Dərslik " " nəşriyyatı baki 2017



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə27/71
tarix02.06.2018
ölçüsü5,01 Kb.
#47151
növüDərs
1   ...   23   24   25   26   27   28   29   30   ...   71

88 
Tövsiyələr 
Sinif 
Dərəcə 
simptom və ya işemiya olan 
hallarda düşünülməlidir. 
Əhəmiyyəti, ancaq səbəb 
olmayan lezyonlarda səbəb 
lezyonlara PKM ilə eyni 
zamanda təcili revaskulyarizasi-
ya seçilmiş xəstələrdə düşünülə 
bilər. 
 
II b 
 

İşemiya davam edən və infarkta 
bağlı arteriyada PKM icra edilə 
bilməyən hallarda AKŞ 
düşünülməlidir. 
II a 

Strategiya/Texnika 
 
Primer PKM – də stent 
balon angioplastikadan 
üstündür. 

 

Birinci PKM – də yeni nəsil 
DÖS – lər metal stentlərdən  
üstündür. 


Radial girişim femoral 
girişimdən üstündür və təcrübəli 
mərkəzlərdə ilk seçim olmalıdır. 
II a 

Tromb aspirasiyası seçilmiş 
xəstələrdə düşünülməlidir. 
II b 

 
RIVAL  (Radial  Vs.  femorAL  access  for  coronary  intervention)  tədqiqatına  əsasən, 
radial  yanaşma  giriş  üçün  daha  üstün  tutulan  metod  olmalıdır.  Çünki  xəstələrdə  radial 
müdaxilə  sonrası  qanaxma  ehtimalı  və  bununla  bağlı  ağırlaşma  və  ölüm  ciddi  şəkildə 
azalmış  olur.  Buna  baxmayaraq,  qasıq  girişivə  ya  radial  yanaşmanın  müvəffəqiyyəti 
operatorların təcrübəsindən asılıdır.  
Birincili  PKM  zamanı  balon  angioplastika  ilə  müqayisədə  təkrari  infarkt  və 
revaskulyarizasiya riskini azaltdığı üçün stent daha çox istifadə olunmalıdır. İlk nəsil DÖS-
lər uzun müddət təqibdə yüksək ölüm göstəricisi, miokard infarktı və ya stent trombozu ilə 
bağlı  olmamışdır,  baxmayaraq  ki,  çox  gec  stent  trombozunda   stent implantasiya  edilən 
lezyonlarda gecikmiş endotelizasiya sayəsində yüksək risk olmuşdur. Son sübutlar erkən 
dövr sirolimis stentlər ilə müqayisədə yeni dövr everolimus stentlər ilə STEMİ xəstələrində 


89 
böyük istənməyən vaskulyar hadisələrdə  azalma olduğunu göstərdi. İki fərqli tədqiqatda 
STEMİ xəstələrində birincili PKM-də istifadə olunan yeni nəsil DÖS ilə AMS müqayisə 
edilmişdir. 1504 STEMİ-li xəstədə 1ildə AMS ilə müqayisədə DÖS istifadə olunanlarda 
bütün  ölüm  səbəbləri,  təkrari  infarkt və  hər  hansı  revaskulyarizasiyada  əhəmiyyətli  fərq 
qeyd  edilməmişdir.  Buna  baxmayaraq,  DÖS  hədəf  lezyonlarda  daha  az  təkrari 
revaskulyarizasiya  və  stent  trombozu  ilə  əlaqəli  görünür. MÖS  ilə  biopolimer  üzərinə 
hopdurulmuş  biolimus  örtüklü  stentləri  qarşılaşdıran  COMFORTABLE  AMI  (The 
Comparison of Biolimus Eluted From an Erodible Stent Coating With Bare-Metal Stents 
in  Acute  ST-Elevation  Myocardial  Infarction)  tədqiqatında  kardiyak  ölüm,  hədəf  damar 
infarktı  və  hədəf  darlıq  revaskulyarizasiyasından  ibarət  birincili  nəticələrdə  riskin  azal-
masını göstərdi (4,3% 8,7%-ə qarşı; HR 0,49; 95% CI 0,30-0,80; P=0,004). Nəticələr 2 illik 
müşahidə ərzində dəyişmədi və hər iki tədqiqatı birləşdirən analizdə AMS-ə nisbətən DÖS-
də stent trombozu və təkrari infarkt riski daha az oldu. Ümumilikdə, bu nəticələr göstərdi 
ki, STEMİ-li xəstələrdə birincili PKM zamanı AMS-ə nisbətən DÖS-lər daha effektli və 
təhlükəsizdir. 
Tromb aspirasiyası, trombotik material və düyün qırıntısından distal embolizasiyanın 
qarşısını almaq üçün və epikardial və miokardial reperfuziyanı yaxşılaşdırmaq məqsədilə 
birincili PKM-ə bir əlavə kimi təklif olunmuşdur. Fərdi randomizə kontrollu tədqiqatlar və 
metaanalizlərdə  göstərilir  ki,  birincili  PKM  zamanı  manual  aspirasiya  ilə  trombekto-
miyadan istifadə epikardial və miokardial reperfuziyanın yaxşılaşmasına faydalı ola bilər. 
TASTE tədqiqatında (7244 xəstə) 30 gündə ölüm hadisəsi tromb aspirasiya qrupunda 2,8%, 
PKM  olan  qrupda  3,0%  (  HR  0,94;  95%  Cl  0,72-1,22;  P  =0,63)  olmuşdur. Bu  nəticələr 
göstərir ki, rutin tromb aspirasiyası vacib deyil, ancaq TİMİ 3 axımı yaxşılaşdırmaq və ya 
stent  trombozunun  qarşısını  almaq  üçün  istifadə  oluna  bilər.  Birincili  PKM-də  rutin 
trombektomiyanın klinik faydası sübut edilməmişdir. 
 
3.4. Fibrinoliz 
 
Çoxsaylı  əks-göstərişlərə  baxmayaraq,aşağı  reperfuziya  effekti  və  böyük  qanaxma 
riski  olan  fibrinolitik  terapiya,  adətən  xəstəxanaya  qədərki  dövrdə  və  vaxtında  icra 
edilməyən  mexaniki  revaskulyarizasiyaya   köməkçi  müalicə  kimi  istifadə  olunur.  PKM 
120 dəqiqədən çox gecikdikdə birincili PKM vaxtında olunan fibrinolizdən aşağı  fayda 
göstərir  və   bu,  xəstənin  yaşı,  simptomların  davam  etmə  müddəti  və  infarktın 
lokalizasiyasından asılıdır. 
 
Fibrinolizdən sonra idarəetmə və revaskulyarizasiya 
Tövsiyələr 
Sinif 
Dərəcə 
Bütün xəstələrdə fibrinolizdən sonrakı 
24 saatda PKM mərkəzinə transfer 
göstərişdir. 
 

 

İnfarkt ilə bağlı arteriyada 
 
 


90 
Tövsiyələr 
Sinif 
Dərəcə 
revaskulyarizasiya üçün angioqrafiya, 
uğurlu fibrinolizdən sonraki 24 saat 
müddətində göstərişdir. 
 

 

Revaskulyarizasiya üçün təcili 
angioqrafiya fibrinoliz sonrası 
kardiogen şok və ya kəskin ağır ürək 
çatışmazlığı olan xəstələrdə göstərişdir. 
 
 

 
 

Fibrinolizin uğursuz olduğu (<50 % ST 
– seqment geriləməsi və ya 60 dəq – 
dən çox davam edən ağrı) hallarda 
təcili qurtarıcı PKM göstərişdir. 
 
 

 
 

Təcili PKM təkrarı işemiya, 
hemodinamik qeyri – stabil və həyat 
üçün təhlükəli ventikulyar 
aritmiyalarda və ya ilkin uğurlu 
fibrinolizdən sonra təkrari okluziya 
əlamətləri olan hallarda göstərişdir. 
 
 
 

 
 
 

Stabil xəstələrdə uğurlu fibrinolizdən 
sonra optimal angioqrafiya zamanı 3-
24 saat ərzində olandır. 
 
II a 
 

 
Miokard infarktı sonrası erkən reperfuziya strategiyasıtədqiqatında xəstəxanaya tez 
daxil  olan  xəstələrdə,  xəstəxana  öncəsi  fibrinoliz  ilə  birincili  PKM-nin  müqayisəsi 
aparılmışdır. Erkən STEMİ xəstələrində (<3 saat)  kimlərə ki, ilk tibbi görüşdən 60 dəq. 
müddətində PKM icra edilməyəcək, prehospital fibrinoliz (yaşı 75-dən yuxarı xəstələrdə 
yarı doza) ilə vaxtında olunan KAQ( 6 -24 saat stabil xəstələrdə) və uğursuz fibrinolizdə 
xilasedici PKM birincili PKM qədər effektli oldu. Ölüm göstəricisi,şok, durğunluq ürək 
çatışmazlığı və 30 gündə təkrari infarktda azalma oldu. Bununla belə fibrinoliz ilə müalicə 
alan xəstələrdə intrakranial qanaxmada əhəmiyyətli artış oldu, xüsusən 75 yaşdan yuxarı 
xəstələrdə. Fibrinoliz qrupunda reperfuziyadan əvvəl  ortalama vaxt 100 dəqiqə və birincili 
PKM  qrupunda  178  dəqiqə  olmuşdur.  Kəskin  miokard  infarktında  Danimarka 
tədqiqatındakı  ortalama  gecikmə  vaxtı  1  saat  daha  qısa  idi  ki,  bu  da  PKM-ə  transferin 
fibrinolizdən üstünlüyünü göstərən əsas faktor olmuşdu. Effektivliyininüstün olmaması və 
artan intrakranial qanaxma dərəcəsi baxımından STEMİ xəstələrində müalicə  - vaxtında 
icra  olunan  PKM  olmalıdır.  Rutin  olaraq  koronar  angioqrafiya  ardından  GP  IIb/IIIa 
inhibitorları  və  ya  digər  antiaqreqant  vasitələr  ilə  normal  və  ya  aşağı  doza  fibrinoliz 
kombinasiyası təkbaşına birincili PKM-ə əhəmiyyətli üstünlük göstərə bilməmişdir. 
 
3.5. İkincili perkutan koronar müdaxilə 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə