Dərs vəSAİTİ Sumqayıt Dövlət Universitetinin



Yüklə 2,86 Kb.
Pdf görüntüsü
səhifə48/49
tarix01.02.2018
ölçüsü2,86 Kb.
#23066
növüDərs
1   ...   41   42   43   44   45   46   47   48   49

                                                   
T.D.Ağayev,Ş.Ə.Əhmədov,T.A. Xəlilov 
 
151 
şüaların torpağa, bitkiyə  və heyvanat aləminə  miqrasiya etməsinə 
zəmin yaradır.  
Təbii  radiasiya  fonunun  tərkibinə  bir  sıra  antropogen 
müdaxilələr vardır ki, onlardan ən əsasları  aşağıdakılar sayılır: 
•    Radionuklidlərin  süni  (qlobal)  konsentrasiyası  və  təbii 
radionuklidlərin paylanması; 
•  Mühitin nüvə - energetik mənşəli ekoloji yeni radioaktiv 
metabolitlərlə çirklənməsi; 
•        Elm,  tibb  və  sənayedə  süni  radionuklidlərin  və  digər 
ionlaşdırıcı şüalanma  mənbələrinin istehsalı və istifadəsi. 
Yanacağın çıxarılması və yandırılması, filizlərin işlənməsi, 
tikinti  materiallarının  istehsalı  və  istifadə  edilməsi  zamanı  fon 
radionuklidlərin  konsentrasiyası  mühitin  radioaktivliyinin  fon 
geopopulyasiya  paylanmasını  kəskin  dəyişir.  İstilik  elektrik 
stansiyaları  tərəfindən  belə  çirklənmə  kaliumla  (
40
K),  uranla 
(
238
U),  toriumla  (
232
Th)  daha  geniş  sahəli  olur  –  çox  küllü  daş 
kömürün  yandırılması atmosferə toplanmış  halda radionuklidlərin 
atılması ilə müşayiət olunur. Maye (karbohidrogenli) yanacaqların 
daxili  yanacaqlı  mühərriklərdə  yandırılması  şəhərlərin  havasının 
aerozol  tərkibini 
14
C  və 
40
K-la  xeyli  zənginləşdirir.  Fosfor 
gübrələrindən istifadə olunması da ekosistemin bütün həlqələrində 
əlavə  şüalanma  yükü  yaradır.  Burada  ən  çox  radiasiya  təcavüzü 
nitrofos,  ammonium-fosfat,  fosforit  ununda  müşahidə  olunub  50 
Bk/kq
-1
 
(Bk 
– 
bekkarel=1parçalanma/s) 
keçir, 
dozanın 
formalaşmasında  maksimum  bioloji  effektli  radionuklidlərin  α  - 
şüalandırıcı  maksimum  iştirak  edir.  Qlobal  dəyişən  radiasiya 
təsirlərdən başqa, əlavə ekosistem şüalanma yükü, praktiki olaraq 
bütün  iri  şəhərlərdə  yerləşən  metallurgiya  müəssisələri  tərəfindən 
daxil edilir. Xüsusi antropogen ekoloji yeni şüalandırıcılara nüvə-
energetik  mənşəli  radionuklidlər  aiddir.  Nüvə  silahlarının 
sınaqdan  keçirilməsi  şimal  yarımkürəsində  radionuklidlərin 
nisbətən  bərabər  paylanmasına  səbəb  olmuşdur.  1945-ci  ildən 
1991-ci  ilə  qədər  planetimizdə    nüvə  partlayışlarının  ümumi  sayı 
2055, o cümlədən atmosferdə 508 olmuşdur. 
 Belə  partlayışların  ən  çoxu  ABŞ-da  aparılmış  uyğun 
olaraq  1085  və  205,  ikinci  yeri  Rusiya  tutaraq  (SSRİ)  –  715  və 


             
     Ekoloji təhlükəsizlik 
 
152 
215 təşkil etmişdir. Fransa 182 partlayış (45-i atmosferdə) həyata 
keçirmişdir.  Böyük  Britaniya  və  Çin  –  uyğun  olaraq  42  və  31 
(atmosferdə  21  və  22)  partlayış  yerinə  yetirmişdir.  İkinci  yeri 
energetik  təyinatlı  nüvə  reaktorları  (AES)  (dünyanın  elektrik 
enerjisinin  30%-ni  istehsal  edir)  və  Şimali  Amerika,  Asiya  və 
Avropa  ölkələrində  nisbətən  bərabər  paylanmış  tədqiqat 
reaktorları  tutur.  Nüvə-energetik  mənşəli  daha  güclü  radioaktiv 
çirklənmiş 
mühitin 
tərkibinə 
daxil 
olan 
mənbənin 
müxtəlifliyindən  asılı  olmayaraq,  əsas  uzunömürlü  radionuklidlər 
sezium (
137
Cs), stronsium (
90
Sr), az miqdarda plutonium (
239
Pu və 
240
Pu)  hesab  olunur.  Bu  radionuklidlərin  parçalanma  sürəti, 
onların  mühitdə  toplanma  sürətindən  olduqca  aşağı  olduğundan, 
müasir mühafizə sistemi və mühitə atılan radionuklidlərin norması 
şəraitində  ekosistemlərdə  şüalandırıcıların  toplanmasına  səbəb 
olur.  Sr  –  90  və  Cs  –  137,  m  Kü/km
2
  (Bk/m
-2
)-in  şimal 
yarımkürəsində 
yağıntılar 
nəticəsində 
torpaqda 
toplanma 
səviyyəsi aşağıdakı kimidir (cədv.3.1): 
                                                                                                        
Cədvəl 3.1. 
    1 Kü (küri) = 3,7·10
10 
Bk (bekkarel) 
Radiasiyanın qorxulu nəticələri sırasında ABŞ-ın Xirosima 
və  Naqasaki  (Yaponiya)  şəhərlərinə  atom  bombası  salmasını, 
elecə  də  Çernobl  AES-də  baş  verən  qəzanın  fəlakətli  nəticələrini 
göstərmək  olar.  Hal-hazırda  isə  bu  təhlükələrə  bərabər  yeni  bir 
təhlükə  ortaya  çıxmışdır.  Yaponiyada  zəlzələdən  sonra  qəzaya 
uğrayan  və ətrafa radiasiya sızdıran  “Fukusima-1" Atom Elektrik 
Stansiyası  dünyanı  qorxuya  salıb  (Şəkil  8.1).  Təhlükə  var  ki, 
tezliklə  soyutma  sistemi  sıradan  çıxan  stansiyada  reaktorlarda 
saxlanan nüvə yanacağı partlayacaq və təkcə Yaponiyanı deyil, bir 
çox  ölkələri  əhatə  edən  nüvə  fəlakəti  başlayacaq.  Stansiyanın 
soyutma  sisteminə  su  vurmaq  üçün  Yaponiya  ordusunun 
vertolyotları  havaya  qaldırılıb,  hərbi  vertolyotlar  havadan 
       İl 
        1958 
       1963 
       1968 
     1973 
    
90
Sr 
    6,67(250) 
  29,5(1100) 
  37,2(1400) 
 35,2(1200) 
   
137
Cs 
   10,8(396) 
  47,2(1750) 
  56,3(2100) 
 56,3(2100) 


                                                   
T.D.Ağayev,Ş.Ə.Əhmədov,T.A. Xəlilov 
 
153 
reaktorların  üzərinə  su  səpir,  lakin  yüksək  şüalanmaya  görə 
vertolyotların  AES  üzərində  ancaq  40  dəqiqə  uçmasına  icazə 
verilir.  Lakin  görülən  tədbirlər  yetərli  deyil,  AES-də  soyutma 
suyunun  səviyyəsi  kəskin  aşağıdır  və  nüvə  yanacağı  hər  an 
alovlana  bilər.  Havadan  atılan  suyun  bir  hissəsi  küləklə  kənara 
səpildiyindən vertolyotların işi o qədər də effekt vermir.  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Şəkil 8.1.  Fukusimo - 1    AES-i 
 
Reaktorlarda  temperaturu  aşağı  salmaq  mümkün  olmasa, 
nüvə  yanacağı  yana  və  ətrafa  güclü  radiasiya  sızması  baş  verə 
bilər.  AES-i  işlədən    “Tokyo  Electric  Power  Co”  şirkətinin 
bildirdiyinə  görə,  hazırda  soyutma  sistemində  suyun  səviyyəsini 
ölçmək  mümkün  deyil,  çünki  cihazlar  zəlzələ  zamanı  sıradan 
çıxıb. Mütəxəssislər bildirir ki, alışma təhlükəsi  ilə işlənmiş nüvə 
yanacağı  üzləşib,  bu  yanacaqdan  ibarət  çubuqlar  su  hovuzunun 
içərisində saxlanılırdı və soyudulurdu. Bildirilir ki, Çernobıl AES-
dən  fərqli  olaraq  hələlik  bu  AES-də  birbaşa  nüvə  reaktorunun 
partlaması  ehtimalı  azdır,  lakin  işlənmiş  nüvə  yanacağı  alışsa, 
Çernobılda olduğu kimi,  ətrafa  böyük  miqdarda radiasiya sızacaq 
və  nəticələr  əsl  fəlakət olacaq.  Yapon  mütəxəssisləri  bu  fəlakətin 


Yüklə 2,86 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə