Dərs vəSAİTİ Sumqayıt Dövlət Universitetinin



Yüklə 2,86 Kb.
Pdf görüntüsü
səhifə44/49
tarix01.02.2018
ölçüsü2,86 Kb.
#23066
növüDərs
1   ...   41   42   43   44   45   46   47   48   49

                                                   
T.D.Ağayev,Ş.Ə.Əhmədov,T.A. Xəlilov 
 
139 
kimya  sənayesində  baş  verən  sızmalar  və  qəzalar  zamanı  itirilir. 
Lakin, atmosferə daha çox xlor daxil edən  mənbə freonlardır(ftor 
və  xlorun  karbonla  birləşməsi).  Milyonlarla  məişət  və  sənaye 
soyuducularında freonlar soyuducu agent kimi geniş istifadə edilir 
və müxtəlif nasazlıqlar zamanı böyük miqdarda freonlar atmosferə 
ixrac  olunur.  Ozon  qatına  qədər  qalxan  freonlar  UB-şüalanmanın 
təsirindən  asanlıqla  xloru  özündən  ayırır  ki,  bu  xlor  da  ozonun 
parçalanmasında katalizator rolunu oynayır. 
Məişətdə  dezodorant,  boya,  insektisid  və  s.-lə  dolu 
baloncuqlar  geniş  istifadə  olunur  və  bunlarda  da  tozlandırıcı 
(püskürdücü)  rolunu  freonlar  oynayır  ki,  bu  da  freonların 
atmosferə  düşməsinin  əlavə  mənbəyidir.  İstifadə  zamanı 
baloncuqlardan  püskürdülən  maddə  lazım  olan  yerə  (məsələn, 
rənglənən səthə) düşür, freon isə havada buxarlanır. 
Ozon  qatı  (ozonosfer)  bütün  yer  kürəsini  əhatə  etməklə, 
10km-dən  50km-ə  qədər  yüksəklikdə  cəmlənmişdir.  Ozonun 
maksimal  qatılığı  isə  20 -  25km  yüksəklikdədir. Bu   yüksəklikdə 
kəskin  UB-şüalanmanın  təsiri  ilə  ozonun  sintezi  prosesi  daha 
intensiv  baş  verir  ki,  bütün  ozon  burada  yaranır.  Bununla 
müqayisədə  ildırım  boşalmaları  və  Yer  səthində  digər  elektrik 
təzahürləri  nəticəsində  yaranan  ozonun  miqdarı  çox  cüzidir. 
Ozonun sintezi planetin gündüz üzündə (işıqlı  tərəfində) baş verir. 
Günəş  süalanmalarının  tərkibində  qısadalğalı  UB  -  şüalar 
gücünə  görə  əhəmiyyətli  hissəni  təşkil  edir.  Atmosferdə  ozon 
meydana gələnə qədər Yer səthi daim qısadalğalı UB-şüalanmanın 
təsiri  altında  olmuşdur.  Bu  şüalanma  suyun  dərinliklərinə  nüfuz 
etmir. Lakin, quruda həyatın yaranması ozon ekranı kifayət qədər 
güclü olduqdan sonra baş vermişdir. Bu 400 mln. il  bundan öncə 
olmuşdur.  Məhz,  bu  dövrdən  atmosferdə  oksigenin  qatılığı  və 
uyğun  olaraq  ozon  qatının  gücü  heç  vaxt  sabit  olmamışdır.  Yer 
qabığının təkamülü qeyri-müntəzəm getmiş, vulkanik fəallığın art-
dığı  dövrlərdə  maqma  ilə  püskürülən  bərpa  olunmuş  süxurlar 
havada  oksidləşərək  oksigeni  qismən  “bağlamışdır”.  Vulkanik 
qazların tərkibində hətta kiçik miqdardakı xlor fəal surətdə ozonu 
dağıtmaqla,  atmosferdə  onun  qatılığının  azalmasına  şərait 
yaratmışdır.  Yəqin  ki,  bu  şəraitlərdə  Yer  güclü  UB-şüalanmaya 


             
     Ekoloji təhlükəsizlik 
 
140 
məruz  qalmışdır  ki,  bu  da  bir  tərəfdən  yerüstü  bitki  və  heyvan 
növlərinin  bir  qisminin  məhvinə,  digər  tərəfdən  isə  təkamül 
proseslərini 
intensivləşdirməklə 
mutasiyaların 
tezliyini 
yüksəltmişdir.  Beləliklə,  fərz  etmək  olar  ki,  yerüstü  həyat 
formalarının  təkamül  proseslərinin    qeyri  –  müntəzəmliyində  
digər  amillər  kimi, ozon  qatının  gücünün dəyişməsi də əsaslı rol 
oynamışdır. 
Adi  oksigendən  fərqli  olaraq,  ozon  dayanıqlı  deyil  və  o, 
asanlıqla  oksigenə  çevrilir.  Ozon  oksigendən  daha  güclü 
oksidləşdirici  olduğu  üçün  bakteriyaları  məhv  etməyə,  bitkilərin 
böyüməsini  və  inkişafını  dayandırmağa  qabildir.  Atmosferin 
yerüstü qatlarında ozonun qatılığı həddindən artıq az olduğu üçün 
onun  bu  xassəsi  canlı  sistemlərin  vəziyyətinə  praktik  olaraq  heç 
bir təsir etmir. Lakin, ozonun daha bir vacib xassəsi də var ki, o da 
bu  qazı  quruda  bütün  həyat  üçün  zəruri  edir.  Bu  xassə  ozonun 
qısadalğalı  UB-şüalanmanı  udmasıdır.  Kəskin  UB-şüalanma 
kvantları  bəzi  kimyəvi  rabitələri  qıra  biləcək  enerjiyə  malik 
olduğu  üçün  onları  ionlaşdırıcı  şüalanmalara  aid  edirlər.  Bu 
növdən  olan  digər  şüalanmalar  (rentgen  və  qamma  şüalanma) 
kimi,  o  da  canlı  orqanizmlərin  hüceyrələrində  çoxsaylı 
pozuntulara səbəb olur. 
İlk dəfə ozon qatının aşınması geniş ictimaiyyətin diqqətini 
1985-ci  ildə  Antarktida  üzərində  ozonun  qatılığının  azalmasının 
(50%-ə  qədər)  və  “ozon  dəliyi”  adlandırılan  fəzanın  müşahidə 
olunmasından  sonra  cəlb  etmişdir.  O,  vaxtdan  bu  günə  qədər 
aparılan ölçmələr nəticəsində praktiki olaraq bütün planetdə ozon 
qatının  azalması  faktı  təsdiqlənmişdir.  Məsələn,  son  10il  ərzində 
Rusiyada ozon qatı qışda 4 - 6%, yay vaxtı isə 3% azalmışdır. 
Hazırda, 
ozon 
qatının 
azalması 
qlobal 
ekoloji 
təhlükəsizliyə ciddi təhlükə kimi qəbul olunmuşdur. Ozon qatının 
qatılığının 
azalması 
atmosferin 
Yerdəki 
canlıları 
kəskin 
ultrabənövşəyi (UB) şüalanmadan  müdafiə qabiliyyətini zəiflədir. 
UB-şüalanma  canlı  orqanizmlərin  “ən  zəif  yeri”-dir.  Bu  şüaların 
hətta  bir  fotonunun  enerjisi  əksər  üzvi  molekullarda  kimyəvi 
rabitəni dağıtmağa kifayətdir. Təsadüfi deyil ki, ozonun qatılığının 
az  olduğu  ərazilərdə  çoxsaylı  günəş  yanıqları  və  insanların  dəri 


                                                   
T.D.Ağayev,Ş.Ə.Əhmədov,T.A. Xəlilov 
 
141 
xərçəngi  ilə  xəstələnmələri  artır.  Bir  sıra  alimlərin  fikrincə,  ozon 
qatının aşınmasının  bu sürəti saxlanılarsa 2030-cu ilə qədər təkcə 
Rusiyada  əlavə  olaraq  6mln. 
insan  dəri  xərçəngi 
ilə 
xəstələnəcəkdir. Dəri xərçəngindən başqa, göz (katarakta və s.) və 
immun  sisteminin  dağılması  xəstəlikləri  də  artacaqdır.  Müəyyən 
olunmuşdur  ki,  güclü  UB-şüalanmanın  təsiri  altında  bitkilər 
fotosintez 
qabiliyyətini 
tədricən 
itirir, 
planktonun 
həyat 
fəaliyyətinin  pozulması  su  ekosistemlərinin  biotunun  qida 
zəncirinin qırılmasına gətirib çıxarır.                                                                           
Hələ  ki,  elm  ozon  qatının  dağılmasına  səbəb  olan 
prosesləri tam  izah edə bilməmişdir. Fərz olunur  ki, ozon qatının 
dağılmasının  mənşəyi  həm  təbii,  həm  də  antropogen  ola  bilər. 
Belə  hesab  edirlər  ki,  ozon  qatının  dağılması  əsasən  atmosferdə 
xlor-ftor  birləşmələrinin  (freonların)  qatılığının  artması  ilə 
bağlıdır.  Freonlar  həm  sənaye  istehsalatında,  həm  də  məişətdə 
(soyuducu  aqreqatlar,  həlledicilər,  aerozollar  və  s.)  geniş  istifadə 
olunur.  Atmosferə  qalxan  freonlar  ozon  molekullarına  məhvedici 
təsir  göstərərək  xlor  oksidlərinin  ayrilması  ilə  parçalanır. 
“Qrinpis”  beynəlxalq  ekoloji  təşkilatının  məlumatına  görə 
freonların əsas istehlakçıları  ABŞ (30,85%), Yaponiya (12,42%), 
Böyük Britaniya (8,62%) və Rusiyadır (8,0%). ABŞ ozon qatında 
7mln.km
2
 dəlik yaratmışdır. Yaponiyanın yaratdığı ozon dəliyinin 
sahəsi  3mln.km
2
-dır  ki,  bu  da  Yaponiyanın  özünün  sahəsindən  7 
dəfə böyükdür. Son zamanlar ABŞ-da və bir sıra Qərb ölkələrində 
freonsuz soyuducu aqreqatların istehsalına başlanmışdır. 
Monreal  konfransının  (1990)  Londonda  (1991)  və 
Kopenhagen  (1992)  yenidən  baxılmış  protokoluna  əsasən  XX 
əsrin  sonuna  qədər  atmosferə  freonların  ixracını  50%  azaltmaq 
nəzərdə  tutulmuşdu.  Lakin,  bu  protokolda  nəzərdə  tutulanlar 
bütün  ölkələr  tərəfindən  yerinə  yetirilsə  belə,  insanları  UB-
şüalanmadan  mühafizə  prob-leminin  həll  olunması  zəruridir. 
Çünki, freonlar atmosferdə 100 ildən artıq saxlanıla bilir.  
Bir  çox  alimlər  isə  “ozon  dəlikləri”-nin  təbii  mənşəli 
olduğunu  iddia  edir.  Onların  bir  qismi  bunu  ozonosferin  təbii 
dəyişkənliyi  və  Günəşin  dövri  aktivliyi  ilə,    digərləri  isə  bu 
prosesləri Yerin riftogenezi və deqazasiyası ilə əlaqələndirir. 


Yüklə 2,86 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə