Dərs vəSAİTİ Sumqayıt Dövlət Universitetinin



Yüklə 2,86 Kb.
Pdf görüntüsü
səhifə27/49
tarix01.02.2018
ölçüsü2,86 Kb.
#23066
növüDərs
1   ...   23   24   25   26   27   28   29   30   ...   49

                                                   
T.D.Ağayev,Ş.Ə.Əhmədov,T.A. Xəlilov 
 
83 
orqanlarından  asılıdır.  Amillər  belə  hesab  edir  ki,  sağlamlığı 
qoruyan  şərtlər:  günün  rejimi,  hərəkət  aktivliyi,  qida,  təbiət  ilə 
ünsiyyətdir. 
 
3.3. Ətraf mühitin ekstremal amilləri 
 
Antropogen  amillərin  ətraf  mühitə  təsirini  nəzərə  almaqla 
yanaşı  insan  ekologiyası  mühitin  ekstremal  amillərinin  insan 
orqanizminə təsirini də öyrənir. 
Ətraf  mühitin  ekstremal  amilləri  –  orqanizmin  doğulduğu 
və  mənimsədiyi  xüsusiyyətlərə  uyğun  olmayan  mühitin,  olduqca 
sərt şəraitidir. Ekstremal amillər aşağıdakı kateqoriyalara bölünür: 
Təbii – alçaq və ya yüksək temperaturlar, seyrək hava şəraiti 
(yüksək dağlıq) və ya yüksək təzyiq (suyun dərin qatlarında) və s. 

Antropogen – ionlaşdırıcı radiasiya, güclü maqnit və elektrik 
sahələri, təcil, çəkisizlik və digər yüklənmələr. 
İnsan  ekstremal  amillərin  təsirinə  tamamilə  uyğunlaşma 
qabiliyyətində 
deyil, 
bu 
orqanizmin 
həyat 
fəaliyyətinin 
pozulmasına  və  xəstəliklərin  inkişafına  səbəb  olur.  Belə  ki, 
təyyarə  və  kosmik  gəmilərdə  uçuş  zamanı  nəfəsalma  və  qan 
dövranı dəyişir, bu əmək qabiliyyətinin, əqli proseslərin sürətinin, 
yaddaşın  pozulmasına  səbəb  ola  bilər.  Çəkisizliyin  təsir 
xüsusiyyəti  ondan  ibarətdir  ki,  orqanizmdə  maye  yenidən 
paylanır,  bunun  nəticəsində  kosmonavtlarda  üzün  və  burun-
boğazın şişməsi yaranır. Çəkisizlik problemi həll edilməmiş qalır, 
baxmayaraq  ki,  insan  tərəfindən  kosmosun  fəth  edilməsindən  50 
ildən artıq bir vaxt keçmişdir. 


             
     Ekoloji təhlükəsizlik 
 
84 
 
 
 
 
 
 
Təbii  fəlakətlər  –  geofiziki,  geoloji,  atmosfer  və  ya  biosfer 
mənşəli  təhlükəli  təbii  hadisələrdir.  Bunlar  əhalinin  həyat 
fəaliyyətinin  qəflətən  pozulmaları,  dağıntılar,  maddi  nemətlərin 
məhv  edilməsi,  insanların  zədələnməsi  və  qurbanlar  ilə 
xarakterizə olunur. Belə hadisələr çoxsaylı qəzaların, fəlakətlərin, 
ikinci  təsir  amillərinin  yaranmasına  səbəb  ola  bilər.  Təbii 
fəlakətlərin əsas növlərinin siyahısı cəd. 4.1-də verilmişdir. 
Cədvəl 4.1.  
Təbii fəlakətlərin əsas növlərinin siyahısı 
Təbii fəlakət 
Əsas kriteriya 
Təsiredici amil və nəticələr 
Zəlzələ 
Gücü və ya 
intensivliyi, 12 
bala qədər 
Süxurun titrəməsi, çatlar, yanğınlar, 
partlayışlar, dağıntılar, insan 
qurbanları 
Sel axını, 
sürüşmə 
Axının kütləsi, 
sürəti 
Daş-palçıq axını, insan qurbanları, 
maddi sərvətlərin məhvi 
Yanğın 
Temperatur 
İstilik təsiri, qurbanlar, maddi ziyan 
Güclü külək 
(qasırğa, 
burağan) 
Küləyin sürəti 
Küləyin gücü, insan qurbanları, 
maddi sərvətlərin məhv edilməsi 
Buzlaşma, qar 
yağması 
Yağıntıların 
miqdarı 12 
saatda 20 mm-
dən çox 
Qar qalağının səviyyəsi, naqillərin 
qırılması, insanların təsirə məruz 
qalması, insan qurbanları 
Toz fırtınası 
Küləyin sürəti 
Küləyin gücü, əkinlərin və münbit 
torpaqların məhv edilməsi 
Daşqın 
Suyun 
səviyyəsinin 
qalxması 
Qurunun su basması, dağıntılar, 
insan qurbanları 
Siklon, tufan 
Küləyin sürəti 
Qurunun su basması, dağıntılar, 
insan qurbanları 
Sunami 
Dalğaların 
hündürlüyü və 
sürəti 
Qurunun su basması, dağıntılar, 
insan qurbanları 
FƏSİL 4. TƏBİİ FƏLAKƏTLƏR: YARANMASI, 
NƏTİCƏLƏRİ VƏ PROQNOZLAŞDIRILMASI 


                                                   
T.D.Ağayev,Ş.Ə.Əhmədov,T.A. Xəlilov 
 
85 
4.1. Zəlzələlər 
 
Göstərdiyi  ziyana,  qurbanlara  və  dağıdıcı  təsirlərə  görə 
zəlzələnin  tayı-bərabəri  yoxdur  (şək.4.1).  Onlar  tektonik, 
vulkanik, 
uçqun 
təbiətli 
olmaqla, 
meteoritlərin 
düşməsi 
nəticəsində  və  ya  dəniz  suyu  altında  baş  verə  bilər.  MDB-də  il 
ərzində  orta  hesabla  500,  Yaponiyada  7500  zəlzələ  qeydə  alınır. 
Zəlzələ  külli  miqdarda  azad  olan  enerji  ilə  bağlı  yer  qabığı 
dərinliyində  baş  verən  parçalanma  və  yerdəyişmələr  nəticəsində 
qəflətən yaranan yeraltı təkanlar və ya yer səthinin titrəməsidir.  
 
 
 
Şək. 4.1. Zəlzələ nəticəsində baş verən dağıntılar 
 
Seysmik 
dalğalar 
zəlzələ 
mərkəzindən 
çox 
böyük 
məsafələrə  yayılaraq,  dağıntılar  və  kombinasiyalı  təsir  ocaqları 
yaradır. Yeraltı zərbənin yaranma oblastı zəlzələnin ocağı adlanır. 
Ocağın  mərkəzində  yerləşən  nöqtənin  (hiposentr)  yer  səthindəki 
proyeksiyası  episentr  adlanır  (şək.4.2).  Güclü  zəlzələlər  zamanı 
süxurun  bütövlüyü  pozulur,  tikintilər  dağılır,  kommunikasiyalar, 


             
     Ekoloji təhlükəsizlik 
 
86 
energetik  obyektlər  sıradan  çıxır,  yanğınlar  baş  verir,  insan 
tələfatları mümkündür. Zəlzələlər, adətən müxtəlif intensivlikli  
 
 
 
Şək.4.2. Tektonik zəlzələnin sxemi 
 
xarakterik  səslərlə  müşayiət  olunur  ki,  bunlar  da  ildırım 
çaxmalarına,  gurultu  və  partlayış  səslərinə  bənzəyir.  Bu  halda 
hazırlıqlı  insanlar  üçün  ilkin  bir  neçə  on  saniyə  də  xilasedici  ola 
bilər. Yaşayış rayonlarında və  meşə  massivlərində qalaqlanmalar, 
böyük  ərazilərdə  torpaq  sürüşməsi  baş  verir,  avtomobil  və  dəmir 
yolları sürüşür  və  ya deformasiyaya uğrayır. Təbii  fəlakət rayonu 
çox vaxt regionlardan ayrılmış olur. 
Zəlzələ  suyun  altında  baş  verirsə,  çox  böyük  dalğalar 
(sunami) yaranır ki, bunlar sahilyanı rayonları güclü dağıntılara və 
daşqınlara səbəb olur. Zəlzələlər dağ uçqunlarına, sürüşmələrə, su 
basmalarına və qar uçqunlarına səbəb ola bilər. 
Sanitar  (müvəffəqəti)  və  dönməz 
itkilərin  miqdarı 
aşağıdakılardan asılıdır: 
 regionun seysmik və geoloji aktivliyindən; 
tikintinin konstruktiv xüsusiyyətlərindən; 
 əhalinin sıxlığı və onun cinsi yaşlı tərkibindən; 
 yaşayış 
məntəqəsinin 
sakinlərinin 
yerləşmə 
xüsusiyyətlərindən; 
 zəlzələnin yaranması sutkanın vaxtından; 
 vətəndaşalrın  zərbə  anında  yerləşməsindən  (binalarda  və 
onlardan kənarda). 


Yüklə 2,86 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə