Dərs vəSAİTİ Sumqayıt Dövlət Universitetinin



Yüklə 2,86 Kb.
Pdf görüntüsü
səhifə29/49
tarix01.02.2018
ölçüsü2,86 Kb.
#23066
növüDərs
1   ...   25   26   27   28   29   30   31   32   ...   49

             
     Ekoloji təhlükəsizlik 
 
90 
səbəb olmasınlar, xüsusilə yataq yerlərinin yanında. Yataq yerləri 
böyük pəncərələrdən və şüşə arakəsmələrdən mümkün qədər uzaq 
yerləşdirilməlidir.  Çıxarmaq  üçün  yeyinti  məhsulları,  su  ehtiyatı, 
tibbi  yardım  qutusu,  sənəd  və  pul  hazır  vəziyyətdə  olmalıdır. 
Elektrik,  su  və  qaz  təchizatının  söndürülməsini  bilmək  lazımdır. 
Yaxşı  olar  ki,  müvəqqəti  yaşayış  üçün  bağ  evləri  hazır  olsun. 
Radiotranslyasiya  daim  qoşulmalıdır.  Zəlzələnin  ilk  əlamətlərinə 
binadan  açıq  yerə  qaçmaq  lazımdır,  liftdən  istifadə  etmək  lazım 
deyil,  qapılarda  sıxlıq  yaratmamalı  və  ya  əvvəlcədən  müəyyən 
edilmiş  yerdə  gizlənmək  lazımdır  (qapını  açmalı,  oyuqda 
dayanmalı, qırıntılardan qorunmaq üçün üzü örtməli, ya da stolun 
altında  gizlənməli).  Zəlzələdən  sonra  xəsarət  alanlara  kömək 
göstərməli  (qan  axmanı  dayandırmalı,  sınmalar  zamanı  sümük 
sonluqlarının  tərpənməzliyini  təmin  etməli,  uçqun  altından  azad 
olmağa  kömək  etməli).  Dövlət  fövqəladə  hallar  orqanlarının 
məlumatlarına  qulaq  asmaq  üçün  radiostansiyaların  bərpa 
edilməsinə  çalışmalı.  Kommunikasiya  şəbəkələrində  sızmaların 
olmasını yoxlamalı. Açıq alovdan istifadə etməməli. Yarı dağılmış 
binalara  daxil  olmamalı.  Yadda  saxlamaq  lazımdır  ki,  birincidən 
sonra  təkrar  təkanlar  ola  bilər.  Bir  sıra  güclü  zəlzələrin  siyahısı 
cədvəl 4.3-də verilmişdir. 
 
4.2. Vulkanların püskürməsi. 
 
Müasir  dünyada  760-a  yaxın  fəaliyyətdə  olan  vulkan 
mövcuddur  ki,  onların  püskürməsi  nəticəsində  son  400  il  ərzində 
300 mindən artıq insan həlak olmuşdur (cədv. 4.4).  
Rusiyada  bütün  vulkanlar  Kamçatkada  və  Kuril  adalarında 
yerləşir.  Vulkanlar  zəlzələlərdən  fərqli  olaraq,  daha  az  baş  verir, 
lakin  nəhəng  kataklizmalarda  nəticələnir  və  planetin  fəsadlarına 
gətirib  çıxarır.  Santorin  adasında  (Egey  dənizi,  b.e.ə.  1470-ci  il) 
vulkanın  partlayışı  Aralıq  dənizində  mövcud  olan  sivilizasiyanın 
məhvinə  səbəb  olmuşdur.  Vezuvinin  püskürməsi(b.e.ə.  79-cu  il) 
Pompeyin  yox  olması  ilə  nəticələnmişdir.  Krakatau  (1883-cü  il, 
İndoneziya) vulkanının püskürməsi 36 metr hündürlüklü  dalğanın  
 


                                                   
T.D.Ağayev,Ş.Ə.Əhmədov,T.A. Xəlilov 
 
91 
Cədvəl 4.4.  
Bəzi vulkanların püskürməsi nəticəsində insan 
qurbanlarının sayı 
 
Püskürmə ili, ölkə 
Həlak olanların sayı 
1783, İslandiya 
10 000 
1815, İndoneziya 
88 000 
1883, İndoneziya 
40 000 
1902, Martinik adası 
29 000 
1911, Filippin 
1 300 
1919, İndoneziya 
5 000 
1963, Bali a., İndoneziya 
3 000 
1985, Kolumbiya 
23 000 
  
–  sunaminin  yaranmasına  səbəb  olmuşdur  ki,  hətta  onlar  La 
Manşa  çatmışdır.  Partlayışın  səsi  5000  km  məsafədə  eşidilmişdi. 
Sumatra  adasında  (vulkandan  40  km  məsafədə)  yüzlərlə  adam 
diri-diri  yanmışlar,  stratosferə  20  km
3
  kül  tullanmışdır  (vulkanik 
toz Yer ətrafında təxminən iki dəfə dövr etmişdi). 
Vulkanların  püskürməsində  əsas  təsiredici  amillər  uçan 
zərərli maddələr, səpələnən qəlpələr (daşlar, ağaclar, konstruksiya 
hissələri),  kül,  vulkan  qazları  (karbon,  kükürd,  hidrogen,  azot, 
metan,  hidrogen  sulfid,  bəzən  su  mənbələrini  zəhərləyən  ftor), 
istilik  şüalanması,  dağın  yamacı  ilə  1000C  temperaturda  80 
km/saat  sürətlə  hərəkət  edən  və  öz  yolunda  hər  şeyi  yandıran 
lavadır  (Şək.4.4).  İkinci  təsiredici  amillər  sunami,  yanğınlar, 
partlayışlar,  yığımlar,  daşqınlar,  sürüşmələrdir.  Vulkan  püskürən 
rayonlarda  insanların  və  heyvanların  daha  çox  məhvinə  səbəb 
tramvalar,  yanmalar  (daha  tez-tez  yuxarı  nəfəs  yolları),  asfiksiya 
(oksigen 
çatışmazlığı), 
gözlərin 
zədələnməsidir. 
Vulkan 
püskürməsindən  sonra  uzun  müddət  ərzində  əhali  arasında 
bronxial astma, bronxit  xəstəliklərin,  bir sıra  xroniki  xəstəliklərin 
şiddətlənməsi 
müşahidə 
olunur. 
Vulkanların 
püskürdüyü 
rayonlarda epidemioloji nəzarət təyin edilir. 
 


             
     Ekoloji təhlükəsizlik 
 
92 
                 
 
 
Şək.4.4. Vulkanın yaranma sxemi və lava 
 
4.3. Sel axını 
 
Sel  axını  (ərəbcə  “gurlu  axın”)  –  bu  dağ  çaylarının 
yataqlarında  qəflətən  formalaşan  müvəqqəti  palçıq-daş  axınıdır. 
Suyun,  palçığın,  10  ton  ağırlığında  olan  daşların,  ağacların  və 
digər  əşyaların qarışığı 15 km/saat sürətlə axaraq, qabağına çıxan 
körpüləri,  tikililəri  dağıdaraq,  dambaları,  bəndləri  darmadağın 
edərək, kəndləri  basır. Yerini dəyişən  süxurun  həcmi  milyon kub 
metrlərlədir. 
Sel 
axınlarının 
davamiyyət 
müddəti 
dalğa 
hündürlüyü 15 metrə çatmaqla      10 saatdır. Sellər uzun müddətli 
leysanlar,  qarın  (buzlaqların)  intensiv  surətdə  əriməsi,  bəndlərin 
aşması,  partlayış  işlərinin  düzgün  aparılmaması  nəticəsində 
yaranır. Sel axınları güclərinə görə qruplara bölünürlər:  
  güclü – süxur və materialların (orta təkrarlama müddəti 6-
10 ildə bir dəfə) qarışıq həcmi 100 min m
3
 olan kütlənin aparması; 
  orta güclü  – aparılan qarışıq kütlə 10  min  m
3
-dən     100 
m
3
 (2-3 ildə bir dəfə); 
  Zəif güclü – aparılan qarışıq kütləsi 10 min m
3
-dən azdır. 


Yüklə 2,86 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə