166
torakoskopik girişimlərə ehtiyac yarana bilər.
MİD AKŞ çatışmazlıqları
Həlli yolları
Hərəkətli ürəkdə
anastomoz
Farmakoloji və
mexaniki
stabilləşdirmə
Keçici koronar işemiya
İntrakoronar şunt
Qanlı sahə
Şunt, damarın müvəqqəti okluziyası,
su və ya CO
2
püskürtmə
Hipotenziya
Trendelenburq vəziyyəti, maye
infuziyası, inotrop dəstəyi
Məhdud görüş sahəsi
Uyğun cərrahi ləvazimat, endoskopik
cərrahiyyə
Çox damar
xəstəliyi
Aşağı hissəvi sternotomiya, birdən
çox kəsik, endoskopik yanaşma,
hibrid revaskulyarizasiya, endoskopik
video görüntülü cərrahi texnikalar
Minimal invaziv AKŞ əməliyyatlarının dəqiq olaraq göstəriş və əks göstərişlərini
müəyyən etmək çətindir. Çünki bu metodun tətbiqində tibbi göstərişlərlə yanaşı, cərrahın və
xəstənin seçiminin də böyük əhəmiyyəti vardır. Sürətli texnoloji inkişaf bu göstərişlərə təsir
edir. Nümunə üçün demək olar ki, 1995-ci ildə 1%, 1999-cu ildə 10% xəstədə bu metod tətbiq
olunmuşdur.
MİD AKŞ (MİDCAB) üçün ideal anatomik göstəriş , ön mədəciklərarası arteriyanın sol
DDA ilə revaskulyarizasiyasıdır, ideal klinik göstəriş isə, süni qan dövranı aparatının
istifadəsinə əks göstərişin olduğu vəziyyətlərdir.
Anatomik göstərişlər:
1)
Döş qəfəsi rentgenində ürəyin normal ölçülərdə və orta xəttə olması.
2)
Qabırğaarası sahələrin geniş olduğu, incə döş qəfəsi divarına sahib olan xəstələr.
3)
Ön mədəciklərarası arteriyanın 1-ci şaxəsindən sonrakı hissəsinin diametrinin 1,5
mm-dən böyük olması.
4)
Arteriyanın distal hissəsində kollateral axını daha yaxşı olan xəstələr.
5)
Kalsifik olmayan ön mədəciklərarası arteriya .
6)
Sol mədəciyin disfunksiyası.
Klinik göstərişlər:
1)
Süni qan dövranı aparatının istifadəsinin riskli olduğu hallar: böyrək çatışmazlığı, ciddi
XOAX, ciddi sol mədəcik disfunksiyası, aortanın ateroskelerozu, kalsifik aorta, ciddi
serebrovaskulyar, ciddi hematoloji xəstəliklər, xərçəng xəstəliyi və ya immunosupressiv
xəstəliyi olanlar, orqan transplantasiyası olunmuş xəstələr, artıq çəkisi olan xəstələr və s.
2)
Təkrari əməliyyatlar
3)
Ön mədəciklərarası arteriya, sağ koronar və ya dolanan arteriyalarda PTKA-ya uyğun
olmayan tək damar xəstəlikləri.