Dərslik " " nəşriyyatı baki 2017



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə17/71
tarix02.06.2018
ölçüsü5,01 Kb.
#47151
növüDərs
1   ...   13   14   15   16   17   18   19   20   ...   71

62 
3 – Getdikcə artan, daha da şiddətlənən  (kreşendo) ağrı.  
Bir çox hallarda bu şəkildə ağrısı olan xəstələrin laborator analizləri zamanı CK-MB 
fraksiyası, Troponin T və ya I yüksəlir ki, bu isə miokard nekrozunun göstəricisidir. Bu 
zaman xəstəyə NSTEMİ diaqnozu qoyulur. 
 
Braunvald klassifikasiyası 
Ağrının 
şiddətinə görə: 
Klinik 
vəziyyətinə görə: 
Antiişemik 
müalicəyə nəzərən: 
EKQ dəyişik-
liklərinə görə: 
1.Yeni başlamış 
angina.İstirahətdə ağrı 
yoxdur. 
A. Birincili angina –
miokardial işemiyanı 
şiddətləndirən 
vəziyyətin mövcud-
luğu zamanı 
1.Xəstədə gərginlik 
stenokardiyası 
mövcuddur, lakin heç 
bir antiişemik 
müalicə aparılmayıb. 
1.ST-T seqment 
dəyişikliyi 
mövcuddur. 
2.Son 1 ay ərzində 
olan ağrı.Lakin son 48 
saatda nə istirahətdə, 
nə də fiziki aktivlikdə 
ağrı yoxdur. 
B.Ekstrakardiyak  
səbəb yoxdursa 
formalaşan 
2.Xəstədə gərginlik 
stenokardiyası 
mövcuddur və 
dərman müalicəsi 
almaqdadır. 
2.ST seqment 
dəyişikliyi 
yoxdur. 
3. Son 48 saatda 
yaranan ağrı.Həm 
istirahət,həm də fiziki 
aktivlik zamanı ağrı. 
C. Kəskin miokard 
infarktından sonrakı 
2 həftə ərzində 
formalaşan 
3.Xəstə maksimal 
antiişemik müalicə 
alan müddətdə 
yaranan QSS. 
 
Klinika – QSS/NSTEMİ zamanı ağrının xarakteri haqqında yuxarıda bəhs edilmişdir. 
Digər simptomlar – tərləmə, soyuq dəri, sinus taxikardiyası, üçüncü və ya dördüncü ürək 
tonu,ağciyər  müayinəsi  zamanı  aşağı  paylarda  yaş  xırıltı  eşidilməsidir.  Bəzi  hallarda 
şiddətli hipotoniya yaranır. EKQ-də  ST depresiyası və T dalğa dəyişiklikləri görünə bilər. 
Yeni  yaranmış  ST  depresiyası  spesifik  əlamətdir.  Əgər  ST  depresiyası    0,1  mV-dan 
çoxdursa  əhəmiyyətlidir.  Ən  pis  proqnoz  keçici  ST  elevasiyasının  izlənməsidir.  T  dişi 
dəyişikliyi isə 0,3 mV-dan böyük olmadıqda spesifik deyil.                                                             
Klinik dəyişikliklərə görə, yüksək risk qrupuna aid xəstələr aşağıdakılardır: 
1. Anamnezinə görə: yaşı 70-dən yuxarı, şəkərli diabet mövcudluğu, miokard infarktı 
keçirmiş, periferik damar xəstəliyi, serebrovaskulyar xəstəliyi olanlar.  
2. Xəstənin klinik dəyərləndirilməsi zamanı: Braunvald  II sinif və ya III, həmçinin  
Braunvald    A  və  C  qrup.Klinikaya  müraciət  zamanı  xəstədə  hipotoniya, 
ÜQDÇ,ventrikulyar aritmiyaların mövcudluğu.   
3. 
EKQ-də 
0,05 
mV 
və 
daha  artıq  ST  seqment  dəyişiklikliyi,  
0,3  mV və daha çox T dişi dəyişiklikliyi,sol tam blok mövcudluğu.        
4.  Laborator  qan  analizləri:  nekroz  göstəricisi  kimi  troponin,  hemodinamik  stressin 
nəticəsi olaraq  BNP, NT-proBNP, vaskulyar zədələnmə ilə bağlı  kreatin klirensi – CRCL, 
mikroalbuminuriya,  şəkərli  diabet  və  ateroskleroz  göstəricisi    kimi  Hb  A1c  və  qanda 
şəkərin səviyyəsi, iltihab göstəricisi kimi isə CRP, CD
40
L, leykosit səviyyələrinin artması.                                   
5. İntrakardiak tromb mövcudluğu, üç damar xəstəliyi, atım fraksiyasının azalması. 
 
Gərginlik stenokardiyası 


63 
 
Bu  xəstəlik  adətən  gəzərkən  (daha  nəzərəçarpan  dərəcədə  yoxuş  çıxdıqda  və  qida 
qəbulundan  dərhal  sonrakı  dövrdə)  sinədə  yanma,  göynəmə,  sıxılma,  təzyiq  hissi  kimi 
simptomlarla  özünü  biruzə  verir.  Mental  və  fiziki  stress  də  stenokardiyanınyaranma 
amiliola bilər. Stress zamanı qanda artmış katexolaminlər koronar arteriyaların spazmına, 
qan  təzyiqinin  yüksəlməsinə,  miokardın  yığılma  qüvvəsinin  artmasına  və  nəticədə 
miokardın oksigenəolan tələbatının artmasına gətirib çıxarır.  
Daha az hallarda stenokardiyanın ekvivalentləri: təngnəfəslik, huşun itirilməsi və tez 
yorulma  baş  verir.  Təngənəfəsliyin  səbəbi   sol  mədəciyin  işemiyasına  bağlı  sistolik  və 
diastolik disfunksiyası, tez yorulmanın səbəbi isə sol mədəciyin işemiyasına bağlı sistolik 
disfunksiyasıdır. Hər iki halda periferiyaya atılan qanın miqdarı azaldığından simptomlar 
ortaya  çıxır.  Koronar  arteriyalarda  yaranmış  ciddi  darlıqlar  səbəbiylə  miokardın  qanla 
təminat  və  tələbatı  arasında  tarazlıq  pozulduğundan  gərginlik  stenokardiyası  meydana 
çıxır. Stenokardiya adətən istirahətlə 3-5 dəqiqəyə keçir. Bəzən soyuq hava, siqaretçəkmə 
də gərginlik stenokardiyasının yaranma səbəbi ola bilər.  
Kanada  Kardiovaskulyar  Birliyinin  təsnifatına  əsasən,  gərginlik  stenokardiyası  4 
qrupa ayrılmışdır: 
1.
 
Şikayətlər ancaq ağır fiziki yük sonrası meydana çıxır. 
2.
 
Yoxuş yuxarı çıxmaq kimi ağır fiziki yükdə nisbi azalma müşahidə olunur. 
3. Gündəlik fiziki fəaliyyətlər zamanı şikayətlər əmələ gəlir. 
4. Sakitlikdə şikayətlər vardır. 
Prinsmetal stenokardiya – bu stenokardiya növü ağrı, keçici ST-elevasiyası ilə özünü 
göstərir.  Səbəb  olaraq  koronar  arteriya  xəstəliyi  bildirilmişdir.  Ağrı  səbəbilə  invaziv 
müdaxiləyə  məruz  qalan  xəstələrin  1,5-2,0  %-də  müşahidə  olunur.  Spazm  nahiyəsində 
ciddi koronar darlıq, minimal darlıq və ya normal koronar arteriyalar aşkarlana bilər. 
 
 
ÜİX-in MÜALİCƏSİ 
 
Gərginlik stenokardiyası 
 
Gərginlik stenokardiyasında müalicənin əsas məqsədi simptomları aradan qaldırmaq 
və gələcəkdəki koronar hadisələri azaltmaqdır. Bu xəstələrdə həyat tərzinin dəyişdirilməsi, 
risk faktorlarının modifikasiyası, farmakoloji müalicə və koronar revaskulyarizasiya birgə 
aparılmalıdır.  
1.
 
Həyat tərzi dəyişiklikliyi və risk faktorlarının modifikasiyası 
Həyat  tərzi  dəyişikliyi  və  risk  faktorlarının  modifikasiyası  xroniki  gərginlik 
stenokardiyasının müalicəsinin bir parçasıdır. Həm simpatik, həm də parasimpatik təsirləri 
ilə yanaşı mexaniki və farmakoloji müalicəni asanlaşdırırlar.  
a.
 
Siqaretçəkmə 
İNTERHEART  tədqiqatına  əsasən  miokard  infarktı  üçün  bütün  risklərin  1/3-ni 
siqaretçəkmə  yaradır  və  bütün  coğrafi  ərazilərdə  eyni  dərəcədə  keçərlidir.  Siqaretin 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə