Downloaded from KitabYurdu org



Yüklə 2,12 Mb.
Pdf görüntüsü
səhifə1/64
tarix26.05.2023
ölçüsü2,12 Mb.
#113139
  1   2   3   4   5   6   7   8   9   ...   64



Downloaded from KitabYurdu.org



Barbara de Anjelis HƏR BIR QADININ KİŞİLƏR 
HAQQINDA BİLMƏLİ OLDUĞU VACİB 
Barbara de Anjelisin bu kitabını adi kitablar sırasına 
heç cür aid etmək olmaz. Cərrah qətiyyətli və təcrübəli 
qadın kimi o, kişilərin sirli və ziddiyyətli daxili aləminə 
baş vurur, oxuculara onun ən intim bacarıqlarından söhbət 
açmaqdan çəkinmir və kişilərin psixoloji və fizioloji 
xüsusiyyətlərini açıb göstərir. Ancaq ciddi peşəkar 
psixoloq təcrübəsi müəllifə bəşəriyyətin güclü yarısının 
yaratdığı bir çox maraqlı vəziyyətlərdən şərəflə çıxmasına 
kömək edir. 
Kitab cinslərin birgə dinc və xoşbəxt yaşamalarının 
sirlərini öyrənməyə can atan hər bir oxucu üçün nəzərdə 
tutulub. 
Barbara de Angeles SECRETS ABOUT MEN EVERY 
WOMAN SHOULD KNOW 
Barbara de Anjelis HƏR BİR QADININ KİŞİLƏR 
HAQQINDA BİLMƏLİ OLDUĞU VACİB SİRLƏR 
Bakı, Qanun Nəşriyyatı, 2014 
Rııscadan tərcümə: Nəzakət Ağayeva Nəşriyyat 
redaktoru: Elçin Zahiroğlu Korrektorlar: Nigar Musayeva, 
Fərid Hüsevn 
ISBN 978-9952-26-761-7 
© Qanun Nəşriyyatı, 2014 © Barbara De Angeles, 1990 
Bu kitabın Azərbaycan dilinə tərcümə və yayım hüquqları 
Downloaded from KitabYurdu.org



Qanun Nəşriyyatına məxsusdur. 
Kitabın təkrar və hissə-hissə nəşri “Müəlliflik hüququ 
əlaqəli hüquqlar haqqında Azərbaycan Respublikasının 
Qanunu”na ziddir. 
Qanun Nəşriyyatı 
Bakı, AZ 1102, Tbilisi pros., 76 
Tel: (+994 12) 431-16-62; 431-38-18 
Mobil: (+994 55) 212 42 37 
e-mail: iıı
fo@qanun.az
 
www.qanun.az
 
www.fb
. coııı / Q anunpublishing 
Heç vaxt sevginin dalınca qaçmamağı mənə öyrətdiyi üçün 
Ceffriyə minnətdaram 
Minnətdarlığımı bildirmək istəyirəm: 
Ailəmə - həyatımın ən çətin və uzun ilində mənə sonsuz 
sevgi, bitməz inam nümayiş etdirdiyinə, kömək və 
dəstəyinə görə; 
Dostlarıma - Cim Brengerə, Kevin Reçə və Cefri 
Ceynısə həqiqətin gözünə dik baxmağı, sualtı sevgi 
daşlarının məni incitməməsi üçün sevgi körpüsünü 
qurmaqda mənə cəsarət təlqin etdiklərinə görə; 
Bili Çepelə həyatımın ən uyğun anında yenidən peyda 
olduğuna, fikirlərimi bölüşdüyünə, bir dost və Los 
Aııgeles 
şəhəri 
Şəxsiyyətin 
Təkmilləşdirilməsi 
(Yetişdirilməsi) Mərkəzinin direktoru kimi mənə yardımçı 
Downloaded from KitabYurdu.org



olduğuna görə; 
Tərəfdaşını və menecerim Devid Seııısə həyatımın 
arzusunu reallaşdırmaqda kömək etdiyinə və bu kitabın 
mütləq yazmama məni inandırdığına görə; 
Hiter Sitbrou Teroffa sədaqətinə, ofisimdəki gözəl işinə 
və onunla ünsiyyətdə olmaq sevincini mənə yaşatdığı 
üçün; 
Virciniya Bessencerə fəaliyyətində nümayiş etdirdiyi 
çox qiymətli işi və bütün həyati məsələlərin təşkilinə görə; 
Liza Hayerə bu kitabı yazdığım müddətdə mənim 
qayğımı çəkdiyinə, evimin qeydinə qaldığına görə; 
Mariya Talaminə iki il sərasər məni CNN-ə dəvət 
etdiyinə, çox ehtiyacım olduğu anda danışmadan sakitcə 
əlimdən tutduğuna görə; 
Bütün köməkçilərimə - “Sevgini yaşamağa necə 
məcbur etməli” silsiləsindən olan seminarlarımda məni 
daim ruhlandırdıqlarına görə; 
Bili Geımona - bu kitabı yazıb başa çatdırmaq üçün 
mənə Mavamidə yerləşən Pol Biç Klabda 804 saylı o gözəl 
otağı bəxş etdiyinə görə; 
Los Anceles radiosundan Corc Olivye və Bili Lyıısa hər 
gün çox sayda insana köməklik etməm üçün yaratdıqları 
imkana görə; 
“Delakorte”-nin baş redaktoru Bob Millerə verdiyi 
tövsiyə və mənə onunla işləmək nəsib etdiyinə görə; 
Downloaded from KitabYurdu.org



Gözəl bədii agentim Ham Klincerə gözəl işinə görə; 
Ron Skolastikə, "The Guides”-a, Vilyam Reynenə və 
həkim Piblsa müdrik məsləhətlərinə, ehtiyacım olanda 
yanımda olduqlarına görə; 
Rebb Devid Beroııa həqiqətləri dilinə gətirib, 
səsləndirdiyinə, qaranlıqda işığını oldğuna, müəllimim, 
qardaşını, dostum olduğuna görə; 
Verni Verona hər şey üçün - bu kitabın ərsəyə 
gəlməsində mütləq sevgisinə və vermiş olduğum baş 
ağrılarına görə; 
Və xüsusi olaraq, bir daha Ceffri Ceymsə mənə arxa 
olduğuna, məni incə və hər şeyə dözərək sevdiyinə, ağrı- 
acılarıma üstün gəlmək üçün etdiyi köməyə, həyatıma 
sabitlik, ürəyimə dinclik (rahatlıq, sülh) gətirdiyinə görə. 
MÜƏLLİFDƏN 
Heç kişilərə yanaşmaq üzrə təlimata malik olmağı 
xəyalınızdan keçininsiniz? Toster və ya avtocavablayıcı 
alanda sizə onlarla davranmaq qaydalarına, təhlükəsiz 
işlətməyə dair kiçik buklet təqdim edirlər. Bəs kişilərlə 
əlaqədar necə? Biz qadınlar kişiləri digər “cihazlardan” 
daha çox "istifadə" edirik, ancaq onlardan hər biri necə 
"hərəkət etmələrini” özləri müstəqil şəkildə müəyyən 
etməlidir. 
Bütün həyatımız boyu hər gün kişilərlə - sevgilimiz, 
ərimiz, bosumuz, həmkarımız, atamız, oğlumuz, 
Downloaded from KitabYurdu.org



dostumuzla ünsiyyətdə oluruq. Onları başa düşməyə, 
onlarla söhbət etməyə, qeydinə qalmağa, sevməyə və 
onlarla qarşılıqlı münasibətdə olmağa çalışırıq. Bunlara 
nail olanda, kişilərin gözəl olduğunu söyləyir, olmayanda 
isə onlara dözə bilmədiyimizi düşünürük. Onlarla işlərimiz 
düz gəlməyəndə onların dözülməz məxluq olduğunu, 
onlarla əlaqədə olmamağın ən yaxşı seçim olduğunu 
söyləyirik. Əgər siz mənə oxşayırsınızsa, onda yəqin ki, nə 
vaxtsa əlinizi ümidsizlik içində göyə qaldıraraq, belə 
qışqırmaq istəmisiniz: "Bu kişini geriyə, zavoda göndərin, 
o düzələn deyir. Ya da "Bəlkə bu model köhnəlib və 
istehsalatdan çıxarılıb. Mən heç vəclılə onu lazım olan 
formada işləməyə məcbur edə bilmirəm”. 
Siz kişi ilə münasibət qurmağın üç variantından birini 
seçə bilərsiniz: 
Variant ı: Kişinin sizi dəlilik dərəcəsinə gətirməsindən 
qəzəblənə bilər və daim vaxtınızı ona şikayətlənməklə 
keçirə bilərsiniz. (Bu bir neçə saat davam edərsə, maraqlı 
ola bilər, ancaq bu məşğuliyyət bir neçə ildən sonra öz 
cazibədarlığım 
Variant 2: Siz ümumiyyətlə kişilərdən imtina edə və 
özünüzə yumşaq tüklü, gözəl it ala bilərsiniz. (Bu daha 
ucuz olar, daha az əmək tələb edər, ancaq heç də həmişə 
istədiyiniz nəticəni verməz). 
Variant 3. Kişi ilə həyatınızın layiq olduğunuz 
Downloaded from KitabYurdu.org



səviyyədə gözəl olması üçün kişi haqqında lazım olan hər 
şeyi öyrənməyə qərar verə bilərsiniz. 
Son on beş il ərzində mən on minlərlə kişi və qadınla 
işləməklə məşğul oluram, onların münasibətində hansı 
cəlıətin uğura, hansının isə müvəffəqiyyətsizliyə səbəb 
olduğunu öyrənirəm. Kişiləri anlamam üçün çox vaxt 
lazım olub. Bu çox çətin və ağrılı yol idi və mən bu yolda 
çox sayda səhvlər etmişəm. 
Mən təkcə sağ-salamat qaldığımı söyləməkdən xoşbəxt 
deyiləm, mən həm də ona görə xoşbəxtəm ki, mübarizədən 
həyatımı dəyişdirəcək, kişiləri dərk etmənin yeni tərzi ilə 
çıxmışam və mən əldə etdiklərimi sizinlə bölüşmək 
istəyirəm. Ümid edirəm ki, "Hər bir qadının bilməsi vacib 
olan kişilər haqqında sirlər” kitabımı kişilərə yanaşma 
təlimatı kimi evinizdə olmasını istəyəcəksiniz. Bəlkə o, 
ömrünüz boyu arzuladığınız kişi ilə gözəl münasibət 
qurmağa kömək edəcəkdir. 
Qadınlarla kişilərin münasibətindəki sirlər 
ı. Kişi - uzaqlaşan üfüq 
Görüm səni dəyişikliklər dövründə yaşayasan. 
Çin lənəti 
Təsəvvür edin ki, başqa bir planetə uçacaq 
ekspedisiyanın tərkibinə daxil edilibsiniz və siz yalnız 
həmin planetdə zahiri göriinüşcə sizə oxşayan varlıqların 
məskunlaşdığını bilirsiniz. Kosmosda uzun səyahətdən 
Downloaded from KitabYurdu.org



sonra bu uzaq dünyaya düşürsünüz. Kosmik gəmidən 
çıxırsınız və sizi, həqiqətən də, sizə bənzəyən, zahirən xoş 
görünən varlıqlar salamlayır. Bundan başqa, təəccüblü 
görünsə də, hələ onlar sizin dilinizdə də danışırlar. 
Növbəti bir neçə saat ərzində bu varlıqlarla danışmağa, 
ünsiyyət yaratmağa çalışırsınız, ilk öncə hər şeyin 
qaydasında 
olduğunu düşünürsünüz. Ancaq vaxt keçdikcə sizinlə və 
bu varlıqlar arasında gərginlik artmağa başlayır. Yad 
planetin 
sakinlərinin 
sizin 
dilinizi 
bilmələrinə 
baxmayaraq, onlarla ünsiyyət qurmaq cəhdlərinizi heç 
vədilə anlamırlar. Siz bir söz deyirsiniz, onlar isə başqa şey 
eşidirlər. Məsələn, siz maraq göstərirsiniz, onlar bunu 
tənqid kimi anlayırlar. Onların öz aralarında ünsiyyət 
prosesini müşahidə etsəniz, onda aranızdakı fərqlilik sizə 
daha da aydın görünər. Sizin “sivilizasiyanın" 
nümayəndələri 
əməkdaşlıq və qarşılıqlı anlayışı 
dəyərləndirməyi aşıladığı halda, yad planetin sakinləri 
daim bir-biri ilə rəqabət aparır. Siz hisslərinizi bölüşmək 
ruhunda tərbiyə olunduğunuz halda, bunlar, sən demə, var 
güclərilə hisslərini gizlətməyə cəhd edirlər. Və siz onlarla 
nə qədər çox vaxt keçirsəniz, bir o qədər məyus olurlar. 
Və sonda komandanızla bərabər bu qəribə və 
anlaşılmayan məkanı tərk etməyi qərarlaşdırırsınız. Onları 
tərk etmənizlə bu varlıqları xoşbəxt edəcəyinizdən 
Downloaded from KitabYurdu.org



əminsiniz, çünki səfəriniz zamanı onlar sizə elə də böyük 
mehribanlıqla yanaşmadılar. Və birdən çox təəccüb 
doğuran bir hal baş verir: sizin getməyinizi 
görən varlıqlar olduqca kədərlənir, sizinlə çox gözəl vaxt 
keçirdiklərini bildirir və getməməyiniz üçün yalvarırlar. 
Onların etirazına baxmayaraq, kosmik gəminizə 
qalxırsınız, ancaq siz tamamilə karıxmış haldasınız. Siz 
yerinizdə əyləşib, polad maşını kosmosa qaldıran raket 
mühərriki hiss edəndə, düşünürsünüz: “Bu insanlar 
həyatımda rast gəldiyim ən qəribə varlıqlardır. Onlar bir 
şey deyir, ancaq başqa şey hiss edirdilər. Onlar özlərini 
laqeyd kimi göstərirdilər, əslində isə bu belə deyildi. Sanki 
bizim orda olmağızdan heç şad deyildilər, ancaq 
getməyimiz onların qanını qaraltmışdı. Hə, onu deyə 
bilərəm ki, onlarla görüşmək maraqlı idi, ancaq onlarla 
yaşamaq istəyimin olduğunu düşünmürəm”. 
Kişilər aləminə səyahətin başlanması 
Əgər siz hələ anlamamısınızsa, bilin ki, bu yad planetin 
sakinləri artıq yerə eniblər, bizim aramızda yaşayırlar və 
onları kişi adlandırırlar. Və əgər siz bizim aramızda olan o 
böyük bioloji, psixoloji və sosial fərqlər üzərində 
düşünsəniz, onda kişilər - sözün əsl mənasında, başqa 
planetdən gəlmişlər lıesab edilə bilər. Bir dəqiqə dayanın, 
üzləşə biləcəyiniz o fərqliliklər, tamamilə başqa dəyərlərə 
hörmət ruhunda tərbiyə olunmuşlarla yola getməyə 
Downloaded from KitabYurdu.org


10 
çalışmaq, sizdən fərqli düşünməyə, fərqli aparmağa və 
ünsiyyət qurmağa öyrəşmək lazım olduğu barədə bir 
düşünün. Bu demək olar ki, mümkün deyil, düzdürmü? 
Bununla belə, biz hər gün bu fərqliliyə meydan oxuyur və 
kişilərlə ünsiyyətdə oluruq. Və onlarla yola getməyimiz, 
həqiqətən də, möcüzədir! 
Kişilər və qadınlar arasında fərq əsrlər boyu mövcud 
olub, bu barədə bu fəsildə söz açacağam. Min illərlə 
qadınlar bu fərqliliklərlə barışmış, onlara öyrəşmiş və 
onlara təklif olunan rolu öz üzərilərinə götürmüşlər. Ancaq 
hardasa XX əsrin başlanğıcında qadınların özlərinə başqa 
yöndən yanaşmaları və kişilərdən onlara münasibətlərini 
dəyişmələrini tələb etmələri inqilaba səbəb oldu. İlk dəfə 
olaraq qadınlar analarının, nənələrinin və böyük 
nənələrinin sakitcəsinə qəbul etdiyi və 
anladıqları köhnə qadın stereotiplərini məhv edərək, 
həyatın bütün sahələrində bərabərlik tələb etdilər. Səmərəli 
hamiləliyin qarşısını alan vasitələrin ortaya çıxması və 
qadınların ictimai faydalı əmək sahəsinə gəlmələri uşaq 
dünyaya gətirmək baxımından onlara müstəqillik və 
iqtisadi azadlıq verdi. 
Elə bu yolla da kişi və qadının qarşılıqlı münasibətində 
böhran yaranmış oldu. Hökmranlıq etməyə öyrəşmiş 
kişilər qadınlardan itaətkarlıq gözləyirdilər. Ancaq indi 
qadınlar açıq şəkildə deyə bilirdilər: "Xeyr, biz artıq bunu 
Downloaded from KitabYurdu.org


11 
etməyəcəyik”. Sözün düzü, biz özümüz də hələ "yeni 
qadınlar” kimi nə edəcəyimizi axıra kimi anlamırdıq. 
Bizdə bir çaşqınlıq var idi və bu çaşqınlığın özü kişilərin 
bizim 
lıəyatımızdakı 
vəziyyətini 
daha 
da 
mürəkkəbləşdirirdi. 
Biz kölınə qaydaları ləğv edərək, yenilərini 
hazırlamadan bizə tanış olan oyunu oynayırıq. Azad 
olmağı çox istəyirik, ancaq azacıq keçmişdəki kiminsə 
bizə hamilik etməsini istəyirik. Biz işə başladıq, müstəqil 
olaraq özümüzü saxlamağı öyrəndik, ancaq yenə də 
kişilərin ofisdə bizə qapını tutub saxlamasını və bizə yol 
göstərməsini gözləyirik. Biz kişilərə qarşımızda ürəyini 
açmaları, zəif cəhətlərini gizlətməmələri üçün yalvarırıq 
və birdən kişilərin zəif cəhətlərini nümayiş etdirdikləri 
üçün onlara qarşı bizdə nifrət hissi yarandığını - duyuruq. 
Halbuki ikili standartlarımız biz qadınlara çoxlu narahatlıq 
gətirirdi, kişiləri isə sadəcə dəli edirdi. 
90-cı illərin qadınları olaraq biz, kifayət qədər 
həyatımızı peşəkarlıq və maliyyə cəhətdən uğurla 
formalaşdırırıq. Ancaq məsələ kişilərlə qarşılıqlı 
münasibətə gələndə, bax burada bəxtimiz elə də gətirmir. 
Son dərəcə uğurlu yol keçmiş qadın biznesmenlərdən biri 
mənə dedi: “Şirkətimin yüz minlərlə dollar qazanması və 
şəxsi mülk alınaq üçün nə etmək lazım olduğunu bilirəm, 
ancaq hələ indiyə kimi kişi ilə münasibət qurmağın necə 
Downloaded from KitabYurdu.org


12 
olduğunu təsəvvürümə gətirə bilmirəm!” Bu qadın və 
bizlərdən bir çoxları üçün kişi - "uzaqlaşan üfüq”, 
həyatımızın müəmmalı sirri olaraq qalır. 
Xəbərdarlıq. Bu kitab “kişilərin əhəmiyyətsiz” biri 
olmaları haqqmda deyil! O heç də kişilərə məzəmmət 
etıııir, onları pis davranışlarına görə qınamır. 
Əksinə, minlərlə qadınla paylaşmaq istədiyim bu kitab, 
kişilərin kim olduğunu anlamağa kömək edən, kişilərlə 
münasibətlərin qurulmasının yeni yollarını əks etdirən 
qiymətli informasiya toplusudur. 
Niyə kişilər olduqları kimidir 
Dayanıb birindən soruşmaq əvəzinə, yolunu azmış 
kişinin onu tapmaq üçün saatlarla fırlanmağa üstünlük 
verməsinin səbəbini heç düşünmüsüııüzmü? 
Sizi idarə etməyə çalışan kişinin, əslində, onun 
üzərində 
ıııalik 
olduğunuz 
hakimiyyətdən 
necə 
qorxduğundan heç şüblıələnmisinizmi? 
Kişilərin sizinlə yaxınlıq etməkdə çətinlik çəkmələrinin 
səbəbi ilə heç maraqlanmısmızım? 
Kişilər diqqətini müəyyən bir məsələyə yönəltmək 
istədikdə, siz isə onun diqqətini özünüzə cəlb etməyə 
çalışdıqda, niyə hirsləndikləri ilə heç maraqlanmısmızım? 
Heç özünüzə belə bir sual vermisinizmi: narahat və ya 
dilxor olduğu tanı aydın göründüyü halda, niyə kişilər 
bunu inadla inkar edirlər, gizlətməyə çalışırlar? 
Downloaded from KitabYurdu.org


13 
Əgər siz bu qəbildən olan sualların əksəriyyətinə 
miisbət cavab tapa bilsəniz, onda siz yalqız deyilsiniz. 
Çaşqınlıq və heyrətlənmə hissi ilə tanış olan hər bir qadın 
sevdiyi kişini müşahidə edərkən, onun məhz, niyə belə 
olduğunu anlamadığını hiss edir. 
İlk olaraq nəyi bilməlisiniz: 
Heç də kişilər qadınları dəlilik halına gətirmək üçün 
belə deyil; onlar belədir, çünki min illər onları belə olmağa 
öyrətmişlər. Və belə bir tərbiyə kişilərin şəxsi həyatını 
olduqca çətinləşdirir. 
Sizin üçün bəzi başlıca informasiyalar: 
ı. Niyə kişiləri tənha ovçu və istefaya çıxmış döyüşçü 
adlandırıram. 
2. 
Niyə kişilər həmişə qadınların üzərində 
hökmranlıq edirlər. 
3. 
Kişiləri necə sevgiyə yararsız tərbiyə edirlər. 
4- Televiziya seksual rol stereotiplərini necə formalaşdırır. 
Kişi - tənha ovçu 
Hadisənin vaqe olduğu vaxt - min il bundan əvvəl. Yer 
kürəsi vulkanların, buzlaqların, sel və daşqınların, kəskin 
iqlim şəraitinin mövcud olduğu qarşısıalınmaz, dəyişkən 
planet idi. Vəlışi heyvanlar sayca sığınacaq tapmış kiçik 
qrup halında yaşayan, gücdən düşmüş insanlardan qat-qat 
çox idi. Bu dünya primitivdir və daha yaxşı 
uyğunlaşanların sağ qalmaları bu dünyanın yeganə 
Downloaded from KitabYurdu.org


14 
reallığıdır. 
Dağııı döşündə olan mağaranın içində bir-birinə 
sığınaraq oturmuş ailə üzvləri bütün gün ərzində yeyə 
bildikləri ərzağı - kişinin iki gün bundan əvvəl öldürdüyü 
vəhşi maraldan qalmış əti yeyirdi. O ovdan qalan yalnız bu 
ət idi. Kişi yemək üçün başqa bir şey də tapmağa səy etsə 
də, nəticə olmamışdı, çünki belə bir hava şəraitində ova 
çıxmaq olduqca çətin idi. Artıq bir həftə idi ki, durmadan 
qar yağır, heyvanların çoxu baş alıb isti vadilərə getmişdi. 
Ancaq o, iki uşağının və arvadının acgözlüklə barmaqlarını 
yaladıqlarını görür və hərəkətə keçməsinin vacib olduğunu 
bilirdi - o, ova getməli və qənimətlə geri dönməliydi. Əgər 
qənimət əldə edə bilməsə, özü və ailəsi acından ölə, hər 
gecə ulartılarını eşitdikləri ac qurdlara yem ola bilərdilər. 
Qəfildən kişi özünü mağaranın girəcəyinə atır, hücuma 
hazır vəziyyət alır - o, şübhəli səslər eşitdiyini güman edir. 
Bəlkə bu, onu öldürüb, arvadını və mağaranı özünə 
götürməyi bacaracaq daha güclü bir kişidir. Bəlkə də, bu 
qarnını doydurmaq üçün hücuma hazır olan canavardır. 
Bəlkə də, o küləkdir: əmin deyil. O heç vaxt əıııin ola 
bilməz. Bax bu səbəbdən də, o heç vaxt arxası çıxışa deyil, 
yaxınlaşmaqda olan təhlükəni görmək üçün üzü çıxışa 
oturur. Bax elə bu səbəbdən o, yuxuda belə tanı sakitləşə 
bilmir - vücudunun bir hissəsi təhlükənin yaxınlaşmasını 
bildirən səsə qulaq asır. 
Downloaded from KitabYurdu.org


15 
O yenidən tonqalın kənarında sallağı oturur. Ürəyi 
sürətlə döyünür. O qorxur, həmişə qorxur. Ancaq arvadına 
və uşaqlarına baxanda, onlara qorxusunu bildirməyə haqqı 
olmadığını anlayır. Onun cəsarətsizliyini görsələr, 
ümidlərini 
itirə bilərlər. Onsuz onlar məhv olarlar. Yox, o güclü 
olmalıdır. O, kiııı olduğunu unutmamalıdır. O ovçudur. 
Ehtiyatda olan əsgər 
Müasir cəmiyyətdə kişinin həyatı heç vəchiə ibtidai 
əcdadlarının həyatına oxşamır. Bunmıla belə, son dövrə 
kimi kişi ova çıxmaqda və ailəsini qida ilə təmin etməkdə 
davam edirdi; o, ailəsini istənilən düşməndən qorumaq 
üçün fiziki cəhətdən hazır olmalıdır. 
XX əsr kişisinə nə ova çıxmaq, ıiə də döyüşmək 
gərəkdir. Əsrlər boyu ona öyrədilənlərə ehtiyac qalmayıb. 
Artıq nə döyüş, nə düşmən, nə də duellər var. O - ehtiyatda 
olan əsgərdir. 
Bu səbəbdən də, qadınlardan kişilərə aid olan bu kimi 
giley-güzarları eşitmək elə də təəccüblü deyil: 

“O, lıəmişə müdafiədədir - nə desəııı, o, döyüşə 
atılmağa hazırdır". 

“Mənimlə açıq danışmaq və öz hisslərini mənə 
söyləmək o qədər çətindir ki - sanki o lıəmişə güclü 
olduğunu göstərməyə 
çalışıı". 
Downloaded from KitabYurdu.org


16 

“Ərimin birisi ilə dost olmasını istəyirəm, ancaq 
heç cür o bmıa nail ola bilmir". 

“Bob işinə o qədər ciddi yanaşır ki, bu məni dəli 
edir. Onu işini bir az sadə qəbul etməsinə inandırmaq 
istəsəm də, o özünü elə aparır ki, guya məruzəsini bu güıı 
və ya sabalı təhvil verməsi ölüm-dirim məsələsidir". 

“Dostum onu tənqid etdikdə və ya toxunulası bir 
söz dedikdə, çox hirslənir - istənilən fikir ayrılığını ona 
hücum kimi qəbul edir və cavab olaraq bütün istehzasını 
işə salaraq, döyüşə atılır, üstəlik özünü əsl davakar adam 
kimi aparır”. 

“Ərimi bir şey narahat edəndə, o bunu gizlədir, 
soyuq və təmkinli olur, mənim bir neçə gün deyinməmdən 
sonra onu narahat edən məsələ haqqında danışmağa razı 
olur”. 
XX əsr kişilərinin davranışında ovçular və döyüşçülər 
dövrü mentalitetinin izlərinin olmasından əminəm. Hələ 
indiyə kimi onları instinktiv olaraq, bəlkə də, özlərinin belə 
şübhələnmədikləri qüvvələr idarə edir. İnsan varlığının 
"genetik 
yaddaşa", müəyyən qavrama növlərinə malik olması 
haqqında nəzəriyyə var. Həmin nəzəriyyəyə əsasən 
yaddaş, əsrlər boyunca əyalətdə ömür sürən adicə 
mühasibi min il bundan əvvəl, lap ibtidai əcdadlarından 
tutmuş bu günə kimi olan bütün qohumları ilə 
Downloaded from KitabYurdu.org


17 
əlaqələndirir. 
Kişilər sanki ibtidai instinkti - həmişə müdafiəyə hazır 
olmaq, heç vaxt zəif cəhətlərini göstərməmək, həmişə 
təmkinli olmağı bacarmaq “yadda saxlayırlar” və şüuraltı 
olaraq onlar gündəlik həyatlarında bu instinktlərə uyğun 
olaraq hərəkət edirlər. 
Niyə kişilər restoranlarda müəyyən yeri 
seçirlər 
Bir neçə il bundan əvvəl "genetik yaddaşın” mən öz 
təcrübəmdə, həqiqətən də, mövcud olduğuna inandım. O 
vaxt müəllim işləyən bir yazıçı ilə münasibətim var idi. 
Hər dəfə biz nahar edəndə bir qəribə şeyi müşahidə 
edirdim. Restorana daxil olurduq, ofisiant bizi stolumuza 
kimi müşayiət edirdi və mən məhz ofisiantın təklif etdiyi 
stulda əyləşirdim. Əgər stulum arxası restorana baxırdısa, 
yoldaşını mənimlə üzbəüz otururdu. Yox, əgər əyləşdiyim 
stuldan restorana çox gözəl bir mənzərə açılırdısa, dostum 
özünü yaxşı hiss edirdi və onunla yerimi dəyişməyi xahiş 
edirdi. İlkin olaraq bir neçə dəfə mən etiraz etmədim və 
onunla yerimi dəyişdim. Ancaq bir dəfə axşam mənim də 
höcətliyim tutdu və dediııı: "Sən həmişə elə oturmaq 
istəyirsən ki, gözəl mənzərəni və ətrafda olanları görəsən. 
Bu 
dəfə də mən harada oturmuşamsa, orada da oturmaq 
istəyirəm”. 
Downloaded from KitabYurdu.org


18 
Dostıun istəmədən razılaşdı və qarşımda, arxası 
restorana oturdu. Biz yemək sifariş verdik, mən günümü 
necə keçirdiyimdən, lüzumsuz şeylərdən danışmağa 
başladını və birdən onun sıxıldığını hiss etdim. 

Nədənsə narahatsan? - soruşdum. 

Mən, sadəcə, belə oturmağı xoşlamıram, belə 
olduqda rahatlana bilmirəm, - o cavab verdi. 

Burada oturmağında elə bir pis nə var ki, 
anlamıram? 

Heç nə yoxdur, - o izah etdi. - Mənim, sadəcə, 
arxası restoranın zalına oturmaqdan xoşuııı gəlmir, bax 
indi oturduğum kimi - onda hirslənirəm. 
Sonrakı varım saat ərzində biz dostumun arxası zala 
oturduğu zaman keçirdiyi narahatçılığın səbəblərini təhlil 
etməklə məşğul olduq və müəyyən etdiklərimiz hər ikimizi 
təəccübləndirdi. O heç vaxt düşünmədən istər restoran, 
istərsə də qonaqlıq keçirilən otaq olsun, bütün məkanı görə 
biləcəyi yeri seçirmiş. Ona qarşı heç bir təhlükənin 
olmadığını hiss etsə 
belə, qəlbinin dərinliyində arxası otağa oturmağa risk 
etmirdi. Sanki daxili bir səsin onu xəbərdar etdiyini 
eşidirdi: “Özünü qoru! Ehtiyatlı ol!” 
İstər ailədə, istərsə də orduda xidmət etdivi dövrdə 
təhlükədən uzaq olmaq üçün necə oturmağın ona 
öyrədilmədiyini təsdiqləyirdi, o heç vaxt bu barədə 
Downloaded from KitabYurdu.org


19 
düşünməmişdi. 
Biz 
bunu 
"genetik 
yaddaş” 
nəzəriyyəsindən başqa heç ıiə ilə izah edə bilmədik - o 
bilirdi ki, arxası mağaranın çıxışına oturmamalıdır. 
O vaxtdan bəri məndə belə bir adət yarandı: kişilərdən 
restoranda hansı yeri seçmələri barədə soruşmağa 
başladını və çoxu da eyni cavabı verirdi: zalın gözəl 
mənzərəsinin göründüyü yerdə özlərini daha rahat hiss edir 
və arxaları zala oturmağı xoşlamırlar. Zarafat naminə siz 
də özəl tədqiqatınızı apara bilərsiniz. (Əgər siz kişini pis 
vəziyyətə salınaq istəyirsinizsə, - əlbəttə, işə görə, - onu 
arxası otağa oturdun və onun özünü narahat etməsini 
müşahidə edin!) 
Niyə kişilər həmişə qadınların üzərində hökmranlıq ediblər 
Hamiləliyin qarşısını alan vasitələr ortaya çıxana kimi 
kişi və qadının rolu sadə faktorla müəyyən olunurdu: qadın 
lıamilə olub, uşaq dünyaya gətirə bilir, kişi isə bilmirdi. 
Cek və Cil Fliııstouna, onların birgə ova çıxmalarına və 
işləmələrinə bir nəzər yetirin. Əgər Cil Cekiıı tamamilə 
onu özünə cəlb etməsini istəmirdisə, o, Ceklə seksual 
əlaqəyə girməməyə üstünlük verirdi. Belə ki, o lıamilə 
qalan kimi onunla eyni bərabərlikdə olmaq hüququnu 
itirirdi. Az hərəkətli olurdu, qaça bilmirdi. Uşaq dünyaya 
gətirdikdən sonra o, uşağa dayəlik etməli, onun qeydinə 
qalmalı idi. Bu da onun evdən çıxmasına və Ceklə birlikdə 
ərzaq axtarışına çıxmasına iıııkaıı vermirdi. Müəyyən vaxt 
Downloaded from KitabYurdu.org


20 
ərzində dünyaya üç və ya dörd uşaq gətirməklə o tanı 
Cekdəıı asılı hala düşür, belə ki, o, bütün vaxtını uşaqların 
tərbiyəsinə sərf etməli olurdu. 
Cek və onun dostları yalnız bir səbəbdən qadınların 
üzərində tanı hakimiyyətə malik idilər: onlar qəniməti 
axtarır, əldə edir və paylayırdılar. Beləliklə, daha çox ət 
əldə edən rəhbər olurdu. Əgər sizin bu kişilərlə 
münasibətiniz pis olardısa və onların göstərişlərini yerinə 
yetirıııəzdinizsə, onlar sizə ət verməz və ac qalıb ölə 
bilərdiniz. Hər şey çox sadə idi. Bəlkə də, elə bu 
səbəbdəndir ki, bir çox kişilər arvadlarının işləmək 
niyyətini eşidəndə qeyzlənirlər; əgər qadın özünün "ət 
payını” evə gətirərsə, kişilərin mütləq hakimiyyəti təhlükə 
altına düşə bilər. Sözsüz ki, kişilərin ova getməsindən 
əsrlər keçmiş olsa da, analıq borcu, vəzif əsi qadınları 
evinə bağlamaqda əsas səbəb kimi qalır. Kişilər iqtisadi 
hökmranlığa ıııalik idilər, elə buradan da onların 
hökmranlığı hər şeyə sirayət edirdi. 
Kişilərin qadınlar üzərində hökmranlıq etməyə can 
atmaqlarının psixoloji izahı 
Sizinlə pis davranan, sizi alçaldan kişinin gizlicə sizə 
qibtə etməsini, hətta qorxmasını nə vaxtsa heç ağlınıza 
gətirmişsinizmi? Kişilərdə qadınlar üzərində hökmranlıq 
etmək hissinin paxıllıqdan və qadının nəsli davam 
etdirmək qabiliyyətinə ıııalik olması bacarığından irəli 
Downloaded from KitabYurdu.org


21 
gəlməsi haqqında çox sayda nəzəriyyələr mövcuddur. 
Qadınlara, bir qayda olaraq, yəqinlik intuisiyası və 
yaratmaq qabiliyyəti verilib, qadınlar yeni həyat bəxş 
edirlər, yəni ən böyük möcüzəni həyata keçirirlər, - bütün 
bu faktorlar, bəlkə də, kişilərin qadınlar üzərində 
hökmranlıq etmək tələbini gücləndirə bilər. 
Son nəzəriyyələr kişilərdə qadınların başqa qadınları 
xatırlatmaq halını aradan qaldırmaq tələbini ortaya çıxardı; 
bu nəzəriyyə hər bir kişinin anasından uzaqlaşmağa can 
atmasını əks etdirir. Balaca oğlan üçün ana ən yaxın və 
doğıııa varlıq olduğundan anasından uzaqlaşmayanacan 
onu anası ilə, qadınla eyniləşdirəcəklər. Cinsi yetkinlik 
dövründə hamımız oğulların analarının onları öpmələrini 
və ya qucaqlamalarını istəmədiklərinin şahidi olmuşuq; 
hətta kişi kimi özüııütəsdiqə can atanda analarına nifrət 
etdiklərinə belə adaim inandıra bilərlər. “Analıq" kitabının 
müəllifi Neıısi Çodorova izah edir: 
V “Oğlan daxilən anasından imtina etməyə, onunla 
əlaqəni kəsməyə və hələ də hiss etdiyi güclü asılılığa üstün 
gəlməyə çalışır... O, bunları onun qadından törəndiyini 
göstərən hər şeyi boğmaq üçün və xarici aləmdə qadına 
məxsus olan hər şeyi pisləməklə həyata keçirir. Kişidə 
qiyam edən o balaca oğlan onun və anasının “biitöv” 
olmamasını sübut etməyə çalışır, qadınlar üzərində 
hökmranlıq etmək cəhdlərini davam etdirir, onları müti 
Downloaded from KitabYurdu.org


22 
görmək istəyir və sanki deyir: “Görürsən, əgər mən sənin 
üzərində hökmranlıq edirəmsə, deməli, mən səndən 
yaxşıyam. Mən yaxşıyam, sən yox”. 
Bu kitabın sonrakı bölmələrində mən balaca oğlanların 
analarından asılı olmamağa çalışmalarının sevdiyimiz 
yaşlı kişilərin davranışına necə təsir etməsini izalı 
edəcəyəm. 
Kişiləri sevgiyə gərəksiz kimi necə tərbiyə edirlər 
"Oğlan!”- mamaça elan edir və elə həmin andan da bu 
balaca kişi qoıışıı doğum palatasında dünyaya gəlmiş 
körpə qız uşaqlarından tamamilə fərqli tərbiyə edilir. 
Müxtəlif elmi tədqiqatlardan götürülmüş faktlar üzərində 
düşünün. 

Yeni doğulmuş oğlan uşağının valideynləri 
oğullarının portretini təsvir etməyə, “möhkəm, böyük, 
diribaş, güclü” sözlərindən istifadə etməyə meyillidirlər. 
Yeni doğulmuş qız uşağının valideynləri isə körpələrini bu 
sözlərlə sevirlər: "iııcə, balaca, gözəl". Həkimlərin yeni 
doğulmuş bu iki qrup uşaqların bir-birindən heç nə ilə 
fərqlənmədiklərini, olsa da olduqca kiçik fərqin olmasını 
desələr də, valideynlər, həqiqətən də, körpələrinin bu 
keyfiyyətlərə malik olduqlarına inanırlar. 

Valideynlər balaca oğlanlara kiçik qızlardan 
daha çox tələblər irəli sürməyə meyillidirlər, onlar 
oğlanlardan daha böyük məsuliyyət və riskə hazır olma 
Downloaded from KitabYurdu.org


23 
xüsusiyyəti gözləyirlər. 

Valideynlər oğlanları qızlarla müqayisədə daha 
müstəqil olmağa yönəltməyə çalışırlar. Uşaq yıxılanda və 
ya qorxanda, onlar daha çox qız uşaqlarına qarşı rəhmli 
olur, oğlanlara isə hələ kiçik yaşlarından daha çox 
sərbəstlik verirlər. 

Valideynlər oğlanlarda emosional təmkiııliyi 
təşviq etdikləri halda, qızlarda isə emosional açıqlığı 
bəyənirlər. Oğlanları daha güclü hisslər ruhunda tərbiyə 
edirlər - “zəiflik" əlaməti olan qorxu və ruhdan düşmə kimi 
halları kişiyə məxsus olmayan hal kimi nümayiş 
etdirməklə yanaşı, onlara ehtiras, kiməsə bağlılıq, güclü 
sevgi hisslərini də aşılayırlar. Kitabımdakı "Kişi 
seksuallığı" bölməsində doktor Bern Zilberlıeld oğlanlara 
hisslərini açıqlamağın öyrədilməsini belə təsvir edir: 
"Onlara yalnız çox az sayda emosiyalarını - 
təcavüzkarlıq, 
rəqabətə dözümlülük, hiddət... və 
soyuqqanlıqla bağlı olan hissləri nümayiş etdirməyə icazə 
verildiyi öyrədilir. Böyüdükcə buraya sekslə bağlı hisslər 
də əlavə edilir. Zəiflik, utanmaq, qorxu, tez toxunma, 
incəlik, mərhəmət və həssaslıq kimi 
hisslərə qızlar və qadınlar ıııalik ola bilər. Bu hisslərdən 
birini büruzə verən oğlana ya gülər, ya onu “anasının 
balası", ya da "qız" (bu daha ağır ola bilər?) adlandıra 
bilərlər”. 
Downloaded from KitabYurdu.org


24 
Hal-hazırda bir çox gənc valideynlər uşaqlarında 
cinsiyyətə əsaslanan stereotipləri tərbiyə etməkdən uzaq 
dururlar. Ancaq bizim münasibət saxladığımız daha yaşlı 
kişilərin çoxu tərbiyəyə belə fərqli yanaşmanın 
qurbanıdırlar. 
Televiziya cinslərin rolunu necə təqdim edir 
Uşaqların çoxu kişi və qadın anlayışlarını təkcə 
valideynlərindən devil, həm də saatlarla sevr etdikləri 
televiziyadan öyrənirlər. Televiziyada qadın və kişi 
obrazlarının təsvir olunmasının çox dəyərli tədqiqi aparılıb 
və nəticələr də son dərəcə əhəmiyyətlidir. 
V Kişilər, bir qayda olaraq, şöhrətpərəst, avantürist, 
güclü və hökmlü göstərildiyi halda, qadınlar daha çox asılı, 
tabe olan və zəif məxluq kimi təqdim edilir. 

Kişilər böyük mükafatlara layiq görülə bilən 
maraqlı işlərlə məşğul olduqları halda, qadınlar kişilərə 
baxanda, az vacib görünəcək və az mükafat ala biləcək 
köməkçi rolunda çıxış edirlər. 

Kommersiya məqsədilə çəkilmiş telefilmlərdə 
qadınlar daim təlaş içində hirsli və unitazın qoxusundan, 
miqren və digər boş şeylərdən narahat olan kimi təqdim 
edildiyi, halda, kişilər daha nüfuzlu, məsuliyyətli və 
cəsarətli verilir. 

50-60-c.ı illərin cavan oğlanları tərəfindən çox 
sevilən televiziya vesternlərində (kovbov filmlərində) 
Downloaded from KitabYurdu.org


25 
amerikalı qəhrəman - növbəti sərgüzəştini həyata keçirib, 
özünü heç bir öhdəlik və bağlarla kəndirləməyən - azad 
qalan, qürubda yalqız çıxıb gedən kovbov timsalında 
verilir. 
Bir təsəvvür edin: yaşadığınız kişi də hələ oğlan olarkən 
illərlə televizorun qarşısında uzanaraq bir-birinin ardınca 
nümayiş etdirilən və kişilərin güclü, təmkinli, soyuqqanlı, 
qorxmaz kimi təqdim olunduğu kommersiya filmləri də 
daxil olmaqla, proqramlara baxır. Onun sevimli qəhrəmanı 
Yalqız Səfil, Zorro, Bətməıı, Maverik, '‘Xəziııə”dəki 
oğlanlar, Piter 
Hamı, ya da başqa bir kovboy, detektiv və ya döyüşçüdür, 
sizin seçdiyiniz kişi böyüyəndə kim olacağını artıq bilirdi. 
Yeri gəlmişkəıı, bu filmlərdə heç vaxt Zorronun arvadını 
və ya Yalqız Səfilin sevgilisini göstərmirlər. Eyni ab-
havada çəkilmiş bu televiziya filmlərində qəhrəmanın 
bağlandığı varlıqlar ya atı, ya da dostu ola bilərdi, əsla, 
qadın yox! 
Yox əgər sizin kişiniz televiziya filmləri ruhunda deyil, 
radio verilişləri ruhunda tərbiyə alıbsa, elə də böyük fərq 
etməz, çünki həmin dövrün radio tamaşalarında da 
filmlərdə olan stereotiplər üstünlük təşkil edirdi. 
Dəyişən zamanlara meydan oxumaq 
İndi siz artıq müəyyən mənada kişilərin niyə olduqları 
kimi olduqlarını, niyə "kişi olmağın” hisslərini gizlətməli 
Downloaded from KitabYurdu.org


26 
olmaq, yarışlarda udmaq, bu çətin dünyada sağ qalmaq 
üçün mübarizə aparmaq, müstəqilliyini qorumaq, 
soyuqqanlı olmaq anlamına gəldiyini az da olsa, 
anlayırsınız. Kişiləri nəsildən nəslə keçən, - valideynləri və 
cəmiyyət tərəfindən daha da möhkəmləndirilən və onlar 
üçün səmimilik qapılarını bağlayan vərdişlər hərəkətə 
gətirir. 
Bu cədvəl bu gün kişilərin üzləşdikləri böyük 
emosional problemləri anlamağa kömək edir. 
Cəmiyyət ona əsl kişi olmağı öyrədir, o isə sevdiyi 
qadınla açıq olmağı və əsl yaxınlığın mümkün olmasını 
imkansız edən keyfiyyətləri təcəssüm etdirməyə can atır. 
Kişi olmaq üçün nə öyrədib 
Onları necə görmək istərdik • 
inanmayan (etibar etməyən, hər şeydən şübhələnən) • 
inanan və açıq Hisslərini gizlədən Hisslərini bildirən 
Zahirən güclü və məğlubedilməz olmaq 
Zəif cəhətini görən 
Rəqabət aparan 
Əməkdaşlıq edən 
Xarici aləmin bilicisi olmaq 
Daxili aləmi bilən birisi olmaq Müstəqil (tənha) olmaq 
Bizə tələbatının olmasını hiss edən birisi olmaq 
Və biz - 90-cı illərin qadınları kişilərimizə buıııı 
deyirik: özünüzdə yaratmağa çalışdığınız bütün bu 
Downloaded from KitabYurdu.org


27 
xarakterik xüsusiyyətlər bizi dəli edir və heç cəlbedici 
gəlmir; həqiqətən, biziııı kişilərdə görmək istədiyimiz 
xüsusiyyətləri siz "zəifliyin" təzahürü, "kişiyə yaraşmayan 
hərəkət" kimi qəbul edir və var gücünüzlə onlarla 
mübarizə aparırsınız. Əgər siz vəziyyəti bu nöqteyi-
nəzərdən dəyərləndirirsinizsə, onda kişilərin özlərində 
nəyisə dəyişmək istəmədikləri, biziııı onları ədalətsiz 
olaraq danladığımız, niyə adi qarşılıqlı münasibətlərdə 
bizə çox asan gələn məsələlərin həllində onların bacarıqsız 
olduqları sizə daha aydın olar. 
Kişilərdən bizim üçün tamamilə müəmma olan, həm də 
çox gözəl anladığımız məsələlərdə - emosiyalarımızı ifadə 
etmək, sevməkdə daha həssas və ədəbli olmaq bacarığında 
- səriştəli olmalarını gözləyirik. 
Son illər minlərlə kişi ilə işləmişəm və onların daha 
açıq olmaq, sevdikləri qadına olan sevgilərini daha 
dərindən hiss etmək və bunları ifadə etməyə çalışdıqlarına 
inandım. Ancaq onlar üçün buna alışmaq çox çətindir, 
hətta deyərdim ki, qorxunc bir prosesdir və bu fəsli 
oxuyanda bunun səbəbini anlayacağınıza ümid edirəm. 
Sizi əhatə edən kişilərin elə bir mərhəmətə, dözümə və 
yardıma ehtiyacı var ki, onları məhz, öz qəlbinizdə tapa və 
kişilərin də eyni hisslərini sizə açılmasına kömək edə 
bilərsiniz. 
Çin lənətində deyilir: “Görüm səni dəyişikliklər 
Downloaded from KitabYurdu.org


28 
dövründə yaşayasan” - biz, məhz, belə bir zamanda 
yaşayırıq. Köhnə həyat tərzi və məhəbbət sənə yaramır, 
yenisini isə hələ kəşf etməmişik. Ancaq biz kişilərlə 
əlaqələr qurmaqda davam edir və bu yolda çox sayda 
ümidsizliklərlə üzləşirik. Yeni dövran bizə müdrikliyin və 
özünü təkmilləşdirməyin yüksəkliyinə qalxmaq üçün 
gözəl imkanlar verir. Bu kitabın məqsədi kişilərlə olan 
mürəkkəb qarşılıqlı əlaqələrinizi yeni, həyəcanlı eşq 
macərasına çevirməkdən ibarətdir. 
2. Kişilərlə münasibətində qadınların yol verdikləri altı ən 
böyük səhv 

Kişilərlə 
davranış 
qaydalarına 
dair 
sizin 
öyrəndiklərinizin tamamilə səhv olduğu barədə nə vaxtsa 
heç düşünmüsünüzmü? 

Elə bir hal olubmu ki, siz kişini məmnun 
etdiyinizdən əmin olduğunuz halda, onun tərəfindən 
tamamilə neqativ reaksiya ilə qarşılaşasınız? 

Elə bir hal olubmu ki, siz "kişilərə yanaşmada 
səhv təlimat almanız" haqqında düşünəsiniz, ya da etməyə 
çalışmasınız, ancaq nəticədə istədiyinizin əksi alınıb? 
Əgər bu suallardan əksəriyyətinə "bəli” cavabı 
versəniz, deməli, siz tənha deyilsiniz. 
Seminar və qruplarımda minlərlə qadınla işləmişəm və 
onların 
əksəriyyətinin 
kişilərlə 
münasibətlərində 
çatışmayan nəsə var, ancaq onlar nəyin düz olmadığını və 
Downloaded from KitabYurdu.org


29 
onu necə düzəltməyi bilmirdilər. Kişi ilə münasibətinizi 
yaxşılaşdırmaq - istər bu əriniz, bosunuz, məşuqunuz, 
atanız və ya həmkarınız olsun - yalnız onun davranışını 
anlamaq deyildir, bu lıəm də öz davranışınızı yaxşıca təhlil 
etmək deməkdir. 
Kişilərlə qarşılıqlı münasibətiniz nə dərəcədə yaxşıdır 
Qarşınızda kişilərlə qarşılıqlı ıııüııasibətiııizdəki güclü 
və zəif cəhətləri müəyyənləşdirmək üçün tərtib edilmiş 
sorğu vərəqi var. Hər sual üçün aşağıda verilən 
cavablardan birini seçin: 
A. 
Demək olar ki, lıəmişə 
B. 
Tez-tez 
C. 
Hərdənbir 
D. 
Nadir halda 
E. 
Demək olar İd, heç vaxt 
Özünüzü necə aparmağınızdan deyil, adətən, necə 
hərəkət etmənizdən çıxış edərək, bu sualların lıannsıııa 
bacardığınız qədər doğru cavab verin. 
ı. Hər hansı bir kişi ilə maraqlananda, başqa insanlarla 
olan münasibətimi nəzərdən keçirir, hərəkətimin təqdir 
edilməsinə nail olur, arzulanmla kifayətlənir, ya da özümə 
daha az inamlı oluram. 
2. 
Mənə yaxın olan kişilərə görə məsuliyyət hiss 
edir və hər vəclılə xidməti pillələrində yüksəlmələri üçün 
lazım olan işləri görməyə onları inandırıram. 
Downloaded from KitabYurdu.org


30 
3. 
Kişilərə heç bir qadının mənimlə davranmasına 
icazə vermədiyim tərzdə davranmalarına icazə verərəm. 
4. 
Kişilərlə münasibətimi yoluna qoymaq üçün 
bütün seksual bacarığımdan istifadə edirəm. 
5. 
Hərəkətimə və ya dediyim sözə kişinin verəcəyi 
reaksiya qarşısındakı qorxu, ona demək istədiklərimi dilə 
gətirməyə, həqiqətən də, hiss etdiklərimi ona söyləməyə 
mane olur. 
6. 
Keçmişdə mənimlə olan münasibətinə, ya da 
onların mənə qarşı olan indiki münasibətinə görə kişilərə 
inciklik hissi edirəm. 
7. 
Kişilər tərəfindən diqqət və ya məhəbbət 
qazanmaq üçün səy göstərdikdə və yaxud da ııiənə qarşı 
qəzəbin göstərilməsindən qaçmaq lazım olanda, özümü 
köməksiz, çaşqın və karıxmış hiss edirəm. 
8. 
Mənə elə gəlir İd, kişilər mənə mənim layiq 
olduğum qədər hörmətlə yanaşır və məni yüksək 
qiymətləndirirlər. 
9. 
Həmişə kişidən istədiyimi və ehtiyacında 
olduğumu xahiş edirəm. 
10. 
Hökmlü kişilərin olduğu mühitdə özümü rahat 
hiss edir və heç bir gərginlik keçirmirəm. Öz davranışımı 
dəyişmir, özümü ıiə pərt, nə aqressiv, nə də itirmiş hiss 
edirəm. 
Iııdi isə xallarınızı hesablayın. 1-7 suallarına görə 
Downloaded from KitabYurdu.org


31 
özünüzə aşağıdakı qiymətləri verin: 
A. 
2 bal 
B. 
4 bal 
C. 
6 bal 
D. 
8 bal 
E. 
10 bal 
8-10 suallarına görə isə özünüzə bu qiymətləri verin: 
A. 
10 bal 
B. 
8 bal 
C. 
6 bal 
D. 
4 bal 
E. 
2 bal 
8-100 bal. Təbrik edirəm! Öz üzərinizdə və kişilərlə 
olan münasibətinizin üzərində ciddi işiniz öz bəhrəsini 
verdi, siz həm güclü, həm də sevən qadın olmağı 
öyrəndiniz. Siz hətta kişilərin əhatəsində həyatınızda əsas 
rol oynayan yüksək özünü qiymətləndirməni qoruyub 
saxlamış və düzgün ünsiyyət qurmaq səviyyəsinin sağlam 
və uzunmüddətli qarşılıqlı əlaqələrin yaradılmasında əsas 
rol oynadığını da bilirsiniz. Problemlərdən uzaq olmaq 
üçün qiymətlərinizin aşağı olduğu sahələrdə öz üzərinizdə 
işləyin. 
60-79 bal. Kişilərlə qarşılıqlı münasibətiniz pis deyil, 
ancaq bundan daha yaxşı ola bilərdi. Qadınların 
əksəriyyəti bu kateqoriyaya aid olur. Gələcəkdə daha 
Downloaded from KitabYurdu.org


32 
böyük səhvlərə yol verməmək üçün bəzi təhlükəli anlara 
diqqət yetirməlisiniz. Siz daha çox özünü ifadə etməyə və 
tələbatınızın tam təmin edilməsinə diqqət verməli və bu 
fəsildə sonrakı səhifələrdə toxunacağım kişilərlə qarşılıqlı 
münasibətlərdə qadınların etdikləri o altı səhvdən uzaq 
durmalısınız. Siz tələb etdiyinizdən də artıq məhəbbətə 
layiqsiniz. 
40-59 bal. Böyük problemləriniz var. Bəzi ınəııfi 
emosional vərdişləriniz əsl məhəbbətə qovuşmağınıza və 
layiqincə qiymətləndirilmənizə mane olur. Əgər hər şeydə 
kişilərə tabe olmaqda, “ayaq əsgisi" olmaqda və hər şeyin 
çox gözəl olduğu kimi göstərməkdə davam edərsinizsə, 
heç vaxt sizə hörmət etməyəcəklər. Davranışınızı 
dəyişmək vaxtı çatıb, ilk növbədə həyatınızdan nə 
dərəcədə razı qaldığınızı öz-özünüzə etiraf etməlisiniz. Bu 
kitabdan 
öyrəndiyiniz 
hər 
şeydən istifadə edin, 
dostlarınızdan köıııək etmələrini xahiş edin və özünüzün 
də arzuladığınız güclü qadın kimi yaşamaq haqqında 
özünüzə söz verin. 
39 bal və ondan aşağı. Diqqət! Kişilərlə münasibətiniz 
olduqca qeyri-normaldır. Çoxdan iztirab içindəsiniz, 
sevilmədiyinizi hiss edir və kişilərin əhatəsində təkbaşına 
qalmağın nə olduğunu belə unutmuşunuz. Bəlkə də, kişi ilə 
sağlam münasibətdə olmağın nə olduğunu belə bilmirsiniz. 
Qəti qərar vermək vaxtı gəlib, ancaq onu siz özünüz edə 
Downloaded from KitabYurdu.org


33 
bilməyəcəksiniz. Başqa qadınlardan kömək istəyin; 
mərhəmətli və təcrübəli həkim tapın; hər hansı bir psixoloji 
dəstək qrupuna qoşulun; bu kitabdan daha çox yararlanın 
və özünüzü yenidən sevmək üçün əlinizdən gələni edin. 
Soyuqluğa, incimək və hirslənmək kimi hisslərə qarşı 
mübarizə aparın. Özünüzü qurban kimi göstərməkdən əl 
çəkin! Yalnız özünüz hər şeri dəyişdirə bilərsiniz. Malik 
olduğunuzdan daha çoxuna layiqsiniz. 
Hərdənbir bu sorğu anketini nəzərdən keçirmənizi, 
güclü qadın olmaq üçün əldə etdiyiniz uğurlarınızı qeyd 
etmənizi təklif edərdim. Hər şeydən öncə bu kitabda 
verilmiş prinsiplərə uyğun hərəkət edin, bir neçə həftədən 
sonra isə bu anketə qayıdın. Alınan ballardan real 
tərəqqinin olduğunu hiss edəcək və kişilərlə əsl eşq 
əlaqələri yaratmaqda düzgün yolda olduğunuza 
inanacaqsınız. 
Sevdiyiniz kişilərdə mənfi xüsusiyyətləri yarada 
bilərsinizmi? 
Bilmirəm bu barədə düşünmiisünüz, yoxsa yox, ancaq 
siz sevdiyiniz kişilərdə mənfi xüsusiyyətləri yarada 
bilərsiniz. 
Qarşılıqlı münasibətlərdə hər şeyin, məhz, qadınların 
günahı, özümüzü "pis” və “düzgün aparmanıağımız” 
üzündən yarandığını və kişilərin dəyişməsinə ehtiyacın 
olmamasını demək istəməzdim. Uğur əldə etməyin 50%-
Downloaded from KitabYurdu.org


34 
ııin yalnız bizdən asılı olduğunu demək istərdim. 
"Sevən 
qadınların” əıııəli kimi qəbul edilən 
hərəkətlərin 
çoxu 
kişilərlə 
bizim 
qarşılıqlı 
münasibətimizdə destruktiv rol oynayır. 
Sözsüz ki, bu səhvləri düşünmədən edirik. Bu 
vərdişlərin çoxu analarımız tərəfindən, onlara isə onların 
anaları tərəfindən aşılanıb, elə ki, biz o köhnə rolları 
oynamaqdan vaz keçir, onları yerinə yetirməkdən imtina 
edirik, özümüzü bədbəxt qadın hiss etmirik, kişilər isə 
bizimlə nalayiq hərəkət etnıəvi dayandırırlar. 
Kişilərlə münasibətində qadınların yol verdikləri altı ən 
böyük səhv 
ı. Qadınlar özlərini ana kimi aparır və kişilərlə də uşaq 
kimi davranırlar. 
2. 
Qadınlar kişilərin yolunda özlərini qurban verir 
və özlərini sevdikləri kişidən sonra ikinci yerə qoyurlar. 
3. 
Qadınlar kişilərin potensial imkanlarına 
vururlar. 
4. 
Qadınlar öz dəyərini və səriştəsini gizlədirlər. 
5. 
Qadınlar könüllü olaraq kişilərə tabe olurlar. 
6. 
Qadınlar kişilərdən istədiklərini almaq üçün 
özlərini kiçicik qız kimi aparırlar. 
SƏHV N2 1 QADINLAR ÖZLƏRİNİ ANA KİMİ 
APARIR 
VƏ 

KİŞİLƏRLƏ 
UŞAQ 
KİMİ 
DAVRANIRLAR 
Downloaded from KitabYurdu.org


35 
Vaxtı ilə kişilərə bu kimi şeyləri dediyiniz hallar olııbmu: 
"Əzizim, pul qabını unutmamısan ki?” 
"Gələn dəfə kimyəvi təmizləməyə girməyi unutma”. 
"Vaxtı keçmiş elektrik borcunu ödəməyi yəqin ki, 
unutmamısan?” 
"Heç bilirsən, qaz balonumuz demək olar ki, boşdur? 
"Yer sifariş verməyi unutmusan? Narahat olıııa, özüm 
zəng edərəm”. 
"Yaş məhrabanı döşəmədə buraxmanıağı sənə neçə 
dəfə demək lazımdır?” 
"Belə nazik pencəkdə donmursan?” 
Əgər mənə bənzəyirsinizsə, onda bu vərəqi oxuyarkən 
mütləq səhvinizi etiraf edəcəksiniz. Səhv N9 ı - kişilərlə 
olan qarşılıqlı münasibətimizdə ən geniş yayılmış və 
destruktiv səhv hesab edilir. Kişilərlə uşaq kimi davranırıq; 
onların öz qeydlərinə qala bilməyəcəkləriııi düşünürük; 
özümüzü elə aparırıq ki, guya onlar heç nə bacarmır və 
bizim daimi rəhbərliyimizə elıtivacları var. 
Nə düşündüyünüzü bilirəm - çox hallarda bu düzdür! 
Ola bilsin ki, siz də haqlısınız. Ancaq bu səbəb deyil. 
Yadda saxlamaq çox vacibdir: 
Kişi ilə balaca oğlan ıışağı kimi davrananda o da özünü 
balaca oğlan kimi aparmağa başlayır. Əgər kişinin 
müstəqil lıərəkət edə bilməməsini düşünürsünüzsə, onda o 
elə elə də olacaq. 
Downloaded from KitabYurdu.org


36 
QADINLAR ÖZLƏRİNİ ANA KIMI APARIR VƏ 
AŞAĞIDAKI VASİTƏLƏRLƏ KİŞİLƏRLƏ UŞAQ 
KİMİ DAVRANIRLAR: 
ı. Kişilərə həmişə kömək edir, etməli olacağı işləri də 
onların əvəzindən görürük. Onun üçün açar axtarır, dalınca 
tökdüklərini yığışdırır, ona nəsə gətirmək üçün o biri otağa 
keçirik; qalstuku düzəldir, saçını darayırıq; səhərlər onun 
geyəcəyi paltarı seçib hazırlayır və çarpayısının üzərinə 
qoyuruq. 
2. Onlardan informasiya qopartmaq üçün qılığına 
giririk. Deyirik: "Acsan, sıyıq yemək istəyirsən? Yox? 
Bəs... necə? İstəmirsən? Bəs dadlı şorba necə? Onu da 
istəmirsən? Yaxşı, qoy bir fikirləşim... Tapdım... Sənə 
peııdirli isti buterbrod verəcəm. İstəyirsən?” 
3- Düşünürük ki, kişilər huşsuzdular, onların özləri 
yadda saxlamalı olacaqları şeyləri yadlarına salırıq. 
"Mənzil başına çatanda mənə zəng etməyi unutma”. 
“Syuzini rəqs dərsinə aparmağı unutma”. 
"Zibili atmağı unutma”. 
"işdən sonra həkimə getməyi yadından çıxarma”. 
4. 
Uşaq kimi onlara deyinirik. 
"Pencəksiz hara hazırlaşmasan? Bilmirsən, küçədə 
soyuqdur?” 
"Sənə neçə dəfə demək olar, yatmamışdan əvvəl işığı 
söndür. İşıq pulu, onsuz da, çox yazır”. 
Downloaded from KitabYurdu.org


37 
"Matça baxarkən pivəxanada bütün bir pizza yemisən, 
üstündən də üç parç pivə içmisən? Qanımın ağrıması 
təəccüblüdür”. 
5. 
Bizə görə onların yaxşı görə bilməyəcəkləri 
üçün öz üzərimizə götürürük. 
"Əgər Fredə restoranda stol sifariş verməsini tapşırsam, 
o ya vaxtı çaş-baş salacaq, ya da yaxşı masa sifariş verməyi 
unudacaq, odur ki, yaxşısı budur, özüm edim”. 
"Son dəfə Stiveııi uşaqlarla mağazaya göndərəndə, bu, 
sadəcə, dəhşətli bir şey idi - onlar elə şeylər almışdılar ki, 
onları heç cürə məktəbə geyinmək olmazdı. İndi alış-verişə 
öziinı gedirəm. Başqa cür mümkün deyil.” 
"Hələ bir neçə ay bundan əvvəl Ceysoııdaıı Çikaqoda 
rahat hotel tapmasım xahiş etmişdim. Təsəvvür edirsən, 
yadından çıxarıb. İndi getməyimizə üç həftə qalıb, indi 
mən durmadan zəng edib, hər hansı bir hoteldə yer sifariş 
verməliyəm”. 
6. 
Onların səhvini düzəldir və istiqamətləndiririk. 
"Yox, əzizim, məzuniyyətimiz zaıııan rastlaşdığımız 
cütlük Qərbi Virciniyadan deyildi, Virciniyadan idi”. 
"Əzizim, cümlədə bu sözü işlətmən, doğru deyil”. 
"Mənə elə gəlir ki, 41-ci küçə ilə getsək, Qrant-
avenyuda tıxaca düşərik. Sənin yerində olsam, sol tərəflə 
gedərdim". 
"Niyə də anana zəng etməyəsən? İlk öncə ona de ki, 
Downloaded from KitabYurdu.org


38 
uşaqlar tam sağalmayıb, sonra da bu həftə də çox məşğul 
olmam demək yadından çıxmasın. Narahat olmağa 
başlayanda isə növbəti bazar günü onun yanına gələ 
bilməyəcəyimiz barədə onu xəbərdar et. Məbada, keçən 
bazar günü anamgildə olmağımızı söyləyəsən”. 
NİYƏ QADINLAR KİŞİLƏRLƏ ANA NƏVAZİŞİLƏ 
DAVRANIRLAR 
Bilirəm ki, sevdiyiniz kişi ilə ana rolu oynamanızı 
anlamaq olduqca xoş bir hal deyil, ancaq inanın ki, siz heç 
də tək deyilsiniz. Beləliklə, niyə biz kişilərimizlə özümüzü 
ana kimi aparır və onlarla uşaq kimi davranırıq? 
V Qadınları analığa hazırlayır və analıq davranışına 
görə tərifləyirlər. Uşaqlıqdan anamız bizim üçün əsas 
nümunə olub. Sizin, qardaş və bacılarınızın qeydinə 
qalmasını müşahidə edərək, biz də tərbiyə etməyi, 
ətrafımızdakılarm tələblərini təmin etməklə, özümüzü 
onlara həsr etməyi öyrənmişik. Əgər ananız atanızla da ana 
rolunu oynamışsa, onda bu vərdiş sizdə daha möhkəm 
olacaqdır. Əgər siz daim ananızın atanızla onu sevən qadın 
kimi deyil, ana kimi davrandığını görmüsünüzsə, onda 
qadının kişi ilə özünü aparması lıaqqmda belə bir 
təsəvvürünüz lap uşaqlıqdan formalaşacaq. Yaşa dolduqda 
siz də öyrəndiyiniz tərzdə kişilərin qeydinə qalır, bunu 
onlar arasında münasibətlərdə yeganə yol hesab edirdiniz. 
Culiya narahatlıqları ilə əlaqədar yanıma gələndə 
Downloaded from KitabYurdu.org


39 
Fredlə artıq üç il idi ki, evliydilər. “Özümü Fredin arvadı 
hiss etmirəm, - kədərlə dedi. - Özümü onun anası kimi hiss 
edirəm! O özünü uşaq kimi aparır, gözləyir ki, dalınca hər 
şeyi mən yığışdırım, onun əvəzinə fikirləşim, bütün 
vaxtımı onun qeydinə qalım. O get-gedə daha da 
tənbəlləşir, mən isə daha da əsəbiləşirdim!” 
Fredlə ana kimi özünü aparmasının nə qədər təbii 
olduğunu Culiya hətta təsəvvür belə etmirdi. Uşaq kimi 
özünü aparmasına görə Fredi məzəmmət etsə də, Culiya bu 
problemin yaranmasında ovmadığı rolu barədə heç vaxt 
düşünməmişdi. Onun valideynləri haqqında danışanda 
Culiyanm ana rolunu oynamaq meylinin haradan gəldiyini 
həmən müəyyən etdik. 
“Valideynlərim arasında olan qarşılıqlı münasibətdə 
intimlik və ya romantizm elementinin olmasını 
xatırlamıram, - qəmli-qəmli Culiya yadına saldı. - Atanı 
firmasının işi ilə əlaqədar səfərlərə çox gedirdi, anam 
haqqında ən yadda qalan və adi xatirələrim onun atanı 
səfərə çıxanda əşyalarını qablaşdırması, qayıdarkən isə 
onları açıb yerinə qoyması ilə bağlıdır; o, şəhərdə olanda, 
anam ona gələcək görüşlərini xatırladır, həmişə onun 
geyiminin qayğısına qalırdı. Mənə elə gəlir ki, bizim ondan 
çox yaşımız var idi, atam anam üçün əlavə bir uşağa 
çevrildi. Anam həm bizə, həm də ona deyinirdi; bizi də onu 
da yedizdirirdi. Heç vaxt müəyyən dərəcədə kişini 
Downloaded from KitabYurdu.org


40 
sevməyin - ananım atama qarşı davranmasından ibarət 
olduğunu heç vaxt dərk etməmişdim”. 
Son zamanlara qədər analıq qayğısının göstərilməsi 
qadınlar arasında ən geniş yayılmış "peşə” olmuşdu, bunun 
arxasınca davəlik və müəllimlik peşələri gəlirdi. 
Analarımızın hamımızın qayğısını çəkdiyinə görə 
tərifləndiklərini görə-görə böyümüşük, elə öz ünvanımıza 
da tərif eşidirdik: “Afərin, Saili, sən balaca qardaşının necə 
də gözəl qayğısına qalırsan”. "Zəhmət olmasa, Ceyn, atana 
tərlikləri ver, ağıllı balam”. 
Kişi məhəbbətini qazanmaq üçün biz çox vaxt özümüzü 
analar kimi aparmağa başlayırıq. 
Darlin on beş ildir ki, olan evliliyini belə təsvir edir: 
“Carlinin mənə qarşı lazımi diqqətini hiss edən kimi mən 
anamın davranış manerasına əl atmağa başlayırdım - onun 
sevdiyi yeməkləri hazırlayır, ya da onun əşyalarını səliqə- 
sahmana salırdım, bir sözlə, bacardığını qədər iltifat 
göstərirdim. Bununla onun böyük sevgisini, yaxınlığını 
qazanmaq istəyir, mənimlə ərim kimi deyil, bir sevgilim 
kimi davranmasını ürəyimdən keçirirdim. Əlbəttə, 
qazandığını arzuladığımın tanı əksi olurdu - qədir bilən 
"oğul" gördüyüm işlərə görə minnətdar idi". 
V Kişilərə lazım olmaq üçün onlarla ana kimi rəftar 
edirik. Kişinin bütün tələblərini yerinə yetirməyə səy 
göstərəndə, o daha çox sizdən asılı olmağa başlayır. Biz 
Downloaded from KitabYurdu.org


41 
hamımız arvadı evdə olmayanda kişilərin uşaqları üçün 
yemək hazırlamağa çalışdığını əks etdirən kommersiya 
məqsədli televiziya filmlərinə tamaşa edirik. O bizini 
qarşımızda bacarıqsız axıııaq, arvadı olmayanda tamamilə 
köməksiz biri kimi qarşımıza çıxır. Kişinin qeydinə nə 
qədər çox qalsanız, bir o qədər sizə arxalanacaq, lıər 
şeydən çox siz əvəzolunmaz olmağa başlayacaqsınız. Tərk 
edilmə qorxusu bizə belə hərəkət etməyi diktə edir və 
şüuraltı düşünürük: “Onun mənə ehtiyacı olsa, heç vaxt 
məni atmaz”. 
V Kişilər ana himayədarlığına alışıblar və onların 
qeydinə qalmaqdan xoşlanırlar. 
Yaxınlarda qadın qrupunda seminar aparırdım və 
auditoriyaya ritorik sualla müraciət etdiııı: “Niyə qadınlar 
kişilərlə ana kimi davranırlar?” Budur, son sıradakı qadın 
qışqırır: “Çünki bu, kişilərin xoşuna gəlir!” Hamı güldü. 
Bəlkə də, onun sözlərində çox böyük həqiqətin olmasını 
bilirdilər. 
Kişilərlə 
ana 
kimi 
davranmanızdan 
şikayətçidirlərmi? Bəzən, ancaq heç də həmişə yox. 
Kişiyə ana münasibəti olanda özünü xoşbəxt hiss edir. 
Arvadlarına onların həyatında çox asanlıqla ana rolu 
oynamağa icazə verirlər, bu əsasən analarının ataları ilə 
uşaq kimi davranmış olan kişilərdə daha çox gözə çarpır. 
Bu kişilər, ümumiyyətlə, “arvad" məfhumunu daim onun 
qayğısını çəkən, onu tərbiyə edən ana sözünə uyğun tutur, 
Downloaded from KitabYurdu.org


42 
ona sevgilisi, ən yaxın dostu, partnyoru kimi baxmır. 
Əgər kişi uşaqlığında anasından lazım olan sevgi və 
qayğını görməyibsə, onda o məmnuniyyətlə sizə "işinizi 
bitirməyə” icazə verəcək. 
KİŞİYƏ QARŞI ANALIQ MÜNASİBƏTİ SİZİN 
BİRLİYİNİZİ DAĞIDA BİLƏR 
Ana rolunu oynayanda, siz ilk əvvəllər bunım mükafatını 
alacaqsınız, əslində isə, belə davranış tərzi kişi ilə olan 
münasibətinizi mütləq dağıdacaq. 
ı. Kişiniz bundan əsəbiləşəcək və o bunun əleyhinə 
qalxacaq. 
I fəsildə biz lıər bir balaca oğlanda özünü kişi kimi 
tanıması üçün anasından asılı olıııamağa sövq edən 
psixoloji tələbatın olmasından danışdıq. Ərinizlə də ana 
rolunu oynamanız onunla nəticələnəcək ki, o sizin 
təsirinizə müqavimət göstərəcək. Bu isə öz növbəsində 
sonda onun sizin əleyhinizə çıxması ilə bitəcək. Ola bilər 
ki, əriniz sizin davranışınızdan şikayətlənməsin; bundan 
başqa ola bilər ki, o hətta bu tərzinizi dəyişməməkdə təkid 
etsin, ancaq yenə də o buna qarşı nə vaxtsa üsyan 
qaldıracaq, çünki bütün oğlanlar gözəl günlərin birində 
anaları ilə bağları qırırlar. 
Karenin əlli iki yaşı var, ərinin ofisdəki iyirmi dörd 
yaşlı katibəsilə eşq macərası yaşamasını öyrənəndən sonra 
mənə müraciət etdi. Karen əri Leonardm ona xəyanət 
Downloaded from KitabYurdu.org


43 
etməsinin səbəbini anlaya bilmirdi. "O həmişə razı 
görünürdü - kabinetimdə oturan Karen məsələyə aydınlıq 
gətirirdi. - Bilirəm ki, onu mən xarab etmişəm. Elə olurdu 
ki, hətta anasından belə yaxşı qayğı görmədiyindən 
danışır, ancaq əzizlənməyi və üzərində əsməsini də çox 
sevdiyini söyləyirdi. İndi isə özünü əli-qolu bağlı və 
mütəəssir hiss etdiyindən sərbəst olmaq istəyir. İyirmi 
yeddi ildə bir dəfə də olsun şikayətlənməmişdi. Bunun 
necə baş verdiyini heç cürə anlaya bilmirəm”. 
Leonardla olan söhbətim bütün şübhələrimi təsdiqlədi: 
cavan qadının yanma gedəndə, o, anasını sevgilisinə 
dəyişdiyini hiss edib. Hətta Karenlə olan qarşılıqlı 
münasibətinə təsvir etmək üçün istifadə etdiyi sözlər 
valideyn evini tərk etməyə can atan və sərbəstlik əldə 
etmək arzusunda olan yeniyetmənin sözləri idi - 
“mütəəssir, əli-qolu bağlı, azadlığa can atan”. 
Karen isə özünü yaxşı arvad kimi apardığını, ana kimi 
Leonardın qayğısını çəkdiyini düşünürdü, bu isə sonda 
onuıı çıxıb getməsinə gətirib çıxarmışdı. 
2. Özünü hərtərəfli hiss etməmək ərinizi təngə gətirə 
bilər. 
Əgər siz ərinizlə həmişə səriştəsiz biri kimi 
davransanız, o özünü belə hiss etməyə başlayacaq. O, 
özünü təcrübəsiz hiss etməkdə davam etdikcə, özünə az 
dəyər verəcək və həqiqətən də, səriştəsiz biri olacaq. 
Downloaded from KitabYurdu.org


44 
Kişi özündən razı olmayanda, o sizləri də az sevməyə 
başlayır. 
Kişinin özünü qiymətləndirməsi səriştəyə əsaslanır. 
Həyatın bu və ya digər sahəsində o özünü təcrübəsiz hiss 
edərsə, onun nəinki özünü, hətta sizi sevməyi çətinləşər. 
Təcrübəsizliyini üzünə vurmaq, onunla uşaq kimi 
davranmaq - bu mütləq sizi sevmək arzusunu öldürmək 
aıılamma gətirir. 
Digər tərəfdən isə əriniz sizə daha çox təcrübəsiz 
göründükcə, bir o qədər də sizi az həyəcanlandıracaq. 
Qadınları təcrübəlilik cəlb edir. Beləliklə, o, sizə nə qədər 
çox təcrübəsiz göründükcə, bir o qədər sizin üçün cəlbedici 
olmayacaq. 
3. 
Qarşılıqlı 
münasibətinizdə 
olan 
ehtirası 
öldürəcəksiniz. 
Qarşılıqlı 
münasibətinizdə 
olan 
ehtirasın 
öldürülməsinin ən sürətli yolu - sevimli kişi ilə ana kimi 
davranmaqdır. 
Özünüzü oııımla nə qədər çox ana kimi aparsanız, o da 
sizinlə bir o qədər ana kimi davranacaq. Ancaq heç bir kişi 
anası ilə yatmaq istəməz. Son dərəcə analıq hissinə malik 
olan qadına qarşı seksual tabu kişinin daxilində o qədər 
dərin kök salır ki, onunla oğul kimi davrananda, qadına 
qarşı erotik, romantik baxış itir. 
Sözsüz, kişi ilə uşaq kimi davrananda heç siz də ona 
Downloaded from KitabYurdu.org


45 
qarşı bir cazibə hiss etməyəcəksiniz. Əgər günün sonımda 
qadın ərinə baxaraq öz-özünə: "Yenə corablarını tapa 
bilmir, yenə açarı itirib, ııiənə su borusunu çəkən usta 
lazımdır, o yenə unudub”, - düşünərsə, hansı romantik 
hisslərdən danışmaq olar? Məgər indicə üçyaşlı uşaq kimi 
davrandığınız birisi sizi həyəcanlandıra bilərmi? 
Mən əminəm ki, ı nömrəli problem - evliliklərin 
çoxunda seksual qeyri-qənaətbəxşlikdir. İyirmi illik birgə 
həyat, ailə tərəfindən keçirilən maliyyə sıxıntısı - bütün 
bunlar da ehtirası öldürən faktorlardandır. 
Ancaq kişi ilə arvadı ana və oğula çevirən hiss qədər 
heç bir səbəb ehtirası bu qədər öldürə bilməz. 
Həlli yolu: kişi ilə ana kimi davranmaqdan vaz keçin. 
Ərinin anası olmaqdan onun sevgilisinə çevrilməyə 
dair bəzi təkliflər verirəm: 
ı. Kişinin edəcəyi işləri onun əvəzinə görməyi 
dayandırın. Kişi ilə uşaq kimi davranmağa can atmanı pis 
vərdiş kimi qiymətləndirmək və ona qarşı yeganə 
mübarizə yolu - sadəcə, bunu etməməkdir. Bu o deməkdir 
ki, əriniz sizdən açarın lıarada olduğunu soruşanda, 
bilmədiyinizi söyləyin və qoyun özü axtarıb tapsın. Hər 
hansı bir təntənəli mərasim üçün geyim seçəndə, nə 
geyinməsi barədə məsləhət verməyin. Əgər əşyalarını 
qalaq halında döşəməyə atırsa, onu yığışdırmayın. 
Əgər əriniz onun əvəzindən hər şeyi sizin etmənizə 
Downloaded from KitabYurdu.org


46 
alışıbsa, sizin yeni rolunuza da öyrəşməyə məcburdur. İlk 
əvvəllər çətin ola bilər. İllərlə etmədiyi işlərə öyrəşıııəsi 
onu qıcıqlandıra bilər. Və hətta bunun həyatınızda 
müvəqqəti xaos yaratması da mümkündür. Açarını tapa 
bilmədiyi səbəbdən siz qonaqlığa belə gecikə bilərsiniz. O, 
evdən pis bağlanmış qalstukla da çıxa bilər. Ancaq eyni 
hallar bir neçə dəfə baş verəndə, o, əşyaları yerinə 
qoymağa alışacaq; qalstukunun pis bağlanması barədə 
dəfələrlə deyilmiş iradları yadına salacaq və güzgünün 
qarşısına keçərək, onu səliqə ilə bağlamağı öyrənəcək. 
Başqa sözlə desək, o böyüyəcək və özünün qayğısını 
çəkməyi öyrənəcək. 
Əlbəttə, bu o demək deyildir ki, növbəti dəfə əriniz 
sizdən açarın yerini soruşanda "Ozüıı axtar! Məgər sənin 
ananam" cavabını verməlisiz. Ərinizə daha az qayğı və 
diqqətlə yanaşacağınızı düşünmürəm. Sadəcə, siz daha çox 
onun anası deyil, arvadı və rəfiqəsi olmalısınız. 
2. Kişi ilə arxalana biləcəyiniz, təcrübəli adam kimi 
davranın. Onun özünün yadına salmalı olacağı şeyləri 
yadına salmayın. Ona təqvim və yaddaş əvəzi olmayın. 
Onunla yaşlı, məsuliyyətli adanı kimi davranın. Kişinizin 
bütün işlərini siz yazası olsanız, onun tənbəlləşə biləcəyini 
unutmayın; qeyri- ixtiyari olaraq o sizə arxalanacaq. Odur 
ki, ona himayədarlıq etməkdən vaz keçdikdə, o, görüşlərini 
buraxa, hesabları ödəməyi, ıııaşın faralarını yandırmağı 
Downloaded from KitabYurdu.org


47 
unuda bilər. Belə olduqda deyinməyin, sadəcə buna 
təəssüflənin və öz işinizi görməyə davanı edin. 
Misal üçün, həyat yoldaşınız cümə axşamı diş həkiminə 
getməlidir. Cüıııə axşamı günü adəti üzrə onu yola salın. 
Cüıııə axşamı axşam o, evə gəlir və deyir: "Elə 
hirslənmişəm özümə. Həkiııı Hopkinsin klinikasından işə 
zəng edib dedilər ki, mən bu gün oraya getməliyəmiş. Mən 
isə tamamilə unutmuşam”. Buna cavab olaraq deyiıı: "Çox 
təəssüflənirəm, əzizim. Düşünürəm ki, təkrar yazıla 
bilərsən”. Çoxsaylı görüş və unudulmuş işlərdən sonra 
sizin partnyorunuz özünə daha çox güvənə biləcək. 
3. Kişiniz ilə ana dilində danışmayın. Kişinizlə beş 
yaşında oğlanla danışar kimi danışmayacağımza söz verin. 
Bu deməkdir İd, deyinməyin. Əlbəttə, dilxor olduğunuzu 
və ya hirsləndiyinizi partnyorunuza demək haqqınız var. 
Ancaq onunla kiçik yaşlı oğluna hirslənmiş ana kimi deyil, 
böyük adanı kimi danışın. 
Bəs "uşaq dili" haqqında necə? Düşünürəm ki, bəzən 
"uşaq dilində” danışmaq tamamilə özünü təsdiqləmiş 
ünsiyyət vasitəsi ola bilər, ancaq nə vaxt? Məsələn, ən gizli 
saxladığınız düşüncələrinizi açıb söyləmək istəyəndə. 
Ancaq vaxtınızın çoxunu partnyorunuzla "uşaq dilində" 
danışmaqla davam edirsinizsə, xüsusilə də yataqda, 
seksual yaxınlıq zaıııam, onda problem yaranacaq. Böyük 
adamlar kimi münasibət qurıııağm vaxtı çatıb. 
Downloaded from KitabYurdu.org


48 
4- Kişinin hansı vəzifələr daşıyacağına qərar verin və 
səhv etsə də, geri çəkilməyin. 
Bunun bir çoxlarınız üçün çətin olacağını bilirəm. Bu, 
vəziyyəti nəzarətdən buraxmaq deməkdir, hadisələrin 
gedişatı sizi razı salmasa da, sonucun yaxşı olacağına 
inanırsınız. Məsələn, əriniz deyir ki, restoranda stol sifariş 
verəcək, ancaq o, gec zəng edir və boş masanın olmaması 
bəlli olur. Saat altıda sizə zəng edib, heç nə alınmadığını 
bildirir. Belə olan halda ona deyin: “Nə etmək olar. 
Planlaşdırdığımız kimi, mən saat altıda hazır olacaqdım. 
Əminəm ki, şam yeməyimiz üçün sən bir yer tapacaqsan. 
Hələlik". Məsələni vaxtında həll etmədiyinə görə özünü 
axmaq vəziyyətdə hiss edəcək, ancaq onu danlamadığınız 
üçün məmnun olacaq və bütün bu hisslər növbəti dəfə sizi 
yeməyə dəvət edənə kimi onun yadında qalacaq. 
Xəbərdarlıq: vəziyyətin pis hal aldığını gördükdə, 
müdaxilə etmək hissi sizi üzəcək. Məzuniyyətiniz 
yaxınlaşır və əriniz mehmanxanada yer sifariş vermək 
məsələsinə səhlənkar yanaşır. Ya da onun pizza 
hazırladığını və olduqca çox sous əlavə etdiyini 
görürsünüz. 
Kişiyə kömək etmək həvəsinə düşməyin. 
İcazə verin, səhv etsin və nəticələri ilə üzləşsin. Növbəti 
dəfə başqa cür hərəkət etməsinin yeganə yolu budur. 
KIŞIYƏ MƏNI DƏLI ETMƏK HƏDDINƏ
Downloaded from KitabYurdu.org


49 
GƏTİRMƏYİ NECƏ TƏRGİTDİM 
Həyatımın on beş ilini kişilərlə ana rolıuııı oynamaqla 
keçirmişəm, təəssüflə özümü bu sahədə ekspert lıesab edir 
və analıq vərdişlərini aradan qaldırmaq təcrübəmi sizinlə 
bölüşmək istəyirəm. Mənim xroniki huşsuz bir kişi ilə 
münasibətim olub. O, görüşləri, telefon zənglərini 
unudurdu; hara getdiyini unudur, lazım olan döngədə 
dönmürdü. İki il ərzində mən onun yaddaşının 
məsuliyyətini daşımışam, nə edəcəyini, hara gedəcəyini 
yadına salmışam. Bir yerə gedəndə diqqətli olurdum - 
daim avtostradaya (ikitərəfli avtomobil yoluna) çıxmağı 
buraxmamaq, lazım olan yerə getmək üçün lazımi döngədə 
dönmək üçün onu izləyirdim. 
Axırda onunla ana-bala oynamaqdan yoruldum və 
yolda diqqətli olmasını öyrətməyin yeganə yolunun bu 
işləri onun əvəzindən etməməyə qərar vermək olduğunu 
anladını. Bir dəfə bazar günü onunla cənubi Kaliforniyada 
olan istirahət 
mərkəzilərindən birinə getdik. Əvvəllər də orada 
olmuşduq və əlbəttə, yolu çox gözəl bilirdim. Bir saat 
getdikdən sonra dönməli olacağımız yolıuı bir mil 
məsafədə olduğunu göstərən yol işarəsinə çatdıq. İşarəni 
görüb-görmədiyindən əmin olmaq üçün yoldaşıma baxdım 
və içim dondu. Görməyib! Özümə xəbərdarlıq etmişdim: 
"Heç nə deməyəcəyinə söz vermisən!” Döngəyə 
Downloaded from KitabYurdu.org


50 
yaxınlaşdıqca, gərginliyim daha da artırdı. Biz döngə ilə 
bərabərləşdik, yoldaşım isə sakitcə yoluna davam edirdi. 
O, döngəni ötüb keçdi! Qışqırmamaq üçün dişlərimi 
qıcadım. 
Bizə lazım olan döngədən on, iyirmi, otuz mil 
getdiyimiz müddətdə mənə elə gəldi ki, zaman dayanıb. 
Toran qovuşurdu. Qəfildən o, mənə tərəf çöndü və 
soruşdu: 

Bu yerlər sənə tanışdı? 

Yox, - mehribanlıqla cavab verdim. 

Mənə də, - o dedi. - Bəlkə, biz lazım olan 
döngədən dönməmişik? 
O, benzindoldurma məntəqəsində maşını saxladı və 
yəqin ki, lazım olan yerdən qırx beş kilometr uzaqlaşdığını 
müəyyənləşdirdi. Pansionata gecikməmiz məlum idi. 
Danışmamaq üçün bütün cəsarətimi toplamalı oldnııı. 
Yoldaşım maşını döndərib əks istiqamətdə yola çıxanda, 
ürəksiz lıalda mənə baxdı və dedi: 
- Döngəni keçdiyimi bilirdin, eləmi? 
Mən ona, o da mənə gülümsədik. Hər ikimiz bunun ona 
yaxşı dərs olduğunu anladıq: qırx mil boş yerə maşın 
sürmək mənim işə qarışmanı və səhvini göstərməkdən 
daha yaxşı idi. 
5. 
Siyahı tutun: “Ana rolunu necə oynamışam...” 
Oturun və fikrinizə görə analıq rolunuzun təzahür etdiyi 
Downloaded from KitabYurdu.org


51 
məqamları yazın. Bir neçə həftə özünüzü müşahidə edin, 
kəşf etdiyiniz yeni maddələri də siyahıya əlavə edin. Əgər 
siz, həqiqətən də, özünüzü cəsarətli hesab edirsinizsə, 

Yüklə 2,12 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə