Dərs vəSAİTİ Sumqayıt Dövlət Universitetinin



Yüklə 2,86 Kb.
Pdf görüntüsü
səhifə6/49
tarix01.02.2018
ölçüsü2,86 Kb.
#23066
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   49

                                                   
T.D.Ağayev,Ş.Ə.Əhmədov,T.A. Xəlilov 
 
17 
fövqəladə  şəraitlərin  ağır  nəticələrinin  minimuma  endirilməsi 
məsələsinin  aktuallığı  mövcuddur.  Şərtsiz  (mütləq,  qəti,  tam) 
təhlükəsizliyin  konsepsiyası  bu  yaxınlara  qədər  dünyada  qurulan 
təhlükəsizlik  normativlərinin  bazisi  sayılırdı.  Qəzaların  qarşısını 
almaq  üçün  əlavə  texniki  qurğular  tətbiq  olunurdu:  belə  ki, 
təhlükəsizliyin  mühəndis  sistemləri,  nizam  –  intizamın  yüksək 
səviyyəsini  təmin  etmək  məqsədilə  təşkilati  ölçülərdən  istifadə 
edilirdi.  Hesab  olunurdu  ki,  belə  mühəndis  determinist  yanaşma 
ətraf mühitə insan üçün gözlənilən hər təhlükəni istisna edir. 
Son  onilliklərə  qədər  belə  yanaşma  özünü  doğruldurdu. 
Lakin  bu  gün  istehsalın  misilsiz  mürəkkəbləşməsi  və  prinsip 
etibarilə  yeni  texnologiyaların  yaranması,  energetik  və  nəqliyyat 
komunikasiyaları  şəbəkəsinin  artması  ilə  əlaqədar  məqbul 
təhlükəsizlik  konsepsiyası  biosferin  və  texnosferin  daxili 
qanunlarına  qeyri  –  adekvat  olub.  Maddi  rifahın  yaradılması 
naminə  insanın  hər bir  fəaliyyəti enerjinin  istifadəsi  ilə  müşahidə 
olunur, mürəkkəb texniki sistemlərlə əlaqələndirilir,  ətraf  mühitin 
və  onun  müdafiəsi  isə  ətraf  mühitin  və  səhhətin  vəziyyətinin 
göstəriciləri  ilə  xarakterizə  edilmir,  lakin  təhlükəsizliyin  texniki 
sisteminin  effektivliyi  ilə  ölçülür,  yəni  sırf  mühəndis  sahəli 
xarakter  daşıyır.  Əgər  qəzaların  qarşısının  alınmasının  texniki 
sistemlərinə  hər  dəfə  maliyyə  qoyuluşunu  artırsaq,  onda  məcbur 
olarıq ki, sosial proqramların maliyyələşdirilməsini azaldaq, bu isə 
insan  ömrünün  qısaldılması  və  keyfiyyətinin  aşağı  düşməsinə 
gətirib  çıxarır.  Buna  görə  də  cəmiyyət  real  həqiqətin  məqbul 
təhlükəsizliyinin yaradılmasının mümkünsüzlüyünü anlayıb. Hal – 
hazırda təhlükə amillərinin risk  səviyyəsi  elə  həddə gətirilməlidir 
ki,  ona  “məqbul”  kimi  baxılsın.  Onun  məqbulluğu  iqtisadi  və 
sosial  mülahizələrlə  şərtlənməlidir  (uzlaşmalıdır).  Bu  o  deməkdir 
ki,  təsərrüfat  fəaliyyəti  ilə  şərtlənən  təhlükə  amillərinin  risk 
səviyyəsi  “məqbul”  qəbul  edilə  bilsin.  Yəni,  “məqbulluğun” 
kəmiyyəti  (realizasiya  ehtimalı  və  ya  mümkün  ziyan)  o  qədər 
kiçikdir  ki,  bu  halda  maddi  və  sosial  nemətin  alınması  xatirinə, 
insan və ya cəmiyyət bütövlükdə riskə getməyə hazırdır. 
İqtisadi  baxımdan  inkişaf  etmiş  dövlətlərdə  məqbul  riskin 
konsepsiyasının  istifadəsi  mövcuddur.  Misal  üçündemək  olar  ki, 


             
     Ekoloji təhlükəsizlik 
 
18 
Rusiyanın  siyasəti  digər  ölkələrə  nisbətən  daha  çox  məqbul 
təhlükəsizlik üzərində qurulur. 
Buna  görə  də  ilk  mərhələdə  iqtisadi  riskin  müxtəlif 
səviyyələrinin  məqbulluğunu  qiymətləndirəndə  ancaq  ziyan 
törədən  nəticələrin  baxılması  ilə  kifayətlənmək  olar,  çünki  onlar 
sonluqda  ölüm  hadisələrinə  gətirib  çıxarır.  Bu  göstərici  üçün 
yetərincə etibarlı statistik rəqəmlər məlumdur. Onda “ekoloji risk” 
anlayışı  aşağıdakı  kimi  formalaşdırılır:  bu  amilin  intensivliyinin 
normalaşdırılmış  kəmiyyətinə,  vaxtın  müəyyən  edilmiş  vaxt 
intervalında  zərərli  ekoloji  amilin  təsiri  nəticəsində  ölüm 
hadisələrinin  sayı  ilə  ifadə  olunan  mümkün  ziyanın  kəmiyyətinin 
nisbətidir. 
Ekolokji  risk  –  təsərrüfatin  və  digər  fəaliyyətin  neqativ 
təsiri  ilə  yaranmış  və  insan,  təbii  mühit  üçün  qeyri  əlverişli 
nəticələrə malik hadisələrin baş vermə ehtimalıdır.  
-
 Beləliklə,  ekoloji  riskin  müəyyənləşdirilməsi  ölüm 
sonluqları  ilə  qutaran  ziyanlı  ekoloji  nəticələrinin  nisbətinin 
təhlilinə  və  zərərli  ekoloji  təsirin  və  onun  komponentlərinin 
kəmiyyətcə qiymətləndirilməsinə əsas diqqət yetirilməlidir.  
 
Cədvəl 1.1                                                                   
Ekoloji risk mənbələri 
Ekoloji risk faktorları 
Təbii təsirlər 
Zəlzələ, vulkan püskürmələri, 
daşqın, tufan, təbii yanğılar və s. 
Ətraf mühitə texnogen təsir 
Su hövzələrinin, atmosfer 
havasının zərərli maddələrlə, 
torpağın istehsal tullantıları ilə 
çirkləndirilməsi və s. 
Təbii mühitə antropogen təsir 
Faydalı qazıntılar çıxarılarkən 
landşaftların dağılması, süni su 
hövzələrinin yaradılması, intensiv 
meliorasiya,   meşələrin  məhvi  və 
s. 
 
Fəaliyyətin  müxtəlif  növləri  ilə  bağlanan  ekoloji  riskin 
ictimai  məqbulluğu  psixoloji,  sosial  və  iqtisadi  amillərlə 


                                                   
T.D.Ağayev,Ş.Ə.Əhmədov,T.A. Xəlilov 
 
19 
müəyyənləşdirilir. Ekoloji riskin yaranma faktorlarına (amillərinə) 
təbii, texnogen və antropogen faktorlar aid edilir (cədv.1.1).   
    Ekoloji riskin qiymətləndirilməsi və idarə edilməsi 
Ətraf  mühitin  və  əhalinin  təhlükəsizlik  konsepsiyasına 
müvafiq olaraq ekoloji riski idarəetmə sahəsində praktiki fəaliyyət 
elə qurulmalıdır ki, cəmiyyət təbii sərvətlərin  mümkün qədər çox 
cəmini əldə edə bilsin. 
Ekoloji    riskin  idarə  edilməsində  onun  qiymətləndirilməsi  
əsas  rol  oynayır.  Ekoloji    riskin  qiymətləndirilməsində  insanlar 
üçün risk iki kateqoriya ilə ifadə olunur: 
İndividual  (fərdi) risk  - insanın öz fəaliyyəti zamanı müəyyən bir 
təsirə məruz qalması ehtimalı kimi müəyyənləşdirilir; 
-
 Sosial  risk  -    bir  qəza  hadisəsi  ehtimalı  ilə  həmin  qəza 
zamanı 
həlak 
olan 
insanların 
sayı 
arasındakı 
nisbətlə 
müəyyənləşdirilir. 
Ekoloji  riskin qiymətləndirilməsi  – müxtəlif çirkləndirici 
və  digər  maddələrin  ətraf  mühitə  potensial  mənfi  təsirinin 
qiymətləndirilməsi  üçün  fakt  və  elmi  proqnozlardan  istifadə 
olunan elmi tədqiqatdır. 
Adətən risk qiymətləndirilərkən iki kəmiyyətlə  W- hadisə 
ehtimalı  və  X – nəticələrlə xarakterizə edilir :  R =  W
∙X 
Bu gün ekoloji riskin qiymətləndirilməsi  –  insan sağlamlığı üçün 
risk  faktorunu  təyin  etməyə,  onun  nisbətini  müəyyənləşdirməyə 
və  həmin  baza  üzərində  riskin  minimuma  endirilməsinə  dair 
fəaliyyətin  üstünlüyünü  ,  birinciliyini  təsvir  etməyə  imkan 
yaradan yeganə analitik alətdir. 
Ekoloji  riskin qiymətləndirilməsinin təxmini ardıcıllığı:  
-təhlükənin ilkin  identifikasiyası;  
-təhlükə mənbəyinin və onunla əlaqədar olan ziyanın təsviri; 
-normal iş şəraitində riskin qiymətləndirilməsi; 
-istehsalda 
ehtimal 
olunacaq 
qəza 
halları 
riskinin 
qiymətləndirilməsi; 
-qəza hallarının inkişafının mümkün ssenari spektrləri; 
-riskin ehtimal analizi və statistik qiymətləndirmə. 
Riskin    qiymətləndirilməsində    bir  neçə    mərhələ    və    ya  
elementləri  göstərmək olar: 


Yüklə 2,86 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə