Dərslik " " nəşriyyatı baki 2017



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə16/71
tarix02.06.2018
ölçüsü5,01 Kb.
#47151
növüDərs
1   ...   12   13   14   15   16   17   18   19   ...   71

60 
nisbətən yüngülləşir. Həm angina pektoris, həm də STEMİ ağrısının işemik, lakin nekrotik 
olmayan miokard içindəki sinir uclarının oyanması ilə yarandığı düşünülür.  
Bəzən, xüsusilə yaşlı xəstələrdə, halsızlıq, ürəkgetmə, tərləmə, ürəkbulanma, qusma 
kimişikayətlərözünü göstərir. Son 2 şikayət çox güman ki, Bezold-Jarisch refleksinin bir 
hissəsi olaraq sol mədəcik reseptorlarının oyanması və ya vaqal tonusun aktivləşməsi ilə 
ortaya  çıxır.  Bunlar  da,  yuxarıda  qeyd  etdiyimiz  kimi,  daha  çox  inferior  divar  miokard 
infarktlarında  rast  gəlinir.  Bəzi  hallarda,  adətən  şəkərli  diabet,  yüksək  arterial  təzyiqli 
xəstələrdə heç bir şikayət olmur. Yalnız EKQ və digər müayinələrlə infarkt təsdiqlənir. Bu 
hal  “səssiz işemiya”  adlanır. STEMİ xəstələrinin üz ifadəsi narahat, təşvişli olur. Sanki 
nədənsə qorxurmuş kimi və heç bir halda rahatlıq tapmırlar. Adətən ağrını yumruqlarını 
döş sümüyünə sıxaraq ifadə edirlər ki, bu da Levine əlaməti adlanır.  
Fiziki müayinədə nəbz bradikardiyadan taxikardiyaya qədər dəyişir. Ağrı və şikayətlər 
kəskinləşdikdə taxikardiya artır. Arterial təzyiq dəyişkəndir. Taxikardiya səbəbilə azalmış 
atım həcmi sistolik təzyiqi aşağı salır, diastolik təzyiq isə qalxa bilər. Əgər xəstə kardiogen 
şok  vəziyyətindədirsə,  sistolik  təzyiq  90  mmHg-dən  aşağı  düşür  və  nəticədə  orqanların 
hipoperfuziyası  meydana  çıxır.Ümumiyyətlə,  hipotoniya  və  bradikardiya  parasimpatik 
sinir  aktivasiyası  ilə  əlaqəli  inferior  divar  miokard  infarktlarında,  simpatik  sinir  sistemi 
aktivasiyası ilə bağlı isə anterior divar miokard infarktlarında taxikardiya və hipertoniyaya 
rast gəlinir.  
Laborator analizlər - Laborator analizlərdən CK-MB fraksiyası, mioqlobin, troponin 
izomerləri  dəyərləndirilir.  Mioqlobin  ilk  olaraq  infarktın  1-4-cü  saatı  ərzində  yüksəlir. 
Sidik  vasitəsilə  asanlıqla  orqanizmdən  xaric  olunur.  Lakin  spesifik  deyil.  CK-MB 
fraksiyası ikinci saatdan sonra qanda aşkarlanmağa başlayır. Lakin bu da spesifik deyil. 
Çünki  atletlərdə,  bir  çox  əzələ  xəstəliklərində,həmçinin  miokardit,  travma,    cərrahi 
əməliyyatlar  zamanı  da  yüksələ  bilər.  Kardiyak  spesifik  troponinlərin  artması  miokard 
infarktında  daha  dəqiq  göstəricidir.  Troponin  I  fraksiyası  infarktın  3-cü  saatından 
başlayaraq  artır.  İlkin  dönəmdə  qanda  aşkarlanan  cüzi  troponin  dağılmış  hüceyrə 
sitoplazmasındakı  sərbəst  troponindir.  Sonrakı  saatlarda  isə  aktin-miozin  birləşməsinin 
parçalanması nəticəsində meydana gələn troponin I-dir. Troponinin səviyyəsi uzun müddət, 
infarktdan sonrakı 7-10 gün ərzində yüksək qalır.  
Miokard infarktının ağırlaşmaları  - Kəskin Mİ-də ölüm, birinci olaraq, ciddi sol 
mədəcik  çatışmazlığı  nəticəsində  yaranan  qan  dövranı  pozğunluğundan  və  infarktın 
ağırlaşmalarından meydana gəlir. Mİ-nın ağırlaşmaları mexaniki, aritmik, işemik, embolik 
və iltihabi olmaqla 5 qrupa bölünür. 
Mexaniki  ağırlaşmalara  mədəciklərarası  çəpərin  və  sərbəst  divarın  cırılması, 
papilyar(məməvari)  əzələnin  yırtılması,  mədəcik  anevrizmaları,  sol  mədəciyin  pompa 
çatışmazlığı, sağ mədəciyin çatışmazlığı və kardiogen şok daxildir.  
Mədəciklərarası  çəpərin  yırtılması  (VSR  –  ventricular  septal  rupture)  əsasən 
trombolitik müalicə tətbiq edilməyən dövrdə rast gəlinirdi (1-2%). İndiki dövrdə təxminən 
0,2%  hallarda  təsadüf  edilir.  Əsasən  yayılmış  ön  divar  infarktlarında  rast  gəlinir.  İlk  24 
saatda  və  əsasən  2-5-ci  günlərdə  görünür.  Hemodinamikanın  anidən  pozulması  və  ya 
getdikcə pisləşməsi, ürək çatışmazlığı şikayətləri meydana gəldikdə və müayinədə zirvə və 


61 
5-ci nöqtədə ciddi sistolik küyün eşidilməsi VSR şübhəsini artırır. Müalicəsi – təcili cərrahi 
əməliyyatdır. 
Mitral  çatışmazlıq  –  kəskin  infarktların  13-45%-də  yüngül  və  orta  dərəcədə  rast 
gəlinir.  İşemik  mitral  çatışmazlığı  xəstənin  sağqalmasını  göstərən  əsas  faktorlardandır.  
Ciddi  mitral çatışmazlıq isə papilyar əzələ və xordaların yırtılması ilə baş verir. Xəstənin 
bir anda kəskin ürək çatışmazlığına səbəb olur. Əsasən arxa divar infarktlarında rast gəlinir. 
Fiziki  müayinədə  apikal  və  qoltuqaltına  yayılan,  yeni  yaranmış  küy  mitral 
çatışmazlığaişarədir. 
Sərbəst  divarın  yırtılması  -  kəskin  infarktlarda  ölümlərin  10%-nin  səbəbidir. 
Xəstələrin  yarısında  ilk  5  gündə  rast  gəlinir.  Yarımkəskin  gedişdə  xəstədə  hipotoniya, 
bradikardiya,  vidaci  vena  dolğunluğu  kimi  əlamətlər  üzə  çıxır.  Bu  xəstələrdə 
exokardioqrafiya ilə perikard boşluğunda maye və tamponad əlamətləri izlənir. 
Sol mədəciyinçatışmazlığı və kardiogen şok geniş miokard sahəsini tutan infarktlarda 
əmələ gəlir. Kiçiksahəli miokard infarktında sol mədəciyin müəyyən bir sahəsinin hərəkət 
qabiliyyəti pozulsa da, vurğu gücünə təsir etmir. Əvvəldən Mİ keçirən, yaşlı, qadın cinsi, 
diabet və ön divarın yayılmış infarktı olan xəstələrdə pompa çatışmazlığı və kardiogen şok 
əmələ gəlmə riski daha yüksəkdir. Bu cür xəstələrdə daha çox üç damar xəstəliyi olur. Sol 
mədəcik  pompa  yetərsizliyi  və  kardiogen  şoka  girən  xəstələrin  30  günlük  təqibdə  ölüm 
nisbəti  50-80  %  arasında  dəyişir.  Kardiogen  şok  tablosunda  olan  xəstələrdə  pompa 
yetərsizliyindən əlavə digər səbəblər (sağ mədəcik infarktı, mədəciklərarası və sərbəst divar 
yırtılması,  perikard  tamponadı,  pulmonar  emboliya,  kəskin  mitral  çatışmazlıq,  aortanın 
disseksiyası) də nəzərdə tutulmalıdır. 
Sağ mədəcik çatışmazlığı – arxa divar infarktı ilə birlikdə sağ mədəcik infarktının əsas 
ağırlaşmasıdır.  Ciddi  hipotoniya,  taxikardiya  vəziyyətində  xəstənin  vəziyyətdən 
çıxarılması üçün ən effektiv üsul tez bir zamanda intravenoz yolla 1,5-2 litrə qədər maye 
köçürülməsidir. 
Miokard  infarktının  ən  çox  rast  gəlinən  və  ən  ciddi  ağırlaşması  aritmiyadır. 
İnfarktların 90%-də aritmiyaya rast gəlinir. Ən sadə ekstrasistoliyalardan tutmuş ən ciddi 
mədəcik  fibrilyasiyasına  qədər  rast  gəlinir.  Arxa  divar  infarktları  müxtəlif  dərəcəli 
atrioventrikulyar blokadalarla birlikdə rast gəlinir. Xəstəxanayaqədərki dövrdə  baş verən 
ölümlərin ən başlıca səbəbi mədəcik taxikardiyası və mədəcik fibrilyasiyasıdır. Xüsusən 
cavan xəstələrdə kollateral sistemin zəif inkişaf etməsinə görə, mədəcik aritmiyalarına daha 
çox  rast  gəlinir.  Xəstənin  ani  defibrilyasiya  edilməsi  bu  aritmiyaların  müalicəsində  və 
ölümlərin qarşısının alınmasıda əvəzolunmaz metoddur. 
 
Qeyri-stabil stenokardiya (QSS) və ST elevasiyasız  
miokard infarktı (NSTEMİ) 
 
QSS klinikası zamanı ağrı bu 3 formadan birini xarakterizə etməlidir: 
1 – İstirahət halında  və ya minimal fiziki aktivliklə başlayıb nitroqliserinin təsiri ilə 
yüngülləşən və 20 dəqiqədən çox davam edən ağrı.  
2 – Son bir ayda başlayan və sinədə küt şəkildə hiss  edilən ağrı.  


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə