Dərslik " " nəşriyyatı baki 2017



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə54/71
tarix02.06.2018
ölçüsü5,01 Kb.
#47151
növüDərs
1   ...   50   51   52   53   54   55   56   57   ...   71

170 
 
 
 MİDCAB və angioplastika eyni xəstədə tətbiq edilərək hibrid prosedur icra edilə bilər. 
Xüsusən  angioplastikaya  uyğun  olmayan  ön  mədəciklərarası  arteriya  daralmalarında  bu 
damara MİDCAB tətbiq edib digər damarlardakı daralmalara isə eyni zamanda və ya sonradan 
angioplastika tətbiq edilə bilər. Bu metodu gələcəkdə təkrar əməliyyat ehtiyacı düşünülən gənc 
xəstələrdə və ya böyük cərrahi travmalara dözə bilməyəcək yaşlı çox damar xəstələrində tətbiq 
etmək  olar.  Bundan  başqa  daha  əvvəl  sternotomiya  ilə  əməliyyat  edilmiş  xəstələrdə  təkrari 
əməliyyat  ehtiyacı  olduğu  hallarda  klassik  müdaxilənin  travmasından  qaçmaq  üçün 
angioplastikaya uyğun olmayan damara MİDCAB icra edilib, digər damarlara angioplastika 
tətbiq edilə bilər. Dominant damara cərrahi müdaxilədən əvvəl digər damarlara angioplastika 
tətbiqi risklidir və letallığı artırır. Hibrid əməliyyatxana mövcud olan xəstəxanalarda cərrahi 
və  angioplastika  müdaxilələrini  eyni  zamanda  icra  etmək  mümkündür.  Cərrahi  anastomoz 
açıqlığının  kontrol  ediləbilməsi,  xəstə  anesteziya  altında  olarkən  angioplastikanın  rahat  bir 
şəkildə  icra  olunması  -  eyni  seanslı  müdaxilənin  müsbət  cəhətlərindəndir.  Eyni  seansda 
müdaxilənin  mənfi  cəhəti  angioplastika  zamanı  istifadə  olunan  antikoaqulyantların  cərrahi 
qanama riskini atırmasıdır. 
 
Mini sternotomiya ilə döyünən ürəkdə AKŞ 
 
1996-cı ildə Arom döyünən ürəkdə aparılan AKŞ əməliyyatları üçün mini torakotomik 
yanaşmalara  alternativ olaraq  kiçik  kəsik və hissəvi  sternotomiya  metodunu  təklif  etdi.  Bu 
zaman 8-12 sm-lik dəri kəsiyi ilə döş sümüyü hissəvi olaraq kəsilib 6-8sm ekartasiya edilərək 
AKŞ  əməliyyatı  icra  edilir.  Bu  yanaşmanın  mini  torakotomik  kəsiklərə  nisbətən  ön 
mədəciklərarası arteriya və onun şaxələrinin revaskulyarizasiyası cəhətdən texniki üstünlüyü 
yoxdur. Lakin mini sternotomiya ilə sağ koronar arteriya və arxa enən arteriyayaya müdaxilə 
imkanı əldə edilir. Həmçinin ehtiyac olarsa, tam sternotomiyaya keçmək imkanı verir. Hissəvi 
sternotomiya 10-12 sm-lik dəri kəsiyi və sternum uclarının 6-8 sm aralanması ilə aparılır ki , 
bu  da  tam  sternotomiyada  aparılan  25-30  sm-lik  dəri  kəsiyi  və  20-25  sm-lik  sternum 
aralanması ilə müqayisədə daha az travmatikdir. Nəticədə xəstələrin xəstəxanada qalma və 
fiziki  aktivliyinin bərpası  müddəti təqribən  50%-ə qədər  qısalmışdır. Çox  müxtəlif  sternum 
kəsikləri təklif edilmişdir (T,I,L,J,C). 
 


171 
 
 
  Mini  sternotomik  yanaşmada  klassik  AKŞ  əməliyyatlarında  istifadə  olunan 
genişləndiricilər və digər alətlər xaricində xüsusi bir vasitəyə ehtiyac olmur. Döş sümüyünün 
manubriumunun intakt olması sternum sağalmasının müddətini çox qısaldır. 
 
Təkrari əməliyyat zamanı MİDCAB 
 
Kardiocərrahi əməliyyatların sayı artdıqca təkrari əməliyyatlara ehtiyac duyan xəstələrin 
sayı  da  ildən ilə  artır.  Klassik  reoperasiyalarda  resternotomiya  ilə  mediastinal  yapışıqlıqlar 
diseksiya  edilərək  lazimi  nahiyəyə  çıxış  əldə  edilir.  Lakin  bəzi  hallarda  MİDCAB  yolu  ilə 
aparılan təkrari əməliyyatların bəzi üstünlükləri vardır. Bunlara əsasən resternotomiyaya bağlı 
ürək  yaralanmaları  riskinin  ortadan  qalxması  aiddir. Xüsusilə LİMA-nın  açıq olduğu, digər 
transplantatlarda tutulma olduğu hallarda ürəyin bütün perfuziyası LİMA-ya bağlı olur. Bu 
hallarda LİMA-nın zədələnməsi ölümlə nəticələnə bilər. MİDCAB zamanı isə yalnız müdaxilə 
ediləcək  tac  damarın  ətrafı  diseksiya  edilir.  Süni  qan  dövranına  girilməyəcəyi  üçün  geniş 
sahədə  xüsusən, nazik  divarlı atrium  və  sağ ventrikul  ətrafındakı  yapışıqlıqların  diseksiyası 
ehtiyacı  ortadan  qalxır.  Eyni  zamanda  minimal  cərrahi  yanaşma  və  ürək-ağciyər  aparatına 
girilməməsi, əməliyyat sonrası qanamaları da ciddi şəkildə azaldır. Təkrari əməliyyat ehtiyacı 
olan  xəstələrin  əksəriyyətinin  işləyənsol  DDA-  ÖMAA  anastomozu  fonunda  digər  tac 
damarlara gedən venoz qreftlərin tutulması olduğunu nəzərə alsaq, minimal yanaşmanın çox 
aktual  olduğu  görünür.  Belə  hallarda  ürəyin  ön  səthində  disseksiya  aparılmasına  ehtiyac 
olmur.  
Təkrari  əməliyyatlarda  ön  mədəciklərarası  arteriyanın  revaskulyarizasiyasını  bir  neçə 
alternativ  üsulla  həyata  keçirmək  mümkündür.  Birinci  əməliyyatda  sol  DDA  istifadə 
olunmamışdırsa, eyni kəsikdən sol DDA çıxarılaraq anastomoz icra oluna bilər. Əməliyyatönü 
kontrol angioqrafiyada Sol DDA-nın yalnız distalı tutulmuşsa, ürək üzərindən sərbəstləşdirilib 
yenidən  anastomoz  edilə  bilər.  Sol  DDA-nın  uzunluğu  anastomoza  çatmırsa,  mil  arteriyası 
qrefti  hazırlanaraq  LİMA-ya  anastomoz  edilir  və  distal  ucu  LAD  –yə  tikilir.  Sağ  koronar 
arteriyanın  proksimalına  isə  sağ  ön  torakotomiya  ilə  sağ  DDA  transplantatı  hazırlanaraq 
istifadə oluna bilər. Dolanan arteriya hövzəsindəki damarları təkrari revaskulyarizasiya etmək 
üçün sol yan torakotomiya icra edilə bilər. 
 
Döyünən ürəkdə (DÜ) AKŞ 
 
Açıq ürək əməliyyatlarında süni qan dövranının istifadəsi zamanı qan elementlərinin yad 
səthlə  təması  və  pulsativ  olmayan  axına  bağlı  immun  sisteminin  müxtəlif  komponentləri 
aktivləşərək  şiddətli,  sistemli  ,iltihabi  reaksiya  törədir.  Bu  səbəbdən  böyrəklər,  ağciyərlər, 
beyin və digər orqanlarda zədələnmələr əmələ gələ bilər. Bunun qarşısını almaq üçün 1990-cı 
ilin  əvvəllərində  döyünən  ürəkdə  AKŞ  əməliyyatları  icra  olunmağa  başlanmışdır.  Zaman 


172 
keçdikcə  intrakoronar  şuntların  və  mexaniki  sabitləşdiricilərin  təkmilləşməsi  nəticəsində 
ürəyin  bütün  tac  damarlarında  ürək-ağciyər  aparatına  girmədən  AKŞ  əməliyyatının  aparıl-
masına şərait yarandı. 
Müasir dövrdə invaziv kardioloji müdaxilələrin günü-gündən təkmilləşməsi nəticəsində 
AKŞ göstərişi ürəyə bağlı və ürəkdən xaric səbəblərlə daha riskli xəstə qruplarında qoyulur. 
Bu  qrup  xəstələrdə  cərrahi  risk  yüksəkdir.  Bu  risklərdən,  xüsusilə,  süni  qan  dövranına  aid 
ağırlaşmalardan yayınmaq üçün döyünən ürəkdə AKŞ metodikaları getdikcə daha çox istifadə 
olunmaqdadır. 
 
 
 
 
Mexaniki və farmakoloji stabilizasiya metodlarının, həmçinin əməliyyat zamanı miokard 
fiziologiyasının  optimal  vəziyyətdə  saxlanması  metodlarının  inkişafı,  döyünən  ürəkdə  icra 
edilən  anastomozun  keyfiyyətini  artırır.  Başlanğıcda  yalnız  ürəyin  ön  səthindəki  damarlar 
üçün  istifadə  olunan  DÜ  AKŞ  təkmilləşmə  sayəsində  yan  və  arxa  damarlarda  da 
anastomozların icrasına şərait yaratmışdır. 
Əməliyyat göstərişi 
1)
 
Çox yaşlı xəstələr 
2)
 
Böyrək çatışmazlığı 
3)
 
Ciddi xroniki obstruktiv ağciyər xəstəliyi (XOAX) 
4)
 
Sol mədəcik funksiyasının həddən artıq pozulması 
5)
 
Keçirilmiş serebrovaskulyar insultlar 
6)
 
Ciddi kalsifik qalxan aorta 
7)
 
Hematoloji  xəstəliklər  və  qan  məhsullarının  köçürülməsinə  əks  göstəriş  olan 
vəziyyətlər 
Cərrahi  təcrübə  artdıqca  əvvəllər  DÜ  AKŞ  üçün  əks  göstəriş  olan  bir  çox  hallar  hal-
hazırda  aradan  qalxmışdır.  Sol  ana  koronar  arteriya  xəstəliyi,  intramiokardial  və  kalsifik 
damarlar, sol mədəciyin funksiyasının ciddi pozulmasını bunlara nümunə göstərmək olar. Hal-
hazırda  yalnız  ciddi  hemodinamik  və  elektrofizioloji  qeyri-stabil  klinik  vəziyyətlər  və 
əməliyyat sahəsini çox çətinləşdirən döş qəfəsinin anomaliyaları DÜ AKŞ üçün əks göstəriş 
sayıla bilər. 
DÜ  AKŞ  əməliyyatı  zamanı  anestezioloji  briqada  xüsusi  məsuliyyət  daşıyır. 
Əməliyyatxana  normal  otaq  temperaturunda  olmalıdır.  İstifadə  olunan  bütün  məhlul  və 
qazların soyuq olmamasına diqqət yetirilməlidir. Anestezioloqun cərrahla mütəmadi olaraq 
kooperasiyada  olması  və  ortaya  çıxan  hemodinamik  dəyişiliklərə  dərhal  müdaxilə  edəcək 
hazırlıq səviyyəsinə malik olması son dərəcə önəmlidir. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə