Dərslik " " nəşriyyatı baki 2017


VAD – mədəcik dəstək cihazı  SQD (CPB)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə3/71
tarix02.06.2018
ölçüsü5,01 Kb.
#47151
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   71

VAD – mədəcik dəstək cihazı 
SQD (CPB) – süni qan dövranı  
VSM (BDV) – böyük dərialtı vena 
AGE – arteria gastroepiploica 
AEİ – arteria epigastrica inferior  
VT – ventrikulyar (mədəcik tipli) taxikardiya 
LVEDP – sol mədəciyin diastol sonu təzyiqi 
XOAX – xroniki obstruktiv ağciyər xəstəliyi 
CVP (MVT) – mərkəzi venoz təzyiq 
PAP – ağciyər arteriyasının təzyiqi 
PCWP – ağciyər kapilyarlarındakı son təzyiq 
TEE – qida borusundan exokardioqrafiya 
EEQ – elektroensefaloqrafiya 
SSEP – somatosensor oyanma potensialı 
ACT – aktivə olunmuş laxtalanma zamanı 
STA – süni tənəffüs aparatı 
MİDCAB – minimal invaziv yanaşma ilə aorto-koronar şuntlama 
DÜ AKŞ – Döyünən ürəkdə aorto-koronar şuntlama 
AT-III – antitrombin III 
TDP – təzə donmuş plazma  
CO – atım həcmi  
İVUS – damardaxili ultrasonoqrafiya 
MA – mil arteriyası 
 


ANADANGƏLMƏ ÜRƏK QÜSURLARI 
 
AÇIQ ARTERİAL AXACAQ 
Patent  Duktus  Arteriozus  –  Botal  axacağın  doğuşdan  sonra  pataloji  olaraq  açıq 
qalmasına deyilir.Botal axacaq Ağciyər arteriyası( PA) ilə Aorta(Ao) arasında bir əlaqədir. 
Fetal  həyatda    PA  qanını  aortaya  yönəldir.  Doğuşdan  sonra  axacağın  medial  təbəqəsinin 
yığılması nəticəsində 10-15 saat ərzində funksional qapanma, 2-3 həftə ərzində  endotel və 
subintimal təbəqələrindəki qalıcı dəyişikliklər nəticəsində isə anatomik qapanma baş verir. 
Embrioloji həyatın 4-cü həftəsində farinqel arkusla  əmələ gəlir. 
Klinika:  
Yarımçıq doğulmuş uşaqlarda Açıq Botal Axacaq ürək çatışmazlığına səbəb ola bilər. Çüki  
ağciyər  damarlarının  düz  əzələsi  vaxtında  doğulmuşlardakı  kimi  yaxşı  inkişaf  etməmişdir. 
Buna görə də Pulmonar damar Dirənci daha tez düşür. Nəticədə Soldan sağa keçiş artır və ürək 
çatışmazlığı əmələ gəlir. 

 
Ürək çatışmazlığı əmələ gəlmişsə taxikardiya və taxipnoye qeyd edilir. 

 
Soldan  sağa  qan  keçişi  çoxdursa(Geniş  PDA)  xarakteristik  əlaməti  olan  sıçrayıcı 
periferik nəbzlər qeyd edilir. 

 
Döş sümüyünün sol üst kənarında sistolik tril və apexdə diyastolik rulman eşidilə bilər. 
Sol köprücük sümüyünün altında 1-4/6 dərəcə davamlı küy eşidilir. 

 
Eisenmenger sindromu yaranıbsa axacaqdan qan  keçişi soldan sağa(L-R) yerinə sağdan 
sola(R-L)  olacaqdır. Bu  zaman  isə xarakteristik  əlamət  sayılan  Diferensiyal  Siyanoz( 
bədənin alt tərəfində siyanoz, üst tərəfi isə normal olur) izlənilir. Bunun səbəbi Botal 
axacağın aortanın enən hissəsi ilə əlaqəli olması və keçiş tərsinə döndüyü zaman da 
çirkli qanın yalnız bədənin aşağı hissəsinə axmasıdır. 

 
 
Elektrokardiyoqrafiya:Kiçik  və  orta  ölçülü  PDA-larda  EKQ  normal  və  ya  yalnız  sol 
mədəciyin  hipertrofiyası(LVH)  izlənilir.  Əgəq  qüsur  genişdirsə  hər  iki  mədəciyin 
hipertrofiyası(BVH),  Eisenmenger  sindromu  əmələ  gəlibsə  təkcə  sağ  mədəciyin 
hipertrofiyası(RVH) izlənilir. 
Rentgen:  Kiçik  defektlərdə  ürəyin  ölçüləri  normaldır.  Orta  və  geniş  defektlərdə 
kardiyomeqaliya  qeyd  edilir.  Eisenmenger  sindromu  əmələ  gəlibsə  ürəyin  ölçüləri  normala 
qayıdır, Pulmonar arteriya damar yatağı geniş görülür. 


ExoKardiyoqrafiya: PDA parasternal qısa ox, yüksək parasternal qısa ox, suprasternal  oyuq  
baxışlarda görüntülənir. Ölçüsü isə ən dəqiq yüksək parasternal qısa oxda 2D ilə alınır. 2D ilə 
həmçinin sol atriyum, sol ventrikul, aorta kökü,ana pulmonar arteriya və şaxələrinin ölçüləri 
alınmalıdır.Rəgli  Exokardiyoqrafiya  ilə  qapaq  çatışmazlıqları,  PDA-da  axının  yönü 
görüntülənir.  Sumple  Volume  texnikası  PDA-ların  dəyərləndirilməsində  çox  önəmli  rola 
sahibdir.  Belə  ki,  bu  metodla  cursor  PDA-nın  pulmonar  arteriyaya  açıldığı  yerin  həməm 
distalında  yerləşdirilərək  axın  paternləri  alınır.Davamlı  müsbət  axın  yalnız  sol-sağ  keçişi 
,davamlı  neqativ  axın  yalnız  sağ-sol  keçişi  göstərir.  İki  yönlü  axın  (sistolada  erən  neqativ 
axının  ardından  diyastolada  pozitiv  axın)  ciddi  pulmonar  hipertenziyası  olan  uşaqlarda 
görülür. 
 
Müalicə: 
Medikal:Oksigen, prostaqlandin E
2
 (PGE
2
), İndometasin, aspirin, asetilxolin, Bradikinin və  
hestasiya  yaşının  Botal  axacağın  bağlanmasında  önəmli  yeri  vardır.  Oksigen  axacağın  düz 
əzələlərini yığaraq bağlanmasına səbəb olur. Axacağın düz əzələsinin oksigenə verdiyi cavab 
reaksiyası  yenidoğulmuşun hestasiya  yaşı  ilə  yaxından  əlaqəlidir. Beləki, hestasiya  yaşı  nə 
qədər azdırsa, oksigenə cavab da bir o qədər azdır. Fetal həyatda PGE
2
 Botal axacağın açıq 
qalmasında önəmli rola sahibdir. PGE
2
-nin əmələ gəlməsində iştirak edən Plasentanın aradan 
qalxması və artmış qan axını ilə ağciyərlərdən təmizlənməsi nəticəsində doğuşdan sonra qanda 
PGE
2
  səviyyəsi    azalır.  Bu  isə  Botal  axacağın  bağlanmasına  səbəb  olur.İV  İndometasin  və 
İbuprofen geniş PDA-lı yarımçıq doğulmuş uşaqlarda axacağın bağlanması üçün istifadə edilə 
bilər. Artıq mərkəzimizdə bu məqsədlə yan təsirlərinin daha az olması və daha güvənli olması 
səbəbi ilə Parasetamol istifadə edirik. Ananın hamiləlikdə yüksək dozada aspirin qəbul etməsi 
fetal  həyatda  Botal  axacağın bağlanmasına  və  ya  daralmasına  nəticədə  Persistent  Pulmonar 
Hipertenziyaya  səbəb  ola  bilər.  Funksional  olaraq  bağlanmış(anatomik  olmayan)    Botal 
axacaq  hipoksiya,  asidoz,  Prostaqlandin  infuziyası  nəticəsində  təkrar  açıla  bilər.  Ürək 
çatışmazlığı  əmələ  gəlibsə  standart  dekonjestiv  müalicə(furosemid,  kaptopril,  veraşpiron) 
aparılmalıdır.Hemodinamik təsirlərinin az olduğuna görə Diqoksn istifadə edilmir. Bakteriyal 
endokardit profilaktikası tövsiyə edilir. 
Transkatater  PDA  bağlanması:İlk  dəfə  1967-ci  ildə  Porstman  tərəfindən  İvalon  tıxac 
istifadə  edilərək  Transkatater  PDA  bağlamışdır.1979-cu  ildə  Rashkind  və  Causo  PDA-nın 
bağlanması  üçün  poliüretan  köpüklü  disk  şəmsiyə  istifadə  etmişdir.Günümüzdə  PDA-nın 
invaziv yolla bağlanmasında müxtəlif özəlliklərə sahib koillər və Amplatzer Duct Occluder 
Device  (  ADOI,  ADOII,  ADOII  additional  sizes)  istifadəsi  daha  əlverişlidir.  Hansı  cihazın 
istifadə  ediləcəyi  qərarı  duktusun  tipinə  görə  verilər(  şəkil  1.1).  Konik  tip  (A1,A2,A3,D) 
duktuslarda koillər və Amplatzer istifadə olunur.Qısa duktuslarda (şəkil 1.1- B) ADOII, mus 
VSD  occluder,  ASD  occluder  istifadə  edilə  bilər.  Tunel  şəkilli  duktuslarda  (şəkil  1.1-C) 
ADOII, Uzun qıvrımlı duktuslarda (şəkil 1.1- E) isə seçim Amplatzerlər və ya koillərdir. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə