Fənn: Firmanın iqtisadiyyatı Məllim: Professor. Səfərov Qənimət Tələbə: Suleyman Mursəlov Fakultə:İMF


Material məsrəf normasının tərkibi



Yüklə 7,67 Mb.
səhifə3/5
tarix29.11.2023
ölçüsü7,67 Mb.
#143414
1   2   3   4   5
Dövriyyə fondlarının tərkibi, dövriyyə vəsaitləri və resursların normalaşdırılması

Material məsrəf normasının tərkibi


Materialdan istifadəni təhlil etmək və ehtiyatları aşkara çıxarıb istifadəyə vermək üçün material məsrəfi normasının tərkibi aşağıdakı kimi ifadə olunur:
4. İstehsal ehtiyatlarının təsnifatı və təyinatı
İstehsal ehtiyatları dövriyyə vəsaitlərinin mühüm tərkib hissəsi kimi, onun normalaşdırılması mümkün olan ünsürüdür. İstehsal ehtiyatları üzrə normativlər günlük ehtiyatın həcmi ilə müəyyən olunur:
İstehsal ehtiyatları təyinatına görə aşağıdakı kimi təsnifləşdirilir:
a) Xammal, əsas material və satın alınmış yarımfabrikatlardan ehtiyatlar;
b) Köməkçi materiallardan ehtiyatlar;
c) Yanacaqdan ehtiyatlar;
d) Tara və tara materiallarından ehtiyatlar;
e) Ehtiyat hissələrindən ehtiyatlar;
f) Alətlər, təsərrüfat əşyaları və digər azqiymətli, tezköhnələn əşyalardan ehtiyatlar.
Müəssisənin fasiləsiz və ahəngdar işini təmin etmək məqsədilə cari, hazırlıq, sığorta və mövsümi adlanan istehsal ehtiyatları yaradılır. Artıq əvvəllər qeyd olunduğu kimi, istehsal ehtiyatları müəssisədə yaradılmış, lakin hələ texnoloji prosesə daxil olmamış xammal, material, yanacaq və s.-dən ibarət olan ehtiyatlardır. Onların aşağıdakı növləri vardır:
Cari ehtiyat – istehsal ehtiyatının əsas hissəsi olmaqla iki məhsulgöndərmə arasındakı vaxt intervalında firmanın normal işləməsini təmin etmək üçün yaradılır. O, gətirildiyi vaxt özünün maksimum, növbəti material partiyasının alınması ərəfəsində minimum həddində olur.
Hazırlıq ehtiyatı – firmada materialın qəbulu, istehsal istehlakına hazırlanması və bilavasitə onun istehlak olunacağı yerə gətirilməsi ilə əlaqədar olan vaxt ərzində istehsalın fasiləsizliyinin təmin edilməsi məqsədilə yaradılır.
Sığorta ehtiyatı – gətirilən xammal və materialların, yanacağın və s.-nin miqdarı və vaxtaşırlığında kənarlaşmalar baş verdiyi hallarda istehsalıın fasiləsizliyini təmin etmək məqsədilə yaradılır; cari ehtiyatdan fərqli olaraq sığorta ehtiyatının ölçüsü sabit kəmiyyətdir. Firmanın normal iş fəaliyyəti zamanı bu ehtiyat toxunulmazdır.

Yüklə 7,67 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə