Downloaded from KitabYurdu org


partnyorunuz söhbət zamanı sizə cavab verməsə də, siz



Yüklə 2,12 Mb.
Pdf görüntüsü
səhifə9/64
tarix26.05.2023
ölçüsü2,12 Mb.
#113139
1   ...   5   6   7   8   9   10   11   12   ...   64

partnyorunuz söhbət zamanı sizə cavab verməsə də, siz 
danışmaqda davam edir, onun əvəzinə cavab verirsiniz; 
əgər həyat yoldaşınız sizə özü məlumat vermirsə, 
həmişə 
onun 
düşüncələrini, 
hiss 
etdiklərini 
müəyyənləşdirməyə çalışırsınız; partnyorunuza rəisi, 
tabeliyində olanlar, Anası və ya uşaqlarla necə 
danışmasını, nələr söyləməsini məsləhət edirsiniz. 
Siz qarşılıqlı münasibətləri yaradırsınız. 
Downloaded from KitabYurdu.org


113 
Münasibətlərinizdə quruculuq funksiyası, məhz, sizin 
üzərinizə 
düşür: 
müzakirəyə yeni ideyalar və ya yeni konsepsiyalar irəli 
sürürsünüz; münasibətlərinizdə, adətlərinizdə, ya da 
mənzilin tərtibatında bəzi dəyişikliklər etməyi təklif 
edirsiniz; 
yeni musiqi, yeni kitablar və yeni yeməklər təklif 
edirsiniz. 
Sözsüz, biz vaxtaşırı belə işlərin təşəbbüsçüsü kimi 
çıxış 
edirik. 
Bununla 
belə, 
əgər 
qarşılıqlı 
münasibətlərinizdə vaxtın çox hissəsini bunlara sərf 
edirsinizsə, deməli, siz münasibətlərinizin emosional 
hissəsini doldurursunuz. 
Qarşılıqlı münasibətlərinizdə aparıcı rolu üzərinizə 
götürməklə, onları dağıda 
bilərsiniz 
V Sizdə inciklik və qəzəb hissinin yaranması 
qaçılmazdır. Qarşılıqlı münasibətlərin qurulması işini 
üzərinizə 
götürəndə, 
özünüzü 
xoşbəxt, 
kişinin 
məhəbbətinə "layiq olduğunuzu” duyacaq və göstərmiş 
olduğunuz səyin hədər getmədiyini hiss edəcəksiniz. 
Ancaq vaxt keçdikcə, münasibətlərinizin emosional 
yükünü təkcə daşıdığınızı müəyyən edəndə, partnyorunuza 
- hirslənməyə başlayırsınız. Ər-arvad münasibətlərində 
Downloaded from KitabYurdu.org


114 
böhran yaşandığını hiss etdikdə, Syuzan və Cerri məsləhət 
üçün mənə müraciət etdilər. “Məndə belə bir hiss var ki, 
sanki hər şeyi mən etməli oluram, - Syuzan şikayət etdi. - 
Bütün işlərimizi mən planlaşdırıram, dostlarımıza mən 
zəng edirəm, problemlərimizi müzakirə etməyi təklif 
edirəm. Biz yeddi ildir ki, evliyik və 
bütün bu illər ərzində, mənə elə gəlir ki, Cerri heç bir 
məsuliyyət hiss etməyib”. 
Arvadının narazılıqlarını eşidən Cerri təəccübləndi. 
Mənə elə gəlirdi ki, bunlarla məşğul olmaqdan xoşun gəlir, 
- o dedi. - Tanışlığımızın ilk günündən sən özün həftə 
sonlarımızı və bayramları planlaşdırırdın”. 
Syuzan və Cerri ilə söhbət edəndə münaqişələrinin 
köklərini görməkdə köıııək etdiııı: Syuzan, Cerriyə 
hirslənirdi, çünki onun qayğısını hiss etməyib, Cerri isə 
onun qəfil hirslənməsinin səbəbini anlamırdı, Syuzan 
lıəmişə xoşuna gələn işi görürdü. Syuzan, Cerrinin 
sevgisini cəlb etmək üçün istifadə etdiyi taktika 
gözlənilmədən əks nəticələrə gətirdi və o, qarşılıqlı 
münasibətlərin məsuliyyətini təkcə çiynində daşımaqla, 
özünü tələdə hiss etdi. 
V Siz partnyorunuza təşəbbüskarlıq üçün yer 
buraxmırsınız. Qarşılıqlı münasibətlərdə emosional 
sahənin doldurulmasına öyrəşməklə, kişiləri təşəbbüs 
göstərmək imkanından da məhrum edirsiniz. Həyat 
Downloaded from KitabYurdu.org


115 
yoldaşınıza 
hirslənirsiniz, 
çünki 
o, 
qarşılıqlı 
münasibətlərinizin 
məsuliyyətini daşımır, ancaq ona bu imkanı özünüz 
vermədiyinizi anlamaq istəmirsiniz! 
Kişilər təşəbbüs və məsuliyyəti öz üzərilərinə 
götürməyi sevirlər. Siz onları bu keyfiyyətləri göstərmək 
imkanından məhrum etdikdə, özlərini təhqir olunmuş hiss 
edir və əsəbiləşirlər. 
Eyliıı və Roy bu problemlə üzləşdilər. Onlar 
seminarıma gələndə, artıq üç il idi ki, birlikdə yaşayırdılar. 
“Royu çox sevirəm, - Eyliıı başladı, - ancaq bizim seks 
məsələsində böyük problemlərimiz var. Mənə elə gəlir İd, 
Roy məni kifayət qədər cəlbedici hesab etıııir. Seksual 
əlaqəmizdə təşəbbüs mənə məxsusdur, həmişə mən ilk 
olaraq onu qucaqlayıb öpürəm. Eşqlə məşğul olanda - hər 
şey əladır, ancaq onun də təşəbbüs göstərməsini istərdim". 
"Bu düzdür, - Roy razılaşdı. - Ancaq bu haqda 
düşünəndə, belə bir nəticəyə gəlirəm ki, Eyliıı, sadəcə, 
mənə 
belə bir imkan vermir. O lıəmişə özü mənə yaxınlaşır, 
mənimlə birlikdə olmaq istədiyini söyləyir, mətbəxdə, ya 
da işdən qayıdıb evin kandarından içəri girən kimi məndən 
yapışıb qucaqlayır. Elə alınır ki, mən artıq seksdə təşəbbüs 
göstərmək haqqında düşünməyə macal tapmıram, - bunu 
etməyimə ehtiyac qalmır. Bilirəm ki, o özü mənə 
Downloaded from KitabYurdu.org


116 
yaxınlaşacaq, məni qucaqlayacaq, ya da başqa bir yolla 
məni tovlamağa çalışacaq. Bu səbəbdən də bir şeyə 
təşəbbüs etməyə sadəcə həvəs göstərmirəm”. 
Eyliıı Roya istəyini həyata keçirmək imkanı vermirdi. 
Seksual əlaqələrində hər hansı bir qırıqlıq hiss edən kimi 
Eyliıı onu bərpa etməyə can atırdı. Nəticədə Roy özünü 
kişi, o isə - sevimli qadın hiss etmirdi və hər ikisi 
məmnunluq hissi keçirmir, əsəbiləşirdilər. 
Bir çox kişilər kimi Roy da məsuliyyət daşımağın lazım 
olmamasından yüngüllük hissi keçirir və lıəmişə qadınla 
münasibətlərinə öz əməviııi verirdi. 
Qarşılıqlı münasibətlərin əsas yükünü öz üzərinə 
götürməklə siz kişini sevməyi öyrənmək imkanından 
məlırmıı edirsiniz 
Kişi ilə münasibətlərinizin əla olmasına özünüzü 
inandırmaqla, aldanmaq riski, məsuliyyəti daşıyırsınız. 
Təşəbbüsü üzərinizə götürməklə, siz əla münasibətlərin 
olması illüziyasını yarada bilərsiniz, əslində isə, bu 
həqiqətən belə deyil. Böyük ağrı ilə etiraf etməliyəm ki, 
həyatımda belə işləri dəfələrlə etmişəm. İcazə verin sizə 
şərti olaraq Seııdi adlandırdığını kişi ilə olan 
münasibətlərimdən danışmı. Seııdi ilə tanış olanda, onun 
xoşuna gəldiyimi bilirdim. Aramızda əfsanəvi sevgi 
macərası başlayacağını düşündüm. Və mən əıııək sərf 
etməyə başladını: gözəl gecələr və birgə səfərlər 
Downloaded from KitabYurdu.org


117 
planlaşdırdım; Sendiyə qəlbimdən keçənləri açıb 
tökdüyüm gözəl şeirlər və məktublar yazdım; onunla dərin 
fəlsəfi söhbətlər apardım, bu və ya digər problemlərə dair 
fikirlərimdən 
söhbət 
açdıııı, saatlarla danışdım. 
Münasibətlərimizdə olan son 
tapıntıları ona açıqladım və əlbəttə, onu bacardığını qədər 
tez- tez yatağa çəkməyə çalışdım. 
Nə düşünürsünüz, Seııdi bütün bunlara qarşımı çıxdı? 
Heç də yox. Əksinə, bütün bunlar onun xoşuna gəlirdi. 
Mənim davranışım ona həyatda özünə inam hiss etmədiyi 
sahələrdən yan qaçmağa köıııək edirdi və əlbəttə, qadının 
ondan ötrü dəli olması halı ona zövq verirdi. 
Münasibətlərimiz bax beləcə dağıldı. Haqqımızda 
dostlarımıza danışanda, lıannsı bizim gözəl eşq 
yaşamamızı hesab edirdilər. Kənardan bizi müşahidə edən 
insanlar biziııı xoşbəxt cütlük olduğumuza inanırdılar. 
Qarşılıqlı münasibətimizin, həqiqətən də, yaxşı olması 
haqqında düşünəndə, Palm-Spriııqə gözəl səfərimizi, ya 
son romantik gecəmizi, ya da ona həsr edilmiş şeir 
oxuyanda 
olan 

həyəcanlandırıcı 
məhrəmliyi 
xatırlayırdım. Və bir dəfə Seııdi yanıma gəldi və məni tərk 
etdiyini söylədi. 
Qarşılıqlı münasibətimizdə onun fəal tərəf olmadığını 
hiss etdiyini və bundan sonra mənim rəhbərliyim altında 
yaşamaq istəmədiyini söylədi. Bunları eşidəndə, sadəcə, 
Downloaded from KitabYurdu.org


118 
çaşıb qaldım. 
Axı bu necə ola bilərdi? Axı lıər şey çox gözəl idi... Bir 
neçə lıəftə ərzində hər şeyi olduğu kimi gözümün önündən 
keçirməyə, onları təhlil etməyə cəhd etdim və sualıma belə 
bir cavab tapdım: Seııdi ilə olan münasibətlərim solo 
konsertim, Seııdi isə tamaşaçı idi; o, münasibətlərimizin 
məzmununu dərk etmədən, onu bir şevlə doldurmağa, 
cidd-cəlıdlə onların formasını yaratmağa can atmışdı. 
Dostluğumuz zahirən qüsursuz olmuşdu — səyahətlər, 
şəkillər, məktublar, şən qonaqlıqlar. Ancaq onun 
məzmununda əsas bir şey çatışmırdı: Seııdiniıı iştirakı, 
onun emosional davranışı. 
Münasibətlərinizin avarım siz tək özünüzmü çəkirsiniz? 
Bu analogiya tərəfimdən təsvir edilən münasibətləri 
izah etməyə kömək edir. Partnyorunuzu gölün ortasında 
qayıqda təsəvvür edin. Siz öndə, həyat yoldaşınız isə 
arxada oturmuşunuz. Hər ikinizin bir cüt avarı var, hər 
ikiniz də çox gözəl avar çəkdiyinizi düşünürsünüz, çünki 
qayıq göldə yaxşıca üzür. Nə gözəl gəzintidir! 
- hər ikiniz öz-özünüzə düşünürsünüz. - Birlikdə əla avar 
çəkirik! Yüngül yorğunluq hiss edirsiniz və bir az istirahət 
etmək istəyirsiniz. Və qayıq qəfildən dayanır, siz geri 
dönüb baxanda, partnyorunuzun sadəcə ya oturduğunu, ya 
da yatdığını görürsünüz, bütün bu vaxt ərzində siz təkcə 
avar çəkmişsiniz. O, qayıqda sərnişin olub. Belə də ola 
Downloaded from KitabYurdu.org


119 
bilər - siz arxaya dönüb baxarkən, orada heç kimiıı 
olmadığını da görə bilərsiniz - siz təksiniz. 
Kişi ilə münasibətinizdə yükü təkcə daşımağa 
qalxanda, o, sərnişinə çevrilir. 
Dəfələrlə mən həyatımda kişilərin onu sevib-
sevmədiyini anlamaq üçün arxaya çevrilib baxmayan, bu 
münasibətlərdən bir şey qazandığını özündən soruşmağa 
vaxtı olmayan, dayanmadan çalışan, əıııəksevər avar çəkən 
olmuşam. 
Niyə qadınlar təşəbbüsü öz üzərilərinə 
götürməyə çalışır 
Bir çox qadınların kişilərlə qarşılıqlı münasibətlərinə 
daha çox əıııək sərf etməyə can atmalarının üç səbəbi var. 
Düşünürsünüz ki, sevgini qazanmalısınız. Sevgiyə 
layiq olduğunuza əmin olmadıqda, siz onu qazanmaq üçün 
bəzi 
işlər 
görməyə 
başlayır, 
kişilərlə 
olan 
münasibətinizdəki emosional salıəni yalnız öz gücünüzlə 
doldurmağa çalışırsınız. Ola bilsin ki, siz uşaqlıqda kifayət 
qədər sevgi görməmisiniz; bəlkə də, siz valideynlərinizdən 
birinin sizi daim həvəsləııdimıəsiııi “qazanmağa” 
ehtiyacınız olub. Bəlkə də mənim kimi balaca qız olanda 
belə düşünübsünüz: əgər kişini çox sevsəm, o məni atmaz. 
Necə olur olsun, nəticə eynidir: sevgiyə layiq olmaq üçün 
inadla işləyən adaıııa çevrilirsiniz. 
Onlara kömək etııiəvi dayandırsanız, münasibətinizin 
Downloaded from KitabYurdu.org


120 
pozulacağını hiss edirsiniz. Əgər sizin partnyornnnz 
“emosional tənbəldirsə” və ya siz ananızın atanızla 
münasibətində daha fəal olduğunu görmüşsünüzsə, onda 
sizin də kişinizlə olan münasibətinizi yalnız onu daim 
müəyyən şeylərlə doldurmaqla tutub saxlamağın mümkün 
olduğuna inandığınızı düşünmək olar. O da mümkündür 
ki, partnyorunuz emosional baxımdan münasibətlərinizə 
daha az cəlb olunub və siz onun bu hərəkətini həddən 
ziyadə fəallığınızla kompensasiya etməyə çalışırsınız. 
Sonra kənardan münasibətinizə nəzər salaraq, onun da sizi 
sevməsinə özünüzü inandırırsınız. 
Qadınlar boşluğa nifrət edirlər. Dostunuzun subay, yarı 
dolu mənzilini yenidən qurmaq arzusunu hiss edirsinizmi? 
Sizə çox az tanış olan və ünsiyyət qurmaq üçün nədən 
başlamağı bilməyən adamlar arasında olanda, özünüzdə 
söhbəti başlamaq tələbini hiss edirsinizmi? Axı siz 
şkaflarda boş rəflərin və dolabların olmasını xoşlamırsınız, 
onları bəzi şeylərlə doldurmaq istəyirsiniz, elə deyilmi? 
Masanın üstündə yalnız boşqab və çəngəl-bıçaq olduğunu 
gördükdə, sizə elə gəlir ki, 
nəsə çatmır və masanın üzərinə güldan, ya da başqa bir 
əşya qoyursunuz. 
Əgər bütün bu suallara müsbət cavab versəniz, 
məsələni anlayacaqsınız: qadınlar boşluğu sevmir. 
Qadınlar boş yerləri doldurmağı, əşyalar və insanlar 
Downloaded from KitabYurdu.org


121 
arasında əlaqə yaratmağı, boş yerdə nələrsə yaratmağı 
xoşlayır. Mənə elə gəlir ki, qadının cəhdi onuıı yeni həyat 
vermək funksiyasından irəli gəlir, onun marağı həyatın 
bütün sahələrinə - uşaqlara, intim həyata, danışıqlara, 
gözəlliyə və ya vanna otağında qoyulacaq yeni çanağa da 
aid olur. Qarşılıqlı münasibətlərdə qadınlar, boşluğu 
doldurmağın vacib olduğunu hiss edirlər: susmağı - 
sözlərlə, kənarlaşmanı - diqqətlə, vaxtı - məşğuliyyətlə, 
uzaqlaşmanı - məhəbbətlə doldurur. Bu çox gözəl 
keyfiyyətdir və belə bir işi görmək qabiliyyətimiz bizə 
Allah vergisidir. Ancaq burada əsas məsələ həddən artıq 
canfəşanlıq etməməkdədir, çünki bu, qayıqda təkcə avar 
çəkməyə apara bilər. 
Aldığından daha çox sevgi verməyi necə 
dayandırmalı 
Bu fəsli oxuyarkən danışılanların sizin qarşılıqlı 
münasibətlərinizə 
nə 
dərəcədə 
aid olması ilə 
maraqlansanız, bunu müəyyənləşdirməyin çox asan yolu 
var: avar çəkməyi durdurun! 
Bəli, sadəcə, avar çəkməyi durdurun! Planlar qurmağı 
buraxın, onun boynuna atılmağı dayandırın, seksdə 
təşəbbüsçü rolunda çıxış etməyin, intim söhbətlərə 
başlamayın; sadalananları etməyin və nə baş verəcəyinə 
baxın. Seksual əlaqələrinizin sıfıra endiyini, bir yerə 
getmədiyinizi, ciddi məsələləri, ümumiyyətlə, sizə lazım 
Downloaded from KitabYurdu.org


122 
olan məsələləri müzakirə etmədiyinizi görsəniz, qarşılıqlı 
münasibətlərinizdə əsas yükü sizin çəkmənizdən, 
Yüklə 2,12 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə