Dərslik " " nəşriyyatı baki 2017



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə56/71
tarix02.06.2018
ölçüsü5,01 Kb.
#47151
növüDərs
1   ...   52   53   54   55   56   57   58   59   ...   71

175 
invasive direct coronary artery bypass grafting. Ann Thorac Surg, 1998;66:1611-7. 
7.
 
Anderson RE, Hansson LO, Liska J, Settergren G, Vaage J. The effect of cardiotomy suction on the brain 
injury marker S100beta after cardiopulmonary bypass. Ann Thorac Surg, 2000;69:847-50. 
8.
 
Diegeler  A,  Hirsch  R,  Schneider  F,  et  al.  Neuromonitoring  and  neurocognitive  outcome  in  off-pump 
versus conventional coronary bypass operation. Ann Thorac Surg, 2000;69:1162-6. 
9.
 
Wolman RL, Nussmeier NA, Aggarwal A et al. Cerebral injury after cardiac surgery- identification of a 
group at extraordinary risk. Stroke 1999;30:514-22. 
10.
 
Almassi GH, Sommers T, Moritz TE, Shroyer ALW, London MJ, Henderson WG, et al. Stroke in cardiac 
surgical patients: Determinants and outcome. Ann Thorac Surg 1999;68:391-8. 
11.
 
Matata  BM,  Sosnowski  AW,  Galinanes  M.  Off-pump  bypass  graft  operation  significantly  reduces 
oxidative stress and inflammation. Ann Thorac Surg 2000;69:785-91. 
12.
 
Stamou SC, Corso PJ. Coronary revascularization without cardiopulmonary bypass in high-risk patients: 
A route to the future. Ann Thorac Surg 2001;71:1056-61. 
13.
 
Boyle EM, Pohlman TH, Johnson MC, Verrier ED. Endothelial cell injury in cardio-vascular surgery: 
The systemic inflammatory response. Ann Thorac Surg 1997;63:277-84. 
14.
 
Baufreton C, Intrator L, Jansen PGM, te Velthuis H, LeBesnerais P, Vonk A, et al. Inflammatory response 
to cardiopulmonary bypass using roller or centrifugal pumps. Ann Thorac Surg 1999;67:972-7. 
15.
 
Ascione R,  Loyd CT, Underwood MJ, Gomes  WJ, Angelini  GD. On-pump  versus off-pump  coronary 
revascularization: Evaluation of renal function. Ann Thorac Surg 1999;68:493-8. 
16.
 
Spooner  TH,  Hart  JC,  Pym  J.  A  two-year,  three  institution  experience  with  the  Medtronic  Octopus: 
Systematic off-pump surgery. Ann Thorac Surg 1999;68:1478-81. 
17.
 
Contini M, Teodori G, Di Iac Mauro M, Di Giammarco G, Vitolla G, et al. Off or on bypass: What is the 
safety threshold? Ann Thorac Surg 1999;68:14869. 
18.
 
Kwon K, Jenkins D, Firpo R, Tzeng T. Complete myocardial revascularization on the beating heart. Am 
J Surg 1999;178:501-4. 
19.
 
Krejca  M,  Skiba  J,  Szmagala  P,  Gburek  T,  Bochenek  A.  Cardiac  troponin  T  release  during  coronary 
surgery  using  intermittent  cross-clamp  with  fibrillation,  onpump  and  off-pump  beating  heart.  Eur  J 
Cardiothorac Surg 1999;16:337-41. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


176 
 
 
MİTRAL QAPAQ XƏSTƏLİKLƏRİ 
 
MİTRAL QAPAĞIN ANATOMİYASI 
Mitral qapaq  aparatı müxtəlif strukturlardan ibarət mürəkkəb quruluşdur.  Mitral qapaq 
aparatına aşağıdakı anatomik hissələr daxildir: 
1.Fibroz həlqə 
2.İki qeyri bərabər ölçü və formalı qapaq tayları 
3.İki papillyar əzələ dəstəsi 
4.Vətər telləri (chordae tendinea) 
İki üçbucaq formalı qapaq tayları öz əsasları ilə fibroz həlqəyə həlqənin bütün dairəsi 
boyunca bitişikdir. Antero-lateral tay postaro-medial taydan geniş və uzundur.  Qapaq 
taylarının sərbəst ucları bir-birinin üzərini örtərək konus əmələ gətirir. Qapaq taylarının 
daxili səthləri bir birinə  tam yapışdıqda qapaq tamamilə bağlanmış olur. Qapaq taylarının 
tam bağlanması üçün hər hansı qüvvəyə ehtiyac var. Bu qüvvəni intraventrikulyar sistolik 
təzyiq təşkil edir. Mitral qapaq tayları yerləşməsinə antero-lateral və postero-medial kimi 
adlandırılır. Antero-lateral tay fibroz həlqə tərəfdən aorta kökünə bitişikdir. Bu səbəbdən 
mitral həlqənin bu hissəsi bikonkav quruluşdadır. Postero-medial  tay isə sol mədəciyin əsası 
ilə əhatələnib. Bu səbəbdən fibroz həlqənin və qapaq tayının  bu hissəsi konveks 
quruluşdadır. (Şəkil 1 və 2). 
  Qapaq taylarının kommissural səthindən daha distaldan bir-birinə əks istiqamətdə iki 
papillyar əzələ qrupu başlayır. Papilyar əzələlər də müvafiq olaraq antero-lateral və postero-
medial papillyar əzələlərə ayrılır. Onların əsası ventrikulun yuxarı və orta 1/3-i arasındakı 
məsafədə ventrikul divarına bitişir. Ucları isə qapaq taylarının kommissural səthlərinə yaxın 
məsafəyə qədər çatır.  
 


177 
 
 
Şəkil1. Mitral qapaq anatomiyası. 
Vətər telləri  hərəsindən bir neçə ədəd olmaqla papillyar əzələlərin uclarından başlayır və 
ipsolateral qapaq tayının kənarına bitişir. Daha kranial hissədə yerləşmiş vətər telləri 
kommissural səthin proksimalına, daha kaudal yerləşmiş olanlar isə kommissural səthin 
apikalına birləşir.Diastola zamanı antero-lateral tay sol mədəciyin çıxış yoluna doğru yer 
dəyişdirir. Sistola zamanı isə papillyar əzələrinin gərginləşməsi nəticəsində antero-lateral tay 
postero-medial tay tərəfə nisbi yer dəyişdirir. Bu da antero-lateral tayın aortaya doğru 
hərəkətinə mane olur.   
 
 
Şəkil 2. 


178 
MİTRAL ÇATIŞMALIQ 
Etiologiyası 
Mitral çatışmazlıq qapaq aparatının prosesdə iştirakına görə iki qrupa bölünür:birincili və 
ikincili mitral çatışmazlıq. Birincili mitral çatışmazlıqda ilkin patologiya mitral qapaq 
aparatının özündən qaynaqlanır.(məsələn, miksomatoz mitral qapaq). İkincili mitral 
çatışmazlıqda isə ilkin patologiya ətraf strukturlardan qaynaqlanır. (məsələn, DKMP zamanı 
mitral annulusun genişlənməsi). Bundan başqa mitral çatışmazlıq yaranma zamanına görə də 
təsnif olunur:kəskin, kompensasiyalı xroniki və dekompensasiyalı xroniki mitral 
çatışmazlıq.
8
.  
Mitral çatışmazlığın səbəbləri (birincilivə ikincili) 
Qapaq taylarının anomaliyası 
Miksomatoz-degenerativ qapaq tayları 
Revmatik xəstəlik 
Endokardit 
Anevrizma:məs,aortal endokardit zamanı mitral qapağın zədələnməsi 
Hipertrofik kardiomiopatiya zamanı inkişaf edən 
Anadangəlmə 
-yarıq mitral qapaq 
-ikimənfəzli mitral qapaq 
Mitral annulusun anomaliyaları 
Annulusun genişlənməsi 
Mitral annular kalsifikasiya-annulusun hərəkətinin məhdudlaşması MÇ-səbəb olur 
-degenerativ proseslər:əsasən yaşlılarda müşahidə olunur 
-Böyrək çatışmazlıq zamanı 
-Revmatizm səbəbli 
-Marfan və Hurler sindromu 
Xordal anomaliyalar 
Xordanın yırtılması 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə