Dərslik " " nəşriyyatı baki 2017



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə46/71
tarix02.06.2018
ölçüsü5,01 Kb.
#47151
növüDərs
1   ...   42   43   44   45   46   47   48   49   ...   71

149 
üçün potensial mənbə) daha uzaqdır. Digərləri isə xüsusilə distal okluziv periferik arterial xəs-
təliyi  olan  xəstələrdə  effektiv  yara  sağalmasını  təmin  etmək  məqsədilə  buddan  damar 
çıxarılmasına üstünlük verirlər. Əvvəlcədən venoz striping olan xəstələrdə bütün böyük və 
kiçik dərialtı venaların uyğunluğunu qiymətləndirmək üçün aşağı ətrafların venoz sisteminin 
doppler ultrasəs müayinəsinin aparılması vacibdir. 
Dərialtı venanın çıxarılması tam açıq, fasiləli və endoskopik üsulla icra olunur. Çox geniş 
dəri  kəsiklərindən  istifadə  edilərək  vena  hazırlandığı  halda  manipulyasiya  zamanı 
transplantantminimal  zədəyəməruz  qalır.  Lakin  bununla  yanaşı  yara  ağırlaşmalarının  və 
əməliyyatdan sonra ağrı riski yüksəlir. Halbuki fasiləli kəsiklər istifadə edildikdə ağrı və yara 
ağırlaşmaları riski azalır, lakin transplantantla cərrahi manipulyasiya artır. Açıq disseksiyanı 
adətən budun yuxarı hissəsindən, dizdən yuxarıdan və ya ayaq biləyindən başlamaq olar. 
 
 
 
Şəkil 36. Dərialtı venanın çıxarılması (sxematik) – tam açıq və fasiləli kəsik üsulu ilə 


150 
 
 
Şəkil 37. Böyük dərialtı venanın çıxarılması: tam açıq üsul 
 
 
 
 
Şəkil 38. Böyük dərialtı venanın çıxarılması :fasiləli kəsik üsulu 
 
Venanın  identifikasiyası  ən  asan  topuqdan  bir  qədər  yuxarıda  ayaq  biləyində  aparılır. 
Kəsik bilavasitə venanın üzərindən aparılır və dəri flebi yaranmaması üçün trayektoriyası boyu 
davam  etdirilir.  Kəskin  disseksiya  ilə  vena  ətraf  toxumalardan  azad  edilir,  yan  şaxələr 
bağlanaraq yerində kəsilib ayrılır. Yan şaxələr çox uzun qalmamalıdır və damarın divarı ilə 
eyni  səviyyədə  bağlanmalıdır  ki,  damarın  mənfəzi  daralmasın.  Baldırın  aşağı  hissəsində 
damarın bilavasitə yaxınlığında keçən dərialtı sinirin zədələnməməsinə diqqət etmək lazımdır. 
Vena disseksiya edildikdən sonra, proksimaldan və distaldan bağlanaraq kəsilir. Sonra vena 
ehtiyatla heparinli qan məhlulu ilə yuyulur. Alt ucuna kanyula taxılı vəziyyətdə heparinli qan 
məhlulunda saxlanılır. Vena pinsetlə əzilərək tutulmamalı, dartılmamalıdır və həddindən artıq 
şişirilərək  genişləndirilməməlidir.  Çıxarılma  və  hazırlanma  mərhələsindəki  texniki 
diqqətsizlik endotelial zədələnməyə səbəb ola bilər. Bu isə öz növbəsində vena konduitinin 
daha erkən tıxanmasına səbəb ola bilər.  
Fasiləli kəsik üsulu istifadə edildiyində, venanın gedişatı boyunca iki və ya üç qısa kəsik 
aparılır  (şəkil  38).  Vena  eyni  qaydada  disseksiya  edilərək  ətrafda  qalan  şaxələri  uzaqdan 


151 
kəsilib bağlanır, üzərində qalan şaxələr sonradan ayrıca bir-bir tutularaq bağlanır.  
Dərialtı venanın endoskopik texnikanın istifadəsi ilə minimal invaziv üsulla çıxarılması 
son  zamanlar  genişyayılmışdır  (şəkil  39-41).  Aparılan  tədqiqatlar  nəticəsində  aşkar 
olunmuşdur  ki,  ənənəvi  üsullarla  müqayisədə  bu  metodika  venanın  morfologiyasına, 
endotelial  strukturuna  və  funksiyalarına  mənfi  təsir  göstərmir.  Endoskopik  üsul  yara 
ağırlaşmalarının  sayını  azaldaraq  yaxşı  kosmetik  effektəmalikdir.  Lakin  ümumi  əməliyyat 
müddətinin uzanmasına səbəb olur. Elmi ədəbiyyata görə, qapalıdan ənənəvi açıq üsula dönmə 
hadisəsi 5-7% təşkil edir. İki prospektiv randomizə tədqiqatın nəticələrinə əsasən, endoskopik 
texnika ilə çıxarılan venada tikişlə icra ediləcək defektlərin sayının artmasına baxmayaraq, hər 
iki halda venanın 3-6 ay ərzində keçiricilik (açıq qalma) göstəriciləri eyni olmuşdur. Lazım 
olan venanın uzunluğundan asılı olaraq, ətrafın medial səthində dizdən aşağı və ya yuxarıda 
1,5-2,0 sm-lik dəri kəsiyi aparılır. Disseksiya və vizualizasiya üçün CO
2
 insuflyasiyası aparılır. 
Vena  çıxarılması  qasıq  istiqamətində  proksimala  doğru  maksimum  mümkün  olduğu  yerə 
qədər  aparılır.  Yan  şaxələr  bipolyar  koaqulyator  qayçılarla  kəsilərək  kliplənir.  Disseksiya 
tamamlandıqdan  sonra  qasıq  nahiyəsində  dərialtı  venanın  bilavasitə  üstündə  açılan  kiçik 
dəlikdən endoskopik nəzarət altında transplantant xaric olunur. Vena xaric olunduqdan sonra 
yan şaxələri kənarda 4-0 ipək bağlamalarla liqasiya olunur. Dibdən qopmuş şaxələr 6-0 və ya 
7-0 polipropilen tikişlə təmir edilir. Dərialtı və dəri kəsikləri sorulan tikişlərlə daxildən tikilir 
və ətraf elastik bintlə sarılır. 
 
 
Şəkil 39. VSM qreftinin çıxarılması üçün lazım olan endoskopik alətlər 
 
 
 
Şəkil 40. Endoskopik üsulla böyük dərialtı venanın çıxarılması (sxematik) 
 


152 
 
 
Şəkil 41. Endoskopik üsulla çıxarılmış BDV qrefti 
 
 
 
 
DİGƏR VENOZ QREFTLƏR 
Kiçik dərialtı vena (v.saphena parva) və braxial vena kimi alternativ konduitlər, əsasən 
təkrari əməliyyatlarda digər transplantantların olmadığı hallarda istifadə edilə bilər. 
 
 
 
Şəkil 42. Kiçik dərialtı vena 
 
Kiçik dərialtı vena əsasən arxasıüstə uzanıqlı vəziyyətdə lateral yanaşma ilə çıxarılır. Dəri 
kəsiyi adətən axil vətəri və xarici topuğun ortasındakı nöqtədən başlayır. Disseksiya proksimal 
istiqamətdə  davam  etdirilir.  Sural  sinirin  zədələnməməsinə  diqqət  yetirilir.  Bütün  sonrakı 
mərhələlərin ardıcıllığı böyük dərialtı venada olduğu kimi olmalıdır.  
Yuxarı ətrafdan alınan venaların keçiriciliyi və açıqqalma müddəti böyük dərialtı vena 
ilə müqayisədə əhəmiyyətli dərəcədə aşağıdır, buna görə də bu qreftlər ən son seçim hesab 
edilirlər. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə