təlabatlarmı ödəyə, öz məqsədlərinə tam cəfa bilməz. Bütün
bunlar hamı üçün yaxşı olmağın zəmri şərtidir. Axı hər bir
adamın həyatı ictimai birliklə bağlıdır, deməli tam adamların
qarşılıqlı münasibətidir, elə bir əsasdır ki, bütün vətəndaşların
azadlığı onun üzərində qurulur, onların təbii bacarıqları inkişaf
edir. Adamların birliyində bütün irrasional, qanunauyğun və
təsadüfü olanlar təzahür edir. Hegelə görə, vətəndaş cəmiyyəti
- onun üzvlərinin birliyin sərbəst subyekti kimi öz təlabatları və
təhlükəsizliklərini və mülkiyyətlərini qorumaq üçün hüquqi
quruluş əsasında birləşmələridir. Vətəndaş cəmiyyətinin əsas
prinsipi bu cəmiyyətin tam hüquq və ləyaqətinin təmin
olunmasıdır. Bütöv maraqlarla şərtlənən fərdi məqsəd və
maraqlar sistemin hərtərəfli asıhlğmı yaradır, belə ki, hər bir
adamın həyatı, onun hüquqları yaşamaqları ilə sıx bağlıdır,
onun yaxşı yaşamaq hüququ vardır. Fərdlərin bu sistemi
vətəndaş cəmiyyətidir. Vətəndaş cəmiyyəti qismən inkişaf
etdikdən sonra adamlar (müəyyən ölçüdə) öz təbii
azadlıqlarından imtina etdilər və vətəndaş dövlətin
hakimiyyətinə tabe oldular. Bu onlara düzgün və dəyərli
üstünlük verdi-onlar yalnız vətəndaş başlanğıem yaranmasına
ümid etməyə başladılar. Məhz buna görə onlar dövlətə
eəmiyyətin bütün üzvlərinin gücünü verdilər, bu da qanunların
yerinə yetirilməsini təmin etməyə imkan verir. Bu düzgün və
dəyərli üstünlük - bunun üçün adamlar birləşmişlər - başqa
adamlar tərəfindən ola biləcək ziyandan qarşılıqlı qorunma,
onların zorakılığına müqavimət, cinayətkarlığa görə
cəzalandırmaqdır.
Cəmiyyətin sosial strukturu haqqında da qısa
məlumat vermək lazımdır. Cəmiyyətdə öz mövqeyinə,
maraqlarına və cəhdlərinə görə müxtəlif sosial siniflər var.
Onlann mənşəyi ilə bağlı müxtəlif fikirlər söylənilmişdir.
60
Bəziləri onların mənbəyini ya mənəvi keyfiyyətlərdə,
adamların psixoloji xüsusiyyətlərində, ya da onların dini
baxışlarında, dünyagörüşlərində (Feyerbax demişkən saraydan
fərqli olaraq adamlar mağaralarda başqa cür düşünürlər)
digərləri bunu yaxşı yaşamaqda (yerindən asılı olmayaraq
adamlara maddi istehsal sistemində) görürdülər. Hegelə görə,
siniflər var-dövlətin, gəlirin qeyri- bərabər bölünməsindən
yaranır, əməyin xarakterindən doğur: əkinçiliklə məşğul olan
kəndlilər fabrik və zavodlarda, tikintidə çalışan fəhlələr,
məmurlar sinfini təşkil edən xidmətçilər, əqli əməklə məşğul
olan adamlar- alimlər, rəssamlar, incəsənət xadimləri. Çox
təəssüf ki, uzun illər bu adamlar “təbəqə” kimi qəbul
olunmuşdur. Əslində ziyalılar əqli əməklə məşğul olan ictimai
sinifdir. Son vaxtlar müasir sosial fəlsəfi ədəbiyyatlarda “orta
sinif’ ifadəsi işlənməyə başlamışdır. Cəmiyyətin sosial
strukturu tarixən yaranmış, nizamlı, bütöv kimi
cəmiyyətin müxtəlif elementləri arasındakı əlaqə və
münasibətlərin - ayrı-ayrı fərdlər və insanların tarixi birlik
formaları (qəbilə, tayfa, xalq, millət, ailə) siniflər, sosial
qruplar - nisbətən möhkəm sistemidir.
Cəmiyyətin sosial strukturunu anlamaq üçün əsas
əhəmiyyət kəsb edən anlayışlar istehsal üsulu, əmək
bölgüsünün iqtisadi sahəsi anlayışlarıdır. Dünyaya gələn
ardıcıl olaraq mürəkkəbləşən təhsil və tərbiyə mərhələləri
keçən cəmiyyət üzvləri öz intellektual, əxlaqi və digər
göstəriciləri ilə oxşar deyillər, ən əsası isə öz meylləri,
maraqları, xarakterləri, həyatı və məişət imkanları ilə
fərqlənirlər. Hər bir gənc vətəndaş qanunauyğun və ya təsadüf
nəticəsində müəyyən ictimai qrupa düşür. İqtisadi baxımdan
ağıllı qurulan və mənən inkişaf etmiş cəmiyyətdə S.Simonun
dediyi “Hər kəsə bacarığına, hər kəsə
61
işinə görə” prinsip həyata keçirilməlidir. Təəssüf ki, bu prinsip
yalnız ideal cəmiyyətdə reallaşa bilər. Ən ağıllı cəmiyyətdə,
belə bərabərlik yalnız qanun qarşısında ola bilər, yerdə qalanlar
da qarşısında bərabərsizlik vardır; adamlar doğulandan əql və
xarakterlərinə görə bərabər deyillər. Onlardan biri bir cür
fəaliyyətə, digərləri başqa fəaliyyətə olurlar. Cəmiyyətə -
bütövün marağı üçün - bütün fəaliyyət növləri həm bütövlükdə
cəmiyyət, həm də ayrı-ayrı adamlar üçün lazımdır. Siniflər,
sosial qruplar arasındakı sərhədlər nisbidir, dəyişkəndir. Bu o
deməkdir ki, bu və ya digər sinfin, bu və ya digər sosial qrupun
hər bir nümayəndəsi üçün ictimai miqrasiyanın real imkanları
mövcuddur.
Vahid - tam sosial planetar sistem kimi bəşəriyyəti də
nəzərdən keçirmək məqsədəuyğundur. Heç bir cəmiyyət
qürurlu şəkildə tək real mövcud ola bilməz. Bu və ya digər
cəmiyyət nə qədər cox inkişaf edirsə digər cəmiyyətlərlə də bir
o qədər çox mümkün olan əlaqəyə girir, daha mürəkkəb əlaqə
və münasibətlər qurur. Bu artıq ibtidai icma quruluşunda
olmuşdur. O vaxtdan birlik və cəmiyyətlərin qarşılıqlı əlaqəsi
güclənir və mürəkkəbləşir. Adamlar həm özlərinin bioloji
təbiətləri, həm əvvəlcədən daxil olduqları Kainat qanunlarına,
həm də ictimai mahiyyətlərinə görə vahid “planetar ailənin”
üzvləridirlər. Bizim hər birimiz bu və ya digər dövlətin
vətəndaşı kimi eyni vaxtda həm də sözün geniş mənasında
bütün bəşəriyyətin vətandaşlarıyıq. Axı müəyyən mənada o
dünya birliyində baş verənlərə görə mənəvi məsuliyyəti öz
çiyinlərində daşıyır. Bu və ya digər adamın mənəvi həyatı nə
qədər zəngin olsa da, onun əqli nə qədər yüksək inkişaf etsə də
o bəşəriyyətin mənəvi dəyərlərini mənimsəməsə, başqa
xalqların və tarixin xəzinəsindən bəhrələnməsə
62
Dostları ilə paylaş: |