 
kəsb  edir.  Bu  kateqoriyalı  işçilər  iş  sahələrində  ventilyasiya 
sistemi və içməli su ilə təchiz edilmiş normal temperaturlu xüsusi 
istirahət yerləri ilə təmin edilir. 
Sadalanan  tədbirləri  ətraflı  nəzərdən  keçirək.  İstehsalat 
prosesinin  mexanikləşdirilməsi  və  avtomatlaşdırılması  işçilərə 
düşən əmək yükünün azaldılması (əllə qaldırılan və daşınan yükün 
kütləsi,  daşınan  yükün  məsafəsi,  texnoloji  proseslərlə  əlaqədar 
olan  keçidlərin  azaldılması),  ya  da  insanın  tamamilə  istehsalat 
mühitindən  çıxmasıdır  ki,  bununla  da  onun  əmək  funksiyalarının 
avtomatlaşdırılmış  maşın  və  avadanlıqlara  həvalə  edilməsidir. 
Lakin,  texnoloji  proseslərin  avtomatlaşdırılması  xeyli  iqtisadi 
xərclər  tələb  edir,  bu  da  adı  çəkilən  tədbirlərin  istehsalat 
praktikasına tətbiqini çətinləşdirir. 
İstilik  şüalanmasından  mühafizə  üçün  müxtəlif  istilik 
izoləedici  materiallardan  istifadə  edilir,  istilik  qoruyucu  ekranlar 
quraşdırılır  və  xüsusi  ventilyasiya  sistemlərindən  (hava  duşu) 
istifadə olunur. Yuxarıda qeyd olunan  mühafizə  vasitələri ümumi 
anlayış  olan  istilik  mühafizə  vasitəsi  anlayışı  adını  daşıyır.  İstilik 


             
     Ekoloji təhlükəsizlik 
 
122 
mühafizə  vasitələri  iş  yerlərinin  istilik  şüalanmasının  350  Vt/m
2
 
qiyməti  və  istilik  mənbəyinin  daxilində  temperaturun  35C-dən 
yuxarı  olmaması  və  istilik  mənbəyinin  daxilində  100C-də 
olduqda 45C-dən yuxarı olmamasıdır. 
İstilik  izolyasiya  materiallarının  effektivliyini  xarakterizə 
edən  əsas  göstərici  istilik  keçiriciliyinin  aşağı  əmsalıdır
3
  ki,      bu 
da onların çoxusu üçün 0,025-0,2 Vt/m∙K təşkil edir. 
İstilik  izolyasiyası  üçün  müxtəlif  materiallardan  istifadə 
edilir,  məsələn  asbest  və  ya  karton,  xüsusi  beton  və  kərpic, 
mineral və şlak pambığı, şüşəlifi, karbon keçə və s. Belə ki, buxar 
və  isti  su  üçün,  həmçinin  sənaye  soyuducularda  istifadə  edilən 
soyuq  təchizat  boru  kəmərlərində  istilik  izolyasiya  materialları 
kimi mineral pambıqdan istifadə edilə bilər. 
İstilik  mühafizə  ekranları  istilik  şüalanma  mənbələrini 
lokallaşdırmaq, iş yerlərində şüalanmanı azaltmaq üçün, həmçinin 
iş  yerini  əhatə  edən  səthlərin  temperaturunun  aşağı  salmaqdan 
ötrü  istifadə  edilir.  İstilik  şüalanmasının  bir  hissəsini  ekran  əks 
etdirir, bir hissəsini isə udur. 
Ekranın 
mühafizə 
xarakteristikaları 
üçün 
aşağıdakı 
göstəricilərdən istifadə edilir: istilik axınının zəifləmə dəfəliyi (m), 
həmçinin  ekranın  təsirinin  effektivliyi  (ή
e
).  Bu  xarakteristikalar 
aşağıdakı asılılıqlarla ifadə olunur: 
 
     
2
1
E
E

  və  
%
100
1
2
1



E
E
E
e

              (6.5) 
 
burada 
E
1
 
və 
E
2
 
uyğun 
olaraq 
iş 
yerində 
ekranın 
quraşdırılmasından  əvvəl  və  sonrakı  istilik  şüalanmasının 
intensivliyidir, Vt/m


beləliklə,  m  göstəricisi  işçi  yerində  ilkin  istilik  axınının 
ekran  quraşdırıldıqdan  sonra  neçə  dəfə  üstün  olmasını,  ή
e
 
                                                
3
 İstilik keçirmə əmsalı və ya istilik keçirmə (λ) divar səthlərdəki temperatur 
fərqi 1 dərəcə olduqda, divarın vahid sahəsindən vahid zamanda keçən istiliyin 
miqdarıdır ki, BS-də ölçüsü λ – Vt/m∙K -dır. 


Yüklə 2,86 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə