Dərs vəSAİTİ Sumqayıt Dövlət Universitetinin



Yüklə 2,86 Kb.
Pdf görüntüsü
səhifə8/49
tarix01.02.2018
ölçüsü2,86 Kb.
#23066
növüDərs
1   ...   4   5   6   7   8   9   10   11   ...   49

             
     Ekoloji təhlükəsizlik 
 
24 
cəmiyyəti təhlükəsizliyin əsas obyekt və subyekti kimi insanı elan 
edir. İnsan isə ən qiymətli və ən zəif, lakin eyni zamanda həm özü, 
həm də bütün ətraf üçün ən təhlükəli varlıqdır. 
Təhlükəsizlik  ayrı  -  ayrı  şəxslərin,  cəmiyyətin  və  təbii 
mühitin  həddən  artıq  təhlükələrdən  mühafizəsinin    vəziyyətidir. 
Təhlükəsizlik,  insanın  fizioloji,  sosial  və  mənəvi  tələbatları  ilə 
yanaşı  vacib  təlabatdır.  Təhlükəsizliyin  əsas  kriteriyası  təhlükə 
hissiyatı  və  ya  indi  və  gələcəkdə  zərər  yetirə  bilən  sosial  təbii 
hadisələri müəyyən etmək qabiliyyətidir. 
Ekoloji  təhlükəsizliyin  bəzi  tərkib  hissələrinin  məzmunu 
ilə tanış olaq: 
Ekoloji  təhlükəsizlik  sistemi  -  biosfer  ilə    antropogen, 
həmçinin  təbii  xarici  qüvvələr  arasında  tarazlığın  qorunub 
saxlanılmasına  yönəlmiş  qanunvericilik,  texniki,  tibbi  və  bioloji 
tədbirlərin toplusudur. 
Ekoloji  təhlükəsizliyin  subyektləri  –  insan,  cəmiyyət, 
dövlət, biosfer. 
Ekoloji 
təhlükəsizliyin 
obyektləri 
– 
təhlükəsizlik 
subyektlərinin  həyatı  vacib  maraqları:  insan  hüquqları,  maddi  və 
mənəvi  təlabat,  dövlət  və  cəmiyyətin  inkişafının  əsası  kimi  təbii 
ehtiyatlar və təbii mühit. 
Sağlamlıq  –  sadəcə  xəstəliklərin  olmaması  deyil,  fiziki, 
psixi və sosial rifahın tam olaması vəziyyətidir. 
İnsan sağlamlığını və ətraf mühitin vəziyyətini xarakterizə 
edən  göstəricilərin  təhlükəsizliyin  ölçü  vahidi  kimi  istifadə 
edilməsi  təklif  olunur.  İlk  növbədə  sağlamlığın  əsas  göstəricisi  
orta  ömür    davamiyyətidir.  Müxtəlif  ölkələrdə  ömrün  uzunluğu 
təkcə  səhiyyənin  inkişaf  səviyyəsindən  deyil,  həm  də  cəmiyyətin 
sosial  –  iqtisadi  inkişaf  səviyyəsindən  və  təbii  mühitin 
vəziyyətindən asılıdır. 
Təhlükəsizliyin  məqsədi  təkcə  əhalinin  sağlamlığının 
mühafizəsi deyil, həm də 
ətraf  mühitin  qorunması  olduğundan,  onun  vəziyyətini  və 
keyfiyyətini  kəmiyyətcə  qiymətləndirən  göstəriciləri  də  müəyyən 
etmək  vacibdir.  Belə  göstəricilərə  ekosistemin  vəziyyətinin  onun 
sabitlik sərhəddinə yaxınlıq dərəcəsi aid edilir. 


                                                   
T.D.Ağayev,Ş.Ə.Əhmədov,T.A. Xəlilov 
 
25 
Sabitliyi  qiymətləndirmək  üçün  təbii  sistemin  özünübərpa 
göstəricilərinin aşağıdakı qradasiyalarından istifadə edirlər: 
  Təbii  vəziyyət  –  yalnız  antropogen  təsir  fonu  müşahidə 
olunur; biokütlə maksimaldır, bioloji məhsuldarlıq minimaldır; 
  Tarazlıq  vəziyyəti  –  bərpa  proseslərinin  sürəti  pozulma 
tempinə  bərabər  və  ya  ondan  yüksək  olmalıdır;  məhsuldarlıq 
təbiidən yüksəkdir, biokütlə azalmağa başlayır; 
  Böhran  vəziyyəti  –  antropogen  dağıntıların  sürəti  təbii 
bərpa  proseslərinin    sürətindən  yüksəkdir,  lakin  ekosistemlərin 
təbii 
xüsusiyyətləri 
qorunub 
saxlanılır, 
biokütlə 
azalır, 
məhsuldarlıq olduqca yüksəkdir; 
  Kritik vəziyyət – antropogen təsirin nəticəsində məhsuldar 
sistemlərin  az  məhsuldar  sistemlərə  çevrilməsi  baş  verir  (qismən 
boşaldılma); biokütlə azdır və azalır; 
  Fəlakət 
vəziyyəti 
– 
az 
məhsuldar 
ekosistemin 
möhkəmləndirilməsinin  çətin  bərpa  prosesi  (güclü  səhralaşma); 
biokütlə və bioloji məhsuldarlıq minimaldır; 
  Kollaps  vəziyyəti  –  bioloji  məhsuldarlığın  bərpa  edilməz 
itkisi, biokütlənin sıfra yönəlməsi.  
Təbiətin sönməsinin təbii – ekoloji təsnifatı ilə yanaşı təbii 
–  sosial  şkaladan  da  istifadə  edilir  və  aşağıdakı  dərəcələrlə 
səciyyələndirilir: 
o
  Firavanlıq zonası  – ömrün uzunluğunun artması  baş verir, 
əhalinin xəstələnməsi aşağı düşür; 
o
  Gərgin  ekoloji  vəziyyət  zonası  –  hüdudları  daxilində 
təbiətin  böhran  vəziyyətindən  kritik  vəziyyətə  keçidi  müşahidə 
olunan areal; 
o
  Kritik vəziyyət zonası; 
o
  Fövqəladə ekoloji vəziyyət zonası; 
o
  Ekoloji fəlakət zonası. 
 
1.6.  Ekoloji təhlükəsizliyin təmin edilməsi 
 
Dayanıqlı 
(sabit) 
inkişaf 
konsepsiyası 
ekoloji 
təhlükəsizliyin  təmin  edilməsi  üzrə  tədbirlər  sistemini  nəzərdə 


             
     Ekoloji təhlükəsizlik 
 
26 
tutur.  Ekoloji  təhlükəsizlik  məfhumuna  fövqəladə  vəziyətin 
inkişafını 
proqnozlaşdırmağa, 
onların 
yaranmasına 
yol 
verməməyə  və  artıq  yarandığı  zaman  məhv  etməyə  imkan  verən 
nizamlama və idarəetmə sistemi daxildir. 
Ekoloji təhlükəsizliyin təmin edilməsi — təhlükəli  ekoloji 
vəziyyətlərin  yaranması  və  inkişafının qarşısının  alınması,  habelə 
onların  nəticələrinin,  o  cümlədən  gələcəkdə  təsir  göstərə  biləcək 
nəticələrin aradan qaldırılması üzrə tədbirlər sistemidir. 
Ekoloji  təhlükəsizliyin  təmin  edilməsi  qlobal,  regional  və 
lokal səviyələrdə həyata keçirilir. 
Ekoloji 
təhlükəsizliyin 
qlobal 
idarəetmə 
səviyyəsi 
ümumilikdə  biosferin  və  onun  tərkib  hissələrində  baş  verən 
proseslərin  proqnozlaşdırılmasını  və  müşahidəsini  nəzərdə  tutur. 
XX  əsrin  ikinci  yarısında  bu  proseslər  özünü  iqlimin  qlobal 
dəyişikliklərində,  “istixana  effekti”-nin  yaranmasında,  ozon 
ekranın  dağılmasında,  planetin  səhralaşmasında  və  dünya 
okeanının çirklənməsində büruzə vermişdir. 
Qlobal  nəzarətin  və  idarəetmənin  mahiyyəti  biosfer  ilə 
ətraf  mühitin  saxlanılmasından  və  təbii  yolla  bərpa  edilmə 
mexanizminin  istifadəsindən  ibarətdir.  Bu,  biosferin  tərkibinə 
daxil olan canlı orqanızmlərin məcmuusu ilə istiqamətlənir. 
Qlobal  ekoloji  təhlükəsizliyin  idarə  edilməsi  BMT, 
YUNESKO, YUNEP və digər beynəlxalq təşkilatlar səviyyəsində 
dövlətlərarası  münasibətlərin  preroqatividir.  Bu  səviyyədə 
idarəetmə  üsulları  ətraf  mühitin  mühafizəsi  üzrə  beynəlxalq 
aktların qəbul edilməsi, dövlətlərarası ekoloji proqramların həyata 
keçirilməsi, təbii və ya antropogen xarakterli ekoloji problemlərin 
qarşısının alınması üzrə hökumətlərarası qüvvələrin yaradılmasını 
özündə birləşdirir. 
Qlobal  səviyyədə  iri  miqyaslı  bir  sıra  ekoloji  proplem 
nisbətən  öz  həllini  tapmışdır.  Nüvə  silahının  yeraltı  sınaqları 
istisna  olmaqla,  bütün  mühitlərdə  qadağan  edilməsi  beynəlxalq 
ictimaiyyətin  böyük  nəaliyyətidir.  Balina  ovunun  dünya  üzrə 
qadağan  edilməsi  və  balıq,  habelə  digər  dəniz  məhsullarının 
ovlanmasının  tənzimlənməsinin  dövlətlərarası  hüququ  barədə 
razılaşmalar əldə edilmişdir. 


Yüklə 2,86 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə