Dərs vəSAİTİ Vəsait Boloniya prosesi, kredit sistemi üzrə ali pedaqoji



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə15/25
tarix11.10.2017
ölçüsü0,63 Mb.
#4200
növüDərs
1   ...   11   12   13   14   15   16   17   18   ...   25

57

IX MÖVZU

PEDAQOJİ TEXNOLOGİYA SİSTEMİNDƏ YENİ TƏLİM

TEXNOLOGİYALARININ SƏCİYYƏSİ

PLAN:

1. Pedaqoji texnologiyanın zaman-zaman yeniləşməsi

2. Voldorf  məktəbinin ənənəvi  məktəblərdən  təşkilatı

baxımdan fərqlənməsi

Pedaqoji  texnologiya  ifadəsi  də son  illərdə daha  çox

işlədilən anlayışlardandır. Texnika inkişaf etdikcə təkcə elmin və

texnikanın müəyyən sahəsinə deyil, təlim prosesinə də daxil olur.

Əgər  ötən əsrin  50-ci  illərində pedaqoji  texnologiya  dedikdə

əsasən  təlimin  texniki  vasitələri  başa  düşülürdüsə,  hazırda  bütün

pedaqoji  prosesdə mövcud  paradiqmalar,  vasitələr,  müxtəlif

təlim-tərbiyə prosesləri,  məzmunun  formalaşdırılması,  öyrətmə

modelləri  və metodları,  idarəetmə,  qiymətləndirmə bütün  bu

prosesdə korreksiya və təkamül nəzərdə tutulur.

“Pedaqoji texnologiya” sözü yunanca, “techne” incəsənət,

“remesto”  elm,  “logos”  isə anlayış,  təlim  deməkdir. Pedaqoji

fəaliyyət pedaqoji ustalıq tələb edir. Lakin müəllim işləyən bütün

insanlarda  pedaqoji  ustalıq  eyni  dərəcədə ola  bilməz  və hətta

bəzilərində heç  olmaya  bilər.  Amma  hər  bir  müəllim  pedaqoji

texnologiyaya yiyələnə bilər və yiyələnməlidir. Çünki bu konkret

bilgilərdən və əməliyyat bacarıqlarından ibarətdir.

V.V.Basovaya  görə, ənənəvi  pedaqogikada  fəal  təlim

metodları  adlandırılan  proqramlaşdırılmış,  problemli, adapta

edilən  modul  suqqestiv  təlim,  işgüzar  oyunlar əslində təlim

metodları deyil, təlim texnologiyasıdır. Bizə görə bunları işlənmə

yerinə tətbiq  məqsədinə görə həm  metod,  həm  də texnologiya

adlandırmaq olar.

Pedaqoji texnologiyalar müxtəlif formada təzahür edir.

“Voldorf  pedaqogikası”  deyilən təlim  formasını  ayrıca

nəzərdən keçirək. 1919-cu ildə Almaniyanın Ştutqard şəhərindəki

tütün fabrikinin fəhlələri voldorf Ustoriya fabrikinin direktoru ilə

58

birlikdə alman alimi Rudolf Şteyner (1861-1925) onların uşaqları



üçün məktəb yaratmağı təklif etmişlər.

R.Şteyner ensiklopedik biliyə malik görkəmli alim idi. O,

elmin  və incəsənətin  müxtəlif  sahələrinə aid  300  cildlik əsər

yazmış  və nəşr  etmişdir.  Tibb,  kosmologiya,  din  tarixi,  heykəl-

taraşlıq,  memarlıq  sırasında əsərlərinin  25  cildlik  pedaqogika  və

təhsilə həsr  edilmişdir.  “İnsan  haqqında  ümumi  təlim  peda-

qogikasının əsası kimi”.

R.Şteyner  “azad  məktəb”  tipinə uyğun  ilk  məktəbini

yaratmışdır.  Onun əsasında  insan  varlıq  kimi  prinsipi  dayanırdı.

N.V.Basov  yazır  ki,  təhsilin  Voldorf  texnologiyasının  mahiyyəti

insanın  hiss  etdirmək qabiliyyətini  inkişaf  etdirmək başqa  sözlə,

hisslərin  tərbiyəsi,  bədii  zövqün  formalaşdırılması  təbiət  bilikləri

əsasında  yaradıcı,  quruculuq  bacarığı  aşılamaqdır. Əsas  o  idi  ki,

təhsilin məqsədi və məzmunu istehsalın tələbi və ya sosial-siyasi

konyuktura təyin etmirdi. İnsan onun imkanları və tələbatı təhsilin

məzmununun aparıcı prinsipi hesab edilirdi.

Voldorf  məktəbi ənənəvi  məktəblərdən  təşkilatı  baxı-

mından  fərqlənirdi.  Özünüidarə əsasında  fəaliyyət  göstərirdi,

direktor yox idi, məktəbi pedaqoji kollektiv idarə edirdi, məktəbin

həyatında  valideynlər iştirak  edirdi. Məktəb  mərkəzləşmiş dövlət

reqlamentləşdirilməsindən  azad  idi.  Hazırda  Almaniyada  şagird-

lərin  1%  voldorf  məktəbində təhsil  alırlar.  Burada  təhsil

ödənişlidir, differensialdır.  Müəllimin əmək  haqqı da  differensial

qaydada  ödənilir.  Məktəblər  müstəqildir,  ancaq  dövlət  onları

dəstəkləyir  və təlim  prosesinə müdaxilə etmədən  xərclərin  70-

80%-ni öz üzərinə götürür.

Klassik Voldorf məktəblərində təlim 12 ildir. Universitetə

daxil  olmaq  istəyənlər “abituriyent  sinfi”  adlanan  13-cü  ili  də

oxuyurlar.  Amma  universitetlərə qəbul  faizi  aşağıdır.  Məktəb

tədris  siteminə görə ənənəvi  məktəblərdən  tamamilə fərqlənir.  I

sinifdən  VIII  sinfə qədər  bütün  məşğələləri  bir  müəllim  aparır.

Möhkəm  tədris  planı  yoxdur, qiymətləndirmə yoxdur,  qiymət-

ləndirmə xasiyyətnaməsindən istifadə olunur.



59

VIII  sinifdən  sonra  məşğələləri  fənn  müəllimləri  aparır.

Səhər ilk 2 saatda bir fənn öyrədilir (riyaziyyat, zoologiya və s.),

həmin  gün  başqa  fənn  tədris  olunmur.  Öyrədilən  fənn  hər  gün

həmin qaydada 3-6 həftə davam etdirilir və “dövr” adlanır.

I  dövr  kimya  üzrə,  II  dövr ədəbiyyat  üzrəvə s.  ola  bilər.

Dövrün  hər  günü 2 saatlıq fənn məşğələsindən,  sonra  məşğələlər

sinifdə oturmaqla  aparılmır.  Bu  fənlərin  tədrisi ənənəvi  qaydada

deyil,  obrazlı-estetik  qaydada  aparılır.  Voldorf  məktəbində əmək

tərbiyəsinə və təliminə böyük  yer  verilirdi.  Cildləmə,  ağacda

öymə, dülgərlik, tikiş yapma və s. oğlanlar dəmirxanada işləməyi,

torpaq  hazırlamağı,  dən  üyütməyi,  çörək  bişirməyi  öyrənirdilər.

Alimlər  belə fikirdədirlər  ki,  Voldorf  məktəbindəki  bənzərsiz

şəxsiyyətyönümlü  pedaqogika  təlimin  humanistləşdirilməsi  və

humanitarlaşması 

qabiliyyətlərinin 

inkişaf 

etdrilməsi

əğz

edilməyə layiqdir. Göründüyü  kimi,  Voldorf  məktəbindəki  təlim



texniologiyası ayrıca bir istiqamət təşkil edir.

İnformasiya  texnologiyası  (İT) – metod  və vasitələr

yığımını istifadə edilən məcmusu prosesidir.

İnformasiya  texnologiyalarını  bütün  dünya  birliyi  çərçi-

vəsində

vahid  məkan  birliyinin,  vahid  təhsil  məkanının



formalaşmasına, şəraitin formalaşmasına səbəb olur.

Hazırda  pedaqoji  texnologiyaların  adı  altında  pedaqoji

prosesdə müsbət nəticələrə gətirib çıxaran pedaqoji ideallar kom-

pleksi  başa  düşülür.  Habelə,  tam  və sistemli  pedaqoji  texno-

logiyada  mövcud  olması  və onlardan  bir  sıra  ölkələrdə istifadə

olunması diqqəti cəlb edir:

1. Təbii təlim texnologiyaları

2. Modul-retinq texnologiyası

3. İnteqrativ təlim texnologiyası

4. Parasentrik təlim texnologiyası

5. Biliklərin tam mənimsənilməsi texnologiyası

6. Fərdi təlim texnologiyası

7. Kooperativ təlim texnologiyası

8. Təlimin nəzarət-korrektdə texnologiyası

60

XX əsrin  70-80-cı  illərində kompüterlərin  təlim  texno-



logiyasına  daxil  olması  nəticəsində yeni  təlim  texnologiyasının

əsasının  qoyulması,  kompüter  təliminin əsasında  kompüterlərdən

istifadə etməklə proqramlaşdırılmış  təlimin  dayanması  “təlimin

kompüter  texnologiyası”nın  artıq  “informasiya  texnologiyaları”

ilə əvəz  olunması diqqəti  cəlb  edirdi.  Hətta  yaş  anlayışlarının

yaranması – TYİT – təlimin  yeni  informasiya  texnologiyaları

yarandı.  Kommunikativ  texnologiyalar  (KT)  hətta  cəmiyyətin

“infortmalaşdırılması”,  “informasiya  cəmiyyəti”  anlayışlarının

geniş yayılmağa başlanması ilə səciyyələnirdi.

Keçmiş SSRİ-də təlim texnologiyasını təkmilləşdirən, ona

yenilik gətirən novator müəllimlər, məktəb direktorları var idi. Bu

sıradan  Gürcüstanda  Ş.Amanaşvilinin,  Azərbaycanda Z.Şoyu-

bovun,  Rusiyada  F.V.Şataların  və daha  bir  neçə müəllimi  qeyd

etmək olar. Bunların arasında Şatalov daha çox diqqəti cəlb edir.

Onun  işlədiyi  təlim  texnologiyalarını “Şatalov  metodu”  adlan-

dırırlar.  Onun  təlim  texnologiyasının əsasına  qrup  (sinif)  təlimi

şəraitindən  şagirdlərin mürəkkəb  idrak  fəaliyyətinin  qurulması

təşkil edirdi.

F.V.Şataların əsas məqsədi belə idi:

1.  Materialı  olduqca  yığcam  izah  etməklə uşaqların

diqqətindən artıq yükləri atmaq

2. Bir dərsdən bir teoremi yox, qarşılıqlı, əlaqəli mövzuları

blok-blok (hissə-hissə) öyrətmək

3.  Şagirdlərə əsas  olan  mahiyyəti  çatdırmaq  və onların

yadda saxlanacaqlarının həcmini azaltmaq

4. Şagirdlərin eyni zamanda dinləmələrinə və yazmalarına

imkan verməmək, əvvəlcə dinləməli, sonra yazmalı

5.  Hər  bir  şagirdə yığdığı  balı  yaxşılaşdırmaq  imkanı

vermək. Bu prinsip “açıq perspektivlər” adlanırdı.

6. Şagirdlərə və valideynlərə humanist münasibət

7. Sinifdə elə ab-hava yaratmaq lazımdır ki, hər bir şagird

özünü sakit və inamlı hiss etsin.




Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə