Dərslik " " nəşriyyatı baki 2017



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə13/71
tarix02.06.2018
ölçüsü5,01 Kb.
#47151
növüDərs
1   ...   9   10   11   12   13   14   15   16   ...   71

51 
(atorvastatin,  rozuvastatin)  qanda  ümumi  xolesterol  və  ASLP  xolesterolun  səviyyəsini 
aşağı  salır.  Beləliklə,  statinlər  ÜİX-ə  bağlı  ağırlaşmaların  və  simptomların  təkrarlama 
tezliyini azaldırlar. 
Hipertoniya – ÜİX, insult, ürək çatışmazlığı, böyrək çatışmazlığı və periferik arteriya 
xəstəliyinə  birbaşa  səbəb  olan  ciddi  və  ən  geniş  yayılmış  risk  faktorudur.  Arterial  qan 
təzyiqinin  normadan  yüksək  (140/90  mmHg-dən  çox)  olduğu  insanlarda  ürək-damar  və 
beyin  qan  dövranı  pozulmalarıdaha  çox  müşahidə  olunur.  Hipertoniyaxəstəliyinin 
rastgəlmə tezliyi yaşla birlikdə artır. Belə ki, 60 yaşdan yuxarı populyasiyada 65%-ə qədər 
rast gəlinir. Farmakoloji və qeyri-farmakoloji (duz diyetası, sağlam həyat tərzi) tədbirlərlə 
arterial  qan  təzyiqinin  normallaşdırılması,  ÜİX  və  beyin  qan  dövranı  xəstəliklərinin 
qarşısının alınmasında ən effektli vasitələrdən biri hesab olunur. 
Siqaretçəkmə - Aktiv və ya passiv (siqaret tüstüsünə məruz qalan) siqaret çəkənlərdə 
ÜİX-dən ölənlərin sayı ağciyər xərçəngindən ölənlərdən 10 dəfə çoxdur. Tütün və siqaret 
ürək-damar sisteminə çoxşaxəli təsir edir. Damarın endotel qişasının funksiyasını pozur, 
trombositlərin aqreqasiyasını artırır, laxtalanma kaskadını aktivləşdirir, damar divarındakı 
iltihabi reaksiyanı sürətləndirir, aterosklerotik düyünün stabillyini pozaraq zədələnməsinə 
səbəb olur. Siqaret çəkənlərdə nəinki birincili ÜİX klinikasına, hətta infarktdan sonra da 
siqaret  çəkənlərdə  təkrari  infarkt  və  ölüm  hallarına  daha  çox  rast  gəlinir.  Siqaretin 
tərgidilməsi  ilə  onun  mənfi  təsirlərinin  (endotel  disfunksiyası,  trombosit  aqreqasiyası) 
zamanla  aradan  qaldırılması  mümkündür.  Ən  az  3  il  siqaret  çəkmədikdən  sonra,  həmin 
şəxsin infarktkeçirmə riski siqaret çəkməyən insanla eyniləşir.  
 
ÜİX riskinin hesablanması 
 
Ateroskleroz  və  risk  faktorlarının  qarşısının  vaxtında  alınması  ÜİX-in  birincili 
profilaktikasının  əsasını  təşkil  edir.  Risk  faktorlarına  görə  ÜİX-ə  tutulma  ehtimalını 
əvvəlcədən  müəyyən  etmək  və  qabaqlayıcı  tədbirlər görmək  olar.  Bunun  üçün  müxtəlif 
zamanlarda  fərqli  risk  hesablama  cədvəlləri  tərtib  olunmuş  və  praktikada  istifadə 
olunmuşdur.  Bu  cədvəllərdən  ən  geniş  istifadə  olunanı,  risk  faktorlarına  görə  ÜİX 
ehtimalını  ən  dəqiq  hesablayanı  Framinqam  risk  cədvəlidir.  Framinqam  risk  cədvəlində 
yaş, cinsiyyət, ümumi xolesterol, HDL(YSLP) xolesterol, siqaretçəkmə, sistolik qan təzyiqi 
kimi parametrlər nəzərə alınaraq, xəstənin 10 illik müddətdə ÜİX və miokard infarktına 
tutulma riski hesablanır. Risk hesablama cədvəlinə görə, xəstələr üç qrupa ayrılır – yüksək, 
orta və aşağı. Yüksək risk qrupuna 10illik ÜİX və miokard infarktına tutulma riski 20 %-
dən çox, orta risk qrupuna 10-20% arası, aşağı risk qrupuna isə 10%-dən az olan xəstələr 
aid edilir. Bu risk cədvəlinə görə, yüksək risk qrupuna aid şəxslər ciddi şəkildə birincili 
qorunma  tədbirlərinihəyata  keçirməlidirlər  (sağlam  və  aktiv  həyat  tərzi,  siqaretin 
tərgidilməsi,  çəkinin azaldılması).  Eyni  zamanda lipid  mübadiləsinin normallaşdırılması 
(statin və fibratlarla müalicə), arterial hipertenziyanın nəzarətə alınması və ÜİX-in erkən 
diaqnostikası üçün instrumental müayinələr (EKQ, exokardioqrafiya, tredmil testi, koronar 
angioqrafiya)  həyata  keçirilməlidir.  Orta  və  aşağı  risk  qrupuna  aid  şəxsləri  isə  birincili 
profilaktika tədbirlərinə qoşmaq və risk faktorlarını nəzarətə almaq lazımdır. 


52 
 
 
ÜİX-in DİAQNOSTİKASI 
 
ÜİX-in diaqnostikasında istifadə olunan üsullar aşağıdakılardır: 
1.
 
Klinik müayinə; 
2.
 
Elektrokardioqrafiya; 
3.
 
Stress -test sınaqları; 
4.
 
Exokardioqrafiya; 
5.
 
Miokard perfuziya sintiqrafiyası; 
6.
 
KT; 
7.
 
MRT; 
8.
 
Koronar angioqrafiya. 
 
Elektrokardioqrafiya  (EKQ).  Stabil  stenokardiyalı  xəstələrin  elektrokardioqramı 
adətən normal olur. Bəzən əvvəllər keçirilmiş miokard infarktı, intraventrikulyar keçiricilik 
pozulmalarının əlamətləri müşahidə edilə bilər. Yalnız ağrı zamanı EKQ-də ST depresiyası 
və T dişciyinin mənfiliyi izlənə bilər. Ağrı keçdikdən sonra bu dəyişikliklər geriləyir.  
QSS/NSTEMİ-li xəstələrin EKQ-sində ST depresiyası və T dişciyi dəyişiklikləri ola 
bilər. Yeni yaranmış ST depresiyası spesifik əlamətdir. Əgər ST depresiyası 0,1 mV-dan 
çoxdursa,  əhəmiyyətlidir.  Ən  pis  proqnoz  keçici  STelevasiyasının  izlənməsidir.  T  dişi 
dəyişikliyi isə 0,3 mV-dan böyük olmadıqca, spesifik deyil. 
Aşağı  divar  miokard  infarktı  zamanı  D
2
,D
3
,  aVF  aparmalarında  ST  elevasiyası, 
resiprok  olaraq  ön  divarda  ST  depresiyası  izlənilir  (şəkil  2).  Ön  divar  miokard  infarktı 
zamanı isə V
1
-V
6
 aparmalarında ST elevasiyası və arxa divarda resiprok ST  depresiyası 
izlənir (şəkil 3).  Ümumilikdə  
 
 
Şəkil 2. Aşağı divarın infarktı - D
2
, D
3
, aVF-də ST seqment elevasiyası (göy oxlar)  
və D
1
, aVL-də resiprok ST depresiyası. 


53 
 
 
 
 
 
 
Şəkil 3. Ön divarın infarktı - D
1
,aVL, V
1
-V
4
-də ST seqment elevasiyası (yaşıl oxlar)  
və D
2
, D
3
, aVF-də ST depresiyası. 
 
 
isə V
1
-V

aparmaları septum, V
3
-V
4
 aparmaları apeks, V
5
-V
6
 aparmaları isə lateral divar 
göstəricisidir.Əgər xəstədə lateral divar miokard infarktı mövcuddursa, D
1
,D
2
, aV
L
 ,V
5
-V
6
 
aparmalarında  ST  elevasiyası  gözlənilir.  Xəstədə  arxa  divarın  infarktı  varsa,  bu  zaman 
təcrid olunmuş şəkildə V
1
-V
3
 aparmalarında resiprok ST depressiyası və R>S qeyd olunur. 
Sağ  mədəcik  infarktı  zamanı  EKQ-də  V
1
,V
3
R-V
6
R  aparmalarında  ST  elevasiyası 
xarakterikdir. Nadir hallarda V
2
 və V
3
 aparmalarında ST elevasiyası qeyd olunur. Bir neçə 
saat keçdikdənsonra R dişinin voltajı azalır, dinamikada patoloji Q dişi meydana gəlir, ST 
elevasiyası  R  dişinin  kiçilməsinə  bağlı  geriləyir  və  T  dişi  mənfiləşməyə  başlayır. 
Yarımkəskin dövr adlananbu mərhələdə xəstənin şikayətləri azalır. 4-6 həftə sonra ST ele-
vasiyası tamamilə geriləyir, Q dişi tam formalaşır və T dişciyinin mənfiliyi davam edir; bu 
isə  xronik  dövr  adlanır.  Uzun  müddət,  xüsusən  də  ön  divarda  ST  seqmentində 
elevasiyasının davam etməsi anevrizma əlamətidir. 
Stress-test  sınaqları  –  simptomların  işemiya  ilə  əlaqəsini  göstərməyə  kömək  edir. 
Stress-test  üsullarını  xəstələrdə  tredmil,  veloerqometriya,  exokardioqrafiya  və  dərmanlı 
stress-testlərlə  icra  etmək  mümkündür. Tredmil  və  veloerqometrik  stress-testlər  zamanı 
xəstəyə fiziki yük verilərək elektrokardioqrafik dəyişikliklər və xəstənin şikayətləri dəyər-
ləndirilir. Stress exokardioqrafiya ilə xəstəyə fiziki yük verilir və exokardioqrafik olaraq 
ürəyin  divar  hərəkət  qüsurları  dəyərləndirilir.  Dərmanlı  stress  exokardioqrafiya  zamanı 
xəstəyə  venadaxili  olaraq  ürəyin  yığılmasını  artıran  simpatomimetik  preparatlar 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə