Fənn: Firmanın iqtisadiyyatı Məllim: Professor. Səfərov Qənimət Tələbə: Suleyman Mursəlov Fakultə:İMF


Dövriyyə vəsaitlərindən istifadə göstəriciləri



Yüklə 7,67 Mb.
səhifə2/5
tarix29.11.2023
ölçüsü7,67 Mb.
#143414
1   2   3   4   5
Dövriyyə fondlarının tərkibi, dövriyyə vəsaitləri və resursların normalaşdırılması

2. Dövriyyə vəsaitlərindən istifadə göstəriciləri
Maddi-enerji ehtiyatlarından istifadəni qiymətləndirmək üçün bir sıra göstəricilərdən istifadə edilir. Bu göstəricilərdən birincisi «ilkin xammaldan hazır məhsulçıxımı» adlanan əmsalıdır.
Xammal və materialdan istifadənin səmərəliliyini xarakterizə edən ikinci əsas göstərici materialdan istifadə əmsalıdır.
Bu əmsal məhsulun hazırlanması prosesində əmələ gələn itkilərin miqdarını göstərir. Bu əmsalın plan və faktiki növlərini fərqləndirirlər.
Xammal və materialdan istifadənin plan əmsalı məhsul vahidinin xalis çəkisinin, həmin məhsulun hazırlanması üçün material məsrəfi normasına görə sərf ediləcək materialın miqdarına olan nisbətini, faktiki istifadə əmsalı isə məhsul vahidinin xalis çəkisinin faktiki sərf olunmuş materialın miqdarına olan nisbətini xarakterizə edir.
Ayrı-ayrı ünsürlərin deyil, dövriyyə vəsaitlərindən bütünlükdə istifadə səmərəliliyi üç əsas göstərici ilə – dövretmə əmsalı (dövretmələrin sayı), dövriyyə vəsaitlərinin yüklənmə əmsalı və bir dövriyyənin uzunluğu ilə (günlərlə) – xarakterizə olunur.
Dövriyyə vəsaitlərinin yüklənmə əmsalı dövretmə əmsalının tərsi kimi hesablanır edilmiş (ona təhkim edilmiş) dövriyyə vəsaitlərinin həcmini səciyyələndirir. Bunun üçün aşaqıdakı düsturdan istifadə olunur:
Burada, Əy – dövriyyə vəsaitlərinin yuklənmə əmsalıdır.
Məsrəf norması nədir?

3. Firmada maddi resursların normalaşdırılması
Maddi resursların təfsilləşdirmə dərəcəsinə görə məsrəf normaları
iriləşdirilmiş (ümumi) və müfəssəl (dəqiq, konkret) normalara bölünür. İriləşdirilmiş məsrəf normaları məhsul vahidinə hər hansı adda bir material növündən maksimum yol verilə bilən məsrəf həddini nəzərdə tutur. Ümumi (iriləşdirilmiş) məsrəf normaları geniş nomenklaturada hər hansı materialdan sərf ediləcək həcmi konkret deyil, ümumi şəkildə özündə əks etdirir.
Müfəssəl məsrəf normaları isə məhsul vahidinə hər hansı materialdan konkret texniki parametrləri (tip-ölçüsü, profili, markası, kimyəvi tərkibi, çeşidi, növü və s.) göstərilməklə hesablanmış normalardır. Müfəssəl məsrəf normaları təfsilləşdirilmiş sifarişlərin işlənib hazırlanması və habelə sexlərin konkret material növləri ilə təchiz edilməsi işində istifadə olunur.
  • Məsrəf normaları tətbiq miqyasına görə fərdi və qrup normalarına bölünür.

Fərdi məsrəf normaları konstruktor-texnoloji sənədlər və aparılmış xüsusi laboratoriya tədqiqatı (bəzən statistik məlumatlar) əsasında planlaşdırılmış təşkilati-texniki tədbirlərin həyata keçirilməsi müddəti və habelə fəhlələrin ixtisas səviyyələri nəzərə alınmaqla konkret müəssisənin məhsulu üçün işlənib hazırlanır. Fərdi məsrəf normaları bütünlükdə məmulat və ya onun hər hansı bir hissəsi üçün də işlənib hazırlana bilər.
Qrup məsrəf normaları isə (bir qrup müəssisələr üzrə) eyni tipdən (həmcins, analoji və ya eyni təyinatdan olan), lakin bir şirkətin (və ya firmanın) müxtəlif müəssisələri tərəfindən istehsal olunan məhsullar üçün işlənib hazırlanır

Yüklə 7,67 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə