Dərs vəSAİTİ Sumqayıt Dövlət Universitetinin



Yüklə 2,86 Kb.
Pdf görüntüsü
səhifə37/49
tarix01.02.2018
ölçüsü2,86 Kb.
#23066
növüDərs
1   ...   33   34   35   36   37   38   39   40   ...   49

                                                   
T.D.Ağayev,Ş.Ə.Əhmədov,T.A. Xəlilov 
 
117 
İstilik 
keçiriciliyi 
bilavasitə 
bir-birinə 
toxunan 
mikrohissəciklərin  (atom,  molekul  və  ya  elektronların)  nizamsız 
hərəkətinin 
(istilik) 
nəticəsində 
istiliyin 
köçürülməsidir. 
Konveksiya  –  qaz  və  mayelərin  makroskopik  həcmdə  hərəkətinin 
və 
qarışmasının 
təsirindən 
istiliyin 
ötürülməsidir. 
İstilik 
şüalanması  –  şüalanan  cismin  atom  və  molekulalarının  istilik 
hərəkəti  ilə  əlaqəli  olan  müxtəlif  dalğa  uzunluqlu  elektromaqnit 
rəqslərinin yayılmasıdır. Real şəraitdə istilik göstərilən üsullardan 
biri ilə deyil, kombinə edilmiş şəkildə ötürülür. 
İstehsalat binalarında müxtəlif mənbələrdən daxil olan istilik 
ondakı havanın temperaturuna təsir edir. Böyük istilik ayrılmaları 
olan istehsalat binalarında istiliyin 2/3 hissəsi şüalanmanın təsirinə, 
yerdə  qalan  başqa  bütün  istilik  isə  konveksiyanın  payına  düşür. 
İstilik  ötürmənin  fasiləsiz  prosesində  konveksiya  ilə  ətraf  havaya 
verilən  istiliyin  miqdarı  (Q
k
,  Vt)  Nyutonun  istilik  ötürmə 
qanununa əsasən aşağıdakı kimi yazıla bilər: 
 
                  
)
(
h
k
t
t
S
Q



                         (6.2) 
 
burada  α  –  konveksiya  əmsalı,  Vt/m
2
  ;  S  –  istilik  ötürmə  sahəsi, 
m
2
  ;  t  –  mənbənin  temperaturu,  C  ;  t
h
  –  ətraf  havanın 
temperaturudur, C. 
İstehsalat şəraitində  istilik şüalanmasının  mənbəyi əridilmiş 
və ya qızmış metal, açıq alov, avadanlıqların qızmış səthləridir. 
Şüalanma vasitəsilə daha çox qızmış T
1
K temperaturlu bərk 
cisimdən daha az qızmış T
2
K temperaturlu cismə ötürülən istiliyin 
miqdarı (Q
m
 ,C) aşağıdakı tənlik ilə müəyyən edilir: 
 
     

























4
2
4
1
2
1
100
100
T
T
S
C
Q
m

               (6.3) 
 
burada  S  –  şüalanma  səthi,  m
2
  ;  τ  –  zaman,  san;  C
1-2
  –  qarşılıqlı 
şüalanma  əmsalı,  Vt/m
2
∙K
4
  ;  Θ  –  orta  bucaq  əmsalıdır,  istilik 
mübadiləsində  iştirak  edən  səthlərin  forma  və  ölçüləri,  onların 


             
     Ekoloji təhlükəsizlik 
 
118 
qarşılıqlı  yerləşməsi  və  aralarındakı  məsafədən  asılı  olaraq 
müəyyən edilir. 
İnsan  əmək  prosesində  daim  olaraq  ətraf  mühit  ilə  istilik 
mübadiləsi  vəziyyətində  olur.  İnsan  orqanizmində  fizioloji 
proseslərin  normal surətdə getməsi üçün onun daxili orqanlarının 
temperaturunun  sabit  saxlanılması  tələb  olunur  (36,6  C).  İnsan 
orqanizminin 
temperaturunun 
sabit 
saxlanılmasına 
termotənzimləmə  deyilir.  Termotənzimləmə  həyat  fəaliyyəti 
prosesində orqanizmin ətraf mühitə ayırdığı istiliyin ötürülməsi ilə 
əldə olunur. 
İnsan  orqanizmindən  ayrılan  istilik  miqdarı  onun  fiziki 
gərginlik  vəziyyətindən  və  istehsalat  binasındakı  mikroiqlimin 
parametrlərindən  asılıdır  və  sakitlik  vəziyyətində  85  Vt-a,  ağır 
fiziki işdə 500 Vt-a çata bilər. 
İnsan  orqanizmindən  ətraf  mühitə  istilik  ötürülməsi 
aşağıdakı  yollarla  gedir:  paltar  vasitəsilə  istiliyin  ötürülməsi 
nəticəsində  (Q
T
);  bədənin  konveksiyası  (Q
K
);  ətraf  səthlərə 
şüalanma  ilə  (Q
S
);  dəri  səthindən  nəmliyin  buxarlanması  (Q
Bux
); 
həmçinin, nəfəs verilən havanın qızması ilə (Q
H
), yəni  
 
   Q
üm
.
H
Bux
S
K
T
Q
Q
Q
Q
Q





            (6.4) 
 
Təqdim olunmuş tənlik istilik balansı tənliyi adlanır. Adları 
çəkilən  istiliyin  ötürülməsi  sabit  deyil  və  istehsalat  binasının 
mikroiqlim parametrlərindən, həmçinin insanı əhatə edən səthlərin 
temperaturundan  asılıdır  (divarlar,  tavan,  avadanlıq  və  s.).  Əgər 
bu  səthlərin  temperaturu  insan  bədəninin  temperaturundan 
aşağıdırsa, 
istilik 
mübadiləsi 
şüalanma 
yolu 
ilə 
insan 
orqanizmindən  soyuq  səthlərə  istiqamətlənir,  əks  təqdirdə  istilik 
mübadiləsi  əks  istiqamətdə  qızmış  səthlərdən  insana  yönəlir. 
Konveksiya 
istilik 
ötürməsi 
iş 
binasındakı 
havanın 
temperaturundan 
və 
onun 
hərəkət 
sürətindən, 
həmçinin 
buxarlanma  ilə  istiliyin  ötürülməsindən  –  nisbi  rütubətlikdən  və 
havanın  hərəkət  sürətindən  asılıdır.  İstiliyin  insan  orqanizmindən 


                                                   
T.D.Ağayev,Ş.Ə.Əhmədov,T.A. Xəlilov 
 
119 
ötürülməsi  prosesində  əsas  pay  (ümumi  istiliyin  təqribən  90%-i) 
şüalanmaya, konveksiyaya və buxarlanmaya düşür. 
İnsanın  normal  istilik  əhvalının  istənilən  kateqoriyalı  ağır 
işlərin  yerinə  yetirilməsi  vaxtı  tənliyi  yuxarıda  göstərilmiş  istilik 
balansının  gözlənilməsində  əldə  edilir.  Mikroiqlimin  əsas 
parametrlərinin  istiliyin  insan  orqanizmindən  ətraf  mühitə 
ötürülməsinə necə təsir etməsini nəzərdən keçirək. 
Ətraf  mühitin  temperaturunun  insan  orqanizminə  təsiri  ilk 
növbədə  dərinin  qandaşıyıcı  damarlarının  daralmasından  və 
genişlənməsindən 
asılıdır. 
Havanın 
aşağı 
temperaturunun 
təsirindən qandaşıyıcı damarlar daralır, nəticədə  bədənin səthində 
qan  dövranı  zəifləyir,  konveksiya  və  şüalanma  hesabına  bədən 
səthinin  istilik  ötürməsi  aşağı  düşür.  Ətraf  havanın  yüksək 
temperaturlarında 
bunun 
əksi 
müşahidə 
olunur: 
dərinin 
genişlənmiş  qandaşıyıcı  damarları  və  qan  dövranının  artması 
nəticəsində ətraf mühitə istiliyin ötürülməsi artır. 
Dəri  səthinin  nəmliyinin  azalması  ilə  əlaqədar  olaraq, 
yüksək  rütubətlik  (φ  >  85%)  insan  orqanizmi  və  xarici  mühit 
arasındakı istilik mübadiləsini çətinləşdirir, alçaq rütubətlik isə (φ 
<  20%)  nəfəs  yollarının  selikli  qişasının  qurumasına  səbəb  olur. 
İstehsalat binasında havanın hərəkəti insan bədəni və xarici mühit 
arasındakı  istilik  mübadiləsini  yaxşılaşdırır, lakin  havanın  yüksək 
sürəti (yel) soyuqdəymə xəstəliklərinin yaranma ehtimalına səbəb 
olur. 
Mikroiqlimin  normal  parametrlərindən  daimi  kənara 
çıxmalar insan orqanizminin həddən artıq qızmasına və ya həddən 
artıq soyumasına səbəb olur və nəticədə neqativ fəsadlar yaranır: 
Həddən artıq qızmada – çoxlu tər axmasına, nəbzin və nəfəs 
almanın  artmasına,  kəskin  zəifləməyə,  baş  gicəlləməyə,  qıc 
olmaların  yaranmasına,  ağır  hallarda  –  istilik  zərbəsinin 
alınmasına  səbəb  olur.  Həddən  artıq  soyuma  nəticəsində 
soyuqdəyməyə, oynaqların, əzələlərin xroniki xəstəliklərinə   və s.  
səbəb olur. 
Yuxarıda  sadalanan  neqativ  fəsadların  aradan  qaldırılması 
üçün  istehsalat  binalarında  mikroiqlimin  parametrlərini  düzgün 
seçmək lazımdır. 


Yüklə 2,86 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə