Dərs vəsaitindən


Marketinq tədqiqatlarında



Yüklə 0,79 Mb.
səhifə67/140
tarix27.03.2022
ölçüsü0,79 Mb.
#84773
növüDərs
1   ...   63   64   65   66   67   68   69   70   ...   140
marketinq-tedqiqatlar qaralama

Marketinq tədqiqatlarında istifadə edilən təhlil növləri

Məlumatların təhlili toplanmış ilkin məlumatların düşündürücü informasiyalara çevrilməsindən başlayır və özündə aşağıdakı əməliyyatlan birləşdirir: məlumatların kompyuterə daxil edilməsi; buraxılan səhvlərin yoxlanması; kodlaşdırma; məlumatların matris formasma salınması.

Yuxarıda sadalanan əməliyyatlar ilkin məlumatların çevrilməsi adlanır.

Məlumatlar toplandıqdan sonra onlar çevrilməli, daha doğrusu, təhlil və sifarişçinin istifadə edə bilməsi üçün yığcamlaşdırılmalı və əlverişli şəkilə salınmalıdır.

Tədqiqatçı məlumatlan çevirməklə toplamlan məlumatlar arasında qarşılıqlı asılılıqlar axtarmağa və onlan daha yüksək səviyyədə ümumiləşdirməyə çalışır.

Məlumatların çevrilməsi zamanı aşağıdakı dörd funksiya yerinə yetirilir:



      • ümumiləşdirmə;

      • konsepsiyanın müəyyənləşdirilməsi;

      • apanlmış statistik təhlilin nəticələrinin marketinq üzrə menecer üçün

anlaşıqlı dilə çevrilməsi (kommunikasiya);

      • alınmış nəticələrin bütöv məcmuya uyğunluq dərəcəsinin müəyyən- ləşdiriməsi (ekstrapolyasiya).

Marketinq tədqiqatlan zamanı məlumatlann aşağıdakı baza təhlil növlərini fərqləndirirlər:

  • deskriptiv təhlil;

  • nəticələrin çıxarılması üzrə təhlil;

  • müxtəlifliklərin təhlili;

  • əlaqələrin təhlili;

  • öncəgörmələr üzrə aparılan təhlillər.

Yuxanda sadalanan təhlil növlərindən, demək olar ki, hamısı marketinq tədqiqatlarının aparılması zamanı istifadə edilir. Bu təhlil növləri həm ayn-ayrıhqda, həm də isə birgə istifadə olunur.

Deskriptiv təhlil Bu təhlil zamanı hesabi orta kəmiyyət, moda, orta kvadratik kənarlaşma, variasiyamn genişliyi, variasiya əmsalı kimi göstəricilərdən istifadə olunur.

Marketinq tədqiqatlarının aparılması zamanı bəzən hipotezlərin yoxlanmasına və yoxlamadan alman nəticələrin baş məcmuya aid edil

məsinə ehtiyac yaranır. Bu cür təhlillər statistik nəticələrin çıxarılması üzrə təhlillər

adlanır.


Müxtəlifliklərin təhlili. Bu təhlil zamanı iki qrupun (iki bazar seqmentinin) tədqiqinin nəticələrini müqayisə etmək, qrupların davramşların- dakı fərqli cəhətləri aşkara çıxarmaq, həmçinin, qnıplann eyni reklam elan- lanna reaksiyalanndakı müxtəlifliyi dəqiqləşdirmək və s. mümkündür.

Marketinq tədqiqatlan zamanı dəyişənlər arasında əlaqələrin mövcudluğunun, həmin əlaqələrin istiqamətinin və gücünün müəyyənləşdirilməsi üçün əlaqələrin təhlilindən istifadə edilir. Məsələn, reklam elanlannın verilməsinə çəkilən məsrəflərin artımının satışın həcminin artımına təsirini müəyyənləşdirməkdən ötrü əlaqələr üzrə təhlilin apanimasına ehtiyac yaranır.

Gələcəkdə hadisələrin inkişaf meylini dəqiqləşdirmək üçün öncə- görmələr üzrə təhlillər aparılmalı və bazar situasiyasının inkişaf parametrləri müəyyənləşdirilməlidir. Buna marketinqdə müxtəlif proqnozlaşdırma metodlarının tətbiqi vasitəsilə nail olurlar.


    1. Deskriptiv təhlil

Marketinq tədqiqatları zamanı seçmə metodunun tətbiqi vasitəsilə əldə edilmiş informasiyaların təsviri zamanı müə)0^ən parametrlərdən və yaxud kəmiyyətlərdən istifadə edilir. Bu parametrləri və yaxud kəmiyyətləri iki qrupa ayırmaq mümkündür. Birinci qrup parametrlərlə marketinq fəaliyyəti üzrə sorğu zamam tipik respondenti və yaxud respondentlərin verdikləri tipik cavabı təsvir edirlər. İkinci qrup parametrlər variasiya parametrləri adlanır və onların vasitəsilə respondentlərin, onların verdikləri cavablann tipik respondentdən və tipik cavabdan nə dərəcədə fərqləndiyini müəyyən etmək mümkün olur. Göstərilən iki qrup parametrlərdən əlavə marketinq tədqiqatları zameım əldə edilən informasiyaları başqa təsviretmə parametrləri də mövcuddur. Məsələn, onlardan biri asimmetriya adlamr və bu parametr müəyyənləşdirilən paylanma əyrilərinin normal paylanma əyrisindən nə dərəcədə fərqləndiyini xarakterizə edir. Lakin bu parametr marketinq tədqiqatlan zamanı çox da istifadə olunmur və bu, sifarişçi tərəfindən həmin parametrin dəyişməsinə maraq göstərilməməsi ilə əlaqədardır.

Deskriptiv təhlil zamanı istifadə edilən göstəricilərdən bəziləri mərkəzi meyil ölçülərini xarakterizə edir. Onlara moda, mediana və orta kəmiyyət aiddir.


Yüklə 0,79 Mb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   140




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə