Dərslik " " nəşriyyatı baki 2017



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə14/71
tarix02.06.2018
ölçüsü5,01 Kb.
#47151
növüDərs
1   ...   10   11   12   13   14   15   16   17   ...   71

54 
(dobutamin) vurularaq exokardioqrafik olaraq ürəyin divar hərəkət qüsurlarına baxılır.  
Stress-test müayinə üsullarından ən çox istifadə ediləni tredmil ilə aparılan fiziki yük 
sınağıdır. Tredmil-test müayinəsi ucuz və praktik müayinə metodudur. Müayinənin dəqiq 
nəticə verməsi üçün taxikardiya  əleyhinə dərman vasitələri, antianginal müalicə 1-2 gün 
əvvəldən kəsilməlidir. Qaçış zamanı tipik döş ağrısı ilə birgə ST seqmentində 1 mm və ya 
daha çox aşağı yönəlmış və horizontal çökmə varsa, bu, 90% diaqnoz göstəricisidir. 2 mm 
və  daha  çox  ST  seqment  depresiyası  və  klinik  şikayət  varsa  diaqnozu  əminliklə  qoya 
bilərik. Stenokardiya tutmasından tipik şikayəti yoxdursa və ST seqmentinin 1 mm-dən çox 
depresiyası varsa bu 70% doğruluq payına sahibdir. Yox, əgər klinika yoxdursa və 2 mm 
və  ya  daha  çox  ST  seqment  depresiyası  varsa, bu  yenə  də  yüksək  ehtimallı  göstəricidir. 
Müayinəyə başlanan erkən mərhələlərdə ST depresiyası yaranması, bu EKQ dəyişikliyinin 
uzun müddət davam etməsi, qaçışın qısa zaman ərzində dayandırılmağa məcbur olunması 
pis  proqnozdur  və  xəstədə  üç  damar  xəstəliyinə  işarədir.  Əgər  xəstədə  fiziki  aktivlik 
məhdudluğu  varsa,  bu  zaman  “stress  exokardioqrafiya”  adlanan  müayinədən  istifadə 
olunur. Bu iki metod atipik simptomatikalı xəstələrdə və asimptomatik olan şəkərli diabet 
xəstələrində  kontrol  müayinələr  zamanı  koronar  arteriya  patologiyalarını  meydana 
çıxarmaq üçün çox dəyərli müayinə üsullarıdır. 
Exokardioqrafiya. 
ÜİX  diaqnostikasında  və  müalicənin  effektivliyinin 
müəyyənləşdirilməsində istifadə olunan ultrasəs müayinəsidir. Bu müayinə vasitəsilə sağ 
və sol  mədəcik boşluqları, mədəcik  miokardının  sistolik  və diastolik  funksiyaları, qapaq 
morfologiyası  və  funksiyaları,  perikard  boşluğu,  aorta  kökü  dəyərləndirilir.  Stabil 
stenokardiyalı xəstələrin diaqnostikası zamanı exokardioqrafiya müayinəsi normal izlənə 
bilər, ancaq ilk dəfə müayinədə sol mədəcik sistolik funksiyasının pozulması, sol mədəcik 
divar hərəkət qüsurları da izlənə bilər. Sol mədəciyin sistolik funksiyasının göstəricisi olan 
atım fraksiyası (AF) həm müalicənin effektivliyini göstərir, həm də proqnostik göstəricidir.  
Kəskin  koronar  sindromlarda,  xüsusən  STEMİ-də  exokardioqrafik  görüntüləmə 
zamanı  başlanğıcda  normal  divar  qalınlığı  ilə  birgə  hipokineziya  və  akineziya  izlənilir. 
Sonra 4-6 həftə müddətində miokard seqmentləri incəlir. Transmural olmayan infarktlarda 
bu incəlmə daha az olur. STEMİ-lərdə exokardioqrafik müayinə ilə infarktın ağırlaşmaları 
müəyyənləşdirilir və müalicə taktikası seçilir. 
Exokardioqrafiya  ilə  müayinədə  miokardın  17  seqmenti  araşdırılır  və  bu 
seqmentlərdəki  divar  hərəkət  qüsurlarına  görə  hansı  tac  arteriyanın  tutulduğu 
müəyyənləşdirilir.  Seqment  hərəkətləri  normal,  hipokinetik,  akinetik,  diskinetik  olaraq 
dəyərləndirilir. LAD arteriya xəstəliyi zamanı ön septum, ön sərbəst divar, apeksdə hərəkət 
pozğunluğu müşahidə edilir. Hansısa bir diaqonal budaqda lezyon mövcuddursa, bu zaman 
anteriolateral  divar,  əgər  LAD  apeksə  qədər  uzanırsa  alt  və  alt  yan  divarlarda  hərəkət 
məhdudluğu yaranır. Cx arteriya lezyonu zamanı ön yan,arxa yan divarın hərəkət qüsuru 
izlənir. RCA damar lezyonu zamanı isə alt septum, alt sərbəst divar və alt yan seqmentlərdə 
hərəkət  məhdudluğu  yaranır.  Proksimal  RCA  damar  lezyonlarında  sağ  mədəcik  sərbəst 
divar hərəkət məhdudluğu yaranır (şəkil 4). 
Stress  exokardioqrafiya  adlanan  müayinə  üsulu  isə  infarktda  deyil,  gərginlik 
stenokardiyasına şübhə olduqda və yerimə məhdudluğu olan xəstələrə tətbiq edilir. Daha 


55 
çox  intravenoz  dobutamindən  istifadə  edilir.  Aşağı  dozadan  –  5mq/kq/dəq  başlanılır, 
maksimal 40 mq/kq/dəq-yə qədər artırıla bilər. Testi müsbət edən kriteriyalar: ağrı, sinədə 
sıxıntı hissi,  
 
 
Şəkil 4. LAD damar okluziyasına bağlı mədəciklərarası çəpər zirvə nahiyəsinin diskinetik hərəkəti 
(oxlarla) 
 
 
2 və ya daha çox yanaşı seqmentlərdə divar hərəkət pozğunluğu, EKQ-də ST elevasiyası, 
ciddi aritmiyalardır. 
Ürək  KT-müayinəsi  ilə  tac  arteriyaları  qeyri-invaziv  olaraq  dəyərləndirilir.    64  və 
daha  çox  kəsikli  cihazlarla  aparılan  müayinələr    sayə-sində  tac  damar  darlıqlarını 
dəyərləndirmədə həssaslıq 97%, spesifiklik isə 86%-ə çatmışdır. Bu müayinə ilə koronar 
anomaliyalara da dəqiq diaqnoz qoyula bilir. Uyğun xəstə seçimi və optimal müayinə ilə 
ürəyin koronar KT müayinəsinin neqativ proqnoz dəyəri 99%-dir. Müayinə sırasında ürək 
vurğuları  60-70  arasında  olmalıdır,  lazım  gələrsə  bu  hədd  beta-blokatorlar  ilə  təmin 
edilməlidir.  Koronar  damarların  kalsium  dərəcəsinə  görə,  ÜİX  ehtimalı  müəyyən  edilir, 
belə ki kalsium dərəcəsi 400-dən yüksək olan xəstələrin ÜİX olma ehtimalı daha yüksəkdir.  
Təcrübədə  koronar  KT  müayinəsindən  ÜİX  ehtimalı  zəif  olan  xəstələri  müəyyən 
etmək  və  simptomları  ÜİX-ə  uymayan  zəif  risk  qruplu  xəstələri  dəqiqləşdirmək  üçün 
istifadə  olunur.  Ayrıca  invaziv  müayinədən  imtina  edən  xəstələrdə,  həmçinin  AKŞ 
əməliyyatından sonra qreftlərin açıqlığının müəyyənləşdirilməsində də koronar KT invaziv 
angioqrafiyaya alternativ olaraq istifadə olunur (şəkil 5). 


56 
 
 
Şəkil 5. Sağ koronar (RCA) damarına stent qoyulmuş xəstəyə çəkilən koronar KT. 
 
Ürək  MRT-müayinəsi  ÜİX-i  dəyərləndirmədən  daha  çox  aorta,  perikard,  tromb, 
ürəkdaxili törəmələr, anadangəlmə ürək qüsurları, miokard xəstəlikləri haqqında məlumat 
verir.  Ürək  MRT  müayinəsi  ilə  regional  divar  hərəkət  qüsurları,  atım  fraksiyası 
müəyyənləşdirilir. Görüntünün yaxşılaşdırılması üçün kontrast maddə olaraq qadolinium 
istifadə edilir. Ayrıca atım fraksiyası aşağı olan, revaskulyarizasiyadan fayda  görəcəyinə 
tam əmin oluna bilməyən yüksək riskli xəstələrdə MRT müayinəsi vasitəsilə canlı toxuma 
varlığı  araşdırılaraq  revaskulyarizasiya  üçün  qəti  qərar  verilir  (şəkil  6).  Cihazın  və 
müayinənin  bahalı  olması,  müayinə  müddətinin  uzun  çəkməsi,  üzərində  metal  parçası, 
stimulyator  və  defibrilyator  olan  xəstələrdə  müayinənin  aparıla  bilinməməsi  MRT 
müayinəsinin ÜİX-in diaqnostikasında istifadə edilməsini məhdudlaşdıran əsas amillərdir. 
 
 
 
Şəkil 6. Ön divar infarktı keçirmiş xəstənin SPECT və MRT müayinəsində  
zirvə və ön divar nahiyəsində çapıq toxuması (oxlarla). 
Koronar  angioqrafiya  –  ÜİX  diqnostikasında  ən  dəyərli  və  dəqiq  müayinə 
metodudur.  İlk  dəfə  1967-ci  ildə  Judkins  tərəfindən  aparılan  bu  müayinə  getdikcə 
təkmilləşmiş  və  bu  günhər  yerdə  rahatlıqla  aparıla  bilən  invaziv  müayinə  metoduna 
çevrilmişdir. İstifadə olunan kateterlərin təkmilləşdirilməsi, daha da incəldilməsi, kontrast 
maddələrə  bağlı  yan  təsirlərin  azaldılması  (allergik  reaksiyalar,  kontrast  nefropatiya) 
sayəsində  bu  gün  koronar  angioqrafiya  aparıcı,  təkmilləşmiş  mərkəzlərdə  rahatlıqla  icra 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə