|
Dersin Adı
|
səhifə | 6/25 | tarix | 20.04.2022 | ölçüsü | 8,58 Mb. | | #85753 |
| Pr-4(MKN)MÜHAZİRƏ 4 MÜHAZİRƏ 4 MÜHAZİRƏNİN MÖVZUSU: XƏTTİ ÖLÇÜ DƏQİQLİYİNİN NORMALAŞDIRILMASI MÜHAZİRƏNİN MƏQSƏDİ – Maşınqayırmada xətti ölçülərin dəqiqliyinin normalaşdırılması və onun əhəmiyyəti haqqında biliklərin əldə olunması MÜHAZİRƏNİN PLANI: - Ölçü, sapma və oturtmalar üzrə terminlər və əsas anlayışlar.
- Ölçü və sapmaların qrafiki təsviri.
- Oturtmalar, birləşmələr.
- Yuva və val sistemləri haqqında anlayışlar.
- Dəqiqliyin normalaşdırma sənədləri. Qarşılıqlı əvəzolunma, vahidləşdirmə, aqreqatlaşdırma.
- Əlverişli ədədlər sıraları haqqında bilikləri
öyrənmiş olacaqsınız. Müvəffəqiyyətlər diləyirik!.. 1. ÖLÇÜ, SAPMA VƏ OTURTMALAR ÜZRƏ TERMİNLƏR VƏ ƏSAS ANLAYIŞLAR.
Ölçü - iki səth, xətt, nöqtə arasındakı ən qısa məsafədir. Təyinatı baxımından müxtəlif növ ölçülər fərqləndirilir.
Ölçülərin dəqiqliyi – maşın hissələrinin həqiqi ölçülərinin cizgidə verilmiş ölçülərə yaxınlaşma dərəcəsinə deyilir.
Hissələrin işçi cizgilərində ilk növbədə nominal ölçüləri göstərilir.
Nominal ölçü - hissənin parametrlərinin möhkəmliyə, sərtliyə görə hesabatlarından tapılmış və standart üzrə yuvarlaqlaşdırılmış ölçüsünə nominal ölçü deyilir. Məs., 70; 22; 18 və s.
D – yuvanın nömina ölçüsününü qiyməti;
d – valın nominal ölçüsünün qiyməti.
Dostları ilə paylaş: |
|
|