Dərs vəSAİTİ Sumqayıt Dövlət Universitetinin



Yüklə 2,86 Kb.
Pdf görüntüsü
səhifə36/49
tarix01.02.2018
ölçüsü2,86 Kb.
#23066
növüDərs
1   ...   32   33   34   35   36   37   38   39   ...   49

             
     Ekoloji təhlükəsizlik 
 
114 
Bilmək  lazımdır  ki,  “udulmuş”  doza  bütün  orqanizmin  ümumi 
şüalanma  dozası  ilə  nisbətdə  əhəmiyyətli  dərəcədə  çox  olmalıdır 
(belə ki, mədə-bağırsaq traktına təsiredici minimal qiyməti 4,5 Qr, 
“uducu”  dozadır,  halbuki,  orqanizmin  ümumi  şüalanmasında, 
şüalanmaya  məruz  qalanların  50%-ində  ölümlə  nəticələnir). 
Qalxanabənzər  vəzinin  qismən  dağılması  10  Qr  “udulma” 
dozasında müşahidə olunur. 
Radioaktiv 
məhsulların 
qana 
sovrulması 
partlayış 
ərazisindəki  süxurun  fiziki-kimyəvi  xüsusiyyətlərindən  və 
xarakteristikalarından  asılıdır.  Yerüstü  partlayışlarda  silikat 
süxurlarda radioaktiv məhsulların həll olması bioloji mühitdə 2%-
ə  qədər;  karbonatlı  süxurlarda  isə  -  100%  təşkil  edir.  Ayrı-ayrı 
radionuklidlərin  rezorbsiyası  nəzərə  alınmaqla  qana  partlayış 
məhsullarının  faizin  onda  birindən  (silikat  süxur),  25%-ə  qədəri 
(karbonatlı süxurlar) daxil olur. Qəbul olunmuşdur ki, havada olan 
hissəciklərin  62,5%-i  mədəyə  daxil  olur,  12,5%-ağ  ciyərlərdə 
yığılır. Məlumdur ki, inqalyasiya zamanı üzvi zədələnmələr yalnız 
o  zaman  baş  verir  ki,  xarici        γ  şüalanma  ölümcül  dozaya  yaxın 
olur,  yəni  radioaktiv  izotopların  inqalyasiya  yolu  xarici  γ 
şüalanmadan daha az təhlükəlidir. 
Radioaktiv  məhsulların  su  hövzələrində  konsentrasiyası 
hissəciklərin  həll  olmasından  və  su  qatının  dərinliyindən  asılıdır. 
Silikat  süxurlarda  partlayışlar  zamanı  radioaktiv  məhsulların  həll 
olması aşağıdır, karbonat süxurlarda isə onlar tam ola bilər, yəni B 
zonasında  karbonat  süxurlarda  yerüstü  nüvə  partlayışlarında  açıq 
su  hövzələrində  (xüsusilə  də  axarı  olmayan)  sudan  istifadə 
edilməsi  ilk  10  sutka  ərzində  təhlükəlidir.  Lakin  çirklənmiş 
ərazilərdə  süxurun  yüksək  sorbsiya  xüsusiyyətləri  nəzərə 
alınmaqla qazılmış quyular  içməli  su  ilə təmin  edə bilər. Açıq su 
hövzələrində 
suyun 
radioaktivliyi 
radioaktiv 
yağıntıların 
sıxlığından,  suda  həll  olmasından  və  hövzənin  dərinliyindən 
asılıdır. 
ABŞ-ın Bikini atollunda apardığı termonüvə qurğusunun 
sınaqları (01.03.1954 – 15 Mt güclü yerüstü partlayış) göstərdi ki, 
 
 


                                                   
T.D.Ağayev,Ş.Ə.Əhmədov,T.A. Xəlilov 
 
115 
 
Cədvəl 5.3.  
Radioaktiv şüalanmaya məruz qalmış insanların sayı 
 
radioaktiv yağıntılar bir sıra obyektlərdə insanların şüalanması ilə 
nəticələnmişdir (cədvəl 5.3). 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Şüalanmış 
insanlar 
İnsanların sayı 
Şüalanma 
müddəti, saat 
Şüalanma 
dozası, Qr 
Yapon 
şxunasının 
balıqçıları 
23 
336 
2,4...4 
Ronqelap 
atollun sakinləri 
64 
46 
1,75 
Eylinqiye 
atollun sakinləri 
18 
53 
0,69 
Ronqerik 
atolların 
personalı 
28 
22...28 
0,78 
Utilik atolun 
sakinləri 
15 
33...56 
0,14 


             
     Ekoloji təhlükəsizlik 
 
116 
 
6
.
1

İ
s
tehsalat binalarında mikroiqlimin əsas    
parametrləri 
 
İstehsalat  binalarında  əmək  prosesində  insan  müəyyən 
meteoroloji  şəraitin  və  ya  mikroiqlimin  –  bu  binaların  daxili 
mühitinin  təsiri  altında  olur.  İşçi  zonanın
1
  havasının  mikroiqlim 
göstəricisinin əsas normallaşdırıcı parametrləri temperatur (t, C), 
nisbi  rütubət  (φ,  %),  havanın  hərəkət  sürətidir  (V,  m/san). 
Mikroiqlimin  parametrlərinə  və  insan  orqanizminin  vəziyyətinə 
həmçinin,  müxtəlif  qızmış  səthlərin  istilik  şüalanmasının 
intensivliyi  (I,  Vt/m
2
)  böyük  təsir  göstərir.  Qızmış  səthlərin 
temperaturu istehsalat binalarının temperaturundan üstündür. 
Havanın nisbi nəmliyi mövcud temperaturda buxarın faktiki 
miqdarının  D  (q/m
3
),  bu  temperaturda  havanı  dolduran  su 
buxarının miqdarına D
0
 (q/m
3
) olan nisbətidir: 
 
                     
%.
100
0








D
D

                     (6.1) 
 
Əgər istehsalat binasında müxtəlif istilik mənbələri vardırsa 
və  onların  temperaturu  insan  bədəninin  temperaturundan 
yüksəkdirsə,  onda  onların  temperaturu özü-özünə  daha  az  qızmış 
cismə,  yəni  insana  keçir.  Məlumdur  ki,  prinsipcə  bir-birindən 
fərqlənən  istiliyin  yayılmasının  3  elementar  üsulu  mövcuddur: 
istilik keçiriciliyi, konveksiya  istilik şüalanması
                                                
1
 İşçi zonasının havası – iş yerlərinin yerləşdiyi döşəmədən və ya oturacaqdan 2 
m hündürlükdə fəzanın hava mühitidir 
FƏSİL 6.  METEOROLOJİ ŞƏRAİTİN İNSAN 
ORQANİZMİNƏ TƏSİRİ 


Yüklə 2,86 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə