Fənn: Firmanın iqtisadiyyatı Məllim: Professor. Səfərov Qənimət Tələbə: Suleyman Mursəlov Fakultə:İMF



Yüklə 7,67 Mb.
səhifə1/5
tarix29.11.2023
ölçüsü7,67 Mb.
#143414
  1   2   3   4   5
Dövriyyə fondlarının tərkibi, dövriyyə vəsaitləri və resursların normalaşdırılması


Fənn:Firmanın iqtisadiyyatı
Məllim: Professor .Səfərov Qənimət
Tələbə:Suleyman Mursəlov
Fakultə:İMF
İxtisas:iqtisadiyyat
Qrup:731.19
Movzu:Dövriyyə fondlarının tərkibi, dövriyyə vəsaitləri və resursların normalaşdırılması
1. Dövriyyə fondlarının iqtisadi mahiyyəti və onların tərkibi
2. Dövriyyə vəsaitlərindən istifadə göstəriciləri
3. Firmada maddi resursların normalaşdırılması
4. İstehsal ehtiyatlarının təsnifatı və təyinatı
5. Firmada bitməmiş istehsal və gələcək dövrün xərclərinin normalaşdırılması
PLAN
  • Dövriyyə istehsal fondları elə istehsal vasitələrindən ibarətdir ki, onlar
  • əmək prosesinə daxil olmaqla hər bir istehsal tskilində tamamilə istehlak olunur,
  • həmin tsikldə öz dəyərini bütünlüklə yaradılan məhsulun üzərinə keçirir və özlərinin natural formalarını dəyişirlər.

1. Dövriyyə fondlarının iqtisadi mahiyyəti və onların tərkibi
İstehsal firması və ya sənaye müəssisənin dövriyyə fondları özlərinin təyinatına, yaradılma zəruriliyini müəyyən edən şərait və amillərin müxtəlifliyinə görə üç hissəyə bölünür və bunlar aşağıdakılardır.
1. İstehsal ehtiyatları – bu, istehsalçı müəssisə tərəfindən alınmış, özünün əmlakı kimi istehsal prosesi üçün hazırlanmış və onun (istehsalın) fasiləsizliyini təmin etmək məqsədilə həmin prosesə daxil olmağı gözləyən xammal, material, yanacaq və s.-dən ibarətdir.
2. Bitməmiş istehsal və özünün istehsalı olan yarımfabrikatlar – bu, artıq texnoloji prosesə buraxılmış və emalın müəyyən mərhələsində olan material, istehsalı hələ başa çatdırılmamış hissə, bağlama və məmulatlar və habelə özünün istehsalı olan yarımfabrikatlardır.
3. Gələcək dövrün xərcləri – bu, dövriyyə fondlarının qeyrimaddi ünsürləri kimi, məsələn, yeni məhsulun layihələndirilməsi və nümunəsinin yaradılması, onun istehsalı üçün yeni texnologiyanın işlənməsi və tətbiqi və s. ilə əlaqədar xərclərdir ki, cari dövrdə çəkilsələr də gələcəkdə istehsal olunacaq məhsulun maya dəyərinə daxil edilməklə geri qaytarılır.
Mütləq. . Ehtiyatın mütləq ölçüsü natural şəkildə ton, sentner, metr, ədədlə, başqa sözlə, materialın ölçülə biləcəyi fiziki vahidlərlə müəyyən edilir. İstehsal ehtiyatları həcminin mütləq ölçülərdə öyrənilməsinin əhəmiyyəti ondadır ki, bunun vasitəsilə anbar təsərrüfatının səmərəli təşkilinə, xüsusilə maddi-texniki təchizatın planlaşdırılmasının həyata keçirilməsinə, başqa sözlə, materiala təlabatın hesablanmasına nail olmaq mümkün olur.
Dəyər. İstehsal ehtiyatlarının həcmi dəyər ölçüsü ilə də qiymətləndirilir. Ehtiyatın mütləq həcminin, onu təşkil edən material vahidinin qiymətinə vurulması yolu ilə ehtiyatın dəyər ölçüsündə miqdarı tapılır. Ehtiyatın həcminin qiymət ölçüsündə tapılması, istehsalın dəyər göstəricilərinin planlaşdırılmasında, maliyyə planının tərtibində, istehsalın rentabelliyinin hesablanmasında və s.-də böyük əhəmiyyət kəsb edir.
Nisbi. İstehsal ehtiyatları həm də nisbi ölçülərlə müəyyən olunur. Bu halda ehtiyatın kütləsi (çəkisi) və dəyəri heç bir rol oynamır. Məsələn, çəkisi 80 ton olan poladdan günlük məsrəf norması 4 ton, çəkisi 80 kq olan sürtgü yağından günlük məsrəf norması 2 kq olarsa, müəssisə kənardan polad almadan 20 gün, sürtgü yağı almadan isə 40 gün istehsalını fasiləsiz davam etdirə bilər.
Ehtiyatların 3 cur ölçülərlə hesablanıla bilər
  • Dövriyyə vəsaitlərindən istifadə səviyyəsini öyrənmək üçün iqtisadi və texniki-iqtisadi göstəricilər sistemindən istifadə olunur.
  • Material resurslarından və habelə dövriyyə vəsaitlərinin digər ünsürlərindən səmərəli istifadə edilməsi, nəticədə, ümumiləşdirici bir göstərici olan döviryyə vəsaitlərinin dövr sürətini artırır.
  • Dövriyyə fondlarından istifadənin yaxşılaşdırılması iqtisadi cəhətdən böyük səmərə verir.
  • Məhsul vahidinin hazırlanmasına maddienerji ehtiyatları sərfinin azaldılması, eyni miqdarda istehsal ehtiyatlarından daha çox məhsul istehsal etməyə, onun maya dəyərini və materialtutumunu aşağı salmağa, müəssisənin maliyyə vəziyyətini yaxşılaşdırmağa və s. imkan verir.


Yüklə 7,67 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə