şəxsi daşı ilə - firuzəsi ilə birlikdə dəfn edirdilər. Hindlilər öz
Allahlarının təsvirini firuzə ilə bəzəyirdilər.
Avropada fımzəni “türkyaz” və ya “turkis”
adlandırırdılar. Çox güman ki, bu ifadə firuzənin Avropaya
Türkiyədən gəlməsinə işarədir. XV-XVI əsrlərdə Firuzə daşlı
üzük xüsusilə kişilər arasında dəbdə olmuşdur. Belə hesab
edirdilər ki, bu daş atdan yıxılarkən zədələnməyin qarşısını
almaq üçün talismandır. Pliniy bu daşı “Kallais” və ya
“Kalayna” adlandırırdı ki, bu da yunan dilində “gözəl daş”
mənasını verir. Bu ad bəzi dəyişikliklə - “Kallait” - bu gün də
firuzənin adında saxlanılır.
Bir çox xalqlarda firuzə gəlin paltarının ən vacib bəzəyi
hesab olunur və məhəbbətdə sadiqlik simvolu kimi baxılırdı.
Bu daşın müalicəvi xassələri də vardır: qaşın boğazda
gəzdirilməsi qan axmanın qarşısını almaq, sarılığı müalicə
etmək, yuxusuzluqdan xilas olmağa kömək edirdi. Bu daş
görmə qabiliyyətini yaxşılaşdırır. Lakin daşın ən başlıca
əlaməti düşmənçiliyə son qoymaq, barışdırıcı mövqeni
bildirməkdir. Onu dəyərləndirən tərəfindən hədiyyə olunan
firuzə ömür boyu xoşbəxtlik və səadət bəxş edir. Sinədə
gəzdirərkən ürəyin döyüntüsünü nizama salır.
Lakin bu daşın bir pis xüsusiyyəti də var: Əxlaq
nomıalarına əməl etməyənlərə, bir sözlə pis niyyətli adamlara
bədbəxtlik gətirir. Sivilizasiya tarixində qiymətli daşlar
arasında firuzə kimi iz qoyan daş yoxdur. Dəqiq elmlərlə
məşğul olanların talismanıdır. O, orqanizmi möhkəmləndirir.
Qızlar və gənc qadınlara daha çox uyğun gələn daşdır.
Yuxusuzluqdan və gecə qorxusundan əziyyət çəkənlərin
gəzdinnəsi məsləhətdir. Göy firuzə Qız bürcündən olanlara
məsləhət görülmür. Bu daşı talisman kimi
451
gəzdirənlər uzun ömürlü və xoşbəxt olurlar. Ağ firuzəni
Əqrəbin və Qoçun gəzdirməsi məsləhətdir.
Heliotrop - hərbi peşədə olan adamlara xoşbəxtlik
gətirən daşdır. Ondan heç vaxt müalicə məqsədi ilə istifadə
etmirlər: onu özündə sirlər çoxdur, yəni əsasən imzasız maqiya
daşı hesab olunur, cadu edərkən bu daşı üstlərinə taxırlar.
Heliotropla düzgün rəftar olmadıqda daş adamı maddi
cəhətdən kasıb edə bilər. Xərçəng və Əqrəb bürcündən olanları
düzgün istiqamətləndirir, öz işlərində uğur gətirir, onları
xoşbəxt edir. Lakin heliotrop məhəbbət xoşbəxtliyini və
qələbəni inkar edir, məhəbbətdə uğur gətirmir. Əqrəb, Buğa və
Şirə bu daşı gəzdinnək olmaz, qalan bürclərə qarşı biganədir.
Heliodor - sarı rəngli daşdır, heç nəyi öyrətmir, istirahət
və əyləncə daşıdır. Adama öz yaxşı keyfiyyətini tapmaqda və
onu ətrafdakılara çatdırmağa kömək edir. Onun pərəstişkarları
çoxdur və adama “başını itirməyə” qoymur. Onu çox
gəzdirmək olmaz. Şirlərin daşıdır.
Çəhrayı kvars —çox vaxt qiymətli çərçivədə gəzdirilsə
də, özü çox qiymətli deyildir. Ona işıqda köhnəlmək və bu vaxt
boz rəng almaq xasdır. Lakin o sevilən daşdır, belə ki,
sağlamlıq simvolu hesab olunur. Mistiklər belə hesab edir ki, o
Yerin canlı inkişafının başlanğıc mərhələsində yaranmış və
onun gənc şirələrini özünə hopmuşdur. O, xoşbəxtlik və
məhəbbətin təmin edilməsi talismanıdır. Çəhrayı kvars- daxili
xəstəliklərin həkimidir. O, bağışlamağı öyrədir və məhəbbət
yaradır. Bu daş müdrik ahıl adama bənzəyir, o hər şeyi bilir,
həmişə kömək edir. Əgər ağlamaq istəyirsənsə ağla, hu səni
yüngülləşdirəcək. Kvarsı gəzdirmək insanlara kömək edir.
Şəxsi xoşbəxtlik üçün ən vacib insanın özüdür. Lakin onu çox
gəzdirəndə ziyandır.
452
Yaqut - gözəl qınuızı daşdır, al-qırmızı parıltısı var.
Yaqut böyüklüyə şiddətli arzu yaradır. Onu qızıl və ya polaq
çərçivədə gəzdirmək daha yaxşıdır. Gümüşdə yaqut gözəl
görünür, lakin öz maqiya xassəsini itirir. Xeyirxah və güclü
adamı yaqut qələbəyə aparır, hər çür təhlükəni dəf edir. Sakit
yaxşı adamlara yaqut rahat xoşbəxtlik gətirir. Yaqut yaxşı başa
düşür ki, öz sahibinə lazımdır və başçılara və
döyüşcülərəüstünlük verir. Gələn təhlükədən öz rəngini
dəyişməklə adamları qoruyur, pis və alcaq ruhlardan hifs edir,
qəmginliyi dağıdır, qadınların nəsil artırmaq qabiliyyətini
gücləndirir. Yaqut adamlarda olan xeyirxahlığı, səmimiliyi
artırmaqla yanaşı, həm də qəddarlığı, hakimiyyət hərisliyini,
məkrliyi də artırır. Bütövlükdə isə hu daş adamların tam
açılmasına, özünü göstərməsinə kömək edir. Xoşbəxtlik və
məhəbbət gətirir. Kim qarşılıqlı hisslərlə yaşamaq istəyirsə öz
seçdiyinə alov rəngli yaqut bağışlamalıdır. Yaqut qan axmasını
dayandırır, yaradan və epilepsiyadan qurtarır, havanı
təmizləyir, havada olan mikropları məhv edir.
Şərqdə yaqut almazdan artıq dəyərləndirilmişdir.
Təyziqi və hemofiliyası (qanın kəsilməməsi) olan adamlara
yaqut gəzdirmək olmaz. Təbiəti etibarı ilə qəddar olanlara bu
daş ziyandır. Sadə adamlara xoşbəxtlik və məhəbbət gətirir.
Qoç, Oxatan və Şir üçün çox faydalıdır. Oğlaq da bu daşı
gəzdirə bilər, lakin ona daş çox gec öyrəşir.
Yəsəm-yaspis - ala-bəzək daşdır, demək olar ki, hər
rəngdə rast gəlinir. Yəşəmdən olan talisman qabağı görməni
(bəsirətliyi) artırır, gözün görmədiyi çox şeyi aşkar edir.
Qırmızı rəngli yəşəm qan axmaya kömək edir, qadınları bir sıra
ağrılardan qurtarır. İbn-Sina məsləhət görürdü ki, mədə ağrısı
olan adam onu qarnının üstündə
453
Dostları ilə paylaş: |