Dərs vəSAİTİ Vəsait Boloniya prosesi, kredit sistemi üzrə ali pedaqoji



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə20/25
tarix11.10.2017
ölçüsü0,63 Mb.
#4200
növüDərs
1   ...   17   18   19   20   21   22   23   24   25

77

plana  atmışdır  və bu  elə kapitalizmin  mahiyyətindən  doğur.  Ona

görə də bu  cəmiyyətdə terror,  qəza,  cinayət,  korrupsiya  halları

həmişə baş  vermişdir.  Sosializmdə isə (aparıcı)  ictimai  maraqlar

aparıcı  olduğu  üçün  bu  hallar  xarakterik  olmamışdır.  Bazar

iqtisadiyyatının  bərqərar  olduğu  indiki  halda  Azərbaycanda  da

fərdi, şəxsi mənafelər önə keçmiş, pul hərisliyi yaranmışdır. Mala,

pula,  varidata  hərislik  bir  çox  halda  bəzi  təhsil  və tərbiyə

səviyyəsi  aşağı  olan  insanları  humanizm hisslərindən  uzaqlaş-

dırmaqdır.  Onlar  tutduqları  vəzifə imkanlarından  istifadə edərək

onlara  müraciət  edən  insanları  incidir,  bezikdirir,  onları  rüşvət

verməyə


təhrik  edir,  yaxud  istehsalçıdırsa,  saxta

əmtəə


hazırlamaq yolunu seçir, zay məhsulu ilə pul qazanmağa çalışaraq

xalqın  sağlam  məişətinə ziyan  vurur,  yaxud  elmdə,  təhsildə

saxtakarlıq  yolu  ilə millətin  gələcəyinə zərbə vuraraq əyri

yollarla,  çirkli  pullarla  şəxsi  həyatının  firavanlığına  çalışır.

Hazırda  Azərbaycanda  da  belə hallar  çoxdur.  Bu  hallara qarşı

mübarizə aparmağa  gəncləri  hazırlamaq  məqsədi  də onlara

humanizmi  aşılamaq,  humanist  və yüksək  vətəndaş,  ləyaqətli

olmalarını məhz bu prinsiplə təmin etmək lazımdır.

Beləliklə,  bu  nəticəyə gəlmək  olar  ki,  humanistləşdirmə

dedikdə,  “insani”,  “bəşəri” hisslər  nəzərdə tutulur.  “Qurani-

Kərim”də deyilir: “İnsanlar, yaxşılıq edin! Allah yaxşılıq edənləri

sevir”.  Bir  mahnıda  deyilir:  “Ey  insanlar,  sülhə gəlin,  yoxsa

dünya  məhv  olar”.  Böyük  şairimiz  M.Ə.Sabirin  nəzərincə,

humanizm budur:

“Kim ki insan sevir, sahibi-huriyyət olur,

Bəli, huriyyət olan yerdə insanlıq olur”.

Beləliklə,  hər  bir  müəllim  istər  dərsdə,  istərsə  də  sinif-

dənxaric  və  məktəbdənkənar  məşğələlərdə şagirdlərə  humanist

ideyaları  aşılamalıdır.  Bu  ideyalar  aşağıdakılardır:  xeyirxahlıq,

yaxşılıq, dostluq, sədaqət, nəzakət və s.

Təcrübə göstərir ki, məktəblərdə humanist əhval-ruhiyyəni

həyata  keçirən  demokrat  müəllimlər  olur. Çünki  bu  müəllimlər

avtokrat  və  avtoritar,  liberal  müəllimlərdən  fərqlənir.  Məktəbdə

humanist  ideyaları  həyata  keçirmək  üçün  demokratik  şərait

78

olmadan  heç  bir  humanist  ideyaların  həyata  keçiriləcəyindən



söhbət gedə bilməz.

Əslində  bu  gün  prinsiplərə  çevrilmiş  bu  yanaşmalar

pedaqogikanın tədris təcrübəsində mövcud olmuşdur.

Təlim prosesinin humanistləşdirilməsinin tarix, ədəbiyyat,

sosiologiya,  psixologiya,  hüquq  və  digər  insan  haqqında  fənlərin

tədrisində  geniş  yer  verilir.  Neqativ  hallara  qarşı  mübarizə

aparmaq  üçün bu prinsipin  imkanlarından istifadənin zəruriliyinə

daim  diqqətin  artırılması  zəruridir.  Humanistləşdirmə  hər şeyin

insan  üçün,  insan  naminə  edilməsini  tələb  edir.  Bu  prinsiplərin

nəzərə alınmasının pedaqoji texnologiyaların tətbiqi zamanı müəl-

lim  tərəfindən  sərbəst  olaraq  həyata  keçirilir.  Hətta  funtamental

fənlərin öyrədilməsi zamanı tarixi faktlara müraciət edilməsi, elmi

kəşflər,  ixtiralar  edən şəxsiyyətlər  haqqında  danışılması,  onların

əxlaqi-mənəvi keyfiyyətlərinin  və  fənni  tədris  edən  müəllimin

humanizm  nümunəsi  bu  baxımdan  böyük  təsir  gücünə  malikdir.

İnsanın  tərbiyəsi  məsələsi zaman-zaman  bu  və  ya  digər  şəkildə

vacib bir  problem  kimi  bu  işlə  məşğul  olanları  düşündürmüşdür.

Böyük  yunan  filosofları  Sokrat,  Platon  və  Aristotelin  bu  vacib

məsələni əhəmiyyətli bir iş hesab etmələri diqqəti cəlb edir.

XI-XII əsrlərdə Qətran Təbrizi, Xətib Təbrizi, Bəhmənyar,

Əfzələddin  Xaqani,  Nizami  Gəncəvi  kimi  mütəfəkkirlərin təlim

və  tərbiyənin  insanın  xoşbəxtliyi  üçün  gözəl  vasitə  olduğunu

dönə-dönə  qeyd  etmişlər.  Nizaminin  ictimai-faydalı əmək  və

insanlara təmənnasız, yardımla bağlı fikirləri humanist tərbiyənin

əsas prinsiplərindən biri hesab edilir.

Ancaq  humanist  tərbiyə  ilə  pedaqoji  prosesin  humanist-

ləşdirilməsini bir-birindən  fərqləndirmək  lazımdır.  Humanist

tərbiyənin, humanist hisslərin, keyfiyyətlərin aşılanması humanist

qabiliyyətlərin şagirdlərə aşılanması kimi başa düşülür.

Pedaqoji  prosesinin  humanistləşdirilməsi  və  humanitar-

laşdırılması  məktəbdə  humanist  psixoloji  mühitin  yaradılması

kimi başa düşülməlidir. Humanistləşdirmə eyni zamanda məktəb-

daxili idarəetmənin tərkib hissəsidir.



79

Humanistləşdirmə  müəllim-şagird  münasibətini  birtərəfli

yox, “öyrədim-öyrən”, “öyrəndiklərinə əməl et” prinsipinə uyğun

öz həllini tapmalıdır.

Məktəbin  idarə  olunmasının,  quruluşunun  büsbütün

yeniləşdirilməsi,  humanist  demokratik  prinsip  əsasında  idarə

olunması  təhsil  sahəsində  islahatların  tələblərindən  irəli  gəlir.

Pedaqoji əməkdaşlıq  ideyası  məktəbin  ruhudur  və  məktəbdə  hər

şey bu ideyaya istiqamətlənməlidir. Məktəblərdə aparılan təcrübə

və müşahidələrdən məlum olmuşdur ki, müəllim şagirdlərlə müx-

təlif  formalarda  ünsiyyət  və  münasibətdə  olur.  Həmin  yanaşma

növlərindən  ən  səmərəlisi  demokratik  əməkdaşlıq  növüdür. Belə

əməkdaşlıqda  müəllim şagirdlərlə  gündəlik  təmasda  və  ünsiy-

yətdə  olur.  Burada  müəllim  uşaqların  fərdi-psixoloji  xüsusiy-

yətlərini  nəzərə  alır.  Belə  müəllim  öz  fəaliyyətində  kollektivə

arxalanır,  onlarla  məsləhətləşir,  uşaqların  tənqidi  qeydlərinə  diq-

qətlə qulaq asır, onların fəallıq və təşəbbüskarlığını inkişaf etdirir.

ƏDƏBİYYAT

1. Ağayev Ə. və b. Pedaqogika. Bakı, 2006.

2. Bədəlova  Ə.  Azərbaycan  xalq  pedaqogikası.  Bakı,

2010.


3. Hüseynzadə R. və  b. Təhsilin humanistləşdirilməsi və

demokratikləşdirilməsi. Bakı, 1997.

4. Nəzərov A. və b. Pedaqoji ustalıq. Bakı, 2008.

5. Təhsilin  humanistləşdirilməsi  yolu  ilə  yeni  pedaqoji

təfəkkürün inkişafı. Bakı, 1999.

6. Təhsil haqqında Azərbaycan Respublikasının Qanunu.

Bakı, 2011.

80

XIV MÖVZU



TƏHSİLİN FASİLƏSİZLİYİ VƏ

İNFORMATLAŞDIRILMASI

PLAN:

1. Təhsilin 

fasiləsizliyi 

dedikdə,  bilik,  bacarıq,

informasiya olmanın nəzərdə tutulması

2. Təhsilin  informatlaşmasının  indiki  şəraitdə daha

çox aktuallıq kəsb etməsi

3. Kompüterin Azərbaycan məktəblərinə daxil olduğu

indiki  zamanda  bu  prinsipin  çox  böyük əhəmiyyət

daşıması

4. Təhsilin informatlaşdırılması ilə əlaqədar alimlərin

müxtəlif fikirləri

Bu  prinsipin əsas  məqsədi, təlimin  metodu  və texno-

logiyalardan istifadə edərək  təhsil  alanlara  müstəqilliyi  “öyrən-

məyi” öyrətməyi, təhsilə çevik münasibət göstərməyi aşılamaqdır.

Məlum  olduğu  kimi,  hazırda  həm  informasiyalar,  həm  də

informasiyaların  tez-tez  dəyişməsi,  yeniləşməsi  baş  verir.  Digər

tərəfdən,  peşə qazanmış  insanlar  yeni  tələbatlara  uyğun  olaraq

yeni  peşə qazanmaq  məcburiyyətində qalırlar.  Bütün  bunları

nəzərə alaraq şagirdlər orta təhsil alarkən elə hazırlanmalıdırlar ki,

onlar  təhsilin  fasiləsizliyindən  istifadəyə hazır  olsunlar,  eyni

zamanda  öz  təsirlərini  fasiləsiz,  məqsədəuyğun  olaraq  artıra  bil-

sinlər.  Burada  “təhsil”  dedikdə,  bilik,  bacarıq,  informasiya  alma

nəzərdə tutulur.

Bu prinsip cəmiyyətin informatlaşdırılmasının sürətləndiyi

indiki  şəraitdə daha  aktualdır.  Bu  prinsipin  nəzərə alınmasında

əsas  məqsəd  təhsil  alanların  müasir  informasiya  texnologi-

yalarında istifadəyə hazırlamaq, onlarda informasiya mədəniyyəti

formalaşdırmaqdır.

Kompüterin Azərbaycan  məktəblərinə daxil olduğu  indiki

zamanda  bu  prinsipin  çox  böyük əhəmiyyəti  vardır.  Təlim –

yalnız təfəkkürlə iş deyil, təlimin nəticələri digər psixi proseslərin



Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə