Dərslik " " nəşriyyatı baki 2017



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə18/71
tarix02.06.2018
ölçüsü5,01 Kb.
#47151
növüDərs
1   ...   14   15   16   17   18   19   20   21   ...   71

64 
tərgidilməsi  böyük  faydalara  səbəb  olur.  Gündəlik  10-dan  çox  siqaret  çəkənlərə  nikotin 
replasman  müalicəsi  tətbiq  oluna  bilər.  Bupropion  və  nortriptilin  kimi  antidepressantlar 
siqaretin tərgidilməsində faydalı ola bilər.  
b.
 
Pəhriz 
Pəhrizin  tətbiq  edilməsi  lipiddüşürücü  müalicəyə  köməkçi  olur.  Lakin  çox 
motivasiyalı  insanlarda  belə  çox  aşağı  yağlı  pəhriz  serum  lipidlərini  yalnız  5%  azaldır. 
Bunlara baxmayaraq, pəhrizin əlavə qabaqlayıcı faydası vardır. Aralıq dənizi pəhrizi və ya 
balıq yağları ilə zəngin qidalar buna misal ola bilər. Əvvəllər E vitamininin kardiovaskulyar 
hadisələri azalda biləcəyinə dair fikirlər formalaşmışdı. Lakin sonralar E vitaminin heç bir 
faydası  olmadığı  sübut  olundu.  Nə  fol  turşusu,  nə  də  B
6
  vitamini  kardiovaskulyar  riski 
azaltmır. 
c.
 
Piylənmə 
İnkişaf  etmiş  ölkələrdə  piylənmə  gedərək  artan  problemdir.  Piylənmə  xüsusən  də 
abdominal piylənmənin artmış miokard infarktı riski ilə əlaqəli olduğu sübut olunmuşdur. 
Abdominal  piylənmə  insulin  rezistentliyi,  hipertoniya  xəstəliyi  və  dislipidemiya  ilə 
xarakterizə  olunan  metabolik  sindromun  inkişafı  ilə  əlaqəlidir.  Piylənmənin  qarşısının 
alınmasının gərginlik stenokardiyası olan xəstələrdə simptomları və kardiovaskulyar hadisə 
riskini  azaltdığına  dair  dəlillər  yoxdur.  Lakin  piylənmənin  qarşısının  alınmasının  həm 
simptomları həm də proqnozu yaxşılaşdırdığını qəbul etmək məntiqlidir.  
d.
 
Şəkərli diabet 
Gərginlik  stenokardiyalı  xəstələrdə  uzunmüddətli  ağırlaşma  riskini  azaltmaq  üçün 
yaxşı  qlisemik  kontrol  təmin  olunmalıdır.  UKPDS  tədqiqatında  piylənməsi  və  şəkərli 
diabeti  olan  xəstələrdə  metforminin  ilk  seçim  olaraq  seçilməsinin  faydalı  olduğu 
göstərilmişdir. Çünki həm bədən çəkisinin azaldılması, həm də ciddi qlisemik kontrolun 
təmin edilməsi kardiovaskulyar hadisə və ağırlaşma riskini azaldır.   
2.
 
Simptomatik müalicə 
Stenokardiya  tutmalarının  və  kardiovaskulyar  hadisələrin  azaldılmasında  heç  bir 
antianginal  preparat  qrupunun  digərinə  nisbətən  faydalı  olduğu  göstərilməmişdir.  Lakin 
ikincili  profilaktikada  faydası  olduğundan  beta-blokatorlar  ilk  seçim  olmalıdır.  Bir 
metaanalizdə  beta-blokatorların  kalsiumkanal  blokatorlarına  nisbətən  stenokardiya 
tutmalarını azaltdığı göstərilmişdir. Anginal simptomlar əgər bir qrup dərman preparatı ilə 
azalmırsa, iki qrupun kombinasiyasına üstünlük verilməlidir. Beta-blokatorların kalsium 
kanal blokatorları ilə birgə istifadəsi bradikardiya və ürək blokadasına səbəb ola bilər.  
1. Beta-blokatorlar 
Randomizasiya  olunmuş  tədqiqatlar,  beta-blokatorların  anginal  simptomları  və 
işemiya tutmalarını azaltdığını və fiziki yük tolerantlığını artırdığını göstərmişdir. Fiziki və 
emosional  yükə  qarşı  ürək  vurğu  sayının  cavabının  enməsi  miokardın  oksigenə 
ehtiyacınıvə işemiyanın şiddətini azaldır. Bir qrup beta-blokatorun digərindən üstünlüyü 
sübut  olunmamışdır.  Lakin  daxili  simpatomimetik  təsiri  olanların  ikincili  profilaktikada 
faydalı olmayacağından istifadəsi tövsiyə olunmur. Yan təsir olaraq halsızlıq və letargiyaya 
səbəb ola bilirlər.  
2. Kalsium antaqonistləri 


65 
Beta-blokatoru  qəbul  edə  bilməyən  xəstələrə  diltiazem  və  ya  verapamil  təyin 
olunmalıdır. Ürək çatışmazlığı olan xəstələrdə kalsium kanal blokatorlarının istifadəsinə 
dair  fikir  birliyi  yoxdur.  Lakin  amlodipinin  bu  xəstələrdə  neytral  təsirə  malik  olduğu 
bildirilmişdir. 
3. Nitratlar 
Nitratlar  ilk  istifadə  olunan  antianginal  dərmanlardır.  Təsir  mexanizmləri  nitrit 
oksidin  ifrazı  ilə  əlaqəlidir.  Randomizasiya  olunmuş  tədqiqatlarda  nitratların  anginal 
şikayətləri azaltdığı və fiziki yük dözümlülüyünü artırdığı sübut olunmuşdur. Stenokardiya 
tutmalarında dilaltı nitratlar faydalıdır və məhz dilaltı formada istifadə olunmalıdır.  
3.
 
Koronar revaskulyarizasiya 
Risk  faktorlarına  qarşı  aparılan  müalicə  və  simptomatik  dərman  müalicəsi  ilə 
stenokardiya tutmaları səngiməyən xəstələrdə koronar revaskulyarizasiya müalicəsi tətbiq 
olunmalıdır. Həm aorto-koronar şuntlama, həm də perkutan koronar müdaxilə hal-hazırda 
gərginlik  stenokardiyalı  xəstələrin  müalicəsinin  önəmli  bir  hissəsidir.  Əgər  gətirəcəkləri 
fayda (simptom və proqnoz baxımından), yaradacaqları risklərdən artıqdırsa, bu xəstələrdə 
koronar  revaskulyarizasiya  düşünülməlidir.  Revaskulyarizasiyanın  növünün  seçilməsi 
xəstənin koronar anatomiyasının texniki tərəflərindən, darlıqların lokalizasiya və sayından, 
yanaşı xəstəliklərdən və xəstənin seçimindən asılıdır. 
Perkutan  koronar  müdaxilənin  (PKM)  uğuru  və  ağırlaşmaları  xəstənin  yaşı,  klinik 
müraciət şəkli, yanaşı xəstəliklərin mövcudluğu, sol mədəciyin funksiyası və operatorun 
təcrübəsindən asılıdır. Təbii ki, ən əsas göstərici koronar darlıqların anatomiyasıdır. Total 
xronik darlıqlar, uzun lezyonlar, kalsifikasiyalar, tortioz seqmentlər, kompleks şaxələnən 
damarlar  PKM-yə  daha  az  uyğundur.  PKM-in  ən  sıx  görülən  ciddi  ağırlaşması  balonla 
genişləndirilən damarın disseksiyası və ya trombozu nəticəsində distal axının durmasıdır. 
Digər  ağırlaşmalar  damarların  zədələnməsi,  tromboemboliya  (ən  əsası  işemik  insult), 
antikoaqulyant  müalicəyə  cavab  olaraq  yaranmış  qanaxmadır.  Sadəcə  balon  dilatasiyası 
tətbiq olunan xəstələrdə damar restenozu 25-40%-dir. Restenoz əsasən ilk 3-6 ayda əmələ 
gəlir.  Stentlərin  implantasiyası  ilə  əlaqədar  restenoz  halları  azalmışdır.  Xüsusən  dərman 
örtüklü stentlər ümidvericidir. Restenoz sıxlığı 5-10%-dir (şəkil 8).  
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə