Dərs vəSAİTİ Sumqayıt Dövlət Universitetinin



Yüklə 2,86 Kb.
Pdf görüntüsü
səhifə18/49
tarix01.02.2018
ölçüsü2,86 Kb.
#23066
növüDərs
1   ...   14   15   16   17   18   19   20   21   ...   49

             
     Ekoloji təhlükəsizlik 
 
56 
Duzun  miqdarına  görə  su  bölünür:  şirin  su  (duz  1  q/l-dən 
azdır); duzlanmış (25 q/l-ə qədər duz) və duzlaşmış (duzlar 25 q/l-
dən artıq). Məsələn, okeanda – 35 q/l; Baltik dənizində – 8-16 q/l; 
Xəzər dənizində – 11-13 q/l; Qara dənizdə – 17-22 q/l-dir. 
Təbii suların deqradasiyası əsasən duzun miqdarının artması 
ilə əlaqədardır. Sularda, hətta belə bir böyük su sistemi olan Volqa 
çayının  Kama  və  Oka  çayları  ilə  birlikdə  hövzəsində  mineral 
duzların  miqdarı  daimi  olaraq  artır.  Bəzi  kiçik  çaylarda,  məsələn 
Şimali  Donda  su  artıq  şirin  deyil,  duzludur.  Ukrayna  çaylarının 
orta minerallaşması 2-3 q/l təşkil edir. Hal-hazırda Uralın  bir çox 
çayları  su  təchizatı  mənbələri  kimi  istifadə  edilə  bilməz.  Belə  ki, 
Kamaya minerallaşma dərəcəsi 1,5-5 q/l olan sənaye çirkab suları 
daxil olur. 
Suların duzlaşmasının əsas səbəbi meşələrin məhv edilməsi, 
düzənliklərin şumlanması, heyvanların otarılmasıdır. Bu zaman su 
torpaqda 
qalmır, 
onu 
nəmləndirmir, 
torpaq 
mənbələrini 
doldurmur, çaylar vasitəsilə dənizlərə axır. Son zamanlar çayların 
duzlaşmasının  qarşısını  almaq  üçün  meşələrin  salınmasından 
istifadə  edilir.  Misal  kimi,  Saratov  vilayətində  meşələrin 
salınmasını göstərmək olar. 
Drenaj sularının axıdılması çox böyükdür. 2000-ci il üçün o, 
25-35  km
3
  təşkil  etmişdir.  Suvarma    sistemləri  adətən  1-2  min 
m
3
/ha istifadə edirlər, onların minerallaşması 20 q/l-ə qədər təşkil 
edir.  Suların  minerallaşmasında  sənaye  çirkab  sularının  rolu 
həddindən  artıq  böyükdür.  1996-cı  il  məlumatlarına  görə 
Rusiyada  sənaye  çirkab  sularının  həcmi  Kuban  kimi  böyük  bir 
çayın axınına bərabərdir. 
Həm  istehsalat,  həm  də  məişət  ehtiyacları  üçün  sudan 
istifadə  edilməsinin  daim  artması  müşahidə  olunur.  ABŞ 
məlumatlarına  əsasən  əhalisi  1  mln  olan  şəhərlərdə  orta  hesabla 
hər  bir  adam  gün  ərzində  200  l/sutka  su  istifadə  edir,  digər 
şəhərlər üzrə aşağıdakı kimidir (litr/sutkada): 
Moskva – 400, London – 170, Sankt-Peterburq – 500, Paris – 130, 
Berlin – 250, Brüssel – 85. 
Hövzələr  (xüsusən  gölməçələr)  uzun  müddət  ərzində  əmələ 
gəlmiş  mürəkkəb  ekoloji  sistemi  təşkil  edir.  Onlarda  daim 


                                                   
T.D.Ağayev,Ş.Ə.Əhmədov,T.A. Xəlilov 
 
57 
qarışıqların tarazlıq vəziyyətinə yaxınlaşan dəyişmə prosesi gedir. 
Tarazlıq  vəziyyətindən  kəskin  kənarlaşmalar  su  orqanizmlərinin 
populyasiyalarının  çoxunun  məhvinə  gətirib  çıxara  bilər,  yəni 
tarazlıq  vəziyyətinə  qayıtmağı  mümkünsüz  edə  bilər,  bu  da 
ekosistemin  məhvinə  gətirib  çıxara  bilər.  Ekosistemin  ilkin 
vəziyyətinə  gətirilməsi  ilə  əlaqədar  proseslərə  özünütəmizləmə 
prosesləri deyilir. Onlardan ən vacibləri aşağıdakılardır: 
  kobud  dispers  qarışıqların  çökdürülməsi  və  kolloid 
qarışıqların koaqulyasiyası; 
  üzvi qarışıqların oksidləşməsi (minerallaşması); 
  mineral qarışıqların oksigenlə oksidləşməsi; 
  hövzələrin  bufer  su  həcmi  hesabına  turşu  və  əsasların 
neytrallaşdırılması; 
  həll olunan  hidrooksidlərin  yaranmasına  səbəb olan ağır 
metal duzların hidrolizi və onların məhluldan çıxarılması və s. 
Su hövzələrinin vəziyyətinə təsir göstərən çirkab suların əsas 
xarakteristikaları: 
temperatur, 
qarışıqların 
mineral 
tərkibi, 
oksigenin  tərkibi,  ml,  pH  (hidrogen  göstəricisi),  zərərli 
qarışıqların konsentrasiyası. Hövzələrin özünü təmizlənməsi üçün 
oksigen  rejimi  böyük  rol  oynayır.  Çirkab  suların  hövzələrə 
axıdılması  “Səth  sularının  çirkab  sular  ilə  çirklənmədən 
qorunması  qaydaları”  ilə  tənzimlənir.  Çirkab  sular  aşağıdakı 
əlamətləri ilə xarakterizə olunur: 
  suyun bulanıqlığı – bulanıqlıq ölçənlə təyin edilir: tətbiq 
olunan  su  etalon  məhlulla  müqayisə  olunur.  O  distillə  edilmiş 
suda  kaolindən  (və  ya  infuzor  torpaqdan)  hazırlanmışdır,  mq/l-lə 
ifadə olunur; 
  suyun  rəngi  –  tədqiq  olunan  suyun  rənginin 
intensivliyinin  standart  şkala  ilə  müqayisəsində  təyin  edilir. 
Standart məhlul kimi kobalt duzunun məhlulundan istifadə edirlər; 
  quru  qalıq  –  suyun  buxarlanmasından  sonra  duz  və 
maddələrin kütləsi (mq/l); 
  turşuluq – pH vahidləri ilə ölçülür. Təbii su adətən qələvi 
reaksiyaya malik olur (pH > 7); 
  codluq  –  Ca
2+
  və  Mg
2+
  duzların  tərkibindən  asılıdır.  Üç 
növ 
suyun 
codluğu 
fərqləndirilir: 
ümumi, 
anionların 


             
     Ekoloji təhlükəsizlik 
 
58 
mövcudluğundan  asılı  olmayaraq  kalsium  və  maqnezium 
duzlarının  tərkibi  ilə  müəyyən  olunur;  daimi,  1  saat  ərzində 
qaynadıldıqdan  sonra  Cl

 və  SO

2
4
 ionlarının  tərkibi  ilə        (o, 
çıxarılmır);  aradan  qaldıran  (müvəqqəti)  –  qaynadılma  ilə  aradan 
qalxır:  
 
.
)
(
2
2
3
2
3
O
H
CO
CaCO
HCO
Ca



 
 
Codluq maqnezium və kalsium duzlarının mq-ekv/l ilə            (1 
mq-ekv 28 mq CaO-ya uyğundur) və dərəcə ilə (1-1 litr suda 10 
mq CaO-ya uyğun gələn kalsium  və  maqnezium  duzları) ölçülür. 
1 codluq = 10 mq-ekv = 2,8 codluq; 
  həll  olmuş  oksigen  –  suyun  temperaturundan  və 
barometrik təzyiqdən asılıdır, mq/l-lə ölçülür; 
  oksigenə  bioloji  tələbat  (OBT)  –  çirkab  sularda 
mikroorqanizmlər  tərəfindən  udulan  oksigenin  miqdarıdır.  OBT 
qiymətləndirilməsinin kriteriyası kimi 20C temperaturda 5 və ya 
20 sutka ərzində həll olunmuş oksigenin azalmış miqdarıdır. 
Yaranma  səbəblərindən  asılı  olaraq  çirkab  sular  üç  qrupa 
bölünürlər:  
  məişət  çirkab  suları  –  duşların,  camaşırxanaların, 
hamamların,  yeməkxanaların,  tualetlərin,  döşəmələrin  yuyulması 
və  s.    çirkab  sulardır.  Onların  miqdarı  orta  hesabla  1  ha  şəhər 
tikintisi üçün 0,5-2 l/san təşkil edir, o, təqribən 58% üzvi və 42% 
mineral maddəyə malikdir; 
  atmosferin  axar  suları  və  leysan;  onların  axarı  bərabər 
deyil; 1 ha-dan ildə 1 dəfə – 100-150 l/san;            1 ha-dan 10 ildə 
1  dəfə  –  200-300  l/san.  Leysan  axınları  xüsusilə  sənaye 
müəssisələrində 
olduqca 
təhlükəlidir. 
Onların 
qeyri-
bərabərliyindən bu axarların yığılması və təmizlənməsi çətinləşir; 
  sənaye  axar  suları  –  xammalın  çıxarılmasında  və  emal 
edilməsində  yaranan  maye  tullantıları.  Bu  zaman  suyun  hesabı 
vahid məhsul üçün tələb olunan xüsusi su sərfinə görə aparılır. 
Su  hövzələrində  biokimyəvi  proseslərin  düzgün  getməsini 
və  özünütənzimləməni  təmin  etməkdən  ötrü  ən  vacib  şərt,  onda 


Yüklə 2,86 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə