Dərs vəsaitindən



Yüklə 0,79 Mb.
səhifə60/140
tarix27.03.2022
ölçüsü0,79 Mb.
#84773
növüDərs
1   ...   56   57   58   59   60   61   62   63   ...   140
marketinq-tedqiqatlar qaralama

Sualların qoyuluşu onlann verilmə şəraiti suallara təhrif olunmuş cavabların alınmasına gətirib çıxara bilərmi? Əvvəldə qeyd etdiyimiz kimi, sualın formalaşdırılması və həmin suala təklif olunan cavab kateqoriyalarının tərkibi respondentlərin sualı cavablandırmalanna təsir göstərir. Bütün hallarda məlum səbəblərə görə yönləndirici suallardan qaçmaq lazımdır; müsahibəçi diqqətli olmalıdır ki, təsadüfən irəlicədən düşünülmüş sözlərdən istifadə etməsin. Bununla yanaşı, müsahibəçilər həm də ona çalışmalıdır ki, onlann səs ahəngi və danışıq tərzi bir müsahibədən başqa müsahibəyə keçən zaman dəyişməsin. Əgər sorğu şəxsi müsahibə əsasında aparılırsa, müsahibəçi tərəfindən qeyri-verbal komniunikasiya da respondentlərin cavablanna təsir göstərə bilər.

Suallara təhrif olunmuş cavablann alınması ixtiyari cavaba malik suallardan istifadə olunması zamam da özünü göstərir. Müsahibəçi bu suallardan istifadə edən zaman onun tərəfindən dəqiqləşdirici suallann verilməsinə ehtiyac olur ki, bu da bir sıra hallarda həmin suallara təhrif olunmuş cavabların alınması ilə nəticələnə bilir. Belə ki, məlum olduğu kimi, heç elə iki müsahibəçi yoxdur ki, onların verdikləri dəqiqləşdirici suallar tamamilə identik olsun. Ona görə də, müxtəlif müsahibəçilər suallann verilməsi zamanı müxtəlif vəziyyətlərdə olurlar və nəticədə suallara təhrif olunmuş cavablann alınması qaçılmaz olur. Bu zaman müşahidə olunan müxtəliflik həm dəqiqləşdirici suallann özünün məzmunu ilə, həm də həmin sualların verilmə vaxtı və yaxud şəraiti ilə əaqədar olur. Lakin sualların cavablandınl- masında müşahidə olunan müxtəliflik daha çox, əlbəttə, dəqiqləşdirici sualların məzmunundan irəli gəlir.

Qeyd edək ki, məhdud sayda cavablara malik suallardan istifadə edən zaman müsahibəçinin günahı səbəbindən də suallara təhrif olunmuş cavab alına bilər. Bu, özünü o zaman göstərir ki, müsahibəçi sualın cavabım oxuyan zaman cavablann birinə öz intonasiyası vasitəsilə işarə edir və respondenti işarə olunan cavabı seçməsinə təhrik edir. Müsahibəçinin intonasiyasında olan cüzi variasiya bütövlükdə sualın əhəmiyyətini sıfıra endirə

bilir. Bu problem həm də istənilən müsahibəçinin psixoloyi durumu-əhval- ruhiyyəsi ilə əlaqədar olaraq baş qaldıra bilər. Belə ki, istənilən müsahibəçinin əhvali-ruhiyyəsindən asılı olaraq onun suallan oxuması zamanı səs ahənginin dəyişməsi sualların təhrif olunmuş cavablandırılmasına gətirib çıxara bilər. Emprik məlumatlar göstərmişdir ki, müsahibəçilərin baxışları, hadisə və proseslərə münasibətləri, həmçinin, qavrama qabiliyyətləri onların aldıqları cavablara təsir göstərir. Yuxarıda deyilənlərə əlavə olaraq, onu da qeyd edək ki, suala səhv cavabın alınmasını müsahibəçinin həyati təcrübəsi də şərtləndirə bilər. Bütün bu psixoloji amillərə nəzarət olunmasının yeganə üsulu treninqlərdir.

Suallara təhrif olunmuş cavablann ainmasının qarşısını almaqdan ötrü tədqiqat prosesində müsahibəçilərin riayət etməli olduqları qaydalar müəyyənləşdirilməlidir. Bu qaydalar və yaxud təlimatlar dəqiq olmalı, yazılı şəkildə ifadə edilməli və özündə tədqiqatın məqsədini ehtiva etməlidir. Müsahibəçilərin riayət etməli olduqları qaydalarda istifadə olunmalı olan materiallar-anketlər, xəritələr, formalar və s. təsvir olunmalıdır. Bu qaydalarda hər bir sualın necə verilməsi, suallara cavabların necə alınması (hansı cavabların məqbul hesab edilməsi) və dəqiqləşdirici sualların necə formalaş- dınlması izah edilməlidir. Müsahibəçilərin bu qaydalara riayət etmələri onların bu sahədə irəlicədən hazırlaşmalarından asılıdır.

İstənilən müsahibəçinin başlıca vəzifələrindən biri müsahibə prosesində respondentin diqqətini və marağını özünə cəlb etməkdən ibarət olmalıdır. Bununla yanaşı, müsahibəçi, eyni zamanda, respondentin suala cavab kimi dediklərini yazıb çatdırmağı bacarmalıdır. Müsahibəçinin bu iki vəzifəni eyni zamanda yerinə yetirməsi onun fəaliyyətində çətinliklərin meydana çıxmasına və nəticədə suallara təhrif olunmuş cavabların alınmasına gətirib çıxara bilir. Bunları nəzərə alcaq, bu iki mənbə də suallara təhrif olunmuş cavabların alınması mənbələri kimi qeyd olunmalıdır.

Qeyd edək ki, suallara təhrif olunmuş cavabların alınması məqsədyönlü şəkildə saxtalaşdırma ilə də əlaqədar ola bilər. Araşdırmalar göstərir ki, hətta ən

}üksək səviyyədə həyata keçirilmiş tədqiqat nəticəsində də toplanılan məlumatların saxtalaşdırılması özünü göstərir. Aparılan tədqiqatlar göstərmişdir ki, marketinq tədqiqatları zamanı, adətən məlumatların 10 %-i saxtalaşdınlmış olur. Bununla əlaqədar olaraq kommersiya tədqiqat fırmalannın çoxu istifadə etdikləri sorğu vərəqlərinin 10-20%-ni yoxlamalı olur. Bu məqsədlə onlar respondentlərlə təmaslarm yaradılmasımn doğruluğunu yoxlamaq üçün onlara zəng edir və yaxud poçt kartoçkalan göndərirlər.




Yüklə 0,79 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   140




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə