Dərs vəSAİTİ Sumqayıt Dövlət Universitetinin



Yüklə 2,86 Kb.
Pdf görüntüsü
səhifə4/49
tarix01.02.2018
ölçüsü2,86 Kb.
#23066
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   49

                                                   
T.D.Ağayev,Ş.Ə.Əhmədov,T.A. Xəlilov 
 
11 
termindən  daha  çox  istifadə  olunur:  “ətraf  mühitin  böhranı”və  
“ekoloji  böhran”.  Zənnimizcə,  ikinci  termin  daha  uğurludur. 
Ekoloji  böhran  –  cəmiyyət  ilə      təbiət  arasındakı  qarşılıqlı 
münasibətlərin gərgin vəziyyətidir ki, bu da cəmiyyətdə istehsalçı 
qüvvələr  və  istehsalat  münasibətlərinin,  biosferin  ekoloji 
imkanlara uyğun olmayan inkişafı ilə səciyyələnir. 
Ətraf    mühitin  təbii  və  ictimai  komponentlərinin 
vəhdətinin  pozulması  həm  biosferin,  həm  də  cəmiyyətin  stabil 
fəaliyyəti  üçün  təhlükə  səviyyəsini  göstərir,  təbii-  ictimai  varlıq 
olan insanın öz mövcudluğunu sual altına alır. 
Ekoloji  böhranın  müəyyən  təzahürləri  vardır.  Çox  zaman 
üç təzahür formasından bəhs edirlər: 
1. Çirklənmə  ekoloji  müvazinətin  pozulmasının  aşağı 
pilləsidir. 
2. Müvazinətin  pozulması  ekosistemin  və  biosferin  özünü 
tənzimləmə qabiliyyətinin əhəmiyyətli dərəcədə azalmasıdır. Bu 
halda  təbii  şəraitlə  ona  göstərilən  təsir  arasında  müvazinət 
yaratmaq üçün insanın müdaxiləsinə ehtiyac vardır. 
3. Destruksiya  ekosistemin  pozulmasının  elə  mərhələsini 
ifadə  edir  ki,  onun  funksiyalarının  bərpası  demək  olar  ki, 
mümkün  deyildir  və  yaxud  uzun  müddət  ərzində  əhəmiyyətli 
səylər tələb edir. 
Ekoloji  böhranın  qeyd  olunan  bu  formaları  ayrı  –  ayrı 
ölkələrdə,  coğrafi  regionlarda  müxtəlif  cür  təzahür  edir. 
Təzahürlərin  müxtəlifliyinə  baxmayaraq,  ətraf    mühitin  müasir 
vəziyyətini ümumi şəkildə qiymətləndirmək olar. Müasir dünyada 
ekoloji  müvazinətin  pozulması  elə  miqyas  almışdır  ki,  həyatın 
mühafizəsi  üçün  zəruri  təbii  sistemlərlə  bəşəriyyətin  sənaye  – 
texnoloji və demoqrafik təlabatları arasında tarazlıq pozulmuşdur. 
Ekoloji  böhranın  mötəbər  əlamətləri sırasına  ərzaq problemlərini, 
demoqrafik  partlayışı,  təbii  ehtiyatların  azalmasını,  suyun  və 
havanın çirklənməsini və s. aid etmək olar. Əslində  müasir insan 
öz  inkişafının  bütün  tarixi  ərzində    ən    ağır    sınaqlar    qarşısında  
qalmışdır:    məhdud    təbii  ehtiyatlarla  şərtlənmiş  böhranı  necə 
aradan qaldırmalı? 


             
     Ekoloji təhlükəsizlik 
 
12 
Ekoloji  böhranın  xarakteri  barəsində  rəylər  birmənalı 
deyildir.  Bəziləri  belə  hesab  edirlər  ki,  ekoloji  böhran  qlobal 
xarakter daşımır, çünki biosferin əsas prinsipləri fəaliyyətdədir: o, 
özünütənzimləmə 
və 
dinamik 
müvazinət 
qabiliyyətini 
itirməmişdir.  Deməli,  ekoloji  problemlər,  ekoloji  tarazlığın 
pozulması  lokal  xarakter daşıyır. Başqa sözlə, kritik  lokal ekoloji 
situasiyalardan  bəhs  etmək  olar.  Zənnimizcə,  məsələnin  belə 
qoyulması  dəqiq  mövqe  deyildir,  ətraf  mühit  ünsürlərinin  dürüst 
başa  düşülməsinə  əsaslanmır.  Halbuki    ekoloji  böhran  bir  bütöv 
olan  ətraf  mühitin  stabilliyi  üçün  təhlükədir,  ona  görə  də  qlobal 
xarakterə malikdir. 
Canlı  aləmdə  insanın  meydana  gəlməsinə  və  onun  təbiətə 
fəal müdaxiləsinə qədər ahəngdarlıq münasibətləri üstünlük təşkil 
etmişdir.  Onun  meydana  gəlməsi  ilə  ekoloji  ahəngdarlığın, 
dayanıqlılığın  pozulması  prosesi  başlanmışdır.  İnsan  düşünən 
varlıq  kimi  əmək  alətləri  yaratmağa,  yaşayış  vasitələri  istehsal 
etməyə  başlamış,  lakin  biosferə  xas  olan  qanunauyğunluqları  ya 
ümumiyyətlə,  ya  da  kifayət  qədər  nəzərə  almamışdır.  Ən  qədim 
dövrlərdə  əhalinin  azsaylı  olması,  yeni  ərazilərə  köçməsi,əvvəlki 
ərazilərdə  təbiətin  tez  bərpası  sayəsində  təbii  mühitdə  pozulma  o 
qədər  də  əhəmiyyətli  olmamışdır.  Məhsuldar  qüvvələr  inkişaf 
etdikcə,  təbiətə  müdaxilə  daha  böyük  miqyaslar  aldıqca,  əhalinin 
sayı  artdıqca  təbii  mühitin  deqradasiyası  da  güclənir,  bəşəri 
mövcudluq  üçün  təhlükəli  xarakter  kəsb  edir.  Bu  prosesdə 
sənayenin  inkişafı  xüsusilə  fəal  rol  oynayır.  Ətraf  mühitin 
çirklənməsi  və  deqradasiyası  getdikcə  intensivləşir,  ona  görə  də 
həm bərpa olunan təbii ehtiyatlara (meşələr, bitkilər, heyvanlar və 
s.),  həm  də  bərpa  olunmayan  təbii  ehtiyatlara  (yanacaq,  metal  və 
s.) daha ciddi qayğı göstərilməlidir. 
İnsanla  təbiət  arasındakı  qarşılıqlı  münasibətlər  –  ekoloji 
böhranın  müxtəlif  formalarında  təzahür  edən  bu  münasibətlər 
bəşəriyyətin  qlobal  probleminə  çevrilmişdir.  Bu  problem  ayrı  – 
ayrı  ölkələrdə  spesifik  xüsusiyyətlərə  malik  olsa  da,  beynəlxalq 
əməkdaşlığı  zəruri  edir.  Təbiət  və  ictimai  elmlərdə  ekoloji 
tarazlığın  pozulması  səbəblərinin  araşdırılması  XIX  əsrin 


                                                   
T.D.Ağayev,Ş.Ə.Əhmədov,T.A. Xəlilov 
 
13 
ortalarından  başlanmışdır.  Ümumi  qlobal  ekoloji  təhlükə 
barəsində biliklər tədricən inkişaf etmişdir. 
Ekoloji  böhranın  səbəbləri  həm  qlobal,  həm  də  lokal 
səviyyələrdə araşdırılmalıdır. Nəzərə almaq lazımdır ki, qlobal və 
lokal səviyyələrdə ekoloji müvazinətin pozulması bir – biri ilə sıx 
bağlıdır və çox tez – tez bir – birinə nüfuz edir. Məsləhət görülür 
ki, aşağıdakı məqamlar ayrıca təhlil olunsun: 
1. Əhali artımı. Konkret faktlar bu problemin kifayət qədər 
ciddi  olduğunu  təsdiqləyir.  8  min  il  bundan  əvvəl  Yer  üzərində 
cəmi 5 milyon adam yaşayırdı.   B.e.-nın ancaq 1650 – ci ilində bu 
rəqəm  təxminən  500mln.  nəfərə  çatmışdı.  1850  –  ci  ildə  bütün 
dünyada əhalinin sayı 1 milyard nəfər olmuş, yəni əhalinin sayının 
iki  dəfə  artması  üçün  200  il  vaxt  lazım  gəlmişdi.  1930  –  cu  ildə 
bütün  dünyada  2  milyard  əhali  yaşayırdı,  yəni  əhalinin  sayca 
yenidən  2  dəfə  artması  üçün  80  il  vaxt  keçmişdi.  1970  –  ci  ildə 
Yer  kürəsi  əhalisinin  sayı  3,5  milyard  nəfər  idi.  Ümumdünya 
Bankının  proqnozlarına  görə  2050  –  ci  ildə  əhalinin  sayı  8,3 
milyard  nəfər  olacaqdır.  İqtisadi  cəhətdən  inkişaf  etmiş  və  zəif 
inkişaf  etmiş  ölkələrdə  əhalinin  təbii  artım  sürətində  əhəmiyyətli 
fərqlər özünü göstərir. Məsələn, Avropada əhalinin orta illik təbii 
artımı  0,8  %,  Latın  Amerikası  ölkələrində  və  Asiyada  2,3%, 
Afrikada isə 3% təşkil edir. Əsasən inkişaf etməkdə olan ölkələrin 
yerləşdiyi bu üç qitədə Yer kürəsi əhalisinin təxminən 4/5 hissəsi 
yaşayır.  Yeri  gəlmişkən  qeyd  edək  ki,  əhalinin  sayı,  sıxlığı  və 
insanın  böyük  sıxlığa  adaptasiyası  probleminin  ekoloji  və  sosial- 
iqtisadi  tərəfləri  vardır.  İnsanların  Yer  üzündə  yaşaya  bilməsi 
müəyyən  fiziki  hüdudları  keçməməlidir.  Hazırda  bəşəriyyət  artıq 
ərzaq  problemi  ilə  qarşılaşmışdır.  Hər  il  bütün  dünyada  aclıqdan 
təxminən  20  milyon  nəfər  dünyasını  dəyişir.  Əhalinin  sayının  və 
sıxlığının  artması  başqa  problemlərin  də  (məsələn,  insan 
münasibətlərinin  deqradasiyası,  münasibətlərdə  dözümsüzlüyün 
artması və s.) meydana gəlməsinə səbəb olur. Deməli, demoqrafik 
artım  ətraf  mühitin  həm  təbii,  həm  də  ictimai  komponentinin 
deqradasiyasını gücləndirir. 
2. İnsanın öz mövcudluğunun təbii əsasını, deməli, həm də 
təbii  potensialını  dəyişdirməsi.  Bu,  yeni  xammal  növlərinin 


Yüklə 2,86 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə