oyununda uğir gətirir, idmançılara kömək edir, pis gözdən
qoruyur. Eyni zamanda ildırım vumrasmdan qoruyur və
ətrafdakılara onun sahibinə sədaqətli olmağına səbəb olur.
Böyük gücə malik olması üçün qızıla deyil, gümüşə və ya
platinin çərçivəsinə salınmalıdır.
Nefrit enerji gücünə malikdir. İnsan layiq olduqda onu
istənilən çətinlikdən xilas edir. Öz şüurunu genişləndirmək və
mənən zəngin olmaq istəyənlərə nefrit kömək edir. Nefrit
insanın daxilini və davranışı, çox vaxt isə xarici görüşünü də
dəyişdirir. Onu davranışın barometri adlandırırlar. Ümidsiz və
çaşmış adamda nefrit qaralır. Daşı tam dəyişmək və
keyfiyyətcə yeni səviyyəyə qalxmaq istəyən
adamların
gəzdirməsi məsləhətdir.
Həyatdan nə isə
götürməyə çalışanlara
kömək edir,
sahibinin başqa adamlarla əlaqəsini məhdudlaşdırır. Öz
inkişafı ilə maraqlanmayan adamlara göy nefrit gəzdirmək
məsləhət deyil. Yaşıl nefrit Oğlağa daha uyğundur. Ağ nefrit
Tərəzi, qırmızı nefrit od bürcündən olanlara, sarı nefrit su
bürcündən olanların gəzdirməsi məsləhətdir. Buğa və Əqrəb
üçün məsləhət deyil.
Obsidian (tutqun şüşəyə oxşayan) - arzuların yerinə
yetirildiyi daşdır.
Boyunbağıvə ya bir şeyin altından
asanda daha çox
gücə malik olur. Əgər
siz kiminsə
məhəbbətini qazanmağı ürəkdən istəyirsinizsə onda obsidian
gəzdirin, onu çox az-az çıxarın. Daş sizə şans verir. Ancaq siz
xoşbəxtliyin zirvəsində olanda onda daşdan ayrılmalısınız ki,
bu anı dayandırasınız. Əgər siz bunu etməsəniz talisman belə
hesab edər ki, o sizi başa düşməyib sizə nəsə başqa şey
lazımdır və sevgilinizi sizin dünyanızdan buraxar. İkinci dəfə
onun qəlbində ehtiras alovunu yandınnaq praktiki olaraq
mümkün deyildir. Ancaq sizin qələbənizlə güclənən obsidian
sizə yaxın olan
442
kimin üçünsə qiymətli hədiyyə ola bilər. Əgər daşı ailədən bir
neçə nəsil buraxmasanız onda sizin nəvələriniz nadir bir
talisman əldə etmiş olur və bu da onlara uğur və məhəbbət
gətirir. Obsidian adi şüşə kimi kəskin uclu qırıla bilər. İstənilən
səhv hərəkətdən qoruyur, günah işi görənləri dayandırır.
Obsidian - magiya daşıdır. Qoçdan başqa bütün Od bürcünə
uyğundur. Şir, Əkizlər və Dolça bürcündən olanlara işdə çox
kömək edir. Əqrəb və Tərəzilər onu sakit gəzdirə bilər. Qız və
Xərçəngi çox tez qorxaq edə bilər. Qalan bürclərə qarşı
biganədir.
Olivin - (sarımtıl yaşıl rəngli) - Balıqlar bürcündən
olanlara çoxlu bədbəxtlik gətirir. Şir və Oxatanlar üçünsə çox
yaxşı daşdır. O, bütün işlərdə xoşbəxtlik gətirir, düşmənlərdən
və pis niyyətli şeytan və iblisdən qoruyur. O, kişilərdə ehtiras
oyadır və gücsüzlüyü müalicə edir. Olivin ailə ocağını
möhkəmləndirir məhəbbət, mülayimlik və yaxınlara qayğı ilə
sıx bağlıdır. Oğlaqlara bu daşı gəzdirmək olmaz.
On iks - (damarlı əqiq) yarımqiymətb, darçını və ya
qaramtıl rəngli “başcı” daşıdır. Sahibinə başqaları üzərində
hakimiyyət verir, əqli aydınlaşdırır, siyasi rəqiblərin fikrinə
girməyə kömək edir, yaddaşı möhkəmləndirir, qəflətən ola
biləcək ölümdən və insan həyatına olacaq qəsddən qonayur.
Ailə səadətində ərin arvadına bu daşı bağışlaması çox
təhlükəlidir, belə ki, ər “ai'vadm ayaqaltı- sı” olmaq istəmirsə
bunu etməməlidir. Gümüş çərçivəyə salınmış oniks ürək
xəstəliyini və yuxusuzluğu müalicə edir, pis fikirləri qovur.
Oniks yaddaşı möhkəmləndirir. Ürək ağrısı və yuxusuzluğa
kömək edir. İnsanı tənbəllikdən, xronoloji yorğunluqdan və
qəmdən qurtarır. Boyunda və boğazda faydalıdır. Qız
bürcündən olanlara daha
443
çox kömək edir. Buğa və Oğlaqlara da uyğundur. Əkizlərə
məsləhət görülmür.
Opal - cürbəcür rənglərə calan, əlvan parıltılı qiymətli
daşdır. Çox qorxulıu daşdır, lakin oktyabr ayında doğulanlar
heç bir qorxu olmadan onu gəzdirə bilər. Bu daş həyatdan
qorxan və intihara meyl edən adamlar üçün xeyirlidir. Opal bu
çür adamları xəyallar dünyasına aparır və onlar burada rahatlıq
tapırlar. Öz fikirlərini həyata keçirmək istəyənlər bu daşdan
imtina etməlidir. Bu yalan daşıdır, onun ətrafında hər şey
“üzür”, anlayışlar qarışır, sirli maneələr yaranır. O, qaranlıq
qarşısında qorxu yaradır. Pis niyyətli bağışlanan bu daş öz
sahibini hədiyyəni verənin əlində oyuncağa çevirir. Opal
sahibləri başqalarının əqlinə telepatik (hadisələri və insanın
fikirlərini, onların mənşəyinə bilavasitə təmas etmədən
uzaqdan qavramaq (məsələn, görünməyən bir şeyi görmək,
başqasının fikrini həmin adam danışmadan və onu görmədən
guya başa düşmək) mümkün olduğunu iddia edən elmə zidd
uydurma görüş) təsir etmə gücünə malikdir. Talisman kimi o
yalnız xeyirxah adamlara ilk başlanğıcda yardımçı olur,
var-dövlətə can atanlara, özündə eqoist hissləri görənlərə
kömək edir. Əsəbləri dağınıq olan adamlara bu daşı gəzdirmək
məsləhət deyildir. Qızıl çərçivəyə salınmış opalın bədbəxtçilik
gətirdiyinə inam Avropada intibah dövründə geniş yayılmışdır.
İstənilən adam üçün opal “ikinci başdır”. Talisman kimi
texniki ixtisasdan olanlara daha uyğundur. Xəyallarla
yaşayanlara və şairlərə opalı gəzdirmək olmaz, belə ki, bu daşı
onları dəliliyə apara bilər. İnadkar və özünə inamlı olanlar bu
daşı gəzdirə bilər, lakin tez-tez onu çıxarmalıdırlar. Zodiakm
istənilən bürcündə
444
Dostları ilə paylaş: |