183
Prosedur mitral çatışmazlıq halında tətbiq olunur. EVEREST tətqiqatı və bir
neçə kiçik
tədqiqatarın nəticələrinə əsasən perkutan uc-uca mitral qapaq təmiri aşağıdakı hallarda tətbiq
oluna bilər:
5
1.ciddi teterinqi olmayan ciddi ikincili mitral çatışmazlıqda
2.Tam medikal müalicəyə baxmayaraq(CRT implantasiyası daxil)
hələ də simptomtik olan
ciddi mitral çatışmazlıqda (xəstə inoperabel dəyərləndirilir, mitraklip yerləşdirilməsi üçün
uyğun exokardoqrafik göstəricilər mövcuddur, xəstədə 1 ildən artıq ömür gözlənilir)
Prosedur həm degenerativ (anterior, posterior və ya hər iki qapaq tayının prolapsı) və
funksional mitral çatızmazlıqda geniş tətbiq olunur. Aktiv endokardit, revmatik qapaq
xəstəliyi və mitral stenozun mövcud olması prosedur üçün əks-göstərişdir.
Alfieri proseduru zamanı mitral qapaq ucları bir-birinə tikilərək ikimənfəzli mitral qapaq
sahəsi yaradılır ki, bunun mitral çatışmazlıq ya azaldılır, ya da ortadan qaldırılır. MitraKlip
cihazı maqnit rezonansa uzlaşan kobalt-xrom tərkibli cihazdır. Cihazın iki qolu və iki
tutucusu vardır. Bu tutucular vasitəsilə mitral qapaq taylarının ucları bir-birinə birləşdirilir və
ikimənfəzli mitral qapaq sahəsi yaradılır. Hər qol 4mm enində və 8mm uzunluğundadır.
Cihaz toxuma inkişağını stimullaşdırmaq məqsədilə poliesterlə örtülmüşdür. (Şəkil6)
Cihazın tam inkapsulyasiyası 12həftədə başa çatır.
Şəkil6. MitraKlip cihazı
Prosedur kateterizasiya laboratoriyasında ümumi anesteziya altında icra olunur. Ümumi
anesteziyanın istifadəsinin bir neçə səbəbivar. İlk əvvəl bu xəstənin komfortu üçün
184
önəmlidir. Çünki prosedur boyu transezofagial exokardioqrafik (TEE) aparılıdır. Bundan
əlavə ümumi anesteziya xəstənin artıq hərəkətlərini məhdudlaşdırırır, cihazın qapaılması
zamanı tənəfüüsün dayandırılmasının idarə olunması asanlaşır. Proseduru həyata keçirmək
üçün femoral vena punksiya olunur. Xüsusi kateter vasitəsilə sağ atriuma keçilir. Daha sonra
kateter transseptal üsulla sol atriuma yerləşdirilir. Sol atriumdan mitraql qapaqdan keçməklə
kateter sol ventrikula keçilir. Kateterin daxilindən ucunda mitraklip cihazı olan çatdırılma
sistemi sol ventrikula doğru yerləşdirilir. Daha sonra həm exokardioqrafiya, həm də
flüoroskopiya nəzarətində çatdırılma sistemi yavaş-yavaş geri çəkilir. Bu gerçəkmədə
məqsəd mitral qapaq uclarının mitraklip cihazının tutucu və qolları arasına keçməsidir. Bu
zaman cihazın qollar açıq vəziyyətdə olmalıdır.Qapaq taylarının mitraklipin qolları arasında
olduğuna əmin olduqdan sonra cihaz sıxılır və alınan nəticəyə baxılır. Əgər gözlənilən nəticə
əldə olunubsa bu zaman mitraklip cihazı sərbəstləşdirilir və çatrılma
sistemi ilə kateter geri
çəkilir. Qapaq taylarının tutulması suboptimal olduqda qapaq tayları sərbəstləşdirilir və
prosedur təkrar olunur.ABŞ-da eyni xəstəyə 2-dən artıq cihazın implantasiyasına icazə
verilmir. Lakin Avropada 1 xəstəyə 4 cihaz implantasiyası hadisəsi qeydə alınmışdır. Cihaz
sayının məhdudlaşdırılmasının səbəbi mitral stenozun inkişaf edə bilməsidir.
MitraKlip implantasiyası zamanı qapaq aparatındakı patologiyadan asılı olaraq kliplər
müxtəlif lokalizasiyalara yerləşdirilə bilər
4
. (Şəkil7)
2011-ci ildə EVEREST
4
tətqiqatının nıticələri dərc olunmuşdur. Bu tədqiqata MitraKlip
implantasiya olmuş 107 xəstə daxil edilmişdir. 3illik müşahidə müddətində xəstələrin
90.1%-i ölümdən azad, 76.35-i isə cərrahi əməliyyatdan azad müşahidə olunmuşdur.
32xəstəyə təkrar cərrahi əməliyyat icra olunmuşdur. Bu xəstələrin 84%-də mitral təmir
əməliyyatını icra etmək mümkün olmuşdur. Bu sübut edir ki, ilkin MitraKlip cəhdi və ya
implantasiyası sonrası mitral qapaq təmiri etmək uyğundur.
2013-cü ildə EVEREST tədqiqatının 4illik nəticələrinə əsasən MitraKlip proseduru sonrası
rezidual mitral çatışmazlığı səbəbi ilə cərrahi əməliyyata daha çox hallarda ehtiyac yaranır.
(24.8%-5.5%). Lakin ölüm və funksinal yaxşılaşma baxımından MitraKlip və cərrahi mitral
qapaq təmiri arasında önəmli fərq müşahidə olunmadı
1
.
Həmçinin 2013-cü ildə Alman mitral qapaq transkateter
müdaxilələri registrində
2
MitraKlip
prosedurunun bir illik nəticələri tədqiq olunmuşdur. Registra 2010-2013-cü illər arasında icra
MitraKlip proseduru icra olunmuş 828 pasiyentin məlumatları daxil edilmişdir. Son nəticə
olaraq registra daxil edilmiş xəstələrin böyük əksəriyyətində kliniki yaxşılaşma müşahidə
edilmişdir.
185
Şəkil 7. Mitral qapaq uclarının müxtıəif lokalizasiyalarına mitrakliplərin yerləşdirilməsi.
Qapaq aparatındakı patologiya Karpentier təsnifatına görə aparılmışdır. (Karpentier l tip-
annular dilatasiya, Karpentier ll tip-qapaq taylarının hərəkətinin artması (mitral prolaps),
Karpentier III tip-sistolada qapaq tayının hərəkətinin azalması (işemik kardiomiopatiya)
Cədvəl 2. MitraKlip və mitral qapaq təmirinin prosedural müqayisəsi (MÇ-mitral
çatışmazlıq)
MitraKlip
Cərrahi mitral qapaq təmiri
Göstəriş
MÇ
MÇ
İmplant
+
+
Ümumi anesteziya
+
+
TEE rəhbərliyi
+
+
Prosedur zamanı
2-4saat
2-4saat
İntensiv terapiya şöbəsi
24saat
24saat
Xəstəxanada
qalma müddəti
3gün
4-7gün
Mitral stenoz
Etiologiyası
Mitral stenzun bütün dünyada yayılmış ən əsas səbəbi revmatik qızdırmadır. Lakin revmatik
qızdırma keçirmiş xəstələrin 50-60%-inin revmatik qızdırma keçirməsindən xəsbəri yoxdur.
Kəskin revmatik qızdırma zamanı əsasə valvulit səbəbi ilə mitral çatışmazlıq inkişaf edir.
Sonra 2-20 il ərzində qapaqda stenoz yaranmağa başlayır. Bu səbəbdən xəstələrdə illər sonra
simptomlar başlayır və yavaş yavaş proqressivləşir. Qapaqlarda baş verən patohistoloji