Dərs vəSAİTİ Sumqayıt Dövlət Universitetinin



Yüklə 2,86 Kb.
Pdf görüntüsü
səhifə14/49
tarix01.02.2018
ölçüsü2,86 Kb.
#23066
növüDərs
1   ...   10   11   12   13   14   15   16   17   ...   49

             
     Ekoloji təhlükəsizlik 
 
44 
Sübut  olunmuşdur  ki,  siqaret  çəkən  şəxs  çəkməyənə  nəzərən  iki 
dəfə artıq karbon qazı udur. 
Karbon  qazı  hava  və  ya  tütün  tüstüsü  ilə  birlikdə  udularaq 
qana  daxil  olur  və  hemoqlobin  molekulaları  uğrunda  oksigenlə 
mübarizə  aparır.  Oksigenə  nisbətən  karbon  oksidi  hemoqlobinlə 
daha sıx birləşir. Havada nə qədər çox karbon qazı vardırsa, bir o 
qədər  hemoqlobin  onunla  birləşir,  hüceyrələrə  bir  o  qədər  az 
oksigen çatır.  Bu səbəbdən karbon oksidi yüksək konsentrasiyada 
təhlükəli öldürücü maddəyə çevrilir. 
60-cı  illərin  ortalarının  tipik  avtomobil  mühərriki  tullantı 
qazları  ilə  birlikdə  hər  1,5  km  qaçış  yolu  üçün  orta  hesabla  73  q 
karbon  oksidi  buraxırdı.  1981-ci  ildə  yeni  avtomobillərdə  karbon 
oksidi 1,5 km-də 3,4 q səviyyəsinə çatmışdı (ABŞ məlumatlarına 
görə). 
Müəyyən  olunmuş  standarta  nail  olmaq  üçün  tullantı  qazlar 
katalizatorların vasitəsilə hava ilə qarışdırılır. Yerdə qalan karbon 
oksidinin sonrakı oksidləşməsi katalitik çeviricidə (Pt/Pd – platin-
palladium)  baş  verir.  Məhz  belə  bir  sistem  hamılıqlaatmosferə 
atılan  CO  tullantılarının  azaldılması  üçün  seçilmişdir.  Moskvada, 
məsələn,  meriyanın  qərarına  əsasən  1985-ci  ilədək  istehsal 
olunmuş  və  tullantı  qazların  sonadək  katalitik  yandırıcıların 
quraşdırılmağı  xarici  avtomobillərin  satışının  təsdiqlənməsi 
aparılmır.  ABŞ-da  1976-cı  ildən  başlayaraq,  karbon  oksidləri 
azalmağa 
başlamışdı. 
Buna 
səbəb 
yeni 
avtomobillərdə 
quraşdırılmış  katalitik  sonadək  yandırıcılara  malik  modellər  daha 
köhnə  effektsiz  modelləri  əvəz  etməsi  olmuşdur;  1976-cı  ildə 
ABŞ-da avtonəqliyyatın CO buraxması 64,3 mln tondan, 1983-cü 
ildə  47,7  mln  tona  enmişdi,  yəni  25%.  Belə  kiçik  azalmanın 
səbəbi  avtomobillərin  ümumi  qaçışının  böyük  olması  ilə 
əlaqədardır  ki,  bu  da  ildən-ilə  yol  və  küçələrdə  avtomobillərin 
sayının  artması  ilə  bağlıdır.  Katalitik  çeviricilərin  effektivliyi 
müəyyən  müddətdən  sonra  aşağı  düşür  və  bununla  bağlı 
müntəzəm  olaraq  avtomobillərin  tullantı  qazlarında  CO-nun 
miqdarı  yoxlanılmalıdır.  Bütün  ölkələrdə  havanın  keyfiyyəti 
uğrunda  mübarizə  davam  edir,  çünki  avtomobillərin  qaçış 
məsafəsi  daim  artır.  Bu  artmanı  yeni  ictimai  nəqliyyat  sisteminin 


                                                   
T.D.Ağayev,Ş.Ə.Əhmədov,T.A. Xəlilov 
 
45 
yaranması  ilə  azaltmaq  mümkündür.  O,  əhali  üçün  cəlbedici 
olmalı, geniş vüsət almalı və ya elektroavtomobillərə keçilməlidir. 
Karbon-4  oksid  (CO
2
).  Karbon  qazının  (CO
2
)  təsiri  dalğa 
uzunluğunun  700  nm-dən  1400  nm-ə  kimi  diapazonunda 
infraqırmızı  şüalanmanı  (İQ)  udması  ilə  əlaqədardır.  Məlum 
olduğu kimi, Yer bütün enerjini spektrin görünən sahəsində (400-
dən  700  nm-ə  qədər)  Günəşdən  alır,  uzundalğalı  İQ  şüalanma 
şəklində isə əks etdirir. 
1850-ci  ildən  başlayaraq,  texnogen  fəaliyyətlə  əlaqədar 
atmosferdə  CO
2
-nin  miqdarı  0,027-dən  0,033%-ə  kimi  artmışdır. 
Bəşəriyyət XX əsrdə o qədər faydalı yanacaq növünü yandırçışdır 
ki,  bu  XX  əsrədək  olan  mövcud  dövr  ərzində  yandırılana 
bərabərdir.                    İQ şüalanmanı udaraq, CO
2
 parnik pərdə 
kimi çıxış edir. 
Hesablamalar  göstərir  ki,  2000-ci  il  üçün  orta  illik 
temperatur  1C  artarsa,  onda  buzlaqların  əriməsi  nəticəsində 
Dünya  okeanının  səviyyəsi  1,5  km  yüksələrdi.  Xoşbəxtlikdən 
atmosferdə karbon qazının toplanması nəzəri hesablamalardan 2-3 
dəfə yavaş gedir. 
Karbon  qazının  atmosferindən  çıxış  mexanizmi  bitkilərin 
fotosintezi  nəticəsində  udulmasından,  həmçinin  okean  sularından 
onun  
 






H
CaCO
Ca
O
H
CO
2
3
2
2
2
      (2.1) 
 
reaksiyası ilə birləşməsindən ibarətdir. 
Toz.  Tozun  atmosferə  buraxılmasının  əsas  səbəbləri  –  toz 
burulğanları,  torpağın  eroziyası,  vulkanlar,  sıçrayan  dəniz 
damcılarıdır.  Atmosferdə  toz  və  aerozolların  ümumi  miqdarının 
təqribən  15-20%-i 
insan 
fəaliyyətinin 
nəticəsidir:  tikinti 
materiallarının  istehsalı,  dağ-mədən  sənayesindəki  süxurların 
doğranması,  sement  istehsalı,  tikinti.  Məsələn,  Fransada  istehsal 
olunan sementin ümumi miqdarının təqribən 3%-i atmosferə atılır 
(ildə 100 ton). Sənaye şəhərlərində çökən tozda 20% dəmir oksidi 
(Fe
2
O
3
), 15% silisium oksidi (SiO
2
) və 5% his (C) vardır. Sənaye 


             
     Ekoloji təhlükəsizlik 
 
46 
tozu çox vaxt metal və qeyri-metalların oksidlərindən ibarətdir ki, 
bunların  da  çoxu  zəhərlidir  (marqans,  qurğuşun,  molibden, 
vanadium, sürmə, tellur oksidləri). 
Amerikan  ekoloqu  O.Barton  atmosferin  tozlanması  ilə 
əlaqədar  olan  problemi  belə  xarakterizə  etmişdir:  “İkisindən  biri 
olmalıdır: insanlar elə etməlidirlər ki, havada tüstü az olsun, ya da 
tüstü elə edəcəkdir ki, Yerdə insanların sayı azalsın”. 
Toz və aerozollar nəinki nəfəsalmanı çətinləşdirir, həmçinin 
iqlim  dəyişmələrinə  gətirib  çıxarır,  belə  ki,  Günəş  şüalanmasını 
əks etdirir və Yerdən istiliyin çıxmasına mane olur. Məsələn, çox 
əhalisi  olan  cənub  şəhərlərində  (Mexiko  –  22  mln  sakin  və  s.) 
smoqlar atmosferin şəffaflığını 2-5 dəfə aşağı salır. 
Oksigen  (O
2
).  Yerdə  oksigen  həyatın  özü  tərəfindən 
yaranmışdır.  Şək.  2.4  Yerdə  oksigenin  yaranma  tarixini  əks 
etdirir.  Təqribən  2  mlrd  il  əvvəl  Yer  atmosferində  sərbəst 
oksigenin  miqdarı  artmağa  başlamışdır.  Atmosfer  oksigenindən 
qoruyucu  ozon  təbəqəsi  yarandıqdan  sonra  yer  bitkiləri  və 
heyvanlar  inkişaf  etməyə  başladılar.  Vaxt  keçdikcə  atmosferdə 
oksigenin  miqdarı  dəyişməyə  başlayır,  çünki  onun  yaranma 
səviyyəsi və istifadə edilməsi dəyişirdi. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Şəkil 2.4. Atmosferdə oksigenin yaranması. 
 


Yüklə 2,86 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə