Dərslik " " nəşriyyatı baki 2017



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə12/71
tarix02.06.2018
ölçüsü5,01 Kb.
#47151
növüDərs
1   ...   8   9   10   11   12   13   14   15   ...   71

49 
(təkrarlanan stenokardiya, miokard infarktı) 6 qat artırır. 
CRP  zülal  səviyyəsinin  azaldılması  üçün  xüsusi  preparat olmamasına  baxmayaraq, 
AÇF inhibitorları, statinlər, niasin CRP səviyyəsini azaltmaq xüsusiyyətinəmalikdirlər.  
Düyününtamlığının pozulması. Aterosklerotik düyününtamlığının pozulması damar 
mənfəzində  qan  axınını  pozaraq  həyatı  təhlükə  altına  salan  hadisələrlə  nəticələnə  bilər. 
Düyünün tamlığının pozulması iki cür baş verir: fibroz kapsulanın yırtılması və endotelin 
eroziyası.  
Fibroz kapsulanın yırtılması nəticəsində düyünün trombogenik ekstrasellular matriksi 
və  toxuma  faktorları  ilə  zəngin  lipid  özəyi  qanla  təmas  edir.  Bu  isə  damar  mənfəzində 
trombositlərlə zəngin tromb kütləsinin əmələ gəlməsinə səbəb olur.Düyünün yırtılmasının 
səbəbi  makrofaqlardan  sintez  olunan  kollagenaza,  gelatinaza  kimi  qoruyucu  interstisial 
matriks komponentlərini deqradasiya edən fermentlərdir. Bu prosesi induksiya edən digər 
amillərisə:  stress,  koronar  vazomotor  tonus,  taxikardiya  (gərginlik  və  kompressiya 
səbəbilə),  yüksək  arterial  təzyiq,  qan  qatılığı  (özüllüyün  artması)kimi  fiziolojik 
parametrlərdir. 
Daha  az  hallarda  endotel  eroziyası  bu  proseslərə  başlanğıc  verir.  Kəskin  koronar 
sindromların 30%-indən endotel eroziyası cavabdehdir. Bunların nəticəsində aktivləşmiş 
trombositlər laxtalanma kaskadını başladaraq damar mənfəzinin qapanmasına səbəb olur. 
Lakin  bu  hadisələr  hər  zaman  damar  mənfəzinin  tıxanması  ilə  nəticələnmir.  Bu  zaman 
üzərinə tromb çökmüş intimanın üzərində yeni kapsul yaranır və düyün stabil vəziyyətə 
gəlir.  Belə  ki,  damar  mənfəzinin  ciddi  daralmasına  səbəb  olanaterosklerotik  düyünlərin 
histoloji  müayinəsində  70%  hallarda  subklinik  düyün  yırtılmasının  və  sağalmasının 
əlamətləri aşkarlanır.  
 
 
ÜRƏYİN İŞEMİK XƏSTƏLİYİ 
 
Ürəyin  İşemik  Xəstəliyi  (ÜİX)  zamanı  tac  damarların  mənfəzinin  daralması  ürək 
əzələsinin  qanla  və  oksigenlə  təchizatının  pozulmasına  gətirib  çıxarır.  Ürəyin  işemik 
xəstəliyinin ən çox (95 % hallarda) təsadüf edilən səbəbi – aterosklerozdur. Aterosklerozla 
əlaqədar  olmayan  (nonaterogenik)  səbəblərə  isə  qranulomatoz  (Takayasu  xəstəliyi), 
revmatoid  arterit,  mukokutanoz  limfa  düyünü  (Kavasaki  sindromu)  nəticəsi  olan  arterit, 
yatrogen, radioterapiya zamanı əmələ gələn koronar arteriya divarı travmaları, amiloidoz, 
Fabri sindromu kimi bir çox metabolik xəstəliklərin intimada proliferasiya yaratması, eyni 
zamanda  Prinsmetal  stenokardiya,  aorta  disseksiyası,  koronar  arteriya  disseksiyası, 
həmçinin koronar arterial emboliya, anadangəlmə koronar anomaliyalaraiddir. 
Epidemiologiyası.  Framinqam  Ürək  Çalışmasının  (Framingham  Heart  Study) 
nəticələrinə görə, 40 yaşından yuxarı kişilərdə ömürboyu simptomatik ÜİX əmələ gəlmə 
riski  49  %,  qadınlarda  isə  32%  olmuşdur.  2001-ci  ilin  hesabatına  görə,  ürək-damar 
xəstəliklərindən ölənlərin 54%-i ÜİX ilə əlaqədar olur. ÜİX inkişaf etmiş ölkələrdə geniş 
yayılmışdır. Gələcəkdə əhalinin daha da yaşlanması, həyat müddətinin uzanması, siqaret-
çəkmə, piylənmə, oturaq həyat tərzi, şəkərli diabet kimi risk factorlarının daha da artması 


50 
nəticəsində  ÜİX  və  ona  bağlı  ölümlərin  daha  da  artacağı  ehtimal  olunur.  Ümumdünya 
Səhiyyə  Təşkilatı  ÜİX  səbəbli  ölümlərin  2002-ci  ildə  7,1  milyondan  2020-ci  ildə  11,1 
milyona yüksələcəyini proqnozlaşdırmışdır.  
Son  hesablamalara  görə,ABŞ-da  hər  il  1,7  milyon  insan  kəskin  koronar  sindrom 
diaqnozu  ilə  xəstəxanaya  müraciət  edir.  Bu  müraciətlərin  1/4  hissəsini  ST-elevasiyalı 
miokard  infarktı  (STEMİ),  3/4  hissəsini  isə  qeyri-stabil  stenokardiya  (QSS)  və  ST-
elevasiyasız miokard infarktından (NSTEMİ) ibarət qrup təşkil edir. Son 20-30 ilin statistik 
göstəricilərinə görə, kəskin koronar sindromları arasında ST-elevasiyalı Mİ-nin payı azalsa 
da, QSS və ST-elevasiyasız Mİ-nin artması nəticəsində populyasiyada ÜİX-nin rastgəlmə 
tezliyi dəyişməmişdir.  
Risk faktorları 
 
Aparılan müxtəlifklinik tədqiqatlar ÜİX-nin inkişafında əhəmiyyətli rol oynayan bir 
sıra risk faktorlarını müəyyən etmişdir. Onlara hiperlipidemiya, siqaretçəkmə, hipertoniya, 
1-ci və 2-ci tip şəkərli diabet, piylənmə, yaşlanma və kişi cinsiyyətinin olması aiddir. Risk 
faktorları öz aralarında dəyişdirilə bilən vədəyişdirilə bilməyən risk faktorlarına bölünür. 
Dəyişdirilə  bilən  risk  faktorlarına  siqaretçəkmə,  hiperlipidemiya,  piylənmə  aiddir. 
Dəyişdirilə bilməyən risk faktorlarına isə şəkərli diabet, hipertoniya xəstəliyi, yaşlanma və 
kişi cinsiyyətinə mənsubolma aiddir. Premenopauzal qadınlarda ürəyin işemik xəstəliyinə 
kişilərə nisbətən 5 dəfə daha az rast gəlinir. Postmenopauza dövründə isə risk demək olar 
ki, qadınlar və kişilər arasında bərabərləşir. Bu da hormonal fonun qadınlarda qoruyucu 
xüsusiyyət daşıdığını göstərir. Lakin postmenopauza dövründə qadınlarda estrogen tərkibli 
preparatların qəbulu bu riski azaltmır.  
Şəkərli diabet– I tip şəkərlidiabet olan xəstələrdə həyatın 3 və 4-cü onilliyində ÜİX 
simptomları özünü göstərir və 55  yaşına qədər bu  xəstələrin 35%-ə  yaxını  itirilir.  II  tip 
diabetli xəstələrdə ÜİX-ə normal populyasiyadan 2-4 dəfə çox rast gəlinir. Maraqlıdır ki, 
qadınlarda menopauza dövrünəqədərki müddətdə olan qoruyucu təsir diabetli xəstələrdə 
müşahidə edilmir. ST yüksəlməsiz (elevasiyasız) miokard infarktlı xəstələrin 20-25 %-də 
şəkərli  diabet  vardır.  Diabetli  xəstələrdə  infarkt  nəticəsində  ölüm  faizi  diabeti 
olmayanlardan  1,5-2  dəfə  çoxdur.  Son  tibbi  araşdırmalar  nəticəsində  şəkərli  diabet  ÜİX 
üçün ən ciddi risk faktoru hesab edilir və şəkərli diabet olan xəstələrə ÜİX ekvivalenti kimi 
yanaşmaq tövsiyə olunur. 
Piylənmə  və  metabolik  sindrom  –  Oturaq  həyat  tərzi,  karbohidratlarla  və  yağla 
zəngin olan qidaların həddindən artıq qəbulu nəticəsində yaranan bu xəstəliklər ürək-damar 
xəstəlikləri  üçün  ciddi  bir  risk  faktorudur.  Metabolik  sindromu  olan  istər  kişi,  istər  də 
qadınlarda ÜİX və ona bağlı ölümlərə, metabolik sindromu olmayanlardan 3 dəfə çox rast 
gəlinir.  
Hiperlipidemiya - Lipid mübadiləsinin pozulması aterosklerozun başlıca təkanverici 
faktorlarındandır.  Aparılmış  epidemioloji  tədqiqatlarda  yaş  artdıqca  lipid  mübadiləsinin 
daha  da  pozulması  və  bununla  əlaqədar  ÜİX-in  rastgəlmə  tezliyinin  daha  da  artması 
müşahidə olunur. Qanda istər ASLP (LDL) xolesterolun, istər də triqliseridlərin səviyyə-
sinin  yüksəlməsi  ÜİX  riskini  artırır.  Statinlər  qrupundan  olan  dərman  preparatları 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə