Dərs vəSAİTİ Sumqayıt Dövlət Universitetinin



Yüklə 2,86 Kb.
Pdf görüntüsü
səhifə5/49
tarix01.02.2018
ölçüsü2,86 Kb.
#23066
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   49

             
     Ekoloji təhlükəsizlik 
 
14 
meydana  çıxmasını,  yeni  texnologiyaların  inkişafını  şərtləndirir. 
İqtisadi  inkişaf  bir  sıra  xarakteristikaları  (əmək  şəraiti, 
yoxsulluğun  azalması,  cəmiyyətin  maddi  və  mənəvi  səviyyəsinin 
yüksəlməsi  və s.)  yaxşılaşdırsa da, təbii  materiyadan, onun  bütün 
ehtiyatlarından 
istifadəni 
intensivləşdirir, 
ətraf 
mühitin 
çirklənməsini  gücləndirir.  Deməli,  sürətli  iqtisadi  inkişaf  təbii 
mühit  üçün  çoxsaylı  problemlər  doğurur  ki,  bunlara  da  laqeydlik 
göstərilməsi  yolverilməzdir.  Ancaq  mənfəətə,  qüdrətə  və  nüfuza 
istiqamətlənmiş 
istehsal 
təbiətin 
müvazinətinin 
başlıca 
pozulmalarını şərtləndirən mühüm səbəblərdən biridir. 
3.  İnsanın,  cəmiyyətin  fəaliyyəti  nəticəsində  təbii  mühitin 
çirklənməsi.  İntensiv  çirklənmə  prosesi  sənayeləşmə  ilə  başlanır, 
lokal hüdudları ötüb keçir və zaman keçdikcə universal problemə 
çevrilir.  Etiraf  edilməlidir  ki,  XX  əsrin  ikinci  yarısına  qədər  bu 
problemə  xüsusi  diqqət  yetirilməmişdir.  50  –  ci  illərdən 
başlayaraq  ətraf  mühitin çirklənməsi  həyat üçün təhlükəli  miqyas 
almış  və  onun  zərərli  təsirinə  diqqət  güclənmişdir.  Buna 
baxmayaraq,  çirkləndiricilərin  sayı  və  növləri  artmaqda  davam 
edir.  Qeyd  edilməlidir  ki,  havanın,  suyun,  torpağın  çirklənməsi, 
habelə hədsiz istilik ayrılması və radioaktiv şüalanma mahiyyətcə 
sərhəd  tanımır  və  müasir  cəmiyyətin  qlobal  problemi  kimi  çıxış 
edir. Çirklənmənin müxtəlif təzahürləri bir – birilə sıx bağlıdır. 
4.  Enerji  ilə  təminat  problemi  də  ekoloji  duruma  ciddi  təsir 
göstərən amildir. YUNEP-in məlumatına görə, atmosfer havasının 
çirklənməsi mənbələrində kömürün payı 60%-i, neftin payı 30%-i, 
sənaye  mənşəli digər qazların payı  isə 10% təşkil edir. 1980  – cı 
illərə  doğru  artıq  221  atom  elektrik  stansiyası  (AES)  fəaliyyət 
göstərirdi,  tikintisi  davam  edən  stansiyaların  sayı  286  –  ya 
çatmışdı,  290  AES  -  nın  tikilməsi  isə  planlaşdırılmışdı.  Mötəbər 
mənbələrdən  alınan  məlumatlara  görə  təkcə  bir  ildə  14  ölkənin 
AES  -  lərində  radioaktivliyin  axını  ilə  müşaiyət olunan  150  qəza 
qeydə  alınmışdır.  Bu  stansiyalar  təkcə  qəza  zamanı  yox,  həm  də 
normal  fəaliyyət  göstərdikləri  zaman  da  təbii  mühit  üçün  təhlükə 
mənbələri  olaraq  qalır.  Radioaktiv  tullantılar  həm  insan,  həm  də 
ətraf  mühit üçün uzun  müddət  ərzində təhlükədir. Belə tullantılar 
təkcə  AES  –  lərdə  deyil,  həm  də  sənayenin  digər  sahələrində 


                                                   
T.D.Ağayev,Ş.Ə.Əhmədov,T.A. Xəlilov 
 
15 
mövcuddur. 
İnkişafın 
humanist 
potensialının 
həqiqətən 
reallaşması  üçün  ekoloji  problemlərin  həlli  istiqamətində  gərgin 
axtarışlara stimul yaradılmalıdır.   
Təəssüf  ki,  əksər  ölkələr  əhalisinin  və  ətraf  mühitinin 
təhlükəsizliyi  nöqteyi-nəzərdən  yaxşı  dövrlərini  yaşamır.  Bir 
tərəfdən ölkədə əhali üçün potensial təhlükəyə  malik çoxlu sayda 
iri  müəssisələr  mövcuddur,  digər  tərəfdən  isə  texnologiyaların 
səviyyəsi, onlara nəzarət və nizam-intizam kritik həddə çatmışdır. 
Ona görə də misal kimi göstərmək olar ki, Rusiyada orta hesabla 
gündə  iki  dəfə  boru  kəmərlərində,  həftədə  bir  dəfə  -  nəqliyyatda, 
ayda  bir  dəfə  -  sənayedə  ciddi  qəzalar  baş  verir.  Ölkə  ərazisinin 
20%-i  seysmik  cəhətdən  təhlükəli  zonalardır.  Hər  il  qəza  və 
bədbəxt hadisələrdə 50 mindən artıq insan həlak olur, 250 mindən 
çox  insan  xəsarət  alır.  Rusiya  Elmlər  Akademiyasının 
hesablamalarına  görə  hər  il  qurbanların  sayı  artacaqdır,  çünki 
Rusiya  ərazisində  4,5  min  potensial  təhlükəli  obyektlər 
mövcuddur.  Onlardan      800-ü  radiasiya  və  1500-ü  kimyəvi  və 
bioloji  təhlükələrdir,  çünki  onlar  vaxtında  texnoloji  və  ekoloji 
təhlükələrin  bütün  tərkib  hissələri  nəzərə  alınmadan  və  ekoloji 
cəhətdən 
mükəmməl 
olmayan 
texnologiyalar 
əsasında 
yaradılmışdı. 
Hərc-mərclik,  dağılma,  korrupsiya,  təbii  ehtiyatların 
oğurlanması,  təbiətin  vəhşicəsinə  məhv  edilməsi  nəticəsində 
ölkənin təbii ehtiyatları tükənmişdir. 
Ekoloji  təhlükə  ölkələri  sosial-iqtisadi  böhrandan  çıxmağa, 
onların intibahına imkan vermir, sosial gərginlik yaradır. 
Fövqəladə ekoloji vəziyyətlərin xəbərdar edilməsi və aradan 
qaldırılması  ölkə  hökumətinin  vahid  dövlət  sistemi  tərəfindən 
həyata  keçirilir.  O,  FH  zamanı  ərazilərin  federal  orqanlarının 
məsələlərini, funksiyalarını, fəaliyyət qaydasını müəyyən edir. 
 
 
1.4. Ekoloji risk və onun əsas göstəriciləri 
İnsan hər gün düşünülmüş və düşünülməmiş formada kiçik 
və  böyük  həcmli  risklərlə  üzləşirlər.  Həyatda  insan  üçün  risk 
anadan olduğu gündən ömrünün sonuna qədər mövcuddur. 


             
     Ekoloji təhlükəsizlik 
 
16 
 
Riskin əsasında isbata ehtiyacı olmayan potensial fəaliyyət 
mövcuddur. İnsan həyatının təcrübəsi bizə imkan verir təsdiq edək 
ki, onun fəaliyyəti potensial təhlükədir.  
Risk  haqqında  nəzəriyyə  XX  əsrin  sonunda  geniş  şəkildə 
inkişaf  etməyə  və  tətbiq  olunmağa  başlamışdır.  Bu  nəzəriyənin 
inkişafında  riyaziyyat,  statistika,  huquqi  və  iqtisadi  elmlər  və 
sonralar  dəqiq  elmlər  sayılan  ehtimal  nəzəriyyəsi,  oyunlar 
nəzəriyyəsi,  fəlakət  kimi  fənnlərin  rolu  olmuşdur.  Son  on  illərin 
göstərdiyi  faciəli  halların  artımı,  istehsalatda  tətbiq  olunan  yeni 
texnologiyaların  tətbiqində  insanların  buraxdığı  səhvlərlə  təsdiq 
olunur. 
Risk – bu uğursuzluğun gözlənilə bilən ölçüsü, fəaliyyətdə 
məğlubiyyət,  insan  sağlamlığında  arzu  olunmayan  fəsadların 
başvermə  təhlükəsidir  və  nəticə  etibarilə  maddi  ziyan  verə  bilər. 
Risk  üçün  xarakterik  hallar:  gözlənilməməzlik,  qəflətən  təhlükəli 
vəziyyətin  baş  verməsidir  ki,  bu  da  tez  və  qəti  tədbirlərin 
görülməsi ilə aradan qaldırılır. 
Bizi  maraqlandıran  insan  və  ətraf  mühitin  təhlükəsizliyi 
problemidir.  Ümumi  qəbul  edilmiş  qaydaya  əsasən  kəmiyyət 
baxımından insan həyatında baş verən təhlükələri müəyyən etmək 
üçün bölgü şkalasından istifadə edirlər. 
Bölgü  şkalası  ilə  çox  komponentli  vektorlarla  yarana 
biləcək  təhlükəni,  təhlükənin  səviyyəsini  və  yaranma  ehtimalını 
təyin  etmək  mümkündür.  Qeyd  etmək  lazımdır  ki,  vektorlar 
fəzada vaxta görə qeyri – bərabər bölünürlər. 
İtgi  məhfumu  dedikdə,  faktiki  və  mümkün  ola  bilən 
iqtisadi  uğursuzluq,  eyni  zamanda  ətraf  mühitin  korlanması  ilə 
insan səhhətinin pisləşməsi başa düşülür. 
Məqbul  riski  dedikdə  insanın  təbiətlə  qarşılıqlı  əlaqəsi 
zamanı  ekologiyaya  antropogen  təzyiq  başa  düşülür.  Son 
zamanlar  bu  hal  dəfələrlə  güclənib  və  elmi  –  texniki  tərəqqinin 
inkişafı  ilə  bağlı  yeni keyfiyyətli  formalar alıb ki,  insanın ekoloji 
təhlükəsizliyi  problemini  indiki  zamanda  qlobal  problemlərdən 
birinə  çevirib.  Təbii  fəlakətləri,  biosferin  dağılmasını  və 
çirklənməsini  şərtləndirən  qəzalar  nəticəsində  əmələ  gələn 


Yüklə 2,86 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə