Downloaded from KitabYurdu org


partnyorum da məni durdurur



Yüklə 2,12 Mb.
Pdf görüntüsü
səhifə12/64
tarix26.05.2023
ölçüsü2,12 Mb.
#113139
1   ...   8   9   10   11   12   13   14   15   ...   64

partnyorum da məni durdurur. 
Bir 
dəfə, 
münasibətlərimizin 
başlanğıcında 
məhəbbətdən danışırdıq. Mən çox şey öyrənməyimdən
cidd-cəlıdlə öz üzərinidə çalışmağımdan danışırdım. O 
nıəıiə yaxınlaşdı, 
əllərimdən tutdu və incə şəkildə dedi: "Barbara, sənin artıq 
sevgi dalınca qaçmağa ehtiyacın yoxdur”. Onun sözləri 
mənə dərin təsir etdi və mən ağlamağa başladını. Bu göz 
yaşları daim çalışmaq, sevgi “qazanmaq” lazım olduğuna 
inanan o balaca qızın göz yaşları idi. Bu həm də özümün 
özümə etdiyim hədiyyənin - sevgi dilənməkdən əl çəkmək 
və nəhayət, sevmək qabiliyyətinə malik olan kişini 
tapmağın sevinc göz yaşları idi. 
KIŞI SIRRI
4. Kişilərin üç ən böyük sirrinin tapılması 
Budıır, 
"kişilərə 
aid 
təlimatın" 
səbirsizliklə 
gözlədiyiniz hissəsinə gəlib çatdıq - kişilərin daha 
Downloaded from KitabYurdu.org


126 
mürəkkəb sirlərinin açılması anıdır. Biz “kişilərin üç ən 
böyük sirrindən” danışacağıq. Bu fəsli oxuduqdan sonra 
kişilərinizə az əsəbiləşəcəyinizə inanıram. 
Bu problem üzərində işləyəndə, kişilərlə əlaqəyə girən 
hər bir qadını bu və ya digər dərəcədə incidən iiç məsələnin 
olmasına inandım - bu suallara bizlərdən hər birimiz cavab 
almağı arzulayardıq: 
1. 
Niyə kişilər lıaqsız olmağa nifrət edirlər? 
2. 
Niyə kişilər qadınların əsəbiləşməyini və ya 
dilxor olmasını sevmirlər? 
3. 
Niyə kişilər qadınlarla müqayisədə ıııəlıəbbət 
və qarşılıqlı münasibət məsələlərinə az fikir verirlər? 
SİRR NO 1 NİYƏ KİŞİLƏR HAQSIZ OLMAĞA 
NİFRƏT EDİRLƏR? 
Siz və sevdiyiniz şəxs tanış olmayan şəhərdə maşında 
gəzirsiniz. Əgər bələdçi kitabçasına inansanız, siz artıq 
yarını saat əvvəl lazım olan yerə çatmalıydımz. 
Yoldaşınızın azdığı tanı aydındır. Siz isə onun lıara getmək 
lazım olduğunu bilmədiyini hiss edirsiniz. Orası da 
məlumdur ki, siz qəbula gecikirsiniz. Siz cəsarətsiz halda 
ona tərəf dönür və təklif edirsiniz: “Əzizim, niyə də biz 
dayanıb, yolu soruşmayaq?” Təəccüblüdür, yoldaşınız elə 
hirs və qəzəblə sizə cavab verir ki, sanki ona bunu 
deyibsiniz: “Əzizim, niyə də sən əl və ayaqlarını 
kəsməyəsən?” Bunun müqabilində belə sözlər eşidirsiniz: 
Downloaded from KitabYurdu.org


127 
"Bilirəm hara gedirəm, mənə yol göstərmə!” 
"Bura bax, maşını mən sürürəm, yoxsa sən?” 
"Bilirəm ki, o küçə hardasa, buralardadır. Əgər mane 
olmazsan, taparam”. 
"Hə deyirsən, dönək, qayıdaq evə”. 
"Nə demək istəyirsən, mənə inanmırsan?” 
Bəxtiniz gətirsə, təsadüfən lazım olan evi tapıb, 
nəhayət, gecədə iştirak edə biləcəksiniz. Ya da maşında 
saatlarla fırlanmanız da çox mümkündür, çünki yoldaşınız 
yolu soruşmaqdan imtina edir. Ya da - bilirəm ki, bu 
bizlərdən çoxunun başına gəlib - yoldaşınız yolu azdığını 
etiraf etməmək üçün sizi geri evə aparsın, gecədə iştirak 
etmək planınızı ləğv etsin. Budur, maşında oturub birdən-
birə inadkar, təcavüzkar, aqressiv adama çevrilmiş 
sevdiyiniz 
gözəl 
adama 
baxaraq, 
öz- 
özünüzə 
düşünürsünüz: "Əgər məıı azsaydım, sakitcə yolu 
soruşardım. Niyə o, haqlı olmadığını etiraf edə bilmir?” 
Şənbə gecəsini onunla birlikdə keçirməyi qərara 
almısınız. Axşam saat altıda o zəng edib deyir: "Bu gün 
sənə ekzotik bir şey təklif etmək istəyirəm, odur ki, əla bir 
hind restoranında masa sifariş vermişəm. Necədir?” 
Siz cavab verirsiniz: “Əladır, ancaq dünən axşam elə 
bosumla hind restoranında yemək yedik. Böyük 
məmnuniyyətlə, başqa bir şey dadmaq istərdim". 
Xəttin o biri başında uzun gərgin bir pauza yaranır. 
Downloaded from KitabYurdu.org


128 
“Hə? - soyuq səslə o cavab verir. - Aınıııa axı mən bunu 
bilmirdim. Qulaq as, əgər sən belə vasvası deyilsənsə, 
onda niyə elə restoranı özün seçməyəsən?” 
"Mən vasvası deyiləm, - siz sakitcə deyirsiniz. - Mən, 
sadəcə, lıiııd xörəyi istəmirəm. Niyə belə əsəbiləşirsən?” 
"Əsəbiləşmirəm, - uca səslə deyir. - Sadəcə, bəzən səni 
razı salınaq çətin olur”. 
"Heç də elə deyil. Mən, sadəcə, lıiııd restoranına 
getmək istəmədiyimi söylədim. İlalıi, özünü elə aparırsan, 
sanki mən dəhşətli bir şey demişəm. Bütün bunun heç bir 
əhəmiyyəti yoxdur”. 
"Aha, deməli, bunun heç bir əhəmiyyəti yoxdur. Və elə 
buna görə də sən aramıza bu didişməni saldın”, - kinayəli 
tərzdə cavab verir. 
Özünüz isə düşünürsünüz: "Bu niyə özünü qanmaz 
kimi aparır? Niyə o, sadəcə, düzgün seçim etmədiyini 
etiraf edib, başqa bir şey təklif etmir?” 
Necədir, bütün bu qəmli görünən olaylar sizə tanış 
gəlirini? 

Kişilər haqlı olmamağı sevmirlər; 

onlara lıaqlı olmadıqlarını söylədikdə, nifrət 
edirlər; 

onlar hətta lıaqlı ola bilmələri haqda fikri belə 
eşitmək istəmirlər; 

ən çox isə onların lıaqlı olmadıqlarını qadınların 
Downloaded from KitabYurdu.org


129 
onlardan öncə bilmələrini heç sevmirlər. 
Kişilər çox vaxt sizin təkliflərinizi, məsləhətlərinizi, 
reaksiyanızı düzgün anlamır, onu tənqid kimi qəbul 
edirlər. 
Belə halda bir çətinliyi unutmayın: onsuz da, kişilər siz 
demədiyiniz halda belə, “düzgün etmədiklərini” hiss 
edirlər. 
Bəd niyyəti olmadan, məsələnin bu yolla həllinin ona 
köıııək edəcəyini düşünərək, qadın ərinə məsələni başqa 
yolla etməyi təklif edəndə və ya məlumat verdikdə, o, 
qadının əslində, 
nə demək istədiyini eşitmək istəmir. O başqa şey eşidir: 
"Sən pissən. Səhv etmisən. Sən kifayət qədər bacarıqlı 
deyilsən”. 
QADIN VƏ KIŞI NƏ EŞİDİR 
Biz deyirik 
Onlar eşidirlər 
"Əzizim, niyə də maşını saxlayıb, hansı yolla 
getməyimizi soruşmayasan?” 
"Sən axmaqsaıı. Sən azmısan. Sənə inanmaq olmaz”. 
"Bilmirəm niyə, ancaq mən hind yeməklərini yemək 
istəmirəm”. 
"Səhv etmisən. Pis restoran seçmisən.Mənim istəyimi 
duya bilməmisən”. 
"Vaxtımın çoxunu səninlə birgə keçirmək istərdim". 
Downloaded from KitabYurdu.org


130 
"Bacarıqsızsan. Məni məmnun edə bilmirsən. Səninlə 
bədbəxtəm". 
"Bəlkə indi şefinlə danışıb, vəziyyəti ona izah etsən, o, 
layihənin müddətini başqa vaxta keçirər”. 
"Sən 
uğursuzsan. Heç nəyi vaxtında etməyi 
bacarmırsan". 
"Nivə də bunu başqa cür etməyəsən?” 
"Hər şeyi səhv edirsən. Özün də heç nə etməyi 
bacarmırsan”. 
(Yataqda) "Əzizim, bir az yavaş ol. Bir az gözlə”. 
Sən pis sevgilisən. Sən nə etdiyini belə bilmirsən”. 
Sanki dəhşətli bir şey söyləmisiniz, sözlərinizə olduqca 
hirsli və qəzəbli reaksiya verəndə, son dərəcə adama 
toxunur, elə deyilmi? Məhz bu, qadınları bəzən kişilərin 
başına fırlanmağa və "deyəcəklərinə fikir verməyə" 
məcbur edir. 
NIYƏ KIŞILƏR HƏMIŞƏ
HAQLI OLDUQLARINI DÜŞÜNÜRLƏR 
Bu sirri açmaq üçün uşaqlığımızın o uzaq illərinə 
qayıtmağımız lazımdır. Birinci fəsildə biz artıq kişilərin 
rolunun nədən ibarət olduğundan söhbət açmışdıq: oğlana 
verilmiş tərbiyəyə görə həyatda onun əsas rolu fikir və 
hisslərdən ibarət olan daxili aləıııi devil, xarici aləmi 
dəyişdirməkdən və təkmilləşdirməkdən ibarət olmalıdır. 
Balaca oğlanlara dəyərlərinin nə etdikləri və nə 
Downloaded from KitabYurdu.org


131 
qazandıqları ilə müəyyən edildiyini öyrədirlər. Onlara 
deyirlər: 
"Afərin, Toııi. Sən topu belə uzağa atmağı bacardın
-
’. 
"Oğlum, məzuniyyətdə olduğum dövrdə sənin evdə kişi 
olıııam və bütün ev işlərində anana kömək etməyini 
istəyirəm”. 
"Sən artıq bütün xəzəli toplamısan? Afərin. Al, sənə əlli 
sent”. 
Hətta ənənəvi "kişi” oyunlarında belə hər hansı bir 
fəaliyyət mütləq mövcuddur. Kəsmə daşlar və tikinti 
materialları, müxtəlif konstruktorlar, aeroplan və ıııaşııı 
modelləri - bütün bunlar hər hansı bir fəaliyyəti, son 
məhsulu göstərir. Elə buradan da balaca oğlanlar nəticə 
çıxarırlar: yaxşı olmağını üçün hər şeyi yaxşı və düzgün 
etməliyəm. Onlar bax belə böyüyürlər və onların özlərini 
qiymətləndirmələri də əldə edilmiş nailiyyətlərə və 
bacarıqlara əsaslanır. 
Kişilərdə özünü qiymətləndirmə birbaşa onların 
uğurlarından asılıdır. 
Odur ki, qadınlar kişilərə bu və ya başqa işi yaxşı 
görməyi təklif edəndə, o, aqressiv reaksiya verir. O sizin 
sözlərinizi belə 
yozur: ‘'Səıı bunu düzgün etməmisən. Odur ki, pis 
oğlansan". Adətən, kişi heç onun təklif və fikrini eşitmir 
belə. Elə başdan onun sözlərini bəyənməmək kimi 
Downloaded from KitabYurdu.org


132 
anladığından, emosiyalarını bildirir və “partlayır”. Qadın 
nəzakətli cavab gözləyir, o isə düzgün olmayan hərəkətə 
görə tənqid olunduğunu hiss edir. Birlikdə olmağımızın 
çətinlik yaratması təəccüblü deyil! 
MƏN NECƏ QARAJ DUSTAĞI OLDUM 
ı saylı səhvdən danışanda kişilərin səhvlərini etiraf 
etməmələri üçün onların ağlagəlməz vasitələrə əl 
atdıqlarını çox gözəl nümayiş etdirən həyatımın bir 
hekayətini həmişə yadıma salıram. Bir neçə il bımdaıı 
əvvəl səhvlərini etiraf etməyini lıəzııı edə bilməyən bir kişi 
ilə dostluq edirdim. Bir axşaııı Los Ancelesdə göstərilən 
Brodvey şoıısıuıa biletimiz var idi. Mən bəzənib-düzəndim 
və biz getdik. Dostum ıııaşım çoxmərtəbəli yeraltı qarajda 
saxladı, biz teatr binasına qalxdıq və olduqca gözəl 
tamaşaya baxdıq. Tamaşa başa çatandan sonra dostumla 
qaraja - ıııaşım saxladığı mərtəbəyə endik. 
Biz maşınların uzun sırasından keçərək, öz maşınımızı 
axtarmağa başladıq. Beş dəqiqə keçdi, on dəqiqə keçdi. 
Hənıiıı axşaııı olduqca hündürdabanlı ayaqqabıda 
olduğumdan ayaqlarımı giiclə sürüyürdüm. Bundan başqa, 
axşam hava əməlli-başlı soyumuşdu, mən isə yüngül 
geyinmişdim və mən soruşdum: “Əzizim, ıııaşım 
itirmisən?” Məsum sualım onun 
tutqun baxışları ilə “rastlaşdı", həmin baxışlar sanki 
deyirdi: "Nə haqla məni maşının itməsi ilə günahlandıra 
Downloaded from KitabYurdu.org


133 
bilərsən? Mən kişiyəm, əsgərəm, böyük ustayam. Mənə 
inanmırsan?” 
Bunun əvəzinə həyat yoldaşını ucadan dedi: "Yox, mən 
ıııaşım 
itirməmişəm. 

hardasa, 
buralardadır. 
Təlaşlanma”. 
“Təlaşlanmıram, - cavab verdim, - ancaq biz on 
dəqiqədir ki, bu qarajda gəzirik, mənim isə ayaqlarım 
ağrıyır. Bəlkə, biz ıııaşım başqa mərtəbədə saxlamışıq?” 
"Yox, bu mərtəbədə saxlamışam, - o inadkarlıq edirdi. 
- İndi onu tapacam. Yeri gəlmişkən, fiziki iş sənə xeyirdir". 
(Sizə and içirəm, o, ıııəhz, belə dedi!) 
Əlavə olaraq on dəqiqə də ıııaşım axtardıq - o, qabaqda, 
mən də onun dalınca gəzdik. "Qulaq as, - mən dedim, - 
boş- boşuna beləcə dolaşmaq axmaqlıqdır. Yaxşısı budur, 
bu işlərə baxan şəxsi tap, səni avtoaraba ilə maşının yerini 
tapınaq üçün qarajı dolaşdırsın, elə yaxşı olmazını?” 
Eşitdiyim cavaba görə ona qayadan atlanmaq təklif 
etdiyimi düşünmək olardı: 
"O axmaq nəzarətçinin köməyinə ehtiyacım yoxdur. 
Yolu itirməmişəm. Mane olmasaydın, maşım çoxdan 
tapmışdım. Necə də dözümsüzsən. Bir dəqiqə belə gözləyə 
bilmirsən”. 
"Görürsünüz də bir dəqiqə gözləyə bilmirəm, - istehza 
ilə dediııı, - bu bir dəqiqə içində donmağı bacardım, 
ayaqlarım dəhşət ağrıyır və mən evə getmək istəyirəm. 
Downloaded from KitabYurdu.org


134 
Odur ki, nəzarətçinin maşınını tap”. 
On beş dəqiqə nəticəsiz axtarışdan sonra partnyorum 
istəməsə də, qaraj nəzarətçisinin ona köıııək etməsinə razı 
oldu. O, həbsxanaya aparılan - məhkum edilmiş şəxs 
sifətilə avtoarabaya ıııindi. Nəzarətçinin maşınımızı başqa 
mərtəbədə tapmasını deməyə lüzum yoxdur - partnyorum, 
həqiqətən, maşını hansı mərtəbədə saxladığını unutmuşdu. 
Evə qayıdarkən yolda məsələni zarafata salıb, gərginliyi 
azaltmaq istədim, nələr baş verdiyini bir təsəvvür etsəniz?! 
"Məııinı üçün sanki baronessa-zaddır, - o hirslə dedi. - 
Əylənməyə olan sevgin harada qaldı? Normal qadın 
tamaşadan sonra məmnuniyyətlə gəzər. Maşını bir az 
axtarsaydın, nə olardı?” 
“Əyləncə! - mən qışqırdım. - Sən azmışdın! Niyə bunu 
etiraf etmirsən? Söhbəti mənim üstümə atına. Bundan 
başqa, qırx beş dəqiqə hündür daban ayaqqabıda gecə 
paltarında soyuq qarajda gəzmək - heç də yaxşı əyləncə 
devil!” 
Maşında oturub, ağrıyan ayağımı sürtüşdürərək, bu 
kişinin mənim rahatlığımdan daha çox özünün haqlı 
olmasının qeydinə qalmasına inana bilmirdim və bütün 
bunlardan sonra o heç üzr istəməyə belə özünü məcbur edə 
bilmirdi. 
Kişilərə üzr istəmək çox vaxt çətin olur - bu, səhv 
etdiklərini etiraf etmək deməkdir, deməli, onlar pisdirlər. 
Downloaded from KitabYurdu.org


135 
Bu hadisə bir neçə il bundan əvvəl baş verib. Əlbəttə, 
indi kişi və qadınların səhvləri barədə məlumatlı olduğum 
üçün özüıııü başqa cür aparardım. Seminarlarımda həm 
qadın, həııı də kişi qruplarında bu hadisəni danışaraq özüm 
üçün çoxlu 
nəticə çıxarmışam, - başa düşən qadınlar gülür, kişilər isə 
pərt lıalda qızarırdılar. Və lıər dəfə qarajda “əsir" 
olmağımın mənim üçün yaxşı dərs olduğunu düşünürəm. 
CINA KİŞİSİNƏ QƏZƏBİNƏ USTUN GƏLMƏKDƏ 
NECƏ YARDIMÇI OLDU 
Otuz yeddi yaşlı stüardessa Cina ilə qırx iki yaşlı vəkil 
Aleks xoşbəxt cütlük idi. “Biziııı birgə ailə həyatımız çox 
gözəldir. Ancaq Alekslə lıər dəfə danışanda, sözlərimə 
fikir verməliyəm, - o şikayətləndi. - Ona məsləhətlər 
verənə və ya onun fikrinə əks fikir söyləyənə kimi hər şey 
əla olur, elə ki, bir şey söylədim, o soyuqlaşır, yad bir 
adaıııa çevrilir, ya da özündən çıxır. Onun bu işləri qeyri-
adekvat qarşılamasını anlaya bilmirəm”. 
Bir çox qadınlar kimi, Cina da bunun səbəbini bilmirdi. 
Cina və Alekslə bir neçə dəfə izalıedici söhbət apardım. 
Aleksə dedim: təsəvvür edin ki, həftə sonunu 
keçirməyinizi planlaşdırırsınız və siz Ciııaya bazar günü 
şəhər ətrafına getməyi təklif edirsiniz. 
İndi Cina, siz deyin, Alekslə bazar günü getmək 
istəmirsinizsə, bunu ona necə deyəcəksiniz? 
Downloaded from KitabYurdu.org


136 
Bir az fikirləşib, o dedi: 
"Belə deyərdim: əzizim, bilirsən ki, çox çətin bir lıəftə 
keçirmişəm, bazar gününü səninlə evimizdə keçirmək 
istərdim”. 

Əla, - mən davam edirəm. - Hə, Aleks, Cina belə 
cavab verəndə, siz nə hiss etdiniz? 

Hirslənməyə başlayıram, - Aleks cavab verir. - 
Səbəbini bilmirəm, ancaq hirslənirəm və söhbəti davam 
etdirmək istəmirəm. 

Və bunu Cinanın dedivi konkret sözlərdən asılı 
olmayaraq hiss edirsiniz? 

Bəli, - o cavab verir. - Mənə elə gəlir İd, 
təklifimin onun üçün heç bir əhəmiyyəti yoxdur və mən 
istirahətimizi planlaşdıra bilmirəm. Məııinı özümə bunu 
demək gülməli görünür, ancaq məndə elə bir hiss var ki, 
sanki bununla o mənim kifayət qədər yaxşı olmadığımı, 
uğursuz və axmağın biri olduğumu təsdiqləyir. 
Cina belə bir açıqlamadan sarsılır. Özünə inanan, 
yetərincə maddi təminat əldə etmiş ərinin səhv etdiyini 
anlayanda, özünü uğursuz və "pis oğlaıı” hiss etməsi onun 
ağlına belə gəlmirdi. 
Alekslə Ciııa birlikdə bu məsələnin üzərində işləmək və 
hisslərini ifadə etməkdə açıq olmaq barədə razılığa 
gəldilər. Ciııa sözlərinə fikir verəcəyinə və Aleksi pəıt 
etməyəcəyini, Aleks isə özünü "pis oğlan" hiss edəndə 
Downloaded from KitabYurdu.org


137 
Cinaya söyləyəcəyini vəd etdi. 
Üç aydan sonra onlar zəng edib, işlərin gedişi barədə 
ona məlıımat verdilər. “Hər şey elə dəyişib ki. - Ciııa 
xoşbəxtcəsinə izhar etdi. - Bəzən köhnə əməllər özünü 
göstərir, ancaq biz bir- birimizi durdurur, hisslərimizi bir-
birimizə söyləyir və lazım olduqda, bir-birimizə köməklik 
edirik. Artıq mən əvvəllər olduğu kimi Alekslə gərginlik 
yaşamıram və bəzən o hirslənməyə başlayanda, bunun 
səbəbini anlayır və səbəbkarın uiəiı olmadığımdan əmin 
oluram”. 
NİYƏ QADINLAR ETDİKLƏRİ SƏHVLƏRƏ GÖRƏ 
BELƏ NARAHATÇILIQ KEÇİRMİRLƏR 
Bu hissəni oxuyanda, ola bilsin ki, özünüz haqqında 
düşünürsünüz: “Səhvə görə belə narahat olmağa dəyərmi? 
Səhv edərkən, sakitcə verilən məsləhət və təklifləri qəbul 
edirəm”. Yenə də fərqlilik balaca qız və oğlanların tərbiyə 
olunmasına əsaslanır. Qadınlar balaca qızları bütün 
həyatları boyu yaratmaq, qurmaq, öz üzərində işləməldə 
məşğul olmaq ruhunda tərbiyə edirlər. Məsələn, ata üçün 
rahatlıq yaratmaq; hər şeyi özü üçün gözəlləşdirmək
evinin rahatlığını qurmaq. Odur ki, qadın səhvə yol 
verəndə, onu düzəltmək haqqında - düşünür. Vəziyyəti 
necə düzəltməli? Biz narahatlıq keçirə, pərt ola bilərik, 
ancaq bu halda da, bir qayda olaraq, öz üzərimizdə 
işləməyə başlamağa hazırıq. 
Downloaded from KitabYurdu.org


138 
Bir çox qadınların kitab oxumaq, məsləhət 
toplantılarında və seminarlarda iştirak etmək də daxil 
olmaqla, öz bacarığını 
inkişaf etdirməldə məşğul olmasının səbəbi elə bundadır. 
Kişilər belə lıesab edirlər ki, bacarığı təkmilləşdirmək 
üçün kitab oxumaq və ya məsləhətlərə getmək - nəyisə 
düzgün etmədiyini etiraf etmək deməkdir, çünki nəticədə 
sənin pis olduğun üzə çıxır. 
Sevdiyiniz insana kişi-qadın münasibətlərinə dair 
məsləhətlərə və ya seminarlara getməyi tövsiyə edib, 
bunun müqabilində bir pay istehzalı sözlər və ya qəzəb 
dalğası alıbsınızmı? İndi onun sizin təklifinizi eşitmədiyini 
anlamalısınız - ona elə gəlir ki, siz onun düz etmədiyini, 
özündə bəzi şeyləri dəyişdirməyin lazım olduğunu 
söyləyirsiniz. 
Əlbəttə, 
kişilərin 
şəxsiyyətlərini 
təkmilləşdirməkdə maraqlı olmadıqlarını təsdiq etmirəm. 
Daha çox sayda kişilərin qarşılıqlı münasibətlərə dair 
seminarlarıma gəldiyini görürəm. Demək olar ki, 
seminarlarda kişi və qadınların sayı bərabərdir. Ancaq onu 
da nəzərə alınaq lazımdır ki, kişilərə, qadınlardan 
fərqli olaraq kömək üçün müraciət etmək və öz üzərində 
işləmək çətindir və bu addımı atanların sizin köməyinizə 
ehtiyacları var. 
“MƏNƏ İNANMIRSAN?" 
İstirahətdəsiniz. Nahar vaxtıdır və əriniz yaxınlıqda 
Downloaded from KitabYurdu.org


139 
restoran tapmaq üçün bələdçi kitabçasını nəzərdən keçirir. 
Əlinizi uzadır və deyirsiniz: "Əzizim, ver mən baxını”. 
Dostunuz qəzəblə sizə baxır və deyir: "Niyə, ıııəgər mənə 
inanmırsan?” 
Ərinizin işində pis iş baş verib və siz onun gərginlik 
keçirməsindən narahatsınız. Onun ən yaxın dostuna zəng 
edir, onunla söhbət edir, köməklik göstərməsini xahiş 
edirsən. Əriniz bundan xəbər tutanda çox qəzəblənir: 
"Mənə inanmırsan, düşünürsən ki, işin öhdəsindən gələ 
bilməyəcəyəm?” 
Siz birdən yaxın rəfiqənizin dostlarınızın gözlərinin 
qarşısında sevgilinizlə dilxoşluq etdiyini anlayırsınız. Bir 
dəfə qonaqlıqdan sonra bu barədə ərinizə söyləyir və 
bunun onun reputasiyasına ziyan vura biləcəvi barədə 
xəbərdarlıq edirsiniz. O, hirsindən partlayır və qəzəblə 
cavab verir: “Mən hər şeyi bilirəm. Mənə deməyinin 
əhəmiyyəti yoxdur. Doğrudanım, 
mənə inanmırsan, düşünürsən ki, mən özümü qoruya 
bilmərəm?!” 
Sevdiyimiz kişilər nə vaxta kimi vəziyyətlə əlaqədar 
verdiyimiz 
təklifləri 
və 
ya 
dəyərləndirmələrimizi 
inanmamaq anlamında qəbul edəcəklər?! Düşünürəm ki, 
siz də bir çox qadınlar kimi dəfələrlə özünüzə sual 
vermisiniz: “Dediyimin iııamb-iııaımıamaqla nə əlaqəsi 
var?” 
Downloaded from KitabYurdu.org


140 
Kişilər həmişə nə etmək lazım olduğunu bildiklərinə 
görə onlar bizini reaksiyamızı etibar etməmək kimi, daha 
dəqiqi desək, onlara inanmamaq kimi izah edirlər: 
Kişilərin bu sirrini anladığını günü unutmaram. 
Oğlanımla olan böyük qalmaqalın qızğın anında baş 
verənin boş şey olduğunu anladını. O, çıxış hazırladı və 
məııdən onu oxuyub qeydlərimi etməyi xahiş etdi. 
Oxudum, bir neçə dəqiq olmayan və zəif məqamları 
qeyd etdim. Qeydlərimin çıxışın daha təkmil olmasına 
kömək edəcəyini düşündüm. O, qeydlərimi oxuduqca, 
sifəti galı tutulur, gah da sərtləşirdi. Nəhayət, nə baş 
verdiyini soruşdum. Hər şeyin qaydasında olduğunu dedi, 
ancaq mən yenə də ona qeydlərində əlaqədar başqa 
reaksiya gözlədiyimi söylədim. Dediııı ki, elə də xüsusi 
sevincə ümid etmirdim, ancaq belə qəribə reaksiya 
verəcəyini də gözləmirdim! Mübahisəmiz qarşılıqlı 
günahlandırmaya səbəb oldu: o dedi ki, mən olduqca 
emosional və öcəşkənəııı, mən isə onu daşürəkli və 
hissiyyatsız olmaqda günahlandırdım. Bir neçə saatlıq 
faydasız mübahisədən sonra qəfildən baş verənlərin əsl 
səbəbini anladını - cavab olaraq məndən mənfi 
dəyərləndirmə aldıqdan sonra o özünü etibar edilməyən və 
inam göstərilməyən adanı kimi hiss edib. Baxmayaraq ki, 
o özü məndən çıxışı oxumağı xahiş etmişdi, mənim 
qeydlərində 
razılaşmışdı, əslində, onun çıxışının 
Downloaded from KitabYurdu.org


141 
mükəmməl olmadığını etiraf etməm onda narazılıq hissi 
yaratmışdı. Çünki onda onun hər hansı bir işi yaxşı 
görəcəyinə inanmadığım fikri yaranıb. 
Problemin əsl səbəbini aşkarlayanda keçirdiyim 
rahatlıq hissi yadımdadır; heyrət hissi məni bürümüşdü: bu 
adanı beynində "bu mənim təkliflərimdir" sözündən 
mənim nəzərdə tutduğum inamsızlıq fikrinə necə bir 
sıçrayış edə bilmişdir? Sakitləşəndən və baş verənləri 
müzakirə etdikdən sonra o mənə kişilərə inanmağın onlar 
üçün nə qədər vacib olduğunu və inamsızlıqla onlara necə 
asanlıqla toxunmağın mümkün olduğunu anlamaqda 
köıııək etdi. 
ı NÖMRƏLİ SİRRİN AÇILMASI 
ı. Kişilərə toxuna biləcək sözlərdən istifadə etməkdən 
çəkinin. Iııdi siz artıq kişilərə haqsız olduqlarını qəbul 
etməyin ağır olduğunu bildiyiniz üçün vəziyyəti daha da 
ağırlaşdırmayın. Məsələn, maşınla gedəndə, ərinizin yolu 
azdığını görsəniz, deməyin: “Həmişə belə olur. Həmişə 
eyni şey baş verir. Hara getdiyini heç vaxt bilmirsən”. 
Deyin: “Əzizim, əgər dayanıb, yolu soruşsaq, mən rahat 
olaram. Bilirəm ki, sən hər şeyi düzgün edirsən, ancaq, 
məncə, küçələri dəyişik salmışıq”. 
Günahlandırmayın, danlamayın, söyməyin və onun 
xarakteri və bacarıqları barədə ittiham irəli sürməyin. 
Deməyin: “Sən bunu pis edirsən”. 
Downloaded from KitabYurdu.org


142 
Deyin: "Bunu edəndə, qorxuram, narahat oluram, 
xətrimə dəyir və s.”. 
Və əlbəttə, kişinizə onun inamsızlıq kimi dəyərləndirə 
biləcək sözlər deməmək üçün sözlərinizə fikir verməniz 
çox 
vacibdir. Nəyəsə reaksiya verəndə, mütləq ona etibar 
etdiyinizə inanması üçün imkan yaradın. 
Lazımdır! Mən heç də kişilərin hisslərinə toxunmamaq 
üçün onların başına fırlanmağı, onların hərəkətlərinə 
neqativ reaksiya verməkdən qaçmağı, ya da tənqidinizi 
hardasa yumşaldaraq onlara çatdırmağı təklif etmirəm. 
Mən sizə ağıllı ünsiyyət yolu təklif edirəm. Əlbəttə, əgər 
kişi sizin xətrinizə dəyibsə, onun reaksiyası barədə 
düşünməyin, özünüzü müdafiə edin. 
2. 
Aldığınız informasiyanı kişinizlə müzakirə edin. 
Kişilər onların başa düşülməsini çox sevirlər. Odur ki, 
onunla oturub, bu fəsli oxuyun. Bu hisslərin ona tanış olub-
olmadığını soruşun və bu barədə onun fikirlərini öyrənin. 
Onu incitmək istəmədiyinizi anladın və sizin dediyiniz hər 
sözü tənqid kimi qəbul etməməsi barədə razılığa gəlin. 
3. 
Kişinizi tərifləyin. Kişilər üçün tərif və etiraf 
qədər qiymətli olan şey yoxdur. Onların bu iki cəhətə olan 
ehtiyacını təsəvvür edə bilməzsiniz. Ola bilsin ki, o heç 
vaxt sizdən tərif eşitmək istəyini büruzə verməyəcək; o 
bəlkə də, buna 
Downloaded from KitabYurdu.org


143 
ehtiyacının olmasını inkar edəcək; o bəlkə də, özünü sizin 
təriflərinizdən 
xoşlanmırmış kimi aparacaq. Ona 
inanmayın! 
Kişilərə uşaqlıqdan lıər şeyi bilmək və bacarmaq 
aşılandığından onların etirafa və tərifə yalnız ləyaqətlərinə 
dəstək baxımından deyil, daha çox onların psixoloji 
yandan rahatlıqları üçün ehtiyacları var. 
Kişilərin ən çox incidikləri məqam - qadınların elə də 
yüksək qiymətləndirmədikləri hisslərilə bağlıdır. Kişinizi 
kifayət qədər təriflədiyinizi düşünə bilərsiniz; halbuki elə 
hallar ola bilər ki, siz onu istəmədiyi şeylərə görə 
tərifləyəsiniz. 
Bu barədə ondan soruşun və unutmayın: əgər sizə 
kömək və tərifə ehtiyacları olmadığını söyləsələr belə, 
inanmayın. 
Dəqiq bilirəm ki, ehtiyacları var. 
SİRR NO 2 NİYƏ KİŞİLƏR QADINLARIN 
HİRSLƏNMƏSİNİ VƏ YA DİLXOR OLMASINI 
SEVMİRLƏR 
Laura yeniyetmə qızı Alisanın pis davranışından 
narahatdır. Alisa daim vaxtını səs-küylü kampaniyada 
keçirir və günbəgün dözülməz lıala gəlirdi. Laura və onun 
əri Li qızları ilə söhbət aparır, onu ağlını başına toplamağa 
inandırmağa çalışır, əks halda xoşagəlməz hadisələr ola 
biləcəyini izah edirlər, ancaq son həftə Li yeni layihə ilə 
Downloaded from KitabYurdu.org


144 
əlaqədar çox məşğul olduğundan Alisanın tərbiyəsinin 
yükü, sözün əsl mənasında, bütünlüklə Lauranın üzərinə 
düşür. Səhər Laura həyəcanlı matça getməli olur, elə bu 
səbəbdən də, başı bərk ağrıyır. 
Saat yeddi radələriııdə Li evə gəlir, Laura stolu 
hazırlayır. 

Əzizim, necəsən? - o, arvadından soruşur, onun 
hönkürtü ilə ağlaması Liııi təəccübləndirir. 

Hər şey pisdir, - içini çəkə-çəkə o cavab verir. 

Mən artıq bacarmıram, Li. Alisa, sadəcə, 
vəhşiyə döııüb. Bu həftə mən hər şeyə əl atdım, ancaq o 
tamamilə nəzarətdən çıxıb. O, mənə əsla qulaq asmır. Heç 
nə edə bilmirəm. Biz nə vaxt səhv etmişik?! 

Yaxşı, əzizim, otur və sakitləş. Göz yaşları heç 
nəyə kömək etmir, - Li sakit səslə, fikirli halda cavab verir. 
- Burnunu sil və gəl hər şeyi danışaq. Düşünürəm ki, biz 
məsələnin düzgün həllini tapacağıq. 

Ancaq nə baş verdiyini təsəvvürünə belə gətirə 
bilməzsən, - Laura ağlayır. - Onu inandırmağa çalışdım, 
ancaq heç nə alınmadı. Heç nə ona təsir etıııir. 

Sakitləş, Laura, - Li deyir. - Gəl hər şeyi bir-bir 
müzakirə edək. Hər şeydən əvvəl mənə de görüm, Alisa bu 
həftə nəyi düzgün etməyib? 

Anlamırsan! - Laura qızışır. - Sən bu həftə 
olmamısan. Mənim necə cəhənnəm əzabı çəkdiyimi 
Downloaded from KitabYurdu.org


145 
təsəvvür etmirsən. Sən necə belə laqeyd ola bilirsən? 

Laqeyd? Mən laqeyd deyiləm. Mən, sadəcə, nə 
edə biləcəyimizi düşünürəm. Əsəbiyyət (lıal-təbdən 
çıxmaq), təşfiş 
heç bir məsələni həll etməyəcək. 

Bu əsəbivyət təşfış deyil, mən, sadəcə, 
ağlayıram, sənə hisslərimi, yorulduğumu çatdırmaq 
istəyirəm. Sənin nəsə etməyini, əsla, istəmirəm! - Laura 
qışqırır. 
- Sadəcə, sənin məni sakitləşdirməyini və mənə rəhmin 
gəlməsini istəyirəm. 
Laura mətbəxdən çıxıb, hönkürtü ilə özünü divana atır. 
O özünü yalqız, tərk edilmiş kimi hiss edir və ona elə gəlir 
ki, onu başa düşmürlər. 
Eleonora və Adam yenicə restorandan dönmüşlər və 
mənzillərinə daxil olurlar. Eleonora deyir: 

Adanı, səninlə danışmağım lazımdır. 
• • 

Iııdi? - Adam soruşur. - Iııdi gecdir. 
Eleonoranm səsi titrəməyə başlayır və cavab verir: 

Hə, indi. 

Yaxşı, - Adam səbirsizliklə deyir. - Nə olub? 

Sən elə bil ki, məndən uzaqlaşmısan, - Eleonora 
başlayır. - İşdə çox məşğul olduğunu bilirəm, ancaq biz bir 
həftədir ki, eşqlə məşğul olmuruq, sənin üçün darıxıram. 
Downloaded from KitabYurdu.org


146 
Sözünü bitirib, o, Adama baxır, ərinin ona acıyacağını 
və ya onu sakitləşdirəcəyini ümid edir. Adam Eleonoraya 
baxır, hirsli halda stulda qurcalanır və susur. 

Hə, - Eleonora soruşur, - bu barədə nə 
düşünürsən? 

Sənə qulaq asdım, - Adam deyir, - kefinin 
pozulduğuna çox təəssüflənirəm. 

Bütün bunlarla nə demək istəyirsən? - Eleonora 
küsmiiş halda deyir. 

Aydındır, - Adam deyir. - Sən artıq xəyalında 
mənim verəcəyim cavabı canlandıransan, ancaq əgər 
mənim verdiyim cavab sənin xəyalında olana uyğun 
gəlmirsə, üzərimə düşməyin nə yeri var? 

Mən heç də üzərinə düşmürəm. Mən, sadəcə, 
mənimlə olduğunu hiss etmək istəyirdim, - Eleonora 
ağlayır. 

Mən buradayam, - Adam soyuq cavab verir. - 
Məgər mən bir yerə gedirəm? 

Belə olmaqdansa, heç olmasan yaxşıdır, - 
Eleonora ağlayaraq deyir. - Sən soyuq daş heykəl kimi 
oturubsan, məhz, 
sənin məhəbbətinə daha çox ehtiyacım olduğu anda belə 
edirsən. 
- Bura bax, - Adam qışqırır, - qarşıdan gecə gəldiyi 
halda bu problem haqqında söhbət açaraq, bütün gecəmi 
Downloaded from KitabYurdu.org


147 
ııiəlıv etdin. Sən elə həssassan ki, hər şeyi şişirdirsən. Əgər 
sən belə əsəbi olmasan, aramızda həmişə xoş münasibət 
olar! Bir daha bu cəfəngiyatı eşitmək istəmirəm! 
Adanı arvadını təkcə ağlayan qoyub, cəld otaqdan qaçıb 
çıxır, Eleonora isə onun belə soyuq və ürəksiz birisi 
olduğunu heç cürə anlaya bilmirdi. Kişi ilə qəm-kədərinizi 
və ya qorxunuzu bölüşdükdə, cavab olaraq yalnız artıq 
emosionallıq və ııaz-qəmzə etməkdə günahlandırılmaqdan 
başqa bir şey eşidir siııizmi? 
Belə vəziyyətləri müşahidə etməklə, ailə cütlüklərinin 
hekayətini dinləyərək, özüm özümdən soruşardım: kişilər 
qadınların 
hirslənməsini, 
ağlamasını 
sevmirlər? 
Mütəxəssislərin çoxu təsdiq edir: iş orasındadır ki, kişilər 
belə vəziyyətdə psixoloji diskomfort keçirir və özlərini 
zəif hiss edirlər. Hesab edirəm ki, ümumi müşahidə yalnız 
problemin 
bir hissəsidir və kişilərin bu sirrinin tapılmasının açarı daha 
dərinlərdə - kişi xarakterində, qadınların heç ağıllarına belə 
gətirmədikləri o "üç sirdə” yerləşir. 
KİŞİLƏRİN QADINLARI PƏRİŞAN VƏ ƏSƏBİ 
GÖRMƏYİ SEVMƏMƏLƏRİNİN 
BİRİNCİ SƏBƏBİ 
Kişilərdə işin vəziyyətinə görə məsuliyyət hissi tərbiyə 
olunur. 
Gördüyümüz kimi, bütün kitab boyu kişilər erkən 
Downloaded from KitabYurdu.org


148 
yaşlarından məsuliyyət hissinə malik olmaq ruhunda 
tərbiyə olunurlar. 
'Tomoti, bacma nəzarət et, yıxılmasın”. 
"Sən böyüyəndə, oğluııı, ailənin başçısı olacaqsan”. 
"Atana əşyaları maşına yığmaqda köıııək etmək 
lazımdır, oğlum”. 
Bu balaca oğlanlar kişi kimi böyüyürlər, mütləq 
inamla: əgər o əsl kişidirsə, hər şeyi bacarmalıdır, 
arvadının qeydinə 
qalmağı da. 
O KİMDİR - SONUNCU AXMAQ, YOXSA 
PARILDAYAN YARAQLI 
DÖYÜŞÇÜ? 
Kişini narazı salan problemlərinizi bölüşəndə, o sizin 
dediklərinizi eşitmir. Onun eşitdiyi bunlardır: 
“Mənə kömək et!” 
“Məni xilas et!” 
"Buıııı mənim üçün et!” 
Siz isə istənilən qadın kimi istəyirsiniz: 

sizə təskinlik versinlər; 

sizə rəhmləri gəlsin; 

sizi qucaqlasın; 

sizi eşitsin; 

sizi təsəlli etsin - və lıər şeyin yaxşı olacağını 
söyləsin. Bunun əvəzinə eşitdikləriniz: 
Downloaded from KitabYurdu.org


149 

məsləhətlər; 

suallar; 

öyüd-nəsihət; 

pis əhvali-ruhiyyəyə görə məzəmmət. 
Siz sevgi istəyirsiniz; o sizə məntiqlə cavab verir. Onun 
sizinlə ‘'Ana” kimi davranmasını istəyirsiniz, o isə daha 
çox “ata" rolunu oynayır. 
Həyatımda buna tipik nümunə olan bir hekayəti 
xatırlayıram. Bir çox iş yoldaşlarımla çətinliklərim olub, 
onların işlərinə olan münasibətləri xoşuma gəlməyib. 
Günün sonunda evə gəlirəm, evin kandarından içəri girər-
girməz o vaxtkı ərim olan kişinin üzərinə düşürəm. “Mən 
elə bir vəziyyətdəyəm, dəhşət", - biznesdə olan 
ümidsizliklərimdən və bizııesdəki problemlərimdən o ki, 
var danışıram. Ərim bir neçə dəqiqə - biz pilləkəndə 
durduğumuz zaman mənə qulaq asdı. Sonra iyirmi dəqiqə 
ərzində o mənə məsələni həll etməyin yollarını addım-
addım izah etdi, keçmişdə hansı məsələdə düzgün olub- 
olmadığımı və bu vəziyyətin yaranma səbəbini açıqladı. 

Hə, nədir? - o soruşdu. - Təkliflərim xoşuna 
gəlmir? 

Sənin ideyaların barədə düşünmürəm. Səninlə 
dərdimi bölüşməyə gəldim, səndən şəfqət dilədim, sən isə 
mənə öyüd- 
nəsihət verirsən. 
Downloaded from KitabYurdu.org


150 
- Ancaq sənin ümidlərini doğrultmadığım üçün 
təəssüflənirəm, - o qəti cavab verdi. 
Kim düzdür, kiııı günahkar? Heç kiııı. Məsləhət 
verməklə, ııiənə köıııək etdiyinə əmin idi. Ondan başqa 
"köıııək" istədiyim heç onuıı ağlına belə gəlmirdi: məni 
qucaqlasın, dinləsin və hər şeyin yaxşı olacağını söyləsin, 
sadəcə mənə öz məhəbbətini izhar etsin. Həıniıı an onu 
soyuq, hissiz və mərhəmətsiz hesab edirdim, həqiqətdə isə 
həıniıı an onun fikri problemimin həll edilməsi üçün ən 
lazımlı olanı düşünməsidir. 
Kişilərin həmişə qərar vermək yolunu seçmələrini 
mütləq yadda saxlamaq lazımdır. 
Kişiniz sizi dilxor görəndə, onuıı başında "avtomat" işə 
düşür və o fikirləşir: “Qərar... Qərar". Ola bilsin ki, o heç 
qərar verməyəcək, ancaq onu lıənıin an məhz o 
maraqlandıracaq. O, sizə ya problemin məğzinə dair 
suallar verəcək, ya da qəıııli və 
fikirli bir hal alacaq. Siz onun daşürəkli qanmaz olduğunu 
fikirləşirsiniz. O isə sizin gözünüzdə xilaskarınız kimi 
görünməyə çalışacaq. 
Bu həmçinin kişilərlə problemlərinizi müzakirə edəndə 
və ya zəifliyinizi nümayiş etdirəndə onların tez-tez 
əsəbiləşmələriııin səbəbini də izah edir. Onlar sizə 
hirslənmir, onlar əsəbiləşirlər, çünki: 
a) 
qərar qəbul etməkdə məsuliyyət daşıyırlar; 
Downloaded from KitabYurdu.org


151 
b) 
həlli yolunu tapa bilmirlər və sanki sizi pis 
vəziyyətdə qoyduqlarına görə özlərini bacarıqsız, bivec 
hiss edirlər. 
Mənim məsələmdə də, məhz buna oxşar hal baş verdi. 
Əriııı evə gələndə ofisiıııdəki problemlər barədə ona 
şikayətlənəndə, ondan köıııək istədiyimi düşünmüşdü. O, 
mənə məsləhətlər və təkliflər yağdırdı, o, təskinlik əvəzinə 
ııiənə daha çox öyüd-nəsihət verdikcə, daha da əsəbi 
olurdum. Sakitləşmək və onun faydalı məsləhətlərini dərk 
etmək əvəzinə mənim daha da hirsləndiyimi gördükcə, o 
da əsəbiləşməyə başlayırdı. 
Nə baş verdiyini anlamağımız üçün bizə bir neçə saat 
intensiv çığır-bağır salmamız lazım olurdu, ancaq bu vaxt 
boş 
yerə keçmirdi - baş verənlər bu kişi sirrini tapmağa kömək 
etdi. Bir çox kişilər kimi mənim də ərim yalnız onıuı 
şəfqətinin və diqqətinin yetərli olmasına inana bilmirdi. 

Demək istəyirsən ki, məndən istədiyin yalnız 
səni əzizləməyim, sakitləşdirməyim idi? - sonra məndən 
soruşdu. - Sən məndən əməli təklif gözləmirdin? 

Əlbəttə, yox! - mən cavab verdim. - Mənə, 
sadəcə, sənin yanımda olmağını bilmək yetərdi. 
KİŞİLƏRİN QADINLARI PƏRİŞAN VƏ ƏSƏBİ 
GÖRMƏYİ SEVMƏDİKLƏRİNİN 
İKİNCİ SƏBƏBİ 
Downloaded from KitabYurdu.org


152 
Arvadım pərişan və ya əsəbi görən kişidə yaranan başqa 
bir hiss də var. Məhz onun sizin acınızın səbəbi olmasını 
düşünmək və buradan da oııuıı da pis olması nəticəsinə 
gəlmək olar. Hətta təlaşınızın səbəbinin onunla heç bir 
əlaqəsi olmasa belə, kişiniz sizin acınıza görə məsuliyyət 
və ya sizi ondan xilas edə bilmədiyinə görə günahkarlıq 
hissi keçirəcək. 
Kişi qadının təlaş keçirdiyini görəndə özünü söyür, 
sizin təlaşınızın səbəbkarı olduğunu hesab edir, nəticədə 
onu "psixoloji narahatçılıq" vəziyyətinə saldığınız üçün 
sizə hirslənməyə başlayır. 
Bu mövzu barədə söhbət etdiyim kişilərdən biri mənə 
dedi: “Arvadım problemlərilə bağlı mənə müraciət edəndə, 
özümü çox pis edirəm. Əgər onun xətrinə kiııısə dəyibsə, 
ona hirslənirəm, özüm də əsəbiləşirəm, çünki ııiən də ağrı 
hissi keçirməyə başlayıram. Əgər o mənim etdiyim hər 
hansı bil- hərəkətdən dolayı dilxordursa, özümə 
hirslənirəm və qəribə olsa da, oııuıı narahat olmasına görə 
ona da hirslənirəm, çünki bu vəziyyətdə özümü axmaq hiss 
edirəm". 
Problemlərinizi kişinizlə bölüşəndə, gözlənilmədən 
acığını sizin üzərinizə tökməsilə heç maraqlambsımzmı? 
Qismən ona görə ki, özünə hirslənir - ya sizə kömək edə 
bilmədiyinə, ya da 
bu acını sizə yaşatdığına görə. Ünsiyyət mədəniyyəti 
Downloaded from KitabYurdu.org


153 
fəslində kişilərin daha çox əsəb və qəzəb vasitəsilə öz 
narahatlıqlarını biiruzə verdiklərinə diqqət yetirin, çünki 
bu, onlar üçün ən təhlükəsiz vasitədir. Odur ki, 
şikayətlərinizə cavab olaraq, çox mümkündür ki, o, 
həqiqətən də, qorxu, çaşqınlıq, köməksizlik, ağrı, günah və 
daha nələr keçirə bilsin, ancaq qəzəb yox. 
KİŞİLƏRİN QADINLARI PƏRİŞAN VƏ ƏSƏBİ 
GÖRMƏYİ SEVMƏDİKLƏRİNİN 
ÜÇÜNCÜ SƏBƏBİ 
Elə bir hal olubmu ki, siz problem və narahatlıqlarınız 
barədə kişinizlə bölüşməyə cəhd edibsiniz, o isə həmən 
sizi sakitləşdirməyə can atıb? Siz bir az ağlamaq 
istəyirsiniz, o isə özünü elə aparır İd, sanki siz əsəb 
gərginim keçirirsiniz. 
Kişilər çox vaxt sizin əsəbiliyinizi isterika kimi qəbul 
edir, vəziyyətinizi olduğundan da ciddi dəyərləndirir və 
əgər siz ağlamağa başlamışsınızsa, sizi dayandırmağın 
mümkiin olmayacağındaıı qorxur. 
Kişilərin qorxu və köməksizlik kimi hiss keçirmələri 
yalnız işlərin həqiqətən pis olduğu halda üzə çıxa bilər. 
Odur İd, kişilər 
sizi dilxor gördükdə, əsəb gərginliyi keçirdiyinizi 
düşünürlər! Qadınların emosional müvazinətdən çıxmadan 
da dərindən narahatlıq keçirə bilmələrini kişilər anlamırlar. 
Bundan başqa, kişilərə görə əgər qadın ağlamağa 
Downloaded from KitabYurdu.org


154 
başladısa, onu durdurmaq mümkün deyil. Məhz, buna görə 
onlar deyirlər: 
"Yaxşı, nə qədər ağlamaq fikrindəsən?” 
"Xalıiş edirəm, münasibətlərimizi aydınlaşdırmağa 
qalxma, indi vaxtımız yoxdur”. 
"Aha, başlandı, indi gecəyə kimi sakitləşməzsən”. 
Bəlkə də, sizə beş dəqiqə sevgi, diqqət lazımdır, onlar 
isə özlərini elə aparırlar ki, sanki on iki saatlıq emosional 
marafona hazırlaşırlar. 
Qadınların daha böyük emosional ustalığa malik 
olmalarını və daxili güclərini daha tez bərpa etməyə qadir 
olmalarını kişilər anlamır. 
Bu o deməkdir ki, elə indicə ağlayan qadın həmən eşq- 
işrətlə məşğul olmağa hazır ola bilər. Elə indicə 
hirslənmişdi, bir dəqiqə sonra isə artıq hər şeyi bağışlayır. 
Bir emosional vəziyyətdən digərinə keçmək üçün kişilərə 
çox vaxt lazımdır. Bizim göz yaşlarımızı görən kimi 
vəlvələyə düşən kişilər də biziııı haqqımızda eyni cür 
düşünürlər. 
Kişilər sözləri yozmağı bacarmır - hər şeyi hərfi 
mənada anlayırlar. 
"Mən artıq belə bacarmıram” deyəndə, kişiniz başqa 
şey yox, məhz, həqiqətən də, belə bacarmadığınızı başa 
düşür. 
"Hiss edirəm ki, məni sevmirsən” deyəndə, sizin həqiqətən 
Downloaded from KitabYurdu.org


155 
belə hiss etdiyinizi düşünür. Bax elə bu səbəbdən də 
qadınlar kişilərə öz hisslərini açanda, onlar qadınların, 
əslində, olmasından daha çox həyəcanlandıqları nəticəyə 
gəlirlər, - kişilər qadınların sözünü necə var elə anlayırlar. 
Kişiyə emosiyalarınızı ifadə edəndə, diqqətli olun. 
Dediyiniz 
sözlər 
haqqında düşünmədən özünüzü 
sakitləşdirmək istəyirsinizsə, onun bu sözləri necə 
anlayacağından qorunun. Mənə görə emosiyaların ən yaxşı 
ifadə forması "Həmişə necə sevməli" kitabımda yazdığım 
kimi “sevgi məktubu”dur. Həiıı partnyorunuz, həm də 
sizin üçün hisslərinizi ifadə etməyin ən gözəl yolu budur. 
3- Kişinizə heç də sizin köməksiz olmadığınızı və onun 
sizi xilas etməsinə ehtiyac olmadığını anladın. 
Yadınızdadır: kişilər işin durumuna görə məsuliyyət 
hiss edirlər. Əgər siz kişiyə bütün məyusluqlara 
baxmayaraq, köməksiz olmadığınızı anlatmasanız, o 
özünü sizi xilas etməkdə məsul hiss edəcək, mehribanlıq 
və sevgi əvəzinə məsləhətlər verməkdə davam edəcək. 
Ona qorxunuz, həyəcanınız və narahatlığınız barədə 
söyləyin. Sonda isə ona sizin axmaq olmadığınızı nümayiş 
etdirən bir-iki ifadə işlədin. Məsələn, Saili Geralda biznesi 
ilə əlaqədar problemlərindən danışanda, bunları da deyə 
bilərdi: “Əlbəttə, qəlbimin dərinliyində problemin həll 
ediləcəyini bilirəm. Hər şeyi işçilərində müzakirə etmək və 
işi lazım olan istiqamətə yönəltmək üçün iş prosesində 
Downloaded from KitabYurdu.org


156 
dəyişikliklər etməliyəm. Sözsüz ki, restoranımı heç vaxt 
sata bilmərəm - axı onun olmasını çoxdan arzulayırdım. 
Mən heç vaxt çaşqınlıq və əsəbilik hiss etmirəm". 
Belə olduqda Gerald Sailini heç də köməksiz hesab 
etıııəz və ona köıııək etməyə can atmaz. Sadəcə, ürəyində 
yığılıb qalmış hirsini tökdüyünü anladıqda, o, hay-küy 
qaldırmaq 
əvəzinə Sailiyə yazığı gələr. Probleminizi necə lıəll etməyi 
bilməyə də bilərsiniz. Siz qorxu və çaşqınlıq da keçirə 
bilərsiniz. Əgər həyat yoldaşınız bilsə ki, məsələni özünüz 
həll etmək, yükü bütünlüklə onun çiyinlərinə atmaq 
istəmirsiniz, onda məsələyə daha sakit yanaşar. 
Ağrı-acınızı və qorxunuzu kişiyə çatdırdığınız 
ifadələrdə “məni xilas et, əvəzimdən məsələni həll et" 
mənası olmadığından əıııin olun. 
Stüart qız dostu Veııdi ilə olan qarşılıqlı 
münasibətindən şikayətləndi. O, işiııdəki problemlərlə və 
ya münasibətlərindəki çətinliklərlə Stüartm yanma gələ 
bilir, Stüart isə onu sakitləşdirirdi. Ancaq hər dəfə mütləq 
eyni şey baş verirdi - Stüart nə deyir desin, Veııdi ümidsiz 
olaraq qalırdı. “Mən onu saatlarla təsəlli edə bilərəm, - 
Stüart kədərlə deyir, - sanki o özünə gəlməyə başlayır, 
ancaq ona bu qədər söz deyilməmiş və heç nə edilməmiş 
kimi qəfildən yenə ümidsizliyə qapılır”. 
Veııdi ilə söhbət edərkən səhvlərinin kökünün harada 
Downloaded from KitabYurdu.org


157 
olduğunu müəyyənləşdirdim: Veııdi onu xilas etmələrini 
çox istəyirmiş. O, Stüartm ona olan sevgisini sübut 
etməsini, oııını 
məsuliyyəti öz üzərinə götürməsini və onun həyatını 
məıımun etməsini istəyirdi. 
Uşaqlıqda Vendinin qayğısını az çəkiblər və indi böyük 
olduğu halda belə özünə diqqət çəkmək, qeydinə qalmağa 
məcbur etmək - ümumiyyətlə, uşaqlıqda ala bilmədiyi hər 
şeyi alınaq üçün "balaca qız” rolunu oynamaq tələbinə 
ehtiyac duyurdu. 
Vacibdir! Keçmişdə daim xilas olunmasını arzulayan 
qadınlarla münasibət qurmaqda təcrübəsi olan bəzi kişilər 
sizin ən kiçik problemlərinizi tam müvəffəqiyyətsizlik 
kimi dəyərləndirə bilər. Onlara qurban olmadığınızı, xilas 
edilməyə deyil, yalnız sevgi və diqqətə ehtiyac 
duyduğunuzu bildirin. 
SİRR N9 3 İLK BAXIŞDA KİŞİLƏRİN QADINLARLA 
MÜQAYİSƏDƏ MƏHƏBBƏT VƏ QARŞILIQLI 
MÜNASİBƏT MƏSƏLƏLƏRİ İLƏ DAHA AZ 
MƏŞĞUL OLMALARININ SƏBƏBİ 
"Bilirəm ki, o məni sevir, ancaq düşünürəm ki, 
qarşılıqlı münasibətimiz mənim üçün daha lazımlıdır". 
"Axşam evə gələndə, ərimi görməyə can atıram. Ancaq 
gələndə, məni görməkdən elə də xüsusi sevinc 
keçirmədiyini hiss edirəm. Nə baş verdiyini anlamıram”. 
Downloaded from KitabYurdu.org


158 
"Həmişə onu məmnun etmək üçün bəzi işlər görürəm - 
ona suvenirlər alır, ya da axşama nəsə planlaşdırıram. Əgər 
məni sevirsə, niyə o da mənim üçün bu işləri görmür?” 
Sizə bu deyilənlər tamşdırmı? Bımlarm çox sayda 
qadınlara tanış olduğunu düşünürəm. Bizlərdən çoxu 
təcrübəsində buııa əmin ola bilər: kişilər sevgi və qarşılıqlı 
münasibətlərə qadınlardan az maraq göstərirlər. Həqiqət 
isə odur ki, heç də sevgi məsələsi onları qadınlardan az 
maraqlandırmır. Ancaq burada açılınası lazım olan bir sıra 
sirlər mövcuddur. 
Kişilər, ilk növbədə, iş və uğurları ilə, qadınlar isə hər 
şeydən öncə qarşılıqlı münasibətlərilə özlərini təsdiq 
edirlər. 
Birinci fəsildə biz qadın və kişi rolunun tarixi köklərini 
müzakirə etmişdik. Uğurun kişilər üçün hər şey olduğunu 
gördük - bu ona fiziki cəhətdən sağ qalmağa təminat verir. 
Qadınlar isə həmişə mövcud olmalarının məqsədini əri, 
uşaqları və valideynlərilə yaxşı münasibətlərin qorunub 
saxlanmasında görüb. Odur ki, hətta siz və həyat 
yoldaşınız işləsəniz də, sizin məhəbbət və işiniz arasındakı 
tarazlığınız həyat yoldaşınızda olduğu kimi olmayacaq. 
1978-ci ildə Vagenvurd və Beyli tərəfindən aparılmış 
tədqiqatlar da bunu 
göstərir. Sorğuya cəlb edilmiş kişilərin 75%-i həyatda 
birinci yerə işini, qadınların 75%-i isə evini və ailəsini 
Downloaded from KitabYurdu.org


159 
qoyublar. 
Biz qadınlar bu fərqliliyi birincilik baxımından belə 
izalı etməyə meyilliyik: biz kişilərimizi bizi sevdiklərindən 
çox sevirik. Bu heç də mütləq belə deyil! Həqiqət olanlar 
bunlardır: 
Əgər kişi işində çətinliklə üzləşirsə və müvəffəqiyyət 
qazanma imkanlarına inanmırsa, o heç vaxt diqqətini 
qadınla qarşılıqlı münasibətə cəmləşdirə bilməz. 
Əgər ərinizin işdə problemləri varsa, işinə görə həyəcan 
keçirirsə, pul məsələsində narahatlığı varsa, ya da xidmət 
sahəsində perspektivlərin olmamağmdan naralıatdırsa, 
emosional olaraq o heç vaxt 100% sizə aid olmayacaq. 
Arzusundan asılı olmayaraq, onun bütün diqqəti, 
intellektual gücü, düşüncəsi daim problemlərdə olacaq. 
Uğur qazanmayanacan o heç cür rahatlamayacaqdır. 
Bu heç də sizinlə maraqlanmaması, sizi sevməıııəsi və 
ya sizə ehtiyacı olmaması anlamına gəlmir. Bu heç də onun 
sizdən 
çox işi ilə maraqlanması da demək deyil. Sadəcə, özünü 
dəyərləndirmə üçün onun işdəki vəziyyəti sizinlə qarşılıqlı 
münasibətindən daha vacibdir. 
Qadınlara bu həqiqəti anlamaq və qəbul etmək çox 
çətindir. Bizim dəyərlərimiz kişilərinkindəıı olduqca 
fərqlənir və karyeramızdakı uğurdan asılı olmayaraq, əgər 
şəxsi həyatımızda hər şey qaydası ilə getməzsə, biz 
Downloaded from KitabYurdu.org


160 
özümüzü rahat hiss etmərik. Qadın üçün sevdiyi kişi ilə 
vaxt keçirmək böyük zövq, mükafat, istirahətdir, işdən 
aralanma və ya ona mane olmaq deyil. Odur ki, biz, 
kişilərdən bütün qayğı və kədəri atıb, qucağımıza 
atılmasını, sevgimizdə təsəlli tapmasını istəyirik. Əslində, 
axşamlar evə gələrkən, bizim etdiyimiz, nıəlız budur. 
Və biz belə bir sual veririk: məgər kişilər bizim etdiyimizi 
edə bilməzlərini? Cavab birmənalıdır: “XEYR" 
Təəssüflər olsun ki, son zamanlara kimi kişilərin 
özlərini dəyərləndirmələrinin işdəki uğurlarından asılı 
olması faktoru onların qadınlara nisbətən streslə əlaqədar 
xəstəliklərə daha çox meyilli olmalarına səbəb olur. 
İnfarkt, insult, yüksək qan təzyiqi, alkoqolizin və 
narkomaniya hədsiz əsəbiliyin, 
yorğunluğun 
və 
istirahətin 
təşkil 
edilməsində 
bacanqsızlığm nəticəsidir. 
KIŞI VƏ QADIN BEYNİNİN FƏALİYYƏT 
XÜSUSİYYƏTLƏRİ 
İlk baxışda qadınlarla müqayisədə kişilərin sevgi və 
qarşılıqlı münasibətlərlə az maraqlanmasının ikinci səbəbi 
odur ki, onların beyinləri elə qıırnlub ki, onlara 
qadınlardan fərqli olaraq fikirdən hisslərə keçid almaları 
daha çətindir. 
Əmiııəm ki, siz kişilərin beyninin bizimki kimi 
qurulmadığından çox güman ki, şübhələnirdiniz və siz 
Downloaded from KitabYurdu.org


161 
fikrinizdə yanılmayıbsınız! Kişi beyninin öz spesifikası 
var. Kişi beyninin sağ yarımkürəsi vizııal-məkan 
funksiyasını (fiziki hərəkət, görmə və əllər arasında 
əlaqələndirmə kimi), sol yarımkürəsi isə verbal və oxşar 
(koqııitiv) fəaliyyəti (hisslərin ifadə edilməsi, abstrakt 
məfhumların dərk edilməsi) yerinə 
yetirir. Tədqiqatlar əsasında müəyyən olunub ki, balaca 
oğlan uşaqlarında sağ yarımkürə sol yarımkürədən daha 
yaxşı inkişaf edib. Bu, oğlanların qızlardan pis 
danışmasında özünü göstərir, hətta yaşlı kişilər belə bir 
qayda olaraq, qadınlardan az danışqandır. 
Qadının beyni daha iti və universaldır. Bu, o deməkdir 
ki, hər iki yarımkürə eyni vaxtda məsələnin həll edilməsi 
üzərində işləyir. Doktor Ceyn Barr Staıııp "Fərq nədədir?” 
kitabında bu məsələni belə təsvir edir: 
"Bu fərq özünü qadınların kişilərdən daha tez qərar 
qəbul etmək və daha zəkalı olmaq qabiliyyətində göstərir. 
Əlavə olaraq onu da qeyd ediııı ki, qadın beyninin bir 
yarımkürəsinin insultu zamanı digər yarımkürə onun 
funksiyasını yerinə yetirə bilir... Kişilərdə belə hal baş 
vermir. Əgər beynin sol yarımkürəsinin insultu baş 
veribsə, onda kişi danışmaq qabiliyyətini itirir, çünki 
beynin sağ yarımkürəsi yalnız məkan funksiyalarına 
cavabdehdir". 
KIŞILƏRƏ DƏYIŞMƏK DAHA
Downloaded from KitabYurdu.org


162 
ÇƏTİNDİR 
Münasibətlərimiz üçün bunların anlamı varını? Məncə, bu, 
kişilərin çətinliklə "başdan” “ürəyə”, ənənəvi sağ 
yarımkürəsinin 
fəaliyyətindən 
sol 
yarımkürəyə 
keçməsinin səbəbini izah edir. Bunun üçün onlara 
qadınlardan daha çox vaxt tələb olunur. Əgər siz ərinizlə 
maliyyə məsələləri barədə və ya intellektual söhbət 
apardığınız zaman qəfildən onun sizi qucaqlamasını və 
əzizləıııəsini arzu etsəniz, onun uyğun “əhvali-ruhiyyədə” 
olmadığı ilə üzləşəcəksiniz. O bir haldan digərinə sizin 
kimi cəld keçə bilmir. 
Axşamlar işdən ayrılması üçün partnyorunuza daha çox 
vaxt lazım olduğunun səbəbi barədə düşünmüsünüzmü? 
Əgər saat səkkizdə kişinizin beyninin sol yarımkürəsi 
işləməyə kökləiıibsə, evin qapısından içəri daxil olan kimi 
sizə asan olan kimi həınəıı yumşaq, emosional adaıııa 
çevrilə bilmir. 
Məzuniyyət zamanı həyat yoldaşınızın daha diqqətcil, 
mehriban və seksual olduğunu hiss etmisinizmi? Eyni 
izahat burada da uyğun gəlir: kişini işdən ayıranda, 
gərginliyi aradan qaldıranda, onun beyninin sağ 
yarımkürəsi, nəhayət, səkkiz saatlıq ardıcıl iş rejimindən 
istirahət edir, kişiniz daha asan sakitləşir, daha emosional 
və həssas ola bilir. Ona bir işdən digərinə keçmək lazım 
deyil. Məzuniyyət zaıııam ərlərinin tamamilə fərqli adanı 
Downloaded from KitabYurdu.org


163 
olduqlarını söyləyən yüzlərlə qadınla söhbət etmişəm. 
Onlar səfərdən geri qayıtmalarını dəhşətlə yada salırdılar, 
ərlərinin ofis kandarından içəri girdikləri andan bu 
emosional gərginliyin itəcəyindən şikayət edirdilər. 
3 NÖMRƏLİ SİRRİN TAPILMASI 
ı. Kişilərlə bu informasiyanı bölüşün. 
Kişinizlə bu məsələni müzakirə etməyə vaxt tapın və bu 
məsələyə onun münasibətini müəyyənləşdirin. Bu fəsildən 
aldığınız informasiyanın onun bilməsi lazımdır. Ancaq bu 
heç də o demək deyil ki, növbəti dəfə də əriniz və ya 
dostunuzun eyni emosiya göstərmədiyi lıalda, siz 
deməlisiniz: "O, əzizim, özünü elə hissiyyatsız, heç nəyi 
anlamayan adanı kimi aparırsan. Ona görə ki, beyninin sağ 
yarımkürəsi işləmir!” Əlbəttə, yox. Onu başa düşdüyünüzü 
nümayiş etdirin. 
Unutmayın: 
kişilər onların təkcə davranışının 
qmaııılıııamasım deyil, həm də başa düşülmələrini 
sevirlər. Sizin üçün təəccüblü olsa da, qarşılıqlı 
münasibətlərdə özünün az maraqlı olduğunu dərk edən 
kişiniz bunun hansı səbəbdən baş verdiyini anlamaya bilər. 
Bu sirrin üzərində düşünərkən kişinin sizə qarşı olan 
hisslərinə dair şübhələrini dağıtması da mümkündür. Ola 
bilsin ki, o dəfələrlə düşünüb: “Həqiqətən də, 
onu sevirəmsə, münasibətlərimizə mən də onun qədər 
diqqət yetirməliyəm?” 
Downloaded from KitabYurdu.org


164 
2. 
Yalnız işdə deyil, qarşılıqlı münasibətlərinizdə 
də yüksək özünədəyərverməyə nail olmaq üçün 
Yüklə 2,12 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə