Dərs vəSAİTİ Sumqayıt Dövlət Universitetinin



Yüklə 2,86 Kb.
Pdf görüntüsü
səhifə45/49
tarix01.02.2018
ölçüsü2,86 Kb.
#23066
növüDərs
1   ...   41   42   43   44   45   46   47   48   49

             
     Ekoloji təhlükəsizlik 
 
142 
 
 
 
 
 
 
 
 
 
8.1. Azərbaycanın ekoloji təhlükəsizliyi 
Zəngin  təbii  mühitə  malik  olan  ölkəmizdə  son  dövrdə 
ekoloji  təhlükə  yaranmışdır.  Ekoloji  böhrandan  çıxmaq,  təbiəti 
mühafizə  problemi  Azərbaycan  dövlətinin  milli  təhlükəsizlik 
strategiyasına daxildir. 
Hər bir  müstəqil dövlət ekoloji təhlükəsizliyi təmin  etmək 
üçün  ilk  növbədə  ekoloji  təhlükəsizlik  proqramı  hazırlayır  və 
həyata  keçirir.  Rusiya  Federasiyasının  akademiki  A.D.Ursulun 
fikrinə  görə  texnoloji  təfəkkürdən  humanitar  təfəkkürə  keçmək 
vacibdir,  ictimai  şüurda  ekologiyanın  təhlükəsizliyi  mühüm  yer 
tutmalıdır. Ekoloji təhlükəsizlik dövlətin stateji vəzifəsidir. 
Müasir  qloballaşma  və  inteqrasiya  şəraitində  Azərbaycan 
ətraf mühitin mühafizəsi sahəsində Avropa Birliyi ilə əməkdaşlığı 
inkişaf  etdirir.  Respublika  standartlarının  və  normativlərinin 
Avropa  Birliyinin  müddəaları  ilə  uyğunlaşdırılması  artıq  təlabata 
çevrilmişdir.  Onun  beynəlxalq  -  hüquqi  aspektdə  ən  mühüm 
tövsiyyələri  istiqamətində  ciddi  addımlar  atılmaqdadır  (malların 
və  xidmətlərin  dəyərinin  müəyyənləşdirilməsində  təbii  mühit 
amilinin  nəzərə  alınması,  sənayedə  çirklənmə  əleyhinə  mübarizə 
məsrəflərinin  qiymətləndirilməsi,  ətraf  mühit  problemlərinə  dair 
informasiya  təminatı  və  s.).  Ekoloji  qanunvericiliyin  Avropa 
standartlarına 
və 
normativlərinə 
istiqamətlənməsi 
həm 
respublikamızın  dünya  təsərrüfat  sisteminə  inteqrasiyası  üçün, 
həm  də  insanın  sağlam  ətraf  mühit  hüququnun  təmin  olunması 
üçün  çox  mühüm  şərtlərdəndir.  Lakin  unutmaq  olmaz  ki,  hər  bir 
ölkənin  öz  spesifik  xarakteristikaları,  xüsusi  tarixi,  maddi  və 
mənəvi  şəraiti  movcuddur.  Bu,  şübhəsiz,  həmin  ölkənin 
 
FƏSİL 8. AZƏRBAYCAN RESPUBLİKASINDA 
EKOLOJİ  TƏHLÜKƏLİ VƏZİYYƏT VƏ EKOLOJİ 
TƏHLÜKƏSİZLİYİN TƏMİN EDİLMƏSİ 


                                                   
T.D.Ağayev,Ş.Ə.Əhmədov,T.A. Xəlilov 
 
143 
yaradıcılıq  potensialına,  istehsal  fəaliyyətinə  təsirsiz  qalmır.  Ona 
görə  də  respublkamız  ən  müasir  standartlara,  normativlərə 
istiqamətlənməklə  yanaşı  özünəməxsus  şəraitini  diqqətlə  təhlil 
edir,  mövcud  reallıqlar  əsasında  elmi  cəhətdən  əsaslandırılmış 
qərarlar  qəbul  etməyə  səy  göstərir.  Mütəxəssislərin  fikrincə, 
Azərbaycanda  təbii  mühitin  çirklənməsinə,  insanların  sağlamlığı 
üçün  ciddi  təhlükə  yaranmasına  dəlalət  edən  faktlar  əhəmiyyətli 
dərəcədə  artmışdır.  Respublikada  ətraf  mühitin  əsas  problemləri 
bütün  planet  miqyaslı  ekoloji  problemlərə  prinsipcə  uyğundur. 
Lakin  ölkədə  spesifik  məqamlar  da  mövcuddur.  Zənnimizcə, 
aşağıdakı məqamlara xüsusi diqqət yetirilməsi məqsədəuyğundur: 
a) 
Ermənistanın, 
təcavüzkar 
separatçı 
qüvvələrin 
respublika  ərazisinin  xeyli  qismini  işğal  etməsi  nəticəsində 
Azərbaycan  dövlətinin  nəzarətində  olmayan  zonaların  meydana 
gəlməsi,  ümumrespublika  sosial  –  iqtisadi,  mədəni  kompleksinin 
bütövlüyünün  pozulması,  təbii  mühitə  rasional,  nizamlı  təsir 
imkanlarının azalması. Çoxsaylı faktlar sübut edir ki, işğal altında 
olan  ərazilərdə  təbiətə  düşməncəsinə  münasibət  bəslənilir,  təbii 
sərvətlər sadəcə olaraq talan edilir, hərbi təlimlər keçirilir, flora və 
faunanın  pozulması  istiqamətində  təxribatlar,  o  cümlədən 
yanğınlar  törədilir,  heç  bir  bərpaedici  tədbirlər  həyata  keçirilmir. 
Bunu  ekoloji  terror  kimi  qiymətləndirmək  olar,  çünki  ekoloji 
terror - konkret ölkə tərəfindən və ya şəxs tərəfindən digər ölkənin 
flora  və  faunasına  zərər  yetirməklə,  təbii  sərvətlərini  məhv 
etməklə, bilərəkdən vurulan ziyan – kimi şərh edilir. 
b)  Biosferin  zərərli  tullantılarla,  xüsusən  neft  mənşəli  və 
süni  tullantılarla  çirklənməsi  təxirəsalınmaz  işlər  görülməsini 
tələb edir  
c)  Səs  təsirlərinin  (xüsusən  şəhərlədə)  çoxalması,  şəhərdə 
və  şəhər  ətrafında  bəzi  ərazilərin  hədsiz  dərəcədə  yüklənməsi, 
göydələn  binaların  ucaldılmasında,  onların  istifadə  olunmasında 
zəruri standartlara və normativlərə əməl edilməməsi. 
ç)  Məhsuldar  torpaqların,  istirahət  üçün  istifadə  oluna 
biləcək  sərbəst  ərazilərin  azalması,  bərpaedici  işlərin  sistemli, 
müntəzəm aparılmaması və s. 


             
     Ekoloji təhlükəsizlik 
 
144 
Respublikada  ətraf  mühitin  deqradasiyasına  doğru  aparan 
səbəblər  müxtəlifdir  (sürətli,  spesifik  sənayeləşmə  prosesi, 
urbanizasiya,  gəlir  əldə  etməyə  istiqamətlənmiş  texnologiya, 
istehlakın  “məsrəfçi”  modeli,  bazar  təsərrüfatçılığı  mexanizminin 
qüsurları  və s.). Qeyd etmək  yerinə düşər ki, ekoloji  müvazinətin 
pozulmasında  ümumi  səbəblərlə  yanaşı  hər  bir  konkret  halın 
özünəməxsus  səbəbi  də  ola  bilər.  Çox  vacibdir  ki,  təsərrüfat 
subyektləri  ekoloji  məsrəfləri  ekoloji  rentabelliyin  “normal” 
ünsürü kimi qavrasınlar və istehsalı ən əvvəl insanların ən mühüm 
təlabatlarının ödənilməsinə istiqamətləndirsinlər. 
Respublikada ekoloji vəziyyəti yaxşılaşdırmaq üçün dünya 
ölkələri ilə əməkdaşlıq edilir. Misal üçün qeyd edək ki, BMT-nin 
Ətraf  Mühitin  Mühafizəsi  Təşkilatı  Azərbaycanın  ekoloji 
vəziyyətini  öyrənmək  üçün  mütəxəssislər  göndərir.  Xəzərin, 
Abşeron  rayonunun  ekoloji  vəziyyəti  öyrənilmiş  və  böhrandan 
çıxmaq üçün proqram hazırlanmış, beynəlxalq fond yaradılmışdır. 
Tehranda  1998-ci  il  may  ayında  Xəzərətrafı  dövlətlərin  Xəzərin 
Ekoloji Proqramını həyata keçirmək üçün konfransı çağırılmışdır. 
Konfransın  işində  Dünya  Bankı,  BMT  İnkişaf  proqramı,  Qlobal 
Ekoloji  Fond,  Ümumdünya  Metreoloji  Mərkəz  və  digər 
beynəlxalq təşkilatların nümayəndələri iştirak etmişdir. 
Azərbaycan  Respublikası  Milli  Məclisinin  qəbul  etdiyi 
“Əhalinin  radiasiya  təhlükəsizliyi”  qanunu  (30  dekabr  1997)  ilə 
ekoloji  mühafizənin  hüquqi  əsasları  müəyən  edilmişdir.  Təbii 
radiasiyadan,  kosmik  şüalanmadan,  biosferdəki  radioaktiv 
elementlərdən,  radioaktiv  qəzalardan  əhalinin  qorunması  təmin 
edilməlidir. Radioaktiv təhlükəsizliyin təmin edilməsi üçün dövlət 
proqramı olmalıdır. 
Radioaktiv 
çirklənmə 
ekoloji 
təhlükənin 
qorxulu 
formasıdır.  Radioaktiv  təhlükə  suda,  havada,  torpaqda  sürətlə 
yayılır.  Hesablamaya  görə  ətraf  mühitə  tullanmış  radiasiyanın 
ümumi  miqdarı  300  atom  bombasının  miqdarına  bərabərdir. 
İqtisadi  böhran  nəticəsində  işlənilməyən  sənaye  avadanlığının 
bəzi  hissələri radioaktiv şüalanmaya  malikdir. Respublikanın 350 
müəssisəsində  936  şüa  mənbəyinə  malik  olan  obyektlər  vardır. 
Keçmiş  Sovet  hərbi  hissələri  çıxarılarkən  190  radioaktiv 


Yüklə 2,86 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə