vasitəsidir) - həm də o tarixəqədərki insan üçün anlaşılmazdır.
Sonuncu - oxun, kamanın, baltanın, balığın nə olduğunu bilir,
lakin pulun mahiyyəti onun üçün qaranlıqdır. Onu başa
düşmək üçün o şeylərin prcdmctliyindən yüksəkdə
dayanmalıdır. Müasir pul isə daha da mücərrəd olur, hətta
kağız formasını itirir və daha çox virtual - elektron xarakter
kəsb edir.
İctimai varlığın və kommuniksiyalarm, bu və digər
“mexanizmləri” cəmiyyət üçün həyati əhəmiyyət kəsb edir,
onun mahiyyətidir, öz prinsipial mücərrəd təbiətinə əsasən
0
insandan uzaqlaşır.
Onlardan malik olduqları funksiyaları, normaları,
öhdəlikləri yerinə yetirmək tələb olunur. Özgəninkiləşmə
(uzaqlaşma) sözün geniş mənasında - insanın fəaliyyətini və
onun məhsullarını müstəqil, onun üzərində təsir göstərən
mahiyyətə çevirən obyektiv sosial prosesdir. Bu hadisədə
şəxsiyyətin potensialı, varlığın daha yüksək fomrasmı yaradan
özünüvermə imkanları yerləşir. Özgəninkiləşmənin neqativ
tərəfini kənara qoyaraq qeyd edək ki, o insan fəaliyyətini və
onunla bağlı əmək bölgüsünü, əməyin predmetləşməsini,
istehsalın son nəticələrinin əldə olunmasını, onun ötürülməsi
imkanlarının obyektiv mexanizmlərinin tarixi qanunauyğun
prosesi kimi çıxış edir. Özgəninkiləşmənin kökü fəaliyyətin
ictimai təşkilindədir, əmək bölgüsü əsasında ayırma fərdin
həyati əhəmiyyət kəsb edən funksiyalarını istiqamət-
ləndinnəsi gedişində onun məhsullarının istifadə edilməsinin
mənimsəməsini nəzərdə tutur. Müəyyən şəraitdə bu ayınna
fəaliyyətin nəticələrini insanın nəzarətindən çıxara bilər.
Ayrılmanın mümkünlüyü bu vaxt onun üçün xarici zərurətə
çevrilir. Bu vaxt cəmiyyət üçün zəruri olan fenomenlər
(məntiqi təəkkür, dövlətçilik, pul, hüquq və s.)
15
eyni zamanda dağıdıcı fenomenlər - istismar, insanın
manipulyasiya edilməsi, ondan vasitə kimi istifadə olunması,
tənhalıq, bürokratik sistem, avtoritar ideologiya və s. yaranır.
Bir halda ki, cəmiyyətin fəlsəfi mənası və anlamı fərdləri
ictimai bütövlükdə birləşdirən əlaqələr tipinin müəyyən
edilməsindən ibarətdir, onda onun təbiəti və mahiyyəti sistem
anlayışında daha aydın açılır. Cəmiyyətin sistemli xarakteri
ətraf aləmin sistemliliyinin təzahürüdür. O keçmişin və indinin
mütəfəkkirlərindən heç birinə etiraz etməmiş və etiraz etmir.
Bununla belə ictimai sistem haqqında baxışların inkişafını
XIX-XX əsrin nəzəri nəaliyətlərinndən biri hesab etmək olar.
Cəmiyyət sistem kimi əlaqə və münasibətlərin
tənzimlənməsi, özünüidarəetməsi və öz-özünə inkişfmm
məcmusudur - o keyfiyyətli bütövlük yaradır, onun daşıyıcısı
fəaliyyət göstərən adamlar və onların yaratdıqları qruplardır.
Sistem kimi cəmiyyət - birincisi, mürəkkəb ierarxik struktura
malikdir, müxtəlif ünsürləri və səviyyələri əhatə edir: ikincisi,
inteqrativ sistem yaratma keyfiyyətinə - fəaliyyət göstərən
adamların münasibətini qurur; üçüncüsü, özünü idarəetmə
xassəsinə malikdir, bu da yüksək mütəşəkkil sistem olması ilə
fərqlənir - xüsusiyyətlərə malikdir.
Cəmiyyət açıq sistem kimi özünü göstərir. Bu o
deməkdir ki, xarici aləmə münasibətdə öz muxtariyyəti olsa da
cəmiyyət onun təsirini öz üzərində hiss edir, məlumatları qəbul
edir və onu işləyir, dəyişən kontekstə reaksiya verir. Cəmiyyət
uyğunlaşan - uyğunlaşdıran sistemdir, yəni o yalnız, ətraf
mühitə uyğunlaşmır, həm də imkan daxilində öz şəxsi
mənafeyinə uyğun onu dəyişdirir.
16
Cəmiyyətin əsas ünsürlərinin ayrılmasına məhsuldar
yanaşma həyatın əsas sahələrinə, onda baş verən müvafiq
mühüm proseslərə - istehsal - iqtisadi, ictimai, siyasi, mənəvi,
onun varlığının bütün tərəflərinə - müraciət etməkdir.
Həyatın əsas sahəsi sistem kimi cəmiyyətin ünsürləridir
və müəyyən keyfiyyət bütövlüyü, öz mövcudluq və inkişaf
qanunları olan həyatın digər sahələri ilə qarşılıqlı əlaqədə olan
sistemaltı kimi təzahür edir. Başqa sözlə desək, həyatın əsas
sahəsi cəmiyyətin ünsürləri, obyektiv mövcud olan digər
sahələrlə əlaqədə olan hissələridir.
İqtisadi sahə özündə istehsalı, bölgünü, mübadiləni və
maddi nemətlərin istehlakmı birləşdirir. Onun əsas ünsürləri
məhsuldar qüvvələr - adamlar; əmək aləti və əmək predmeti;
maddi - predmet fəaliyyəti; mənəvi - ideoloji əsaslar (məqsəd,
niyyət, proqram), eyni zamanda əmək prosesində adamların
münasibətidir. Bu sahə həyat - istehsal mexanizmi, iqtisadi
məkan kimi çıxış edir, burada təsərrüfat həyatı təşkil olunur,
onun sahələri inkişaf etdirilir. Burada cəmiyyətin çoxsaylı
subyektlərinin maraqları cəmləşir, qarşılıqlı fəaliyyət
nəticəsində - qurulma və ya əməkdaşlıq - cəmiyyətin iqtisadi
həyatının dinamikası həyata keçir.
Cəmiyyətin ictimai həyatı orada fəaliyyət göstərən
bütün qrupların, onların qarşılıqlı fəaliyyətinin bütöv
məcmusudur. Bu cür qruplara, icmalara (müxtəlif əsaslar və
ölçülərlə götürülən) xalqları, millətləri, sinifləri, təbəqələri,
stratları, kastaları, sosial - demoqrafik və peşə qmplarmı, əmək
kollektivlərini; qeyri-formal qurumları və s. aid etmək olar. Bu
sahədə həyat, məişət, istehsal şəraiti; səhiyyə, təhsil, sosial
müdafiə təi3iinat problemləri;
17
Dostları ilə paylaş: |