Dərs vəsaitlərinin və digər tədris vasitələrinin elmi-metodiki monitorinqi şöbəsi



Yüklə 109,61 Kb.

tarix07.07.2018
ölçüsü109,61 Kb.
növüDərs


Ümumtəhsil fənləri üzrə dərsliklərin, dərs vəsaitlərinin və 

digər tədris vasitələrinin elmi-metodiki monitorinqi şöbəsi 

Az

ərbaycan Respublikasının 

T

ələbə Qəbulu üzrə Dövlət Komissiyası

 

Ümumtəhsil məktəblərində istifadədə olan 8-ci sinif 



“Coğrafiya” 

d

ərslik komplektinə dair  

 

İLKİN RƏY 


Respublikanın ümumtəhsil 

  

məktəblərinin 8-ci sinifləri üçün 

  

“Coğrafiya” dərslik komplekti 

 

 

          

   

Müəlliflər: 

 Zakir Eminov 

 Qabil S

əmədov 

 

Aygün Əliyeva 

 

Xəzər Etiket 



   

Bakı-2015     

 


 

Azərbaycan Respublikasının ümumtəhsil məktəblərinin 8-ci sinifləri 

üçün 

coğrafiya fənni üzrə təhsil proqramı (kurikulumu) 

 

 

 

 

 

 

 



 

Dərslikdəki materiallarda yeni təhsil proqramına (kurikulum) 

əsasən aşağıdakı 3 məzmun xətti üzrə 6 əsas 

və 20

 

alt standartın 

reallaşdırılması nəzərdə tutulmuşdur

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

Məzmun xətləri: 

 

1. Coğrafi məkan 

 

2. Təbiət 

 

3. Cəmiyyət 

 



  

 

 



1.1

. Coğrafi kəşflər nəticəsində cəmiyyətdə və xəritədə baş verən 

dəyişikliklərə aid bilik və bacarıqlar nümayiş etdirir.  

1.1.1


. Yeni elm sahələrinin yaranmasını izah edir. 

 

1.2. Yerin Günəş sistemində mövqeyi və hərəkətlərinə dair bilik və 



bacarıqlar nümayiş etdirir. 

1.2.1


. Günəş şüalarının Yer kürəsinə düşmə bucağının dəyişməsini 

hesablayır.  

1.2.2. Yerin hərəkətinin coğrafi nəticələri ilə həyatın inkişafı arasındakı 

əlaqəni izah edir.  

 

1.3. Kartoqrafik təsvirlər üzərində bilik və bacarıqlar nümayiş etdirir. 

1.3.1. Kartoqrafik təsvirlərin müxtəlifliyini, əhəmiyyətini izah edir. 

1.3.2. Kartoqrafik təsvirlər üzərində hesablamalar aparır. 

 

1.

Coğrafi məkan 

 



 

2.1

. Coğrafi təbəqədə baş verən hadisə və proseslərin ekocoğrafi 

nəticələrini mənimsədiyini nümayiş etdirir. 

 

2.1.1


. Litosfer tavalarının hərəkətini müasir relyef formalarının 

yaranması ilə əlaqələndirir. 

2.1.2. Tektonik xəritələrdə litosfer tavalarının hərəkətinin nəticələrini 

oxuyur. 


2.1.3. İqliməmələgətirən amilləri və dünyanın iqlimində baş verən 

dəyişiklikləri izah edir. 

2.1.4. Atmosfer hadisələrinə dair sxem və diaqramlar tərtib edir. 

2.1.5. Dünya okeanında baş verən fiziki-kimyəvi və dinamik prosesləri 

təhlil edir. 

2.1.6. Okean sularının xüsusiyyətləri ilə bağlı hesablamalar aparır. 

2.1.7. Biosferin digər təbəqələr ilə əlaqəsini şərh edir. 

2.1.8. Təbii zonalar xəritəsini oxuyur. 



 

2.

Təbiət 

  


 

 

 

3.1. Dünya 

əhalisinin müxtəlifliyinin səbəblərinə dair bilik və bacarıqlar 

nümayiş etdirir. 

3.1.1. 


Əhalinin təbii və mexaniki hərəkətinin səbəblərini izah edir.  

3.1.2. 


Əhalinin təbii artımına görə hesablamalar aparır. 

 

 



3.2. 

Cəmiyyətlə iqtisadiyyatın qarşılıqlı əlaqəsinə aid bilik və bacarıqlar 

nümayiş etdirir. 

3.2.1. 


Ölkələri inkişaf səviyyəsinə görə təhlil edir. 

3.2.2. 


Xəritə üzərində ölkələri inkişaf səviyyəsinə görə qruplaşdırır. 

3.2.3. 


Təsərrüfatın inkişafında təbii ehtiyatların rolunu qiymətləndirir. 

3.2.4. 


Təbii ehtiyatların təsnifatı sxemini qurur. 

3.2.5. Ekoloji 

problemlərin insan həyatına təsirini izah edir. 

 

 

3. Cəmiyyət 

 



1. 

Məzmunun işlənməsi baxımından 

2. Dil və yazı üslubu baxımından 

3. Dizayn və bədii tərtibat baxımından 

 

4. Tapşırıqların elmi-metodiki  uyğunluğu baxımından 

 

5. 



Müəllim üçün  metodik vəsaitin (MMV-nin) məzmununun 

işlənməsi baxımından 

Ümumi təhsili həyata keçirən bütün təhsil 

müəssisələrində istifadədə olan dərslik, dərs vəsaiti və 

digər tədris vasitələrinin elmi-metodiki monitorinq 

meyarları 

Ümumi təhsili həyata keçirən bütün təhsil müəssisələrində istifadədə 

olan dərslik, dərs vəsaiti və digər tədris vasitələrinin elmi-metodiki 

monitorinqi 5 parametr üzrə həyata keçirilir: 

 



 

Dərsliyin strukturu 

 

D

ərslik  komplekti  dərslikdən  və  müəllim  üçün  metodik  vəsaitdən 



ibarətdir. Dərslik 192 səhifədən ibarət olub, 10 tədris vahidi (“Coğrafi 

kəşflərdən  tədqiqatlara  doğru”,  “Xəritələr  və  onların  üzərində 

təsvir üsulları”“Yerin hərəkəti və onun coğrafi nəticələri”“Yerin 

fəal tektonik təbəqəsi”“Atmosfer”“Yerin su təbəqəsi”“Biosfer”

“Dünya ölkələrinin təsnifatı”“Əhali və təsərrüfatın ərazi təşkili”

“Ekoloji  mühit  və  onun  mühafizəsi”)  üzrə  57  mövzunu  əhatə  edir. 

Mövzular 

üzrə  “Açar  sözlər”,  “Təhlil  edək”,  “Nə  öyrəndik”

“Mövzuya  aid  suallar”,  “Özünüzü  yoxlayın”,  “Ev  tapşırığı”,  hər 

tədris  vahidinin  sonunda  “Ümumiləşdirici  tapşırıqlar”,  dərsliyin 

sonunda 

isə “Terminlərin izahlı lüğəti” verilmişdir.   



 

 

 



Qeyd 

etmək lazımdır ki, Təhsil Nazirliyinin rəsmi müraciətinə 

əsasən  dərslik  komplektinin  qiymətləndirilməsi  ilə  bağlı  Tələbə 

Qəbulu  üzrə  Dövlət  Komissiyası  tərəfindən  hazırlanmış  rəydə 

göstərilən    irad  və  təkliflərin  xeyli    hissəsi  bu  nəşrdə  nəzərə 

alınmışdır.  Lakin  bəzi  iradlar  olduğu  kimi  qalıb,  əlavə  və 

dəyişikliklər zamanı isə yeni nöqsanlara yol verilmişdir.   

Bunlar 


aşağıdakılardır: 

 Dərslikdə  verilən  materialların  elmiliyi  təmin  olunsa  da, 

özünütəhsil, 

əməkdaşlıq, 

kollektivçilik, 

təlimin 


həyatla 

əlaqələndirilməsi  prinsipləri  yerinə  yetirilməmiş,  əyanilik,  ekoloji, 

biliklərin  möhkəmləndirilməsi  prinsipləri  isə  bəsit  formada 

verilmişdir.  



 

Məzmunun işlənməsi baxımından 

 


 

Məzmunun işlənməsi baxımından 

 

Bəzi mövzularda yuxarı sinif fənn kurikulumunun alt standartlarına 

aid materiallar 

verilmişdir: 



Səhifə  13.  “Açar  sözlər”dəki  “Siyasi  coğrafiya”  ifadəsi  10-cu 

sinfin  3.2.1. 

Ölkələrin  geosiyasi  mövqeyini  qiymətləndirir”  və  3.2.2. 

Siyasi  münaqişələrin  xəritədə  yaratdığı  dəyişiklikləri  qeyd  edir”  alt 

standartlarının, “Ekoloji coğrafiya”, “Tibbi coğrafiya”  “Rekreasiya 

coğrafiyası”  terminləri  isə  9-cu  sinfin  3.2.5.  Ətraf  mühitdə  yaranmış 

ekoloji 

vəziyyəti qiymətləndirir alt standartının məzmununa aiddir.  

Səhifə 24. 6-cı tapşırıqdakı “Rekreasiya coğrafiyasının öyrəndiyi 

sahələrə  aid  etmək  olar:”  şərti  9-cu  sinfin  3.2.5.  “Ətraf  mühitdə 

yaranmış  ekoloji  vəziyyəti  qiymətləndirir”  alt  standartının  məzmununa 

aiddir. 


Səhifə  28.  “Tapşırıq”  bölməsindəki    bütün  tapşırıqlar  11-ci  sinfin 

1.3.2. 

Kartoqrafik  təsvirlər  əsasında  hər  hansı  ərazinin  fiziki-iqtisadi 



təsvirini verir” alt standartının məzmununa aiddir və çox yüklüdür.  


 

Məzmunun işlənməsi baxımından 

 

 

Səhifə  133.  Mövzuda  “Ümumi  Daxili  Məhsul  (ÜDM)” 

haqqında  verilən  məlumat  11-ci  sinfin  3.2.3.  Beynəlxalq  iqtisadi 



münasibətlərin  ölkələrin  inkişafındakı roluna  dair təqdimatlar  edir alt 

standartının məzmununa aiddir. 

 

 

Səhifə 151“Əhalinin təbii artımı və miqrasiyası” mövzusunda 

verilmiş 



“demoqrafik 

böhran”

“demoqrafik 

partlayış”

“demoqrafik  siyasət”  anlayışları  9-cu  sinfin  3.1.1.  Əhalinin  artım 

dinamikasını  ölkənin  inkişaf  səviyyəsi  ilə  əlaqələndirir”  alt  standartının 

məzmununa aiddir. 

 

Səhifə  155.  “Hesablayın”da  verilmiş  tapşırıq  11-ci  sinfin 

2.1.2. 

Mineral  ehtiyatların  istifadəsinin  proqnozlarına  dair 



hesablamalar 

aparır” alt standartının məzmununa aiddir.  


 

Məzmunun işlənməsi baxımından 

 

Səhifə  30.  Səhifənin  əvvəlində  verilmiş  “Sinoptik  xəritə”  şərti 

işarələrdə  qeyd  olunmuş  bəzi  terminlər  haqqında  əvvəlki  mövzularda 

məlumat verilməmişdir. Məsələn, “atmosfer cəbhələri” və s. 



Səhifə  39.  Sonuncu  abzasda 

“Paletka”  üsulu  ilə  sahələrin 

hesablanmasında 

izahat 

tam 


verilməmişdir, 

yəni 


yarımçıq 

damaların 

hesablanma 

qaydası 


göstərilməmişdir. Hesablama qaydası 

Tam  damaların  sayı  +  yarım 



damaların  sayının  1/2-i”  kimi 

verilməlidir.  Həmçinin  bu  üsul  8-ci 

sinif 

şagirdinin  yaş  səviyyəsinə 



uyğun deyil. 

 

 



Məzmunun işlənməsi baxımından 

 


Səhifə  43.  “Qurşaq  vaxtı” 

mövzusunun 

2-ci 

abzasında 



“Beynəlxalq  razılaşmaya  əsasən 

qurşaqların hesablanması hər hər 

15

°-dən 

bir 

Qrinviç 

meridianından 

başlanır” 

cümləsindən “hər hər 15°-dən bir” 

ifadəsinin çıxarılması tövsiyə edilir. 

 

Məzmunun işlənməsi baxımından 

 



 

Məzmunun işlənməsi baxımından 

 

Səhifə 70“Təhlil edək”də 2-ci bənddə “Materiklərin eyni 

coğrafi  enliklərində  eyni  xassələrə  malik  süxurların 

tapılmasını 

nə 

ilə 

izah 

etmək 

olar?” 

cümləsi 


dəqiqləşdirilməlidir.  Çünki  süxurların  əmələ  gəlməsi  coğrafi 

enlikdən asılı deyil.  



Səhifə  76.  1-ci  azbasda  “Troposferin  ümumi  fiziki 

xassələrə  (temperatura,  rütubətliyə,  təzyiqə  və  s)  malik  olan 

və geniş əraziləri əhatə edən axınları hava kütlələri adlanır” 

cümləsi  redaktə  edilməlidir.  Çünki  “hava  kütlələri”  “axınlar” 

kimi 

təqdim olunsa da, əslində hava kütləsi böyük hava həcmidir. 




 

Səhifə  100.  “Bilirsinizmi?” 

bölməsində  “Ekspedisiya  müəyyən 



etdi ki, okean 

dibində dərinliyi 5000 

metrdən çox olan çökəkliklər, dağlar 

və  sıra  dağlar  vardır”  cümləsi 

Ekspedisiya  müəyyən  etdi  ki,  okean 



dibində  dərinliyi  5000  metrdən  çox 

olan 

çökəkliklər  və  hündürlüyü  okean 

yatağından  hesablanan  sualtı  dağlar 

və orta okean dağ silsilələri vardır” ilə 

əvəz edilməlidir. 

 

 

Məzmunun işlənməsi baxımından 

 



Səhifə 106. Səhifənin sonunda “1 l dəniz suyunun tərkibində 

duzların  miqdarı”  kimi  verilmiş  məlumatlar    mövzuda    əks 

edilməmişdir.  



 

Məzmunun işlənməsi baxımından 

 


  

Səhifə  149.  “Hesablayın”da  orta  illik  artım  faizinin  və  orta  illik 

artımın  hesablanmasına  dair  çalışmalar  verilmiş,  lakin  mövzunun 

izahında  bu  hesablamalara  aid  nümunələr  göstərilməmişdir.  Belə 

nümunələrin mövzunun izahında verilməsi tövsiyə edilir.   



 

Məzmunun işlənməsi baxımından 

 

Hesablayın 

 

1.  1970-ci 

ildə  Azərbaycanda  əhalinin  sayı  5117  min  nəfər, 

1999-cu 


ildə 7953 min nəfər olmuşdur. Əhalinin sayının orta 

illik 


artım faizini tapın. 

2.  Dünyada  1970-ci 

ildə  əhalinin  sayı  3635,0  mln.  nəfər, 

1990-


cı  ildə  5235,0  mln.  nəfər  olmuşdur.  Əhalinin  sayının 

orta illik 

artımının neçə nəfər olduğunu müəyyən edin. 

3.  2000-ci 

ildə  dünya  əhalisinin  sayı  6250  mln.  nəfər 

olmuşdur. Əhalinin  sayının  orta  illik  artımının  2%  olduğunu 

nəzərə alaraq 2015-ci ilə bu göstərici neçə nəfərə çata bilər? 



Dil və yazı üslubu baxımından 

 

Səhifə 17. 2-ci abzasın 3-cü cümləsindəki “Okeanlarda suların 



axım  istiqamətləri”  ifadəsində  “axım”  sözü  “axın”  kimi 

yazılmalıdır. 

 

Səhifə  58.  “Açar  sözlər”dəki  “qırılmalar”  və  “qırışıqlıqlar” 

terminlərinin  mətndə  adları  çəkilsə  də,  onların  tam  izahı 

verilməmişdir.  

 

Səhifə  71.  Səhifənin  əvvəlində  1-ci  şəkilaltı  yazıda  “Hazırkı 



dövr”  ifadəsinin  “Müasir  dövr”  ilə  əvəz  edilməsi 

məqsədəuyğundur. 




 

Dil və yazı üslubu baxımından 

 

Səhifə  171.  Səhifənin  sonundakı  şəkilaltı  yazı  (“Sənaye 



sularının  təmizlənməsi  qarşıda  duran  əsas  vəzifələrdən 

biridir”) şüar kimi göstərildiyindən, dəyişdirilməsi tövsiyə edilir. 

Sənaye sularının təmizlənməsi qarşıda duran əsas vəzifələrdən biridir 




Dərslikdə verilən bir çox xəritələrdə  miqyasın yazılması düzgün 

deyil. Səhifə 33, 68, 89, 98, 129, 145.  



Dizayn və bədii tərtibat baxımından 

 


Dizayn və bədii tərtibat baxımından 

 

 

Səhifə  30.  “Topoqrafik 

plan”da  olan  məlumatlar  aydın 

deyil. 


Planın 

şərti 


işarələri 

verilmədiyindən, 

dəyişdirilməsi 

tövsiyə edilir. 



 

Səhifə  33.  “Nöqtələr  üsulu 

ilə  kənd  əhalisinin  yerləşməsi  və 

sayının təsiri” xəritəsində nöqtələrin 

ölçüləri  eyni  verilmişdir.  Lakin 

xəritədə  verilmiş  obyektlərin  ərazi 

üzrə  yayılması  və  onların  kəmiyyət 

göstəricilərini fərqləndirmək üçün bu 

nöqtələrin 

ölçülərinin 

fərqli 


verilməsi məqsədəuyğundur. 


Dizayn və bədii tərtibat baxımından 

 

Səhifə  35.  “Dünyanın  fiziki  xəritəsi”ndə  coğrafi  obyektlərin 

adının verilməsi tövsiyə edilir. 




Səhifə  46.  “Yerin 

Günəş ətrafında hərəkəti” 

sxemi 


aydın deyil. Belə ki, 

yarımkürələrin 

hansının 

qaranlıq,  hansının  işıqlı 

olması seçilmir.  

Dizayn və bədii tərtibat baxımından 

 

Səhifə  39.  Səhifənin 

əvvəlində  təqdim  edilmiş 



“Bakı 

şəhərinin 

yerləşdiyi  coğrafi  enlik 

(40°

şm.e)”  xəritəsində 

Bakı 


şəhəri 

aydın 


görünmədiyindən, 

xəritənin  dəyişdirilməsi 

məqsədəuyğundur. 



Səhifə 51. Səhifənin sonunda verilmiş “İşıqlanma qurşaqları” 

xəritə-  sxemində      qurşaqların  sərhəddi  aydın  deyil,  rənglər  bir-

birinə qarışmışdır. 

Dizayn və bədii tərtibat baxımından 

 



Səhifə 56. 5-ci tapşırıqda verilən 

sxemin 


nəyi ifadə etdiyi aydin deyil. 

Bu sxemin  

keyfiyyət fon üsulunda 3 

rəngin    çaları  ilə  verilməsi  tövsiyə 

edilir. 

Dizayn və bədii tərtibat baxımından 

 

Səhifə 

60. 

Səhifənin 

əvvəlində  verilmiş  şəkilaltı  yazı 

(

“Süxurların  nisbi  yaşını  canlı 



orqanizmlərin 

daşlaşmış 

qalıqlarının  ardıcıllığına  görə 

müəyyən 

etmək 

olar”

uğursuzdur. Çünki şəkildə çökmə 

süxurlar görünmür. 



 

Səhifə  62.  “Litosfer  tavalarının  hərəkəti  sxemi”ndə  “dərin 

okean 

çökəkliyi  (nov)”  aydın  verilməmişdir.  Həmin  sxemdə  “Rift 

dərəsi”nin  materik  yer  qabığında,  litosfer  tavalarının  sərhədindən 

kənarda  verilməsi  düzgün  deyil.  Belə  ki,  səhifə  67-də  1-ci  abzasda 



“rift dərəsi”nin orta okean dağ silsilələrinin sərhədində olduğu yazılır. 

Bunlar 


uyğunsuzluq təşkil edir.  

 

Dizayn və bədii tərtibat baxımından 

 


Səhifə  93.  “Dünyanın  iqlim  xəritəsi”ndə  rənglər  çox  qarışıq 

olduğundan, şagirdin müstəqil fəaliyyətini təmin edə bilmir. Xəritənin 

dəyişdirilməsi məqsədəuyğundur.  

 

Dizayn və bədii tərtibat baxımından 

 



Səhifə  100    101.  Hər  iki  səhifədə  verilmiş  şəkillər  uğursuz 

seçilmiş, həmçinin xronoloji baxımdan düzgün sıralanmamışdır. 



 

Dizayn və bədii tərtibat baxımından 

 


Səhifə  103.  “Okeanda  dərinliyə  doğru  temperaturun 

dəyişməsi”  qrafikində  dərinlik  göstəricilərinin  şaquli,  temperatur 

göstəricilərinin isə üfüqi xəttdə verilməsi məqsədəuyğundur.  



 

Dizayn və bədii tərtibat baxımından 

 


Səhifə  116.  “Coğrafi 

təbəqənin 

sərhədləri”ndə 

“Qabarma  zonası”  aydın 

deyil. 


Dərslikdə  bu  ifadə 

haqqında 

məlumat 

verilməmişdir. 



 

Dizayn və bədii tərtibat baxımından 

 


 

Səhifə 117. “Coğrafi təbəqənin inkişaf mərhələləri” kimi elmi 

məlumatlar  doğru  deyil.  Məsələn,  ilkin  dumanlığın  “8  mlrd.  il”  əvvəl 

yarandığı  qeyd  edilmişdir.  Lakin  ilkin  dumanlıqların  yaranması  daha 

əvvələ  təsadüf  edir.    “Coğrafi  təbəqənin  inkişaf  mərhələləri”  ifadəsi 

qeyd 

edilsə  də,  şəkil  coğrafi  təbəqənin  inkişafına  aid  olmayıb,  onun 



yaranmasından  daha  əvvəlki  mərhələləri  əks  etdirir.  Həmçinin  şəklin 

mövzu 


ilə heç bir əlaqəsi yoxdur. 

Dizayn və bədii tərtibat baxımından 

 


Səhifə  148.  1-ci  diaqramın  kənarlarında  ölçü  vahidləri  və 

diaqramdakı  xətlərin  hansının  “əhalinin  sayına”,  hansının  isə 



“proqnoza” aid olması verilməlidir. 

Dizayn və bədii tərtibat baxımından 

 


Səhifə 148. Səhifənin sonundakı “Azərbaycanda əhalinin sayının 

artımı” qrafiki uğursuzdur. Belə ki, burada əhalinin artımı 2005-ci ilə 

kimi 


hər 5 ildən bir,  sonra isə hər il üçün verilmişdir. Müxtəlif dövrlər 

üçün 


verilən  bu  rəqəmləri  müqayisə  etmək  şagirdlər  üçün  çətinlik 

yaradır. 



Dizayn və bədii tərtibat baxımından 

 


Səhifə  55.  “Tapşırıq”dakı  şəkil  şagirddə  tapşırığı  həll  etmək  üçün 

lazım  olan  təssəvürü  tam  formalaşdırmır.    Şəklin  dəyişdirilməsi 

tövsiyə edilir. 

 

Tapşırıqların elmi-metodiki  uyğunluğu baxımından 



 


Səhifə  55.  “Hesablayın”da  verilmiş  cədvəldə  “Durban”  şəhərinin  şagirdlərə 

tanış olan digər bir şəhərlə əvəz edilməsi tövsiyə edilir. 

 

Səhifə 56.

  

“Ümumiləşdirici tapşırıqlar”da 2-ci tapşırıqda “London (0



o

 

ş.u.)” 

ifadəsinin “London (0

o

)” kimi verilməsi məqsədəuyğundur.  



 

  

 

     

 

Tapşırıqların elmi-metodiki  uyğunluğu baxımından 



 

1. 

Qədim quru sahələrinin adlarını müvafiq olaraq yazın. 

Səhifə  72.  “Ümumiləşdirici  tapşırıqlar”da  1-ci  tapşırıqda  “Qədim  quru 

sahələrinin  adlarını  müvafiq  olaraq  yazın”  cümləsi  qeyd  edilmişdir.  Lakin 

şagirdə adları necə  və harada yazmaq haqqında  məlumat verilməmişdir. 




Səhifə  73.  “Ümumiləşdirici  tapşırıqlar”da  7-ci  tapşırığın  şərtində  (“Litosfer 

tavalarını  materik  və  okeanlarda    yerləşməsinə  uyğun  olaraq  qruplaşdırın”

litosfer 

tavalarının  materik  və  okeanda  yerləşməsinə  görə  qruplaşdırılması  tələb 

olunsa  da, 

cədvəldə  tavaların  qruplaşdırılması  üçün  3  sütun  (“Materik”,  “Okean”

“Materik və okean”)  verilmişdir. Uyğunsuzluq aradan qaldırılmalıdır. 

Tapşırıqların elmi-metodiki  uyğunluğu baxımından 

 

Materik 


Okean 

Materik 


və okean 

  

  



  

7. Litosfer 

tavalarını materik və okeanlarda yerləşməsinə uyğun olaraq qruplaşdırın:

 

 



1. Avrasiya; 2. 

Şimali Amerika; 3. Sakit okean; 4. Ərəbistan; 5. Naska;  

6. Kokos; 7. Antarktida; 8. Hind-Avstraliya; 9. Afrika; 10 Karib;  

11. 


Cənubi Amerika; 12. Filippin.

 



Səhifə  72  və  73.  “Ümumiləşdirici  tapşırıqlar”da  5-ci  və  9-cu 

tapşırıqlar demək olar ki, eynidir. Tapşırıqlardan birinin dəyişdirilməsi 

tövsiyə edilir. 

Tapşırıqların elmi-metodiki  uyğunluğu baxımından 

 

5. Litosfer 

tavalarının parçalanması 

ardıcıllığına əsasən sxemi 

tamamlayın: 

9. 

Uyğunluğu müəyyən edin: 

Lavrasiya  

Hondvana 

1. Afrika  

2. 

Cənubi Amerika  



3. Avrasiya  

4. Antarktida  

5. 

Şimali Amerika  



6. Hind-Avstraliya 


“Müəllim üçün metodik vəsait”in (MMV-nin)  

məzmununun işlənməsi baxımından 

 

“Müəllim  üçün  metodiki  vəsait”  176  səhifədən  ibarətdir. 

Burada 

“Dərslik  komplekti  haqqında”,  “Dərslik  komplektinin 

strukturu”,  “VIII sinif üzrə məzmun standartları”, “Fənn üzrə 

məzmun  standartlarının  və  fənlərarası  inteqrasiyanın 

reallaşması  cədvəli”,  “Mövzuların  illik  planlaşdırılmasına  dair 

nümunə”,  “Coğrafiya  fənninin  tədrisində  istifadə  olunan  fəal 

təlim  formaları  və  üsulları”,  “Şagirdlərin  nailiyyətlərinin 

qiymətləndirilməsinə  aid  tövsiyələr”,  gündəlik  planlaşdırma 

nümunələri,  sonda  isə  “İstifadə  edilmiş  ədəbiyyat”  və  hər  tədris 

vahidinin  sonunda  kiçik  summativ 

qiymətləndirmə  üçün  nəzərdə 

tutulmuş tapşırıqlar da verilmişdir. 



 

Bəzi  mövzuların  “Motivasiya”  hissəsində  (səhifə  56,  58,  83



112 

və s.) video süjetlərdən istifadə etmək qeyd edilsə də, müəllimə 

kömək məqsədi ilə heç bir sayt və mənbə göstərilməmişdir.  

“Müəllim üçün metodik vəsait”in (MMV-nin)  

məzmununun işlənməsi baxımından 

 

Səhifə  72.  “Litosfer  tavalarının  hərəkətinin  nəticələri” 

mövzusuna aid 



“Litosfer tavalarının hərəkəti nəticəsində yaranan 

relyef 

formalarını  xəritədə  göstərir”  məqsədində  verilmiş 

“xəritədə  göstərir”  ifadəsi  “kontur  xəritədə  qeyd  edir”  kimi 

yazılmalıdır. 



 

Səhifə 87. “Tapşırıq” bölməsindəki cədvəldə siklon sütununda 

“Saat  əqrəbinin  hərəkətinin  əksi  istiqamətində  olur”  fikrinə 

düzəliş  edilməsi  məqsədəuyğundur.  Çünki  siklonların  hərəkət 

istiqaməti şimal və cənub yarımkürəsində müxtəlifdir.  



“Müəllim üçün metodik vəsait”in (MMV-nin)  

məzmununun işlənməsi baxımından 

 

Səhifə  97    99.  Səhifə  97-  “Dünya  okeanın  yaranması” 

mövzusunda 

reallaşdırılması  nəzərdə  tutulan  alt  standart  kimi  2.1.5. 

Dünya okeanında baş verən fiziki-kimyəvi və dinamik prosesləri təhlil 



edir

”, səhifə 99-da “Okeanların  öyrənilməsi”  mövzusunda isə 2.1.5. 

Dünya okeanında baş verən fiziki-kimyəvi və dinamik prosesləri təhlil 

edir

” və  2.1.6 “Okean  sularının xüsusiyyətləri ilə bağlı  hesablamalar 



aparır” qeyd edilmişdir. Lakin bu mövzularda qeyd edilmiş müvafiq alt 

standartların  reallaşdırılması  mümkün  olmadığından,  dəyişdirilməsi 



tövsiyə edilir. 



Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə