Dərslik " " nəşriyyatı baki 2017



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə29/71
tarix02.06.2018
ölçüsü5,01 Kb.
#47151
növüDərs
1   ...   25   26   27   28   29   30   31   32   ...   71

93 
xəstələr arasında fərqlər qeyd edilmişdir ki, bu da klinik faktorlar ilə əlaqələndirilmişdir. 
Tək dəyişkənli analizdə miokard canlılığı və nəticə arasında əhəmiyyət bağlılığı oldu, çox 
dəyişkənli analizlərdə isə bu bağlılıq əhəmiyyətli deyildi. Digər dəyişənlər, LV həcm və 
atım  fraksiyası,  miokard  canlılığının  dərəcəsinə  görə  müəyyən  edilir.  Miokardın  həyat 
qabiliyyəti  (canlılığı)  vəAKŞ-dən  fayda  arasında  korelyasiyanın  olmaması  göstərdi  ki, 
miokard  canlılığınıın  qiymətləndirilməsi  bu  xəstələr  üçün  optimal  terapiya  seçimində 
yeganə faktor olmamalıdır. 
 
4.1.3. Ventrikulyar rekonstruksiya 
 
Cərrahi  ventrikulyar  rekonstruksiyanın  (SVR)  məqsədi  –  sol  mədəcikdə  çapıq 
toxumanı aradan qaldırmaq və bununla da fizioloji həcmi və sferik formanı bərpa etməkdir. 
AKŞ əməliyyatına SVR-ni daxil etmək qərarı simptomların qiymətləndirilməsi əsasında 
olmalıdır.  Ürək  çatışmazlığı  simptomları  stenokardiyadan  daha  üstün  olmalıdır.  LV 
həcmində  dəyişiklik  və  transmural  miokard  infarktını  göstərən  çapıq  toxuma  təs-
diqləndikdən sonra və yalnız yüksək cərrahi təcrübəsi olan mərkəzlərdə edilməlidir. STICH 
araşdırması AKŞ və kombinəolunmuş proses (CABG və SVR) arasında ilkin nəticələrdə 
fərqi (hər hansı səbəbdən ölüm və ya  kardiak səbəbdən hospitalizasiya) göstərə bilmədi. 
STICH tədqiqatının altqrup analizləri göstərir ki, az böyümüş LV və daha yaxşı atım frak-
siyalı (LVEF) xəstələr SVR-dən daha çox fayda ala bilər, nəinkiçox böyümüş LV və aşağı 
LVEF olan xəstələr.STICH tədqiqatındasol mədəciyin son sistolik həcm indeksi (LVESVI) 
70  mL/m
2
-dən  aşağı  olan  olan  xəstələrdəSVR  ilə  AKŞ,  təkbaşına  AKŞ  ilə  müqayisədə 
sağqalma  ehtimalını  artırdı.  Digər  tədqiqatda,  AKŞ  və  SVR  ilə  müalicə  olunan,  post-
operativ LVESVİ 60mL/m
2
 və ya aşağı olan xəstələrdə post-operativ LVESVİ 60mL/m
2
 
və ya çox olan xəstələr ilə müqayisədə sağqalmada yaxşılaşma oldu. Sol mədəciyin böyük 
anevrizması ilə STİCH-dən  xaric edilən (kəskin ürək çatışmazlığı, inotrop dəstək və digər 
daxil olma kriteriyalarının pozulması) xəstələrdəcərrahi  mədəcik rekonstruksiyası kontrol 
qrupa nisbətən daha yaxşı nəticələr göstərə bilər.  
 
 
Sistolik disfunksiya (LVEF≤35%) və xroniki ürək çatışmazlığı olan xəstələrin 
revaskulyarizasiyasına göstərişlər 
Tövsiyələr 
Sinif 
Dərəcə 
Əhəmiyyəti sol ana koronar stenozu və buna bərabər LAD və 
Cx damarlarda proksimal stenoz olan xəstələrdə AKŞ tövsiyə 
edilir. 
 

 

Əhəmiyyətli LAD arteriya stenozu və 3 damar xəstəliyi olan 
xəstələrə ürək – damar səbəbindən ölüm və hospitalizasiya 
dərəcəsini azaltmaq üçün AKŞ tövsiyə edilir. 
 

 

AKŞ zamanı   LV anevrizmektomiya böyük  LV  anevrizması 
olan xəstələrdə düşünülməlidir (əgər rüptür və böyük tromb 
yaranma  riski varsa və ya bu anevrizma aritmiya 
 
 
II a 
 
 



94 
mənbəyidirsə). 
Miokard revaskulyarizasiyası canlı miokard varlığında 
düşünülməlidir. 
 
II a 
 

AKŞ ilə cərrahi ventrikül bərpası LAD sahəsində çapıq olan 
xəstələrdə düşünülməlidir (əgər postoperative LVESV -70 
ml/m

əldə olunacaqsa). 
 
 
IIb 
 
 

Canlı miokard varlığında anatomiya uyğundursa və cərrahiyyə 
göstəriş deyilsə, PKM düşünülə bilər. 
 
II b 
 

 
 
4.2. Kardiogen şok 
 
Kardiogen  şokun  rastgəlmə  tezliyi  neçə  illərdir  ki,  6-8%  olaraq  qalır  və  xəstələrin 
75%-i  kəskin  miokard  infarktının  payına  düşür.  Kəskin  miokard  infarktı  ilə  ağırlaşan 
kardiogen  şokun  təxminən  80%-də  sol  mədəcik  çatışmazlığı  müşahidə  edilir.  Ciddi 
mitralçatışmazlıq yaradan papilyar əzələ qopması (6,9%), mədəciklərarası çəpər yırtılması 
(3,9%)  və  sərbəst  divar  yırtılması  (1,4%)  ən  çox  rastlanan  mexaniki  ağırlaşmalardır. 
Kardiogen şokla ağırlaşan KKS-lu xəstələrdə revaskulyarizasiya əsas müalicə üsuludur və 
təcili koronar angioqrafiyaya göstərişdir. Bu mürəkkəb xəstələrin ümumi təsnifatı və müali-
cəsi aşağıdakı şəkildə  göstərilib. 
 


95 
 


96 
4.2.1. Revaskulyarizasiya   
SHOCK tədqiqatı göstərdi ki, kəskin miokard infarktının ağırlaşması kimi kardiogen 
şok əmələ gələn xəstələrdə intensiv dərman terapiyası ilə müqayisədə təcili PKM və ya 
AKŞ  ilə  revaskulyarizasiyada  uzun  müddət  sağqalmada  artım  olmuşdur.  Altı  ay  içində 
bütün ölüm səbəblərində dərman terapiyası qrupuna nisbətən revaskulyarizasiya qrupunda 
azalma oldu (50,3%-ə qarşı 63,1%; RR 0,80, 95% Cl 0,65-0,98; P=0,03). Alt qrup analizləri 
göstərdi  ki,  həm  30gün,  həm  də  6  ay  müddətində  müalicə  ilə  əlaqəli  olan  tək  dəyişkən 
yaşdır; yaşlı xəstələrdə (yaş >75) aqressiv müalicənin ölüm hallarının sayınaçox az təsiri 
oldu  və  ya  heç  bir  təsiri  olmadı.  Ancaq  bu  nəticələr  tədqiqatın  kovariativ  -  düzəltmə 
modelində öz əksini tapmadı, belə ki yaşlı xəstələrdə (yaş>75) intensiv dərman müalicəsinə 
nisbətən revaskulyarizasiya zamanı daha az ölüm hadisələri qeydə alındı (RR 0,46; 95% 
CI 0,28-0,75; P = 0,002).   
 
4.2.2. Mexaniki sirkulyator dəstək 
 
İntra-aortik balon pompa (İABP) kardiogen şokda mexaniki dəstək məqsədilə  geniş 
istifadə  olunur.  Kardiogen  şokda  İABP  son  zamanlar  böyük  mübahisə  yaratmışdır. 
Randomizə  İABP-SHOCK  II  tədqiqatına  kəskin  miokard  infarktının  ağırlaşması  kimi 
kardiogen şok olan, İABP təyin olunan və ya olunmayan 600 xəstə daxil edilmişdir. 30 
günlük  nəticələrdə  İABP  istifadə  olunanlarda  ölüm  göstəricisində  azalma  olmamışdır 
(41,3%-ə qarşı 39,7%; RR0,96; 95% CI 0,79-1,17; P=0,69). Nəticədə, İABP rutin olaraq 
məsləhət görülmədi, ancaq mexaniki ağırlaşmaları olan xəstələrdə cərrahiyyəyə yardımçı 
olaraq qalır.  
Üç  randomizə  tədqiqat  və  böyük  qeydiyyat  seriyasının  analizi  göstərdi  ki,  ölüm 
hallarında  fərq  olmasa  da,  arzuolunmayan  hadisələrin  azalmasında  perkutan  mexaniki 
dəstəyin istifadəsi (İABP) nisbətən daha yaxşı nəticələr göstərmişdir. Kardiogen şok olan 
xəstələrdə perkutan sol mədəcik köməkçi cihaz ilə İABP-nin effektivliyi və təhlükəsizliyini 
müqayisə  edən  metaanalizdə,  sol  mədəcik  dəstək  cihazı  (LVAD)  ilə  müalicə  alan 
xəstələrdə  oxşar  ölüm  faizi,  aşağı  ətraf  işemiyaları,  ancaq  İABP  qrupundan  daha  çox 
qanaxma  olmuşdur.  Cavan  xəstələrdə  transplantasiyaya  əks  göstəriş  olmadıqda,  LVAD 
terapiya  transplantasiyaya  keçid  kimi  tətbiq  edilə  bilər.  Transplantasiya  şansı  olmayan 
xəstələrdə, LVAD terapiya yaxşılaşmaya keçid kimi və ya əsas terapiya məqsədi ilə istifadə 
oluna bilər. 
 
4.2.3. Sağ mədəcik  catışmazlığı 
 
Kəskin  aşağı  divar  miokard  infarktı  olan  xəstələrin  demək  olar  ki,  50%-də 
exokardioqrafik  olaraq  sağ  mədəcik  disfunksiyası  müşahidə  olunur,  25%  hallarda 
hemodinamika pozulur. Kəskin miokard infarktının ağırlaşması olan kardiogen şokun 2,8% 
hallarda  səbəbi  izolə  sağ  mədəcik  çatışmazlığıdır.  Uğursuz  reperfuziya  ilə  müqayisədə 
uğurlu  birincili  PKM  hemodinamik  yaxşılaşma,  sağ  mədəcik  sərbəst  divar  və  qlobal 
funksiyasının bərpası, sağqalmaehtimalının artması ilə  qeyd edilir. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə