Dərs vəSAİTİ Sumqayıt Dövlət Universitetinin



Yüklə 2,86 Kb.
Pdf görüntüsü
səhifə47/49
tarix01.02.2018
ölçüsü2,86 Kb.
#23066
növüDərs
1   ...   41   42   43   44   45   46   47   48   49

             
     Ekoloji təhlükəsizlik 
 
148 
3.  Gəmilərdən  suyun  çirkləndirilməsinin  qarşısının  alınması 
üzrə konvensiya (London, 1973, 1978), MM-də ratifikasiya tarixi 
– 22.04.1998; 
4.  Ciddi quraqlıq və səhralaşma baş verən ölkələrdə, xüsusilə 
də Afrikada səhralaşma ilə mübarizə üzrə BMT-nin Konvensiyası 
(Paris, 1994), MM - də ratifikasiya tarixi – 24.04.1998; 
5.  Kökünün  kəsilməsi  təhlükəsi  olan  vəhşi  fauna  və  yabanı 
flora növlərinin  beynəlxalq ticarəti haqqında  Konvensiya (CİTES 
Vaşinqton,  1973)  və  nərə  balıqlarının    qorunmasına    dair  
Qətnamə  (Harare, 1997), MM-də  ratifikasiya 
 tarixi – 23.06.1998; 
6.  Transsərhəd 
kontekstində 
ətraf 
mühitə 
təsirin 
qiymətləndirilməsi  haqqında  Konvensiya  (Espo,  Finlandiya, 
1991), MM-də ratifikasiya tarixi – 01.02.1999; 
7.  Avropanın  canlı  təbiətinin  və  təbii  mühitinin  qorunması 
haqqında  avropa  Konvensiyası  (Bern,  1979),  MM-də  ratifikasiya 
tarixi – 28.10.1999; 
8.  Ətraf mühit ilə bağlı məsələlərdə məlumatın əldə edilməsi, 
ictimaiyyətin  qərar  qəbul  edilməsində  iştirakı  və  ədalət 
məhkəməsinin  açıq  keçirilməsi  haqqında  BMT  Konvensiyası 
(Orhus,  Danimarka,  1998),  MM-də  ratifikasiya  tarixi  – 
09.11.1999; 
9.  Bitki mühafizəsi haqqında Konvensiya (Roma 1951), MM-
də ratifikasiya tarixi – 14.03.2000; 
10.  Bioloji 
müxtəliflik 
üzrə 
Konvensiya 
(Rio-de-
Janeyro,1992), MM-də ratifikasiya tarixi –14.03.2000; 
11.  Sərhəddən  keçən  su  axınlarının  və  beynəlxalq  göllərin 
mühafizəsi və istifadəsi üzrə BMT Konvensiyası (Helsinki, 1992), 
MM-də ratifikasiya tarixi – 18.03.2000; 
12.  BMT-nin 
İqlim 
dəyişmələri 
haqqında 
Çərçivə 
Konvensiyasına  dair  Kioto  Protokolu  (Kioto,1997),  MM-də 
ratifikasiya tarixi – 18.07.2000; 
13.  Təhlükəli  tullantıların  sərhədlərarası  daşınmasına  və 
kənarlaşdırılmasına  nəzarət  haqqında  Konvensiya  (Bazel,  1989), 
MM-də ratifikasiya tarixi – 16.02.2000; 


                                                   
T.D.Ağayev,Ş.Ə.Əhmədov,T.A. Xəlilov 
 
149 
14.  YUNESKO-nun əsasən su quşlarının  yaşama  yerləri kimi 
Beynəlxalq  əhəmiyyətli  olan  Sulu  –  bataqlıq  yerlər  haqqında 
Konvensiya  (Ramsar,  1982),  MM-də  ratifikasiya  tarixi  – 
18.07.2001; 
15.  Böyük  məsafələrdə  havanın  transsərhəd  çirklənməsi 
haqqında  Konvensiya  (Cenevrə,  1979).  MM-də  ratifikasiya  tarixi 
– 09.04.2002. 
Hazırki  şəraitdə  Azərbaycanın  Avropaya  inteqrasiyası 
prosesi  ətraf  mühitin  mühafizəsi  və  ekoloji  təhlükəsizliklə  bağlı 
olan  bəzi  qanunvericilik  aktlarının  təkmilləşdirilməsini  və 
bunların  Avropa  standartlarına  yaxınlaşdırılmasını  tələb  edir. 
Bununla əlaqədar olaraq aşağıdakı tədbirlərin həyata keçirilməsini 
məqsədəuyğun hesab edirik: 
1.  Davamlı  inkişaf  prinsiplərini  nəzərə  alaraq  “Ekoloji 
təhlükəsizlik  haqqında  ”  qanun  və  ətraf  mühitin  mühafizəsi  ilə 
əlaqədar  digər  qanunların  müasir  tələblərə  uyğun  şəkildə 
təkmilləşdirilməsi; 
2. Ekoloji  təhlükəsizliyin  təmin  edilməsində  vətəndaşların 
və  ictimai  birliklərin  fəaliyyətini  genişləndirmək  üçün  hüquqi 
şəraitin yaxşılaşdırılması; 
3.  Ekoloji  təhlükəsizliyin  təmin  edilməsində  informasiya 
təminatını    yaxşılaşdırmaq  üçün  Orxus  Konvensiyasının 
prinsiplərini nəzərə alaraq zəruri tədbirlərin həyata keçirilməsi. 
Son 
illərdə 
ətraf 
mühitin 
mühafizəsi, 
ekoloji 
təhlükəsizliyin təminatı  ilə  bağlı ölkə Prezidenti  İ.Əliyev bir çox 
tədbirlərin həyata keçirilməsi ilə bağlı sərəncam vermişdir. 
1. 
“Azərbaycan  Respublikasında  ekoloji   vəziyyətin  
yaxşılaşdırılmasına  dair  2006  –  2010-cu  illər  üçün  kompleks 
tədbirlər Planı”-nın təsdiq edilməsi haqqında; 
2. 
Xəzər dənizinin çirklənmədən qorunması üzrə  bəzi 
tədbirlər  haqqında  Azərbaycan  Respublikası  Prezidentinin 
20.06.2007-ci il tarixli sərəncamı; 
3. 
Əhalinin 
ekoloji 
təmiz 
su 
ilə 
təminatının 
yaxşılaşdırılması  ilə  əlaqədar  bəzi  tədbirlər  haqqında  Azərbaycan 
Respublikası Prezidentinin 20.06.2007-ci il tarixli sərəncamı; 


             
     Ekoloji təhlükəsizlik 
 
150 
4. 
Azərbaycan Respublikasında yaşıllıqların salınması 
sahəsində  idarəetmənin  təkmilləşdirilməsi  tədbirləri  haqqında 
Azərbaycan  Respublikası  Prezidentinin  13.06.2008-ci  il  tarixli 
sərəncamı; 
5. 
Xəzər  dənizinin  çirklənmədən  qorunması  üzrə 
əlavə  tədbirlər  haqqında  azərbaycan  Respublikası  Prezidentinin 
13.06.2008-ci il tarixli sərəncamı; 
6. 
Bakı  şəhərində  məişət  tullantıları  ilə  bağlı 
idarəetmənin 
təkmilləşdirilməsi 
haqqında 
 
Azərbaycan 
Respublikası Prezidentinin 06.08.2008-ci il tarili sərəncamı. 
                                 8.2. Radiasiya təhlükəsizliyi  
Ətraf  mühitin  o,  cümlədən  atmosferin  radioaktiv 
maddələrlə  çirklənməsi  insanların  təbii  və  süni  radioaktiv 
maddələrdən  istifadə  etməsi  ilə  əlaqədardır.  Öz  təsərrüfat 
fəaliyyətini    daha  səmərəli  təşkil  etmək  üçün,  enerjiyə  olan 
tələbatını 
maksimum 
ödəmək 
üçün 
insanlar 
radioaktiv 
maddələrdən istifadə edirlər. Bu proseslər zamanı ətraf mühitə yol 
verilə  bilən  həddən  artıq  radioaktiv  maddələr  atılır  və  yerin  təbii 
radiasiya  fonuna  bu  cür  əlavələr  öz  növbəsində    böyük  fəsadlara 
yol açır.  
Yerin  təbii  radiasiya  fonu  torpaq,  su  və  havadakı 
radionuklidlərin səpələnən şüalarının cəmindən ibarət olub, yaşları 
planetimizin yaşına uyğun gəlir. Belə radionuklidlərə kalium – 40 
(
40
K), uran – 238 (
238
U), torium – 232 (
232
Th) və radon – 219-282 
(
219-282
Rn)  və  radiumun  –  226  (
226
Ra)  parçalanma  məhsulları 
aiddir.  Radiasiya  fonunun  formalaşmasında  ikinci  yeri  kosmik 
şüalanma, üçüncü  yeri  isə azmüddət ym[vcud olan radionuklidlər 
tutur,  onlar  atmosferin  yuxarı  qatlarında  stratosferin  qazları  ilə 
Kainatın  müxtəlif sahələrindən  yüksək enerji  nüvə hissəciklərinin 
qarşılıqlı  təsiri  sayəsində  əmələ  gəlir.  Əksər  radionuklid  fonunun 
ilkin  geoloji  mənbəyi  litosferin  yuxarı  qatları  (qranitlər,  şistlər, 
qumdaşılar  və  s.)  olub  daima  torpağın,  suyun,  havanın  saprofit 
mikroflorasının təsiri altında  əmələ gəlir, temperaturun  dəyişməsi 


Yüklə 2,86 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə