Dərslik " " nəşriyyatı baki 2017


Perkutan koronar müdaxilə



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə26/71
tarix02.06.2018
ölçüsü5,01 Kb.
#47151
növüDərs
1   ...   22   23   24   25   26   27   28   29   ...   71

85 
 
2.3.2.Perkutan koronar müdaxilə 
 
DÖS-ün  təhlükəsizliyi  və  effektivliyi  NSTEMİ-KKS  xəstələrində  ətraflı  şəkildə 
öyrənilməmişdir.  NSTEMİ-KKS  müalicəsindənəticələri  olmasa  da,  yeni  nəsil  DÖS-ün 
stabil  stenokardiya  və  STEMİ  olan  xəstələrdə  yüksək  təhlükəsizlik  və  effektivliyi 
göstərilmişdir.  Uyğun  olaraq,  yeni  nəsil  DÖS  AMS-dən  üstün  tutulur  və  ilkin  seçimdir. 
İkili  antitrombositar terapiyaya (DAPT) 12 ay ərzində stent tipindən asılı olmayaraq riayət 
etmək lazımdır.  
 
3. ST seqment elevasiyalı miokard infarktında 
revaskulyarizasiya 
 
 
3.1. Vaxtında çatdırılma 
 
Reperfuziya  terapiyasının  həyata  keçirilməsində  vaxt  faktoru  STEMİ  xəstələrində 
əsas  idarəetmə  məsələsidir,  çünki  reperfuziya  terapiyasından  əsas  effekt  simptomların 
başlanmasından ilk 2-3 saat müddətində alınır. Total işemiya zamanı, yəni simptomların 
başlanmasından reperfuziya terapiyasının tətbiqi arasındakı vaxt (fibrinolitik başlanması və 
ya  primer  PKM  ilə  mexaniki  revaskulyarizasiya)  ən  vacib  faktordur.  Məqsədklinik 
nəticələri  yaxşılaşdırmaq  üçün  ləngimələrə  yol  vermədən  optimal  müalicəni  təmin 
etməkdir (şəkil 2). İlkin tibbi təmas - PKM arasındakı zaman ilə tibb personalının xəstəni 
gördüyü andan PKM tətbiqi arasındakı vaxt intervalı nəzərdə tutulur. Bu da  Təcili Tibbi 
Yardım ilə qəbul edən xəstəxana arasındakı effektiv koordinasiyanı göstərir. Hal-hazırda 
xəstələrin təxminən 66%-ində rəhbər tövsiyələrdə məsləhət görülən PKM-yə qədər <120 
dəqiqə ərzində müdaxilənin icrasına nail olunur. Qapıdan balona qədər zaman (QBZ) PKM 
mərkəzlərinə  daxil  olan  xəstələrə  aiddir  və  bu  müddət  60  dəqiqə  ərzində  olmalıdır. 
Qapıdan-qapıya vaxtı reperfuziya müalicəsinin vaxtında və keyfiyyətli olduğunu  dəyər-
ləndirən  zaman  ölçüsüdür.  Bu  müvafiq  klinikadan  gediş  və  STEMİ  ilə  ixtisaslaşmış 
xəstəxanayagiriş arasındakı zaman intervalı kimi müəyyən edilir. Qapıdan-qapıya vaxtının 
30 dəqiqədən az olması, daha az reperfuziya ağırlaşmaları (ilkin xəstəxanadırsa, o zaman 
Qapıdan  -  PKM  vaxtı  <120  dəqiqə),  daha  aşağı  xəstəxanadaxili  ölüm  halları  ilə 
əlaqələndirilir və PKM bacarığı olmayan xəstəxanalarda keyfiyət dəyərləndirilməsi üçün 
qəbul edilməlidir. 
 


86 
 
 
3.2. Reperfuziya strategiyasının seçilməsi 
 
STEMİ xəstələrində birincili PKM - fibrinoliz aparılmadan perkutan kateter müdaxilə 
olaraq  başa  düşülür.  Birincili  PKM  STEMİ  xəstələrində  reperfuziya  strategiyasında 
fibrinolizdən  üstündür.  Bir  şərtlə  ki,  24saat/7gün  aktiv  kateterizasiya  laboratoriyası  və 
təcrübəli həkimləri olan yüksək həcmli PKM mərkəzlərində vaxtında icra edilsin. Birincili 
PKM  vaxtında  icra  edilmədikdə  fibrinoliz  terapiya  nəzərə  alınmalıdır,  xüsusən  əgər 
xəstəxanadan qabaq (məsələn; TTY maşınında) və simptomların başlanmasından ilk 120 
dəqiqə  müddətində  çatdırılma  mümkün  deyilsə.  Növbəti  mərhələ  bütün  xəstələri  rutin 
koronar  angioqrafiya  və  uğursuz  fibrinoliz  hallarında  xilasedici  PKM  üçün  PKM 
mərkəzlərinə yerləşdirməkdir. 
Son  on  il  ərzində  Avropada    birincili  PKM,  xəstənin  erkən  və  ya  gec  PKM 
mərkəzlərinə  daxil  olmasından  asılı  olmayaraq  dominant  reperfuziya  terapiyası  kimi 
müəyyən  edilmişdir.  Avropa  birliyinin  4  ölkəsində  üstün  reperfuziya  strategiyası  kimi 
birincili PKM tam həyata keçirilmişdir, bura nəqliyyat sistemi sıx olan ölkələr də daxildir. 
Digər  bir çox  Avropa  ölkəsində  STEMİ olan xəstələrdə  fibrinoliz nadir hallarda  istifadə 
olunmuşdur. Məsələn, İngiltərədə 6%, Polşada 7% və Fransada 8% hallarda. Maraqlıdır ki, 
hətta  Danimarka  kimi  geniş  ərazisi  olan,  1,4    milyon  əhaliyə  ancaq  bir  PKM  mərkəzi 
düşməsi və uzun transport məsafəsinə baxmayaraq,  STEMİ-də xəstəxanadaxili ölüm 3% 


87 
həddində və Avropada ən aşağı göstərici olmuşdur. STEMİ-də ilkin diaqnoz 85% hallarda 
EKQ nəticələrinə əsasən qoyulur. PKM təxirə salınan, ancaq fibrinoliz təhlükəsi olan 15-
30% hallarda yanlış kateterizasiya laboratoriyası aktivasiyası olur. Hər bir halda müalicə 
və müdaxilə ilə bağlı artıq xərclər və bəzi təbii risklər var. 
 
3.3. Birincili perkutan koronar müdaxilə 
 
Birincili  PKM-ni  istiqamətləndirmək  və  optimallaşdırmaq  üçün  əsas  müddəalar 
bunlardır:  infarkta  bağlı  arteriya  ilkin  müdaxilə  zamanı  müalicə  edilməlidir.  İnfarkt 
ilə əlaqəli  olmayan  lezyonlarda  dərhal  (profilaktik)   müdaxilə  müzakirə  məsələsidir.  Bir 
tərəfdən, infarktla bağlı olmayan damarlarda darlıqlar reperfuziyanın müsbət nəticələrini 
azaldır  və  birincili  PKM-dən  sonrakı  proqnozu  pisləşdirən  faktordur.  Hemodinamikaya 
təsir  etməyən  çox  damar  xəstələrində  mərhələli  PKM  xəstənin  yaşamasının  sərbəst 
göstəricisi deyil. STEMİ xəstələrində çox və bir mərhələləli yanaşmaların müqayisəsində, 
işemik hadisə məhz bir mərhələli çox damar PKM-də sıx görülür. Bu yaxınlarda aparılan, 
Preventive Angioplasty in Acute Myocardial Infarction (PRAMI) randomizə çalışmasında 
(n=465) infarktla bağlı olmayan damarın>50% çox darlıqlarında preventiv PKM edilməsi
yalnız  infarktla  bağlı  damarın  PKM-ə  nisbətən  ümumi  ölüm,  miokard  infarktı  və  təkrar 
stenokardiyanın daha az (profilaktik PKMqrupunda HR-0,35; 95% CI 0,21-0,58; P<0,001) 
olduğunu göstərdi. HR ölüm ilə nəticələnməyən miokard infarktında 0,32 oldu (95% Cl 
0,13-0,75). Bu qərar yenə də klinisistlər tərəfindən hadisəyə səbəb olan vədigər damarın 
dəyərləndirilməsindən asılıdır: sadəcə hadisəyə səbəb olan damar və ya digər damarlar, bir 
və ya birneçə mərhələdə revaskulyarizasiya olmalıdır. Hal-hazırda, STEMİ zamanı bir neçə 
damarda ciddi darlıqlar olan kardiogen şokda, qeyri-stabil darlıqlar olduqda, və ya PKM-
dən sonra təkrarlanan işemik hadisələr olduqda eyni mərhələdə çox damar PKM  göstərişi 
vardır. 
 
STEMİ-də miokard reperfuziyası üçün birincili PKM:  
prosedura ilə bağlı aspektlər (strategiya və texnika) 
 
Tövsiyələr 
Sinif 
Dərəcə 
Kardiogen şokda birinci PKM, 
davam edən işemiya hallarından 
xaric, sadəcə səbəb darlıq halları 
ilə məhdudlaşmalıdır. 
 
II a 
 

Çoxdamar xəstəliyi olan STEMİ 
xəstələrində səbəb olmayan 
lezyonlarda mərhələli 
revaskulyarizasiya PKM – dən 
günlər və ya həftələr sonra 
 
II a 
 



Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə