Downloaded from KitabYurdu org


partııyora özlərini kişi hiss etmələrinə imkan vermirlər



Yüklə 2,12 Mb.
Pdf görüntüsü
səhifə15/64
tarix26.05.2023
ölçüsü2,12 Mb.
#113139
1   ...   11   12   13   14   15   16   17   18   ...   64

partııyora özlərini kişi hiss etmələrinə imkan vermirlər. 
10. 
Partnyorunuzla seksual mövzuda söhbət 
etməyin ən yaxşı yeri yataqdır. 
Əgər siz bu müddəalardan heç olmazsa, birinin həqiqət 
olduğunu hesab edirsinizsə, deməli, siz kişi və seks 
haqqında bilməli olduğunuzun hamısını bilmirsiniz. Yox, 
əgər siz bu müddəaların əksəriyyətinin və ya hamısının 
düzgün olduğuna inanırsınızsa, bu kitabı oxumaq imkanı 
yaratdığına görə 
taleyinizə minnətdar oluıı. İş ondadır ki, bütün bu 
müddəalar tamamilə səhvdir. Niyə? Bu sualın cavabı lıər 
qadının bilməsi mütləq olan kişilərin seksual sirləri barədə 
oxuduqdan sonra aydın olacaq. 
Downloaded from KitabYurdu.org


169 
SİRR
NO
1
KIŞILƏR ÖZLƏRINI
EMOSİYALARI 
VASİTƏSİLƏ 
İFADƏ 
EDƏ 
BİLMƏDİKDƏ, BUNU ÇOX VAXT 
SEKSDƏ GÖSTƏRİRLƏR. 
Sizdə də belə olubmıı? Partnyomnuz sizə eşqlə məşğul 
olmaq təklif edir, ancaq özünün buna heç də meyilli 
olmadığını, gərgin və sıxıntılı olduğunu görürsünüz. 
Onunla sölıbət etməyə çalışırsınız, ancaq onu, seksdən 
başqa heç nə maraqlandırmır. İşin içində iş olduğunu hiss 
edirsiniz və əlbəttə, siz tamamilə düz edirsiniz - bu anda o, 
sevgi və seksdən daha çox, emosional gərginliyini 
atlatmağa çalışır. 
Bu belə baş verir: Kişilər çox vaxt onları mənfi 
emosiyaların çulğaladığını hiss edirlər. Ola bilsin İd, o 
üzərində işlədiyi layihəyə görə narahatlıq keçirir. Bəlkə də, 
o yenicə yaşlı valideynləri ilə danışıb və onların 
sağlamlığının yerində 
olmamasından kədərlənib. Bəlkə, elə o, sizə qarşı dünənki 
hərəkətinə görə günahkarlıq hissi keçirir. Kitabda 
verdiyim çoxsaylı misallardan görürük ki, kişilər qorxu, 
ağrı, köməksizlik, çaşqınlıq, kədər kimi hisslərini 
ətrafdakılara bildirməyin yaxşı hal olmaması ruhunda 
tərbiyə olunurlar. Bu səbəbdən də, partnyorunuz bu 
hisslərini sözlə ifadə edə bilmir və ya bunu etməyin yolunu 
qaydasını tapmır. Və qəfildən onda sekslə məşğul olmaq 
Downloaded from KitabYurdu.org


170 
həvəsi baş qaldırır. 
Kişilər çox vaxt seksual güclərini onları incidən 
emosiyaların çıxması üçün “qoruyucu klapaıı” kimi 
istifadə edirlər. 
Əlbəttə, bu sizə qəribə görünə bilər, çünki qadınların 
əksəriyyəti məhz bunun əksi olan hisslər keçirirlər. Əgər 
biz ııəviıısə təsirindən emosional baxımdan susdurula 
bilərik, seksual əhvala köklənməmiz isə çətin olur. Onu da 
anlamaq lazımdır ki, kişilər bu vəziyyətdə seksdə deyə 
bilmədikləri 
emosiyaların ifadə vasitəsi kimi istifadə edirlər. Bəzən bu, 
hisslərin ifadəsinin yeganə vasitəsi ola bilər. 
Ancaq bu vasitənin bir sıra problemlər yaratmaq 
ehtimalı da var: 

cinsi əlaqə nəticəsində partnyorunuz fiziki 
yüngülləşmə 
(boşalma) 
əldə 
etdiyindən, 
daxili 
gərginliyinə üstün gələ bilmir; 

gərginliyini götürmək üçün partnyorunuzun 
bədəninizdən istifadə etməsi sizə toxuna bilər. 
HARRIIŞI İLƏ BAĞLI ƏSƏBİNİ 
ARADAN 
QALDIRMAQ ÜÇÜN SEKSDƏN İSTİFADƏ EDİRDİ 
Tikinti kompaniyasının prezidenti qırx altı yaşlı Harri və 
onun 
arvadı 
Freıı 
yanıma 
gəldilər, 
seksual 
uyuşmazlıqlarmdaıı şikayətləndilər. “Bəzən mənə elə gəlir 
Downloaded from KitabYurdu.org


171 
ki, Harri məndən seksual baxımdan yüngülləşməsi üçün 
istifadə edir", - Fren mənə etiraf etdi. - Onun həyəcanlı 
olduğunu hiss edirəm, ancaq o bu barədə mənimlə 
danışmır. Bunun əvəzinə olduqca yüksək seksual fəallıq 
nümayiş etdirir. Hətta mənə elə gəlir ki, o bu əlaqədən heç 
özü də ləzzət almır, düşünürəm ki, belə bir ciıısi əlaqə heç 
birimizi məmnun etmir”. 
Harridən “gərginliyi atlatmaq” məqsədilə Freıılə 
məşğul olduğu son cinsi əlaqəni yada salmağı xahiş etdim. 
- Məncə, axırıncı cümə günü, - o cavab verdi. 

Əla, - dedim. - İndi isə gözlərinizi yumun və 
keçən cümə günü baş vermiş olayları, xüsusilə də, həmin 
gün sizi narahat edən məsələlər barədə danışın. 

Hə, - o başladı, - səhər firmamızın icraçı 
direktoru ilə danışdım. O, son bir neçə hesabatı 
hazırlayarkən diqqətli olmamışdı və mən dilxor idim, belə 
ki, eyni səhvə görə yenidən ona iradlarımı bildirməli 
olduııı. İş günü bax beləcə dilxorçuluqla başladı. Sonra 
günorta bizim tikinti müqaviləmizin başqa bir firma 
tərəfindən ələ keçirildiyini öyrəndim və bu mənim üçün 
böyük məyusluq yaratdı. 
İki ay bu iş üzərində çalışmışdım və sonda o, 
uğursuzluqla nəticələndi. Ümumiyyətlə, həmin gün mənim 
üçün olduqca pis bir gün oldu. 

Yaxşı, - dedim. - İndi isə təsəvvür edin ki, siz 
Downloaded from KitabYurdu.org


172 
Freıılə yataq otağındasınız və siz seksual fəallıq 
göstərməyə başlayırsınız. Həmin gecə keçirdiyiniz hissləri 
yadınıza salııı. 
Bu barədə mənə danışın. 
Harri bir aıılıq fikirləşdi və cavab verdi: 

Yorğunluq, əsəb və qəzəb. Mən müqaviləni 
qazana bilmədim. İşi atmaq və bir daha oraya qayıtmamaq 
fikri içimi yandırırdı, - bilirsiniz, adamların yaşamadığı bir 
adaya çıxıb getmək və heç kimi görməmək istəyirdim. 

Hər hansı bir romantik hiss keçirirdiııizmi, 
yoxsa, sadəcə ehtiras hiss edirdiniz? - soruşdum. 

İndi məııdəiı soruşanda, düşündüm, hiss 
etmədim, - Harri etiraf etdi. 

Əgər siz seks istəmirdinizsə, onda həmin an nəyə 
can atırdınız? 

Bilirsiniz, mən, sadəcə, Frenin yaxınlığını hiss 
etmək, onsuz da məni sevdiyini bilirdim, buna görə məyus 
olmadığını və kiminsə yanımda olduğunu duymaq 
istəyirdim. 

Əgər Freıı sadəcə yanınızda uzananda, sizi 
tumarlasaydı, sizi çox sevdiyini söyləsəydi və sizə qulaq 
assaydı, necə olardı? Özünüzü necə hiss edərdiniz? - mən 
soruşdum. 

Əla olardı, - Harri sakitcə cavab verdi. - Çox 
mümkündür ki, seksdən sonrakı halımdan daha yaxşı hiss 
Downloaded from KitabYurdu.org


173 
edərdim. 
Bəzən kişilər sözlə istəmək əvəzinə, seks vasitəsilə 
qadınlardan kömək almağa və sakitləşməyə can atır. 
Gördüyünüz kimi, Harri heç də arvadına qarşı həmin an 
elə də güclü seksual cazibə hiss etmirdi, o, sadəcə, 
sevildiyini hiss etmək istəyib. Ancaq o bunu anlamır və 
arzusunu ifadə etməyin yolunu bilmirdi. Freıı Harriııiıı, 
həqiqətən də, həmin cümə günü keçirdiyi hisslər barədə 
eşidəndə, o, yüngüllük hissi ilə dərindən nəfəs aldı. 
“Əzizim, problemlərin barədə məlumatlı olmadığım üçün 
təəssüflənirəm!” - Freıı ucadan söylədi və Harriııi 
qucaqlamaq üçün onun üzərinə atıldı. - Kefinin olmadığını 
görürdüm, ancaq bunun mənimlə əlaqədar olduğunu 
düşünürdüm”. 
Harri və Freıılə məsləhətlərimə riayət edəcəkləri barədə 
razılığa gəldik. Siz bu barədə aşağıda oxuyacaqsınız. Bir 
aydan sonra onlar nəticələri müzakirə etmək üçün gəldilər. 
"Münasibətlərimiz daha yaxşı olub, 
- Fren başladı. 
- Əgər Harri bu və ya digər səbəbdən dilxordursa və 
işdən sonra rahatlanmaq istəyirsə, ona sadəcə yanımda 
uzanmağı məsləhət görürəm, onun danışdıqlarına qulaq 
asır, sakitləşdirməyə çalışıram. Bir neçə dəfə psixoloji 
gərginlik lıalmda olduqda, o yenə də seks vasitəsilə 
gərginliyi atlatmağa cəhd etmişdi, ancaq mən həmin an 
Downloaded from KitabYurdu.org


174 
onun heç də seksə meyilli olmadığını hiss etmişdim. 
Həıniıı an sizdən öyrəndiklərimizi onun yadına salırdım və 
əlbəttə, o məni qucaqlayır və dayanırdı, problemlərindən 
danışırdı. Bu heç də həmişə asan olmurdu, ancaq nə qədər 
təəccüblü olsa da, mənimlə söhbətdən sonra o 
yüngülləşirdi. Onun yaxınlığını hiss edir, sonrakı anlarda 
bizdə baş qaldıran istək seksual rahatlıq naminə edilən 
cəhd olmayıb, sevgimizin davamı olaraq ortaya çıxırdı'’. 
"Etiraf etməliyəm ki, Freıılə həyatımızda seks əvvəlki 
dövrlə müqayisədə daha da artıb, - Harri təbəssümlə dedi. 
- Fren düz deyir, mən qeyri-şüuri olaraq özümü seksə 
kökləyəndə, heç də həmişə əslində nə istədiyimi asanlıqla 
müəyyən edə bilmirəm. Ancaq hər dəfə Freıılə söhbət 
etdikdən sonra mənə daha asan olur”. 
Həlli: 
ı. Bu məsələni partnyorunuzla müzakirə edin. Sözsüz 
ki, bu söhbəti yataqda və ya bilavasitə bu məsələ ilə 
üzləşdiyiniz anda başlamayın. Kitabın bu hissəsini 
oxumağı məsləhət görün və onun fikrini soruşun. 
Deməyin: "Bilirəm ki, bəzi problemlərin var, ancaq 
onlar barəsində mənə danışmaq istəmirsən və bu anda 
seksə üstünlük verirsən”. 
Deyin: "Seksual əlaqələrimizi daha da yaxşılaşdırmaq 
istərdim - niyə də biz kitabdakı məsləhətləri nəzərə alıb, 
əldə edəcəyimiz nəticəyə nəzər yetirməyək?” 
Downloaded from KitabYurdu.org


175 
2. Partnyorunuzun seksual təklifinin arxasında onu 
üzən emosiyaların olmasından şübhələnsəniz belə, bunu 
bildiyinizi nümayiş etdirməyin, ona hisslərini bölüşmək 
imkanı verin. 
Ehtimal edək ki, partnyorunuz qəfildən yüksək seksual 
fəallıq göstərməyə başlayır, siz isə onun tez sakitləşmək 
istəyini və həqiqətən də, dilxor olduğunu hiss edirsiniz. 
Belə olduqda deməyin: “Toxunma mənə! Bilirəm ki, 
dilxorsan, ancaq bunun səbəbini mənə deməyənəcən, seks 
haqqında düşünməyinə dəyməz!” 
Belə deyin: “Əzizim, çox istərdim ki, bir az yanımda 
uzanasan. Sənin yaxınlığını hiss etmək mənə çox xoşdur”. 
Sonra onu söhbətə cəlb etmək üçün yaxşı olardı ki, 
keçirdiyi o hisslərə toxunasınız. 
Məsələn: 
"Əzizim, işdə bu həftən olduqca ağır keçib, elə 
deyilmi?” 
"Bilirsən, belə bir çətin layihənin sənə tapşırılınası ilə 
fəxr edirəm, əlbəttə, sənə necə çətin olduğunu anlayıram”. 
"Bu gün ananla danışmağım lazım idi, atanın 
eşitməsinin çox pisləşdiyini bilirəm". 
"Bu ay əlavə xərc hesabları ilə səni narahat etdiyimi 
bilirəm. Əlbəttə, indi bu qədər xərc çəkməyimiz ağırdır”. 
Təcrübəni göstərir ki, əgər siz aşağıdakıları başa 
düşdüyünüzü nümayiş etdirsəniz, kişilərin hisslərini sizə 
Downloaded from KitabYurdu.org


176 
açması daha asan olar: 

onun hisslərini anladığınızı və bölüşdüyünüzü; 

məyus əhvali-ruhiyyəyə görə onu günahkar 
bilmədiyinizi. 
İşlədiyim bir çox qadınlar kimi, siz özünüz də bu kişi 
sirrini bildikdən sonra daha ahəngdar seksual münasibətlər 
quracağınızdan ənıiıı ola bilərsiniz. 
Əgər söhbətiniz zamanı kişilərin emosional gərginliyini 
atladacaq şərait yarada bilsəniz, bu sizi daha da 
yaxınlaşdırar və seksual münasibətləriniz daha böyük 
ehtirasla keçər. 
SIRR 
m
2
KIŞILƏRIN SEKSUAL
TƏKLİFİNİ 
QƏBUL 
ETMƏDİKDƏ, 
ONLAR 
ÖZLƏRİNİ RƏDD EDİLMİŞ 
HİSS EDİRLƏR 
Yüklə 2,12 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə