Dərslik " " nəşriyyatı baki 2017



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə2/71
tarix02.06.2018
ölçüsü5,01 Kb.
#47151
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   71

 
GİRİŞ 
 
Ürək  xəstəlikləri  dünyadakı  bütün  ölüm  səbəbləri  arasında  birinciliyini  qorumaqdadır. 
Kardiologiya və kardiocərrahiyyə sahələrindəki inkişaflara baxmayaraq, bu fakt əsrimizin ikinci 
onilliyində də dəyişməz olaraq qalır. Dünya Səhiyyə Təşkilatının (World Health Organization) 
açıqladığı  statistikaya  görə,  2012-ci  ildə  17,5  milyon  insan  ürək-qan  damar  xəstəliklərindən 
(bütün  ölümlərin  31%-i) vəfat  etmişdir.  Bu  ölüm hallarından  7,4  milyonu bilavasitə  koronar 
arteriya xəstəliyindən ötrü başvermişdir.  
Bu gün ÜİX-nin müalicəsi, əsasən üç istiqamətdə aparılır; konservativ (dərman) müalicə, 
perkutan koronar müdaxilə (balon angioplastika və stent implantasiyası) və cərrahi müalicə 
(koronar şuntlama). 
Aorto-koronar şuntlama (AKŞ) əməliyyatları, 50 ilə yaxındır ki, ÜİX-nin standart müalicə 
metodlarından  biri  hesab  olunur.  İlkin  təcrübələrdən  (Vinebergin  daxili  döş  arteriyasını 
miokarda  yerləşdirməsi  və  s.)  sonra  1967-ci  ildə  Favoloro  böyük  dərialtı  venanı  qreft  kimi 
istifadə  edərək  koronar  arteriyaya  anastomoz  etdi.  Bununla  da,  müasir  koronar  arteriya 
cərrahiyyəsi  başlamış  oldu.  Bugün  isə,  minimal  invaziv  metodlarla,  döyünən  ürəkdə  və 
robotların yardımı ilə tətbiq olunan bir cərrahi əməliyyata çevrilmişdir. Cərrahi metodikanın 
inkişafına paralel olaraq, süni qan dövranının mexanizmi daha yaxşı aydınlaşdırılmış, kardiak 
anesteziya və reanimasiyada ciddi irəliləyişlər qeyd olunmuşdur. Bütün bunların nəticəsində, 
planlı AKŞ əməliyatlarında ölüm faizi 1%-in altına düşmüşdür. 
Hal-hazırda  aparılan  araşdırmalar,  əsasən  fəsadlaşmaların  azaldılmasına,  cərrahi 
revaskulyarizasiyanın uzaq dövr nəticələrinin daha da yaxşılaşdırılmasına, qreft okkluziyasının 
mexanizminin aydınlaşdırılmasına istiqamətlənmişdir.  
Ölkəmizdə,  müasir  koronar  arteriya  cərrahiyyəsi  2001-ci  ildə  Mərkəzi  Klinikada  tətbiq 
olunmağa  başlamışdır.  Daxili  döş  arteriyası  başda  olmaqla  arteriyal  və  venoz  qreftlərdən 
istifadə etməklə, həm süni qan dövranı vasitəsilə, həm də döyünən ürəkdə AKŞ əməliyyatları 
geniş  şəkildə  tətbiq  olunmuşdur.  Mərkəzi  Klinikada  bu  əməliyyatlar  həm  standart  median 
sternotomiya  ilə,  həm  də  minimal  invaziv  kəsiklərlə  icra  olunmuşdur.  Qürurverici  haldır  ki, 
bugün  AKŞ  əməliyyatları  respublikamızda  bir  çox  mərkəzdə  dünya  standartlarında  tətbiq 
olunmaqdadır. 
Ölkəmizdə  müasir  kardiocərrahiyyə  mərkəzlərinin  sayının  və  keyfiyyətinin  daha  da 


artırılması  üçün  gənc  kadrların  hazırlanması  ən  vacib  məsələ  kimi  qarşımızda  durur.  Gənc 
kadrların hazırlanmasında praktik fəaliyyətlə məşğul olan mərkəzlərlə yanaşı, əyani vəsaitlərə 
də ehtiyac duyulur. Bu kitab məhz bu ehtiyacı qarşılamaq üçün nəzərdə tutulmuşdur.  
Kitab, ÜİX-nin cərrahi müalicəsinin bütün aspektlərini nəzərə alır. Verilən məlumatlar bu 
sahədəki ən müasir elmi nailiyyətlərə əsaslanır. Xəstəliyin və onun müalicə metodlarının bir 
bütün olduğuna inandığımız üçün, ÜİX-nin epidemiologiyası, klinikası, diaqnostikası və qeyri-
cərrahi müalicə metodları barəsində də ətraflı məlumat verməyə çalışdıq.  
Əlinizdəki kitab bu sahədə ana dilimizdə yazılan ilk nəşrdir. Bu səbəbdən ötrü bəzi əksik 
və  qüsurları  olabilər.  Bu  əksik  və  çatışmazlıqlar  barəsində  öz  dəyərli  tənqid  və  təkliflərinizi 
kamrancan@yahoo.com
  adresinə  göndərə  bilərsiniz.  Əvvəlcədən  minnətdarlığımızı 
bildirməklə  yanaşı,  bu  tənqid  və  təkliflərinizin  kitabın  növbəti  nəşrlərində  mütləq  nəzərə 
alınacağını ifadə etmək istəyirik. 
Və nəhayət, kitabın hazırlanmasında əməyi keçən, mənəvi dəstək olan hərkəsə sonsuz 
təşəkkürlər.  
 
 
 
 
Tibb elmləri doktoru 
Kamran Kazım oğlu Musayev 
Bakı, Azərbaycan 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
MÜNDƏRİCAT 
ANADANGƏLMƏ ÜRƏK QÜSURLARI 
-
 
AÇIQ ARTERİAL AXACAQ 
-
 
AORT KOARKTASİYASI 
-
 
QULAQCIQLARARASI ÇƏPƏR DEFEKTİ 
-
 
MƏDƏCİKLƏRARASI ÇƏPƏR DEFEKTİ 
-
 
FALLO TETRADASI 
-
 
KOMPLEKS ANADANGƏLMƏ ÜRƏK QÜSURLARI 
o
 
BÖYÜK DAMARLARIN TRANSPOZİSİYASI 
o
 
HİPOPLASTİK SOL MƏDƏCİK SİNDROMU 
 
ÜRƏYİN İŞEMİK XƏSTƏLİYİ 
-
 
ATEROSKLEROZ 
-
 
ST ELEVASİYALI MİOKARD İNFARKTI (STEMİ) 
-
 
QEYRİ-STABİL STENOKARDİYA (QSS) VƏ ST ELEVASİYASIZ  
MİOKARD İNFARKTI (NSTEMİ) 
-
 
GƏRGİNLİK STENOKARDİYASI 
-
 
KORONAR ŞUNTLAMA ƏMƏLİYYATINA GÖSTƏRİŞLƏR 
 
MİTRAL QAPAQ XƏSTƏLİKLƏRİ 
-
 
MİTRAL QAPAĞIN ANATOMİYASI 
-
 
MİTRAL QAPAQ XƏSTƏLİKLƏRİN DİAQNOSTİKASI 
-
 
MİTRAL QAPAQ XƏSTƏLİKLƏRİN MÜALİCƏSİ 
-
 
MİTRAL QAPAQ XƏSTƏLİKLƏRİN CƏRRAHİ MÜALİCƏSİ 
 
 
AORTAL QAPAQ XƏSTƏLİKLƏRİ 
-
 
AORT  QAPAĞIN ANATOMİYASI 
-
 
AORT QAPAQ XƏSTƏLİKLƏRİN DİAQNOSTİKASI 
-
 
AORT QAPAQ XƏSTƏLİKLƏRİN MÜALİCƏSİ 
-
 
AORT QAPAQ XƏSTƏLİKLƏRİN CƏRRAHİ MÜALİCƏSİ 
 
SÜNİ QAN DÖVRANI 
 


İXTİSARLAR 
 
LDL – aşağı sıxlıqlı lipoproteinlər 
CRP – C reaktiv zülal 
ÜİX – Ürəyin İşemik Xəstəliyi 
KMİ – Kəskin Miokard İnfarktı 
STEMİ – ST elevasiyalı miokard infarktı 
QSS – Qeyri-stabil stenokardiya 
NSTEMİ – ST elevasiyasız miokard infarktı 
HDL – yüksək sıxlıqlı lipoproteinlər 
EKQ – elektrokardioqrafiya 
KT – komputer tomoqrafiya  
MRT – maqnit rezonans tomoqrafiya 
KAQ – koronar angioqrfaiya 
AF (EF) – atım fraksiyası 
LMCA (LM) – sol ana koronar arteriya 
LAD – sol ön enən (mədəciklərarası) arteriya (SÖMA)  
Cx – dolanan arteriya  
OM – geniş kənari şaxə 
RCA – sağ koronar arteriya  
PDA – arxa enən (mədəciklərarası) arteriya 
AKŞ (CABG) – aorto-koronar şuntlama 
KKS – kəskin koronar sindrom 
CK-MB – kreatinin fosfokinazın miokardial bandı 
VSR – mədəciklərarası çəpərin yırtılması 
BNP – qanda natriuretik peptid 
PKM – perkutan koronar müdaxilə  
PTKA – perkutan transluminal koronar angioplastika 
APTT (APTZ) – aktivə olunmuş protrombin zamanı 
PTZ – protrombin zamanı  
tPA – toxuma plazminogen aktivatoru  
RKT – Randomizə Klinik Tədqiqat  
FFR – axın ehtiyatı fraksiyası 
AMS – açıq metal stent 
DÖS – dərmanla örtülmüş stent 
LV – sol mədəcik 
LVEF – sol mədəciyin atım fraksiyası 
 
İMA (DDA) – daxili döş arteriyası 
LİMA – sol daxili döş arteriyası 
RİMA – sağ daxili döş arteriyası 
MACCE – əsas kardiyovaskulyar və serebral hadisələr 
DAPT – ikili antitrombositar terapiya 
QBZ – qapıdan balona qədər zaman  
İCD – inrtakardiak defibrilyator 
SVR – cərrahi üsulla mədəciyin rekonstruksiyası  
LVESVİ – sol mədəciyin son sistolik həcm indeksi 
İABP – İntra-aortik balon pompa (kontrpulsator) 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə