Dərslik " " nəşriyyatı baki 2017



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə52/71
tarix02.06.2018
ölçüsü5,01 Kb.
#47151
növüDərs
1   ...   48   49   50   51   52   53   54   55   ...   71

165 
Klassik  (median  sternotomiya  və  SQD  ilə  icra  olunan)  aorto-  koronar  şuntlama 
əməliyyatlarından sonrakı ağırlaşmalara 3 əsas faktor təsir edir: ürək-ağciyər aparatının (SQD-
nin)  istifadəsi,  tam  median  sternotomiyanın  icrası,  ateroskleroza  məruz  qalmış  aortaya 
müdaxilə olunması.  
Minimal  invaziv  metodlar  bu  faktorlardan  qaçmaq  üçün  alternativ  metod  sayılır. 
Ümumiyyətlə,  tam  median  sternotomiya  yolu  ilə  icra  edilən  klassik  AKŞ  xaricində  digər 
koronar revaskulyarizasiya prosedurlarını minimal invaziv AKŞ adlandırmaq olar.  
Minimal  invaziv  AKŞ  metodlarının  ortaq  xüsusiyyətləri  aşağıdakılardır:  ağırlaşma 
faizinin daha aşağı olması, daha az cərrahi travma və sağalmanın sürətlə getməsi.  
SQD-nin istifadəsinə görə, minimal invaziv AKŞ 2 üsulla icra olunur: 
1.
 
Döyünən ürəkdə (SQD-siz) icra olunan AKŞ. Bu üsul da 2 yerə ayrılır: 
a)
 
Minimal  invaziv  birbaşa  (direkt)  koronar arteriya  revaskulyarizasiyası  (MİDCAB  – 
Minimal İnvasive Direct Coronary Bypass) - sağ və sol mini torakotomiya, mini sol lateral 
torakotomiya  ,  mini  sternotomiya,  mini  parasternal  kəsiklər  və  ya  subksifiod,  sol  qabırğa 
qövsünə parelel (RCL proseduru) kəsiklərlə icra olunan prosedurlardır. Bu prosedurların ortaq 
xüsusiyyəti kəsiklərin 6-12sm-dək olması və SQD-dən istifadə olunmamasıdır. 
b)
 
Klassik median sternotomiya ilə icra olunan AKŞ. 
2.
 
Periferik  (femoro-femoral)  yol  ilə  SQD-yə  girilir.  Mini  torakotomiya  ilə  AKŞ  icra 
olunur.  
Bu üsulun üstünlükləri ondan ibarətdir ki, burada sternomiya icra olunmur. Çox damar 
xəstələrinə müdaxilə imkanları genişdir və ən əsas hərəkətsiz ürəkdə əməliyyat qansız sahədə 
icra  olunur.  Mini  kəsiklərdə  kəsik  ağrısı  daha  azdır,  yara  daha  sürətlə  sağalır,  kosmetik 
nəticələr  daha  yaxşıdır  və  xəstələr  daha  tez  aktivləşdirilir.  Bu  üsulun  çatışmazlığı  isə  ürək-
ağciyər aparatından istifadə olunmasıdır. 
Minimal invaziv birbaşa AKŞ (MİDCAB) üsulunun aşağıdakı üstünlükləri vardır: 
Ürək-ağciyər  aparatı  istifadə  edilmədiyinə  görə,  qanın  xarici  səthlə  təması  yoxdur  və 
bunun  nəticəsində  sistemik  iltihabi  cavab  reaksiyası  inkişaf  etmir.  Qalxan  aorta  üzərində 
müdaxilə  icra  edilmədiyindən  sistemik  emboliya  riski  azdır.  Əməliyyatdan  sonrakı  dövrdə 
insult, qulaqcıqların səyirici aritmiyasınn rastgəlmə tezliyi daha azdır.  
Sistemik  iltihabi  cavab  reaksiyası,  hipoperfuziya,  pulsativ  axının  olmaması,  arterial 
emboliyalar və qan köçürülməsi, əməliyyatdan sonrakı dövrdə böyrək çatışmazlığını artıran 
faktorlardır. MİD AKŞ-də bütün bu risk faktorlarının azaldılması nəticəsində renal funksiyalar 
daha yaxşı qorunur.  
Döyünən ürəkdə revaskulyarizasiya nəticəsində miokard qlobal işemiyaya məruz qalmır, 
troponinT, I və CK fermentləri daha az artır. Əməliyyatdansonrakı dövrdə miokard infarktı, 
qulaqcıq  və  mədəcik  tipli  aritmiyalar,  sol  mədəcik  funksiyalarının  pozulmaları  daha  az 
müşahidə olunur, eyni zamanda əməliyyatdan sonra qan itkisi daha azdır, ekstubasiya müddəti 
daha qısadır. Ağciyər ağırlaşmaları və metabolik pozulmalar daha az müşahidə olunur. 
Median sternotomiyanın tamamilə sağalması üçün 6-12 həftə vaxt tələb olunur və bu da 
xəstənin aktivliyinin azalmasına səbəb olur. Sternotomiya olunmuş xəstələrdə infeksiya riski 
0,5-4 %-dir. Artıq çəkili, xroniki böyrək çatışmazlığı olan,təkrari əməliyyat keçirmiş, diabet 
və bilateral daxili döş arteriyası çıxarılan xəstələrdə bu risk daha yüksəkdir. Bu cür xəstələrə 
minimal invaziv metodların tətbiqi daha məsləhətdir. 
Bunlarla  yanaşı  MİDCAB  prosedurunun  klassik  AKŞ  əməliyyatlarına  nisbətən  bəzi 
çatışmazlıqları var. Beləki, çox damar xəstələrində əlavə prosedurlara ehtiyac duyulur. Daxili 
döş  arteriyasının  (DDA)  hazırlanmasında  və  görüş  sahəsinin  əldə  edilməsində  bəzən 


166 
torakoskopik girişimlərə ehtiyac yarana bilər.  
 
MİD AKŞ çatışmazlıqları 
Həlli yolları 
Hərəkətli ürəkdə 
anastomoz 
Farmakoloji və mexaniki 
stabilləşdirmə 
Keçici koronar işemiya 
İntrakoronar şunt 
Qanlı sahə 
Şunt, damarın müvəqqəti okluziyası, 
su və ya CO

püskürtmə 
Hipotenziya 
Trendelenburq vəziyyəti, maye 
infuziyası, inotrop dəstəyi 
Məhdud görüş sahəsi 
Uyğun cərrahi ləvazimat, endoskopik 
cərrahiyyə 
Çox damar xəstəliyi 
Aşağı hissəvi sternotomiya, birdən 
çox kəsik, endoskopik yanaşma, 
hibrid revaskulyarizasiya, endoskopik 
video görüntülü cərrahi texnikalar 
 
Minimal  invaziv  AKŞ  əməliyyatlarının  dəqiq  olaraq  göstəriş  və  əks  göstərişlərini 
müəyyən etmək çətindir. Çünki bu metodun tətbiqində tibbi göstərişlərlə yanaşı, cərrahın və 
xəstənin seçiminin də böyük əhəmiyyəti vardır. Sürətli texnoloji inkişaf bu göstərişlərə təsir 
edir. Nümunə üçün demək olar ki, 1995-ci ildə 1%, 1999-cu ildə 10% xəstədə bu metod tətbiq 
olunmuşdur. 
MİD AKŞ (MİDCAB) üçün ideal anatomik göstəriş , ön mədəciklərarası arteriyanın sol 
DDA  ilə  revaskulyarizasiyasıdır,  ideal  klinik  göstəriş  isə,  süni  qan  dövranı  aparatının 
istifadəsinə əks göstərişin olduğu vəziyyətlərdir. 
 
Anatomik göstərişlər:  
 
1)
 
Döş qəfəsi rentgenində ürəyin normal ölçülərdə və orta xəttə olması. 
2)
 
Qabırğaarası sahələrin geniş olduğu, incə döş qəfəsi divarına sahib olan xəstələr. 
3)
 
Ön  mədəciklərarası  arteriyanın  1-ci  şaxəsindən  sonrakı  hissəsinin  diametrinin  1,5 
mm-dən böyük olması. 
4)
 
Arteriyanın distal hissəsində kollateral axını daha yaxşı olan xəstələr. 
5)
 
Kalsifik olmayan ön mədəciklərarası arteriya . 
6)
 
Sol mədəciyin disfunksiyası. 
 
Klinik göstərişlər: 
 
1)
 
Süni qan dövranı aparatının istifadəsinin riskli olduğu hallar: böyrək çatışmazlığı, ciddi 
XOAX,  ciddi  sol  mədəcik  disfunksiyası,  aortanın  ateroskelerozu,  kalsifik  aorta,  ciddi 
serebrovaskulyar,  ciddi  hematoloji  xəstəliklər,  xərçəng  xəstəliyi  və  ya  immunosupressiv 
xəstəliyi olanlar, orqan transplantasiyası olunmuş xəstələr, artıq çəkisi olan xəstələr və s. 
2)
 
Təkrari əməliyyatlar 
3)
 
Ön mədəciklərarası arteriya, sağ koronar və ya dolanan arteriyalarda PTKA-ya uyğun 
olmayan tək damar xəstəlikləri. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə