Dərs vəSAİTİ Sumqayıt Dövlət Universitetinin



Yüklə 2,86 Kb.
Pdf görüntüsü
səhifə25/49
tarix01.02.2018
ölçüsü2,86 Kb.
#23066
növüDərs
1   ...   21   22   23   24   25   26   27   28   ...   49

                                                   
T.D.Ağayev,Ş.Ə.Əhmədov,T.A. Xəlilov 
 
77 
şinlərin  emal  məhsulu  400  kq  sintetik  kauçuku  qənaət  etməyə 
imkan verir. 
Bütün  inkişaf  etmiş  ölkələr  təmiz  texnologiyaların 
yaradılma  planına  (tullantısız  adlandırılan)  malikdirlər.  Məsələn, 
Niderland  hökumətinin  2000-ci  ilədək  ekologiya  proqramı 
yaranmaya göndərilən tullantıların miqdarını      60%-dən 35%-ə, 
basdırılmaya  göndərilən  tullantıları  isə        55%-dən  10%-ə 
endirməyi nəzərdə tutur. 
1987-ci  ildə ABŞ konqresi təhlükəli  və bərk tullantılar üzrə 
qanuna  əlavə  qəbul  etmişdir  ki,  ən  müasir  texnologiyalar  üzrə 
tullantıların  basdırılmasını  ilkin  emalsız  aparılmasına  icazə 
verilməsin.  
Nümunə  kimi  bərk  məişət  tullantılarının  sənaye  emalının 
“Sorayn Çekkini” italyan kompaniyası. 
Rusiyada  1991-ci  ildə  proqram  işlənmişdir  ki,  onda  təbii 
ehtiyatların  və  xammalın  kompleks  emalı  üçün  tullantısız  və  az 
tullantılı  istehsallara keçid  nəzərdə tutulmuşdur. Bu halda ekoloji 
ekspertizanın  müstəqilliyi  və  ikinci  xammalın  uçotu  üçün  ikinci 
ehtiyatların  kadastrı  nəzərdə  tutulmuşdur.  Lakin  bu  proses 
təsərrüfat sisteminin özünün yenidən qurulması ilə əlaqədar olaraq 
çox  uzanır,  bu  da  biosferin  mühafizəsi,  xüsusilə  də  Rusiya  və 
MDB əraziləri üçün önəmlidir. 


             
     Ekoloji təhlükəsizlik 
 
78 
 
3.1. İnsan və təbiətin qarşılıqlı əlaqəsinin tarixi. 
 
İnsan  özünün  tarixi  başlanğıcında  təbiətin  üzvi  hissəsini 
təşkil edirdi, onun fəaliyyəti biokimyəvi dövrə daxil idi. Paleolitin 
sonuna  o  iri  iş  yerlərinin  axırına  çıxaraq  öz  yeyinti  ehtiyatlarını 
tükəndirmişlər (mamontlar, yunlu kərgədanlar, mağara ayıları, torf 
maralları  və  s.)  bu  isə  birinci  ekoloji  böhrana  səbəb  olmuşdu. 
İnsanların  sayı  kəskin  surətdə  azalır.  Tam  yox  olmadan  ekoloji 
yuvanın,  yəni  həyat  tərzinin  dəyişməsi  xilas  edir.  Neolitdə  insan 
yığımından  və  ov  etmədən  üzünü  əkinçiliyə  və  heyvandarlığa 
çevirir.  Bu  andan  başlayaraq  o  təbiətdən  ayrılmağa  və  biosferdə 
biogen dövrana aktiv surətdə müdaxilə etməyə  başlayır.  Əvvəllər 
əldə etdiyi maddələri oraya əlavə edir. 
Bizim  əcdadlar  torpaq  becərmə  sahələrini  genişləndirərək, 
meşələri  yandırırlar,  lakin  əkinçiliyin  primitiv  səviyyədə  olması 
belə  sahələri  tezliklə  yarasız  hala  salırdı.  Meşə  sahələrinin 
azalması çay və qrunt suları səviyyələrinin aşağı düşməsinə səbəb 
olurdu.  Bütün  bunlar  bütövlükdə  ekosistemlərin  dəyişməsinə  və 
dağılmasına  səbəb  oldu:  meşələr  savannalarla,  savanna  və 
düzənliklər isə səhralarla əvəz olunurdu. 
Görkəmli  coğrafi  kəşflər  əsri  (Yeni  dünyanın  kəşfi,  Sakit 
okean  adalarının  kəşfi,  avropalıların  Afrikaya,  Hindistana,  Çinə, 
Mərkəzi Asiyaya daxil olması) dünyanı tanınmaz dərəcədə dəyişdi 
və bəşəriyyətin vəhşi təbiətə yeni hücumuna gətirib çıxardı. 
Hazırki  zamanda  təbii  ekosistemlər  əhalinin  istehsalat 
fəaliyyətinin  tempinə,  miqyasına  görə  güclü  antropogen  təsirlərə 
məruz  qalır.  Elə  vəziyyət  yaranmışdır  ki,  bərpa  olunmayan  təbii 
ehtiyatların  (filiz,  yanacaq  qazıntıların  ehtiyatları)  tükənməsi  ilə 
əlaqədar  olaraq,  istehsalın  sonrakı  inkişafı  mümkün  olmur. 
FƏSİL 3.  BİOSFERDƏ İNSAN 
FƏALİYYƏTİNİN ROLU 


                                                   
T.D.Ağayev,Ş.Ə.Əhmədov,T.A. Xəlilov 
 
79 
Ekoloji böhran planet miqyasında baş verir. Bəşəriyyət qarşısında 
bir  sıra  qlobal  ekoloji  problemlər  yarandı:  ətraf  mühitin  kəskin 
dəyişməsi,  yaşama  yerlərinin  dağılması,  mövcud  canlıların  2/3-
nün  yox  olması  təhlükəsinə  gətirib  çıxardı;  obrazlı  şəkildə 
“planetin  ciyərləri”  adlandırılan  unikal  rütubətli  tropik  meşələrin 
və Sibir tayqasının sahələrinin azalmasına səbəb oldu; şorlaşma və 
eroziya  nəticəsində  torpaqların  məhsuldarlığı  aşağı  düşür; 
atmosferə  və  hidrosferə külli  miqdarda  istehsalat tullantıları atılır 
ki,  onların  da  toplanması  canlıların  bir  çox  növü,  o  cümlədən 
insanlar  üçün  təhlükə  yaradır.  Bəşəriyyətin  sürətli  artımı  planetin 
bioloji müxtəlifliyinin azalmasına səbəb olur. 
Müasir  cəmiyyətin  biosferin  məhdud  imkanlara  malik 
olması  anlayışına  gəlib  çatmışdır.  Aydın  olmuşdur  ki,  təbiətdən 
istifadənin  ekoloji  cəhətdən  savadlı  və  səmərəli  surətdə  istifadə 
edilməsi – bəşəriyyətin yaranmasının yeganə mümkün yoludur. 
 
3.2. Təbiət və cəmiyyətin kotərəqqisi. 
 
Təbiət 
və 
cəmiyyətin 
harmonik 
qarşılıqlı  təsirinin 
vacibliyini  başa düçən  ilk dəfə V.İ.Vernadski olmuşdur.       XX 
əsrin  əvvəlində  o,  bəşəriyyətin  planetin  güclü  geoloji  qüvvəsi 
olması  barədə  fikri  formalaşdırır,  ömrünün  son  illərində  isə 
noosfer haqqında təlimi yaradır. 
Noosfer   dedikdə (yunan  sözü  –noos  – dərrakə və sphera  – 
kürə)  V.İ.Vernadski  biosferin  təkamülünün  keyfiyyətcə  yeni 
vəziyyətini başa düşür. Bu zaman bəşəriyyət onun gələcək inkişafı 
üçün məsuliyyəti öz üzərinə götürür. Biosferdən – noosferə keçid 
yeganə  yoldur  ki,  həyatın  və  insanın  saxlanmasını  və  gələcək 
tərəqqisini təmin edir. Biosfer insansız mövcud ola bilər, insan isə 
biosferdən  kənarda  yaşaya  bilməz,  ona  görə  də  bəşəriyyətin 
gələcək  inkişafı  üçün  o,  özünün  tələbatlarını  biosferin  imkanları 
ilə ölçməyi bacarmalıdır. 
Biosferin  noosferə  keçidi  üçün  aşağıdakı  şərtlər  yerinə 
yetirilməlidir: 
  elmin  inkişafının  yüksək  səviyyəsi  və  istənilən  insan 
fəaliyyətinin elmi nöqteyi-nəzərdən əsaslandırılması; 


Yüklə 2,86 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə